M üəllifdən


Azərbaycanın istiqlalını birinci olaraq (4 iyun 1918-ci il) məhz Türkiyə tanımış, türk ordusu Azərbaycan Cümhuriyyətinin köməyinə qalxmışdı



Yüklə 1,33 Mb.
səhifə9/19
tarix26.09.2017
ölçüsü1,33 Mb.
#2216
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Azərbaycanın istiqlalını birinci olaraq (4 iyun 1918-ci il) məhz Türkiyə tanımış, türk ordusu Azərbaycan Cümhuriyyətinin köməyinə qalxmışdı.

Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul olunması - 9 noyabr 1918-ci il, digəri isə yenidən ucalmış bayrağımızın və bərpa olunmuş müstəqilliyimizin ilk dəfə Türkiyə dövləti tərəfindən tanınmasıdır - 9 noyabr 1991-ci il.

Üçrəngli bayrağımız və dövlət müstəqilliyimiz 70 il sonra bərpa olundu. Cümhuriyyətin mavi-qırmızı-yaşıl bayrağı 1988-1989-cu illərdə Azərbaycan xalqının milli özünüdərk və Qarabağ davası üçün çıxdığı meydanda dalğalandı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (o vaxt Ali Sovet) qərarı ilə muxtar respublikanın adından «Sovet Sosialist» sözlərini götürüldü, Azərbaycanın sovet bayrağından imtina edildi və üçrəngli bayraq muxtar respublikanın rəmzi olaraq qəbul olundu. Azərbaycan Ali Sovetinə bayraqla bağlı müraciət edildi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq üçrəncli bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

Heç təsadüfi deyildi ki, Azərbaycanın ikinci dəfə elan etdiyi müstəqilliyini də hamıdan öncə məhz Türkiyə Cümhuriyyəti tanıdı.

1991-ci il noyabrın 9-da Türkiyə hökumətinin iclasında Azərbaycanın müstəqilliyinin tanınması barədə qərar qəbul olundu.

O vaxt Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən (18 oktyabr) 22 gün keçmişdi və Azərbaycan xalqı, təbii ki, bu müstəqilliyə ilk dəstəyin Türkiyədən gələcəyini gözləyirdi.

Beləcə noyabrın 9-u Türkiyənin baş naziri Məsud Yılmaz Azərbaycanın baş naziri Həsən Həsənova zəng edərək bu xəbəri ona çatdırdı. Azərbaycanın müstəqillik faktı beynəlxalq müstəviyə çıxdı.

Qeyd etmək lazımdır ki, Türkiyənin hələ SSRİ-nin de-yure mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini tanınması o dövr üçün cəsarətli addım idi. Təkcə ona görə yox ki, o vaxt hələ SSRİ formal şəkildə mövcud idi və Moskva (SSRİ XİN) Ankaranın bu niyyətinə etiraz notası vermişdi. Həm də ona görə ki, Türkiyənin təşəbbüsü onun NATO-dakı əsas tərəfdaşı olan ABŞ tərəfindən də təqdir edilməmişdi.

Hətta ABŞ-ın Ankaradakı böyükelçisi Türkiyə rəhbərliyinə müraciət edərək onu SSRİ respublikalarını tanımaqda tələsməməyə çağırmışdı. O vaxt Vaşinqton Moskva ilə SSRİ-nin nüvə arsenalının aqibəti ilə bağlı gərgin danışıqlar aparırdı və NATO üzvü kimi Türkiyənin "tələsik" addımı bu müzakirələr üçün arzuolunmaz fon idi.

Lakin buna rəğmən Türkiyə öz qardaşlıq missiyasını yerinə yetirdi. Bununla da MDB məkanında (Baltikyanı ölkələri çıxmaqla) birinci olaraq məhz Azərbaycan xarici dövlət tərəfindən tanındı.

Türkiyə sonrakı müddətdə də Azərbaycanla münasibətlərdə birinci olmaq şansını heç bir ölkəyə güzəştə getmədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı. Bu, müstəqil Azərbaycanın beynəlxalq müstəvidə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi. Bu faktın gerçəkləşməsi də həmin dövrdə Türkiyə dövlətinin apardığı çevik diplomatiyanın nəticəsi idi.

Türkiyə hökuməti Azərbaycanla diplomatik münasibətlər barədə prinsipial qərarını 1992-ci il dekabrın sonunda qəbul etmişdi. O vaxt qonşu İran birinci olaraq Azərbaycanda səfirlik açmağa, daha doğrusu, Bakıda hələ SSRİ dövründən fəaliyyət göstərən konsulluğunu səfirliyə çevirməyə tələsirdi. Amma Türkiyə bu əlamətdar (və heç də simvolik olmayan) şansı İrana verə bilməzdi.




Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT, BMT, Avropa Şurası, NATO və s. formatlarda Azərbaycana hər zaman birinci əl uzadıb. 1992-ci ilin aprelində Azərbaycanın BMT-dəki (Nyu-York) diplomatik nümayəndəliyi də ilk dövrdə məhz qardaş Türkiyənin daimi nümayəndəliyinin ofisində fəaliyyət göstərmişdi. Həmçinin Azərbaycanın xaricdəki ilk səfirliyi də 1992-ci ilin avqustunda Türkiyənin paytaxtı Ankarada açılmışdı.
Ən maraqlısı odur ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda Türkiyənin Azərbaycan səfiri təyin etdiyi Altan Karamanoğlu yıxılıb ayağını sındırmışdı.
Bu axırıncı faktı diqqəttə saxlayın, çünki mən sonra bu hadisəyə qayldacam.Mən Altan Karamanoğlu ilə elə o vəziyyətdə dörd saata yaxın dartışmışıq.

Türk Dünyəvi Bozqurd Partiyasının rəsmi olaraq elan edilməsi də, 1991-ci ilin 18-zi oktyabra düşdü.

***********

Türk Dünyəvi Bozqurd Partiyasının bəyanatı


Dünyəvi Bozqurd Partiyası Proqram Nizamnaməsinin ilkin layihəsi təşəbbüs qrupu tərəfindən qəbul olunub.Patiyanın əsas qayəsi aşağıdakılardan ibarətdir:

-Türkə qayıtma, millətçilik.

-Milli özünüdərketmə və milli təfəkkürün formalaşması;

-Milli istiqlal;

-Ümumi türk dünyasının birliyi;

-Mütərəqqi, humanizm və dünyəvilik ideaları.

Dünyəvi Bozqurd Partiyası türk milli-demokratik dövlət quruluşuna əsaslanan, çoxpartiyalılıq, ümumi, bərabər, birbaşa seçki əsasında yaradılmış, parlamentli, hər bir vətəndaşın öz iradəsini sərbəst ifadə edə bilməsini təmin edən, türk-dünyəvi idealarından qidalanan bir respublika yaradılması uğrunda mübarizə aparır.

Dünyəvi Bozqurd Partiyası ana(türk) dilimizi milli varlığımızın ilkin və ən başlıca şərti hesab edərək, ana dilini millətin və dövlətin milli sərvətinə çevrilməsi, milli mənafe duyğusunun hər bir türkün təfəkkür və varlığına hopdurulması istiqamətində fəaliyyət göstərir.

Dünyəvi Bozqurd Partiyası fəaliyyətini türk-islam özülündə deyil türk-dünyəvi sintezi üzərində quraraq, milli ruhumuza,tariximizə, kökümüzə və milli ənənələrimizə uyğun olan beynəlmiləlçilik, humanizm və digər mütərəqqi idealardan qidalanır.

Dünyəvi Bozqurd Partiyası mübarizəsində “Hər şey türk milləti üçün, türkə doğru və türkə görə” prinsiplərinə əsaslanmaqda, millətçiliyi hər bir fərdin öz millətini müqəddəs hesab edərək onun adını ucaltması ilə bərabər, digər millətlərin milli hislərinə hörmət bəsləməsi mənasında qəbul edir.

Dünyəvi Bozqurd Partiyası ardıcıl radikallıq müxalifət mövqeyində cəmiyyətin siyasi həyatında ən fəal şəkildə iştirak etmək əzmindədir.

Dünyəvi Bozqurd Partiyasının

Təşkilat mərkəzi ; Şakir Ulubəyli
“Aydınlıq” qəzeti 18-zi oktyabr 1991-ci il
***********

Bu bəyanatı indi yenidən yazanda bir daha əvvəlki həyacanı yaşadım.Fövqəladə vəziyyətdə düşmən top-tüfənglə qapımızın ağzın kəsdirərkən bu bəyanat çap olunmuşdu. Sonralar AzTv-nin sədri olan Babək Hüseynoğlu ilə Məhşur jurnalist Mahal İsmayıloğlu kimi cəsarətli Türk millətsevərlərin köməyi ilə bəyanat çap olundu və bununlada Bozqurd artıq siyasət arenasına qədəm qoydu və cəmiyyətdə yaranmış xofu yumşaltdı.

Partiyaya rəsmi olaraq üzv yazılmağa başlandı Təbii ki. yalnız tanıdığmız və inandığımız adamlar vasitəsi ilə.Qadınlar da partiyaya üzv yazılmağa özlərində cəsarət tapırdılar. Türkiyədə yaxın qohumları olan millətçi xanımlardan biri Tahirə xanım bu yaxinlarda qohumlarının göndərdiyi dəvətnamə əsasında qardaş dövlətə gedəcəyi xəbəri bizi çox sevindirdi. Biz ona Türkiyədə ki, millətçilərlə görüşməyi xahiş etdik. Bi aydan sonra Tahirə xanım Türkiyədən qayıtdı və bizə çox qiymətli bir hədiyyə gətirdi. Millətçi Hərəkat partiyasının başqanı Alp Arslan Türkeşin öz əli ilə bizə yazılmış fotosu

idi.




Çox sevgili Azerbaycanlı kardeşlerimize ülvi sayqılar. Türkeş. 4 ekim, 1991

*****

Müstəqilliyə doğru bu qədər qətiyyətli addımlar atan Azərbaycan xalqı, qarşıda onu, can verən Sovet imperiyası, İranın molla rejimi, və Türk düşməni ermənilərin nələr hazırladığından xəbərsiz idi.

-Rus milləti nə qədər düzgün, ləyaqətli,səmimi, mehriban,savadlı və yüz illərlə

azərbaycanlılarla dost münasibətindədirsə,Rus dövləti imperiya xislətli, məkrli, və xəyanətkardır. Bu şər imperiyası Azərbaycan dövlətinin düşmənidir, onun müstəqilliyinin əlehinədir,və bizi daima nəzarətdə saxlamaq üçün Qarabağı və onun ətrafında olan rayonları işğal edib.

Ərazimizi erməni adı ilə Rus dövləti işğal edib və biz bunu dünyaya ictimayyətinə, beynəlxaq təşkilatlara bəyan etməsək, illərlə bu problem oz həllini tapmayacaq.

Şər imperiyası olan Rusiya nəinki, qonşu millət və xalqları eləcədə Rus millətini öz çirkin siyasətinin qurbanına çevirib, dünyanin ən zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, miskin bir həyat yaşamağa məcbur edir.Dünyada eləcədə Rusiyada çoxlu insan itkisi ilə müşahidə olunan terror hadisələrinin hamısında Rusiya xüsusi xidmət orqnlarını əli var.

Fars rejimi haqda bundan daha dəhşətli faktlar yazmaq olardı, lakin biz şikayətlənməkdənsə, millətçiliyimizə güvənib hər iki imperiyanı diz çökdürməliyik.Buna bizim gücümüz çatar.

Erməni daşnakları, əzəli Türk torpağı olan ermənistandan bütün türkləri genosidə uğradıb doğma evlərindən didərgin etdilər.İlk türk qaçqınları ermənistandan Bakıya pənah gətirəndə, Səabail rayinu icra komitəsinin sədri Əli Mamedovla,qaçınlarla məşğul olan şöbənin müdiri Bəyverdi doğmalıqla onların məskunlaşmağına yardım edirdilər.

1991-ci ilin iyirmisi noyabrda Azərnbaycan hökümətinin üzvülərinin Qarabağ ərazisində, Xocavənd səmasında terrora yğradılması, Azərbaycan xalqına qarşı bu günə qədər törədilmiş ən böyük cinayət idi. Sovet-erməni xüsusi terror təşkilatı tərəfindən törədilən bu cinayət, TÜRK DİPLOMATLARINA VƏ HÖKÜNMƏT ÜZVÜLƏRİNƏ QARŞI TÖRƏDİLƏN SİLSİLƏ TEROR HADİSƏLƏRİNİN DAVAMI İDİ.

Hadisə o qədər dəhşətli idi ki, orda şəhid olan dövlət katibi, daxili işlər naziri, baş prokror, prezident aparatının məsul işçiləri, iki general və digər mühüm insanlar demək olar ki, Azərbaycan dövlətində əvəzoluna bilməyən şəxsiyyətlər idi.

Partiyanın bütün işlərində mənimlə çiyin-çiyinə birgə fəaliyyət göstərən Namizəd Səfərovla birgə bir bəyanat hazırladıq.Dövlətimizə qarşı teror törədilmişdi və bundan sonrada nələr olacağı məlum deyildi.

Biz Türk Dünyəvi Bozqurd Pariyası Türkiyənin Prezidenti Süleyman Dəmirəldən Türk qoşunlarının xalqın çox hissəsinin istəyi ilə, Azərbaycan ərazisinə daxil olmasını tələb edirdik. Bəyanatı Türk səfirinə çatdırmaq üçün o vaxt Azneft deyilən əraziyə yaxın dəniz kənarında Köhnə İnturist deyilən binada yerləşən Türk səfirliyinə getdik.



Ən maraqlısı odur ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda Türkiyənin Azərbaycana səfiri təyin etdiyi Altan Karamanoğlu yıxılıb ayağını sındırmışdı.

Mən həmin binada Altan Karamanoğlunu görmüyənə qədər bunun yalan olduğunu güman edirdim. Səfirin müavini bizi qarşıladı və dediki;



  • səfir ayağını zədələyib. Mən sizi qəbul edə bilərəm.

  • Mən təkidlə səfirlə görüşmək istədiyimizi təlb etdim.

Mən inanmırdım səfir ayağını sındırıb.Fikirləşdim ki, Azərbaycanda ictimai siyasi və hərbi vəziyyət gərgindir, səfirlə görüşmək istiyənlərin sayı çoxdu, ona gürə bizi qəbul etmək istəmir.

Bir saat keçəndən sonra müavin çox nəzakətlə, bir daha bizi qəbul edə biləcəyini, səfirin çox gec və ya heç gələ bilməyəcəyini bildirdi.

-Mən isə, biz lazım olan qədər gözləyə bilərik,- dedim.

Namizəd bəy bir neçə dəfə mənə,-gəl səfirin müavini ilə görüşək, fikrimizi deyək, bəyanatımızı verək, əgər lazım olarsa sonra yenə gələrik,- deyə məsləhətlər versədə xeyri olmadı.

Üç saatdan sonra köməkçi Altan Karamanoğlunun bizi qəbul edə biləcəyini söylədi.

Biz geniş bir otağa daxil olduq və səfirin həqiqətən ayağının yarıya qədər gibsdə olduğunu gördüm və onu narahat etdiyimə görə üzürxahlıq etsəmdə, dövlətin müqəddaratının bizim bütün duyğularımızın fövqündə dayandığını qəbul etdiyim üçün narahatlığım sovuşub getdi.

Bizim kim olduğumuzu, nə məqsədlə görüşə bu qədər təkid etdiyimizi izah edəndən sonra özü də etiraf etdiki bu məsələ həqiqətən çox ciddi məsələdir.

Türkiyə dövləti, 1918-ci ildə olduğu kimi, xalqın tələbi ilə, ordusunu Azərbaycan xalqını qorumaq, onun müstəqilliyinə qovuşdurmaq üçün Azərbaycanın ərazisinə daxil olmalıdır.

O,bizə deynəlxaq siyasətdən və hüquqdan, dövlətlər arası münasibətlərdən, müqavilələrdən,Türkiyənin götürdüyü öhdəliklərdən uzun-uzadı danışdı.

Mən darıxmağa başladım.

-Əfəndim burda bir milləti məhv edirlər sizin gözlərininzin qarşısında, onun torpaqlarını işğal edirlər, dövlət rəhbəırlərini terrora məruz qoyurlar siz isə beynəlxalq hüquqdan danışırsınız. Məgər bütün bunları dünya görmürmü.

Həmin anda mən bəlkədə millətimi qorumaq üçün dünyanın bütün qanularını pozmağa belə hazır idim.



  • Türk ordusu Azərbaycan girə bilməz, deyib bunun hüquqi aspektəlini izah etməyə çalışanda,- mən ayağa qalxıb,-

  • Sizrən xahişmiz budur ki, Türk Dünyəvi Bozqurd Partiyasının bəyənatını, sayın Süleyman Dəmirələ çatdırasınız.

O, bunu hökmən prezidentə çatdıracağına söz verdi,və bizimlə görüşdən məmnunluq hissi keçidiyini dilə gətirdi.

Mən Namizəd bəylə binadan çıxıb elə binanın önündə mübahisəyə başladıq. O, da hüquqşunas olduğundan, səfirin türkcə dediklərinin azərbaycan variantını danışmağa başladı.Mən səbrlə onun da dediklərinə qulaq asdım.

- Namizəd bəy mən səfirin də, sənin də dediklərininzi qəbul edirəm.Lakin səndə məni başa düş. Mən bilirəm ki,ordu elə mən deyən kimi bura gəlməyəcək.Danışdığımız şəxs Türk Cümhuriyyətinin Azərbaycandakı elçisidir. Özüdə təzə gəlib bura, oqədər də məlumatlı deyil.Əvəla belə bir adla partiyanın yaradılması və Türk səfiri ilə görüşməsinin özü fövqəladə bir hadisədir.Nəunki burda Türk millətçiliyinin, hətda azadlıq rəmzi olan Bozqurdun olması, və Türk ordusunun Azərbaycana girməsini təkid etməsi,Türk səfirinin fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsində boyük əhmiyyət daşıyır.

Türk səfirliyi vasitəsi ilə məlumatlar alan Türk höküməti də Azərbaycanla münasibətlərində bu detalalrdan istifadə edərək daha fəal siyasət yeridəcək.

Biz səninlə belə də böyük bir iş görmədik, lakin biz səfirn Azərbaycan haqqında olan təsəvvürlərinə dəyişiklik, yeniulik gətirdik.O,bildi ki, 70-il kommunist əsarətində qalsada Türk olduğunu,Türkiyə dövlətinin 1918-ci ildə Azərbaycan Demokratik Cümhüriyyətinin qurulmasında Nuru Paıanın vasitəsi ilə Türklərin müstəsna rolunu unutmayıblar.
********

Milətçilik birləşdirici fünkusiyanı yerinə yetirməlidir, kimsə bu ideyanı bölmək, parçalamaq, məqsədi ilə təbliğ edirsə, deməli o insan bölücüdür və ondan Azərbaycan türkləri zərər görəcəklər. Belə insanlar həmin dövrdə də peyda oldular, anlmadıqları işlə məşğul olduqlarından millətə nəin ki, xeyir, böyük ziyanlar vurdular.O, adamların bir çoxu artıq siyasətdə yoxdurlar və onlar haqda hər hansı bir mənfi fikir söyləmək istəməzdim. Türk milləti üçün xidmət göstərmiş hər bir türk bizim ən dəyərli millətdaşımızdır.Biz bu bəyanatı 2010- cu ilin mayında hazırlamışıq.1991-ci ildə də bəziləri bu bəyanatda qeyd olunduğu kimi bu cür fəaliyyət də bulundular, və mən o vaxda əmin idim ki, vaxt gələcək kimin –kim olduğu təbii yolla aydınlaşacaq.




Dünyəvi Bozqurd Partiyasının bəyanatı.


Bozqurd adı ilə fəaliyyət göstərmiş bəzi təşkilatlar, millətçilik. türkçülük və bozqurdçuluğun mahiyətini düzgün anlamamaq səbəbindən təbliğatlarını düzgün qurmamış və cəmiyyətdə bu ideyaya qarşı anlaşılmaz münasibətlərin yaranmasına şərait yaratmışlar.

Türk millətinin azadlıq,xilas və qurtuluş rəmzi olan Bozqurd anlamı bəzi həmvətənlərimiz tərəfindən düzgün qarşılanmamışdır.

Biz Azərbaycan Respublikasında bu ad və amalla yaradılmış ilk siyasi partiya kimi, dövlətçilik mövqeyində dayanmaqla, daima barışçı, mərkəzçi və marifləndiriçi yöndə fəaliyyət göstərmiş, və Azərbaycan Respublikası ərazisində yaşayan, milli azlıqları, etnik qrupları,digər millət nümayəndələrini öz xalqımızın tərkib hissəsi kimi qəbul etmiş,öz millətimizin milli varlığına hörmət bəslədiyimiz kimi digər millətlərində milli duyğularına sayqı ilə yanaşmışıq.

1990- cı ildən bu missiyanı öz üzərinə götürmüş Dünyəvi Bozqurd Partiyası 1993-cü ildə yanvarın 13 də rəsmi dövlət qeydiyatından keçmiş,1993-cü ildə ikinci qurulatayını keçirmişdir. Fəaliyyəti dövründə şəxsləri, liderləri deyil, Azərbaycan dövlətçiliyinin qorunması amalı ilə çalışmışdır.

Biz siyasətdə milli düşüncənin, milli təfəkkürün, Azərbaycan xalqının tərkib hissəsi olan digər milli qurumların heysiyatına toxunmadan dövlətçilik siyasətinə çevrilməsinə çalışmışıq.

Dövlətçiliyimizə, ərazimizə düşmən kəsilmiş və bizi yaşamaq imkanından məhrum edənlərə qarşı mübarizə aparmışıq. Dostumuzun yanında, düşmənlərin önündə olmuşuq.

Özünü millətçi adlandıran bəzi təşkilatlara bəyan edirəm! Ulu Türk millətinin ən müqəddəs duyğuları ilə oynamağınız yetər,apara bilmədiyiniz siyasi fəaliyyətin uğursuz sonluğundan nəticə çıxardın,Türk milli təfəkkür sisteminin ali ideyalarından xəbərsiz, bu müqəddəs niyyətin mahiyyətini anlamadan bu istiqmətdə naşı siyasət qurmaq zərərlidir..

Siyasət arenasını rinqlə səhf salmış, siyasi münasibətləri hiss və duyğuların təsiri ilə formalaşdırmış, milli siyasət kimi incə bir mahiyəti radikallıqla, qəzəblə cəmiyyətə təbliq etmək Azərbaycan Türklərinə heç vaxt xeyir gətirməmişdir.

Milli inanclar üzərində yaradılmış

partiya məramnaməsini- milli düşüncəyə,

millətçilik fəlsəfəsini- siyasi müstəviyə,

milli siyasəti-dövlət siyasətinə

gətirməyi qarşısına məqsəd qoyan Dünyəvi Bozqurd Partiyası yalnız siyasi fəaliyyətlə, partiya təşkilatı formasında, Azərbaycan Respublikasının qanunları çərçivəsində fəaliyyət göstərməyi məqbul sayır.

Ən müqəddəs vəzifəmiz Azərbaycan dövlətçiliyini qorumaq, ona xidmət edənləri müdafiə etmək olmalıdır.


Azərbaycan Dünyəvi (Bozqurd) Partiyasının sədri: Şakir Ulubəyli.

Millətçilik dünyagörüşdür və milli təfəkkür sistemidir.

Burda lider dəyərlərdir, minillik yaddaş, tarixdən süzülüb gələn zəka işığıdır.

Türk millətinin mənəvi dəəyərlərini, dövlətçilik ənələlərini, ictimai şüurunu,bədii təfəkkürünü, əxlaqını. qəhrəmanıq səlnamçəsini zənginləşdirmiş elə şəxsiyyətlər var ki, həm onların ərməğan qoyub getdiyi inciləri qorumalıyıq, həm də onların xatirəsini.

Azərbaycan Türklərinin tarixində çox belə şəxsiyyətlər var. Lakin təəssüflər olsun ki, biz müxtəlif quruplara bölünüb, bir təşkilatın lider, dahi, milət atası hesab etdiyı tarixi şəxsiyyəti, digərləri qəbul etmir..

Biz Azərbaycan türklərinin bütün dühalarının yaratdıqlarını bir yerə toplayıb milli mənəvi dəyərlər kimi dövlət səviyyəsində qorusaq, və hər kəsin yaratdığığına hörmətlə yanaşsaq, millət naminə bir –birimizə güzəşdə getsək bu ziddiyətlər gələcək nəslə keçməz və onlarda bu konfliktlər məngənəsində idrak enejilərini boşuna israf etməzdilər. Bütün toplumlarda olduğu kimi, millət yaranma prosesinin təzahürləri kimi xalqlar bu yolu keçmişlər.Lakin bizim qədər uzun bir zaman sərf edən ikinci bir millət də təsəvvürə gətirmək olmaz.

Sanki Azərbaycan Türklərini Türkiyədən, Türk milliyindən qoparıb atmaq istəyirlər ki, onu məhf etsinlər.Adımıza nə deyiblər, tatar,azəri, azərbaycanlı,gürcüstan azərbaycnlısı, ermənistanlı azərbacanlısı, azəri türkü,iranlı, sanki elə belə olmalıdır, deyib qəbul eləmişik.

Bu gün sayı əlli milyonu ötən Müstəqill dövləti olan bir millətik ki, bir olmaq üçün çalışsaqda hələdə bir ola bilmirik.

Mən tarixin qaranlıq səhifələrini araşdırmağı qarşıma məqsəd

qoymadığım üçün bəzi tarixi hadisələri qeyd etməyi lazım bilirəm.

Babək türk idi , Türk millətçisi idi. Və Bozqurd idi.

AZƏRBAYCAN dövlətinin bir hissəsinin ərəb işğalçılarından qorumaq üçün 27-il bədəvi ərəblərlə mübarizə apardı.Mənim millətdaşım haqda yüz fars nadanı, əlli ərəb çızmaqaraçısı Babək haqda hədyanlar yazsada, bu bizi bir daha Babəkin qəhrəmanığının böyüklüyünə inandırmalıdır və biz bu qəhrəmanlıq, azadlıq cəngavərinin əfsanələrlə dolu həyatını təbliq etməli və millət arxivinin ən dəyərli yerində qorumalıyıq.



Mən Babəki misal çəkməklə onun güya islama qarşı vuruşduğunu iddia edənlərə cavabım dı ki, vətənin işğal olunursa bu ideyanın hansı olmasından asılı olmayaraq sən mübarizə aparmalısan.Necə ki, 1920-ci ildə bolşeviklər kommunizm ideiologiyasını əldə bayraq tutub bizi işğal etdilər.

İslam millət tanımır və dinə etiqad edənlər hamısı müsəlmandır.Burda bir sual ortaya çıxır,dinin mərkəzi olan ərəblər bəs niyə bu günə qədər öz milliyətlərini qoruyub saxladılar, bəs farsalr niyə, ən qatı dindar ola-ola fars şovinizmini , bir dövlətin tərkibində yaşayan türklərə qarşı tətbiq edirlər. Ərazimizi işğal etmiş ermənilərlə dodaq-dodağa öpüşənlər müsəlmançılığı nə tez unutdular.

Bəs biz Azərbaycan türkləri, dinə etiqad etməklə öz milliyətçiliyimizi edə bilmərikmi.Dindar ola –ola millətçi olmaq olmazmı.

Başqa millətlər kimi dindən öz millətimizin inkişafı naminə istifadə etmək olmazmı.

Özünü türk hesab edən hər bir dindar bütün təriqət fərqlərinin bir kənara qoyub,türk qardaşı ilə bir millətə mənsub olduğunu bilməlidir. ƏVVƏL MİLLLƏTDİR.

Allah insanı yaradanda onu birinci hansı millətə mənsub olduğunu məlum etdi, hansı dinə mənsub olmanı isə insanın öz seçiminə buraxdı.Dindarlıq bizim milli duyğularımıza ikiqat qüvvət verib bizi daha da möhkəm birləşdirməlidir.

O GÜN Kİ, BİZ HANSI MİLLƏTƏ MƏNSUB OLDUĞUMUZU UNUTDUQ HƏMİN GÜNDƏN FACİƏLƏRİMİZ BAŞLANDI.


Bir anlıq düşün Azərbaycan türkü!

Nə üçün sənin milliyətinin kimliyi qeyri millətlər üçün bu qədər önəm daşıyır.?

Niyə alman özünə Alman, Fransız özünə Fransız, ərəb özünə ərəb, fars özünə fars, erməni özünə erməni deyə bilər biz niyə özümüzəı TÜRK DEYƏ BİLMƏRİK? NİYƏ?

Niyə biz ağzımızda olan bal kimi dilimizə Türk dili deyə bilmərik.?Niyə?

Biz kiminsə hətda sayları yüz min nəfərə çatan bir azsaylı xalqında öz milli mənsubiyətinə hörmətlə yanaşır, onun öz milliyəti ilə fəxr etməsindən qürur duyuruq.

Biz Türkük, Millətimiz Türk millətidir, dilimiz türk dilidir,heç kim bizim milli hissilərimizə qarşı çıxa bilməz və heç kim bizim milli ləyaqətimizlə oynaya bilməz.

Biz zaman –zaman bizi parçalamğa çalışan düşmənlərin bizə qarşı yeritdiyi məkrli siyasəti darmadağın etməliyik.

*Bunlardan birincisi dində olan təriqət fərqləridir ki,bir insanın türk olmağı kifayətdir ki. sən onu qardaş kimi qəbul edəsən.


* Sonra bəzi ideolji fərqlərdir ki,eyni bir millətin ,türk millətinin dahilərini qarşı qarşıya qoyub, onların fərqli fikirlərini əldə əsas tutub, iki cəbhəyə bölüb, bir –birinə qarşı mübarizəyə sövq edirlər.Tarix boyu elə hadisələr olub ki, bir hökmüdarın səhfi üzündən, düşmən dövlətlərin təhriki və riyakar siyasəti ilə iki türk hökmüdarı, Şah İsmayıl Xətai ilə Sultan Səlim müharibə ediblər.

Bugün yalnız düşmənlərin iyrənc siyasətinin davamı olar ki, həmin müharibənin acı nəticələri üstündə siyasət qurub iki yerə bölünüb bir- birinə qara yaxasan.Kim bu cür təbliğatdan istifadə edib,Türk millətini parçalayırsa bilin ki, bu adam türk düşmənidir.

Biz şüurumuzda,yaddaşımızda,tariximizdə qara ləkələri silib atmasaq biz Millət ola bilməyəcək, başqa millətlərin əsarətində məhf olub gedəcəyik.

Biz rus milllətinin, Pyotrun vəsiyətləri deyilən konsepsiyadan az-şox xəbərimiz var.Bəs bizim Fars şovinistlərinin gizli doktrinalarından xəbərimiz varmı?

Erməınilərin bizi məhf etmək planlarından, digər Avropa millətlərinin erməni daşnakizminə yardım etməklə Ümumi Türk dünyasına qurduğu məkrli siyasətdən xəbərimiz varmı? Müsəlman olduğumuz üşün, müsəlman dünyasının inkişafınıı əngəlləmək üçün hansı iyrənc siyasət hazırlandığından xəbərimiz yoxdur.

Üstümüzə gələn bu qədər gücün qabağında biz müxtəlif quruplara bölünüb bi-birimizi qırmağımız yetməzmi.?

1918-ci ildə müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti quruldu.1920- ci ildə sovet imperiyası tərəfindən işğal olundu və Cümhuriyət tərəfdarlarını məhf elədilər.Ermənilərin və digər millətlərin əli və ozümüzünkülərin köməyi ilə bütün ziyalı təbəqəsi nəsilliklə məhf edid.

Bəşər tarixində heç bir millətə belə bir genosid törədilməmişdi.

Cümhuriyyətin liderləri Məmməd Əmin Rəsulazadə başda olmaqla, Hökümət üzvüləri, türklər, düşmən elan olundu.

1992- Cİ İLDƏ YENİDƏN BİR ƏSRDƏ İKİNCİ DƏFƏ MÜSTƏQİLLİ DÖVLƏT QURMAQ ƏZƏMƏTİNƏ SAHİB OLDU AZƏƏRBAYCAN TÜRKLƏRİ.

Çox qısa bir zamanda eyni ilə əsrin əvvəllərində müstəqilliyə qənim kəsilən ermənilər, rus imperiyası,farz şovinizmi birləşərək Azərbaycan dövlətini dağıtmağa cəhd etdilər.

Mən Əbülfəz Elçibəyin fenomenal bir şəxsiyyət olduğunu birinci bölmədə geniş yazmışdım.İndi bir daha onun dövlətçilik üçün nə qədər möhtəşəm bir insan olduğöunu qeyd edirəm. Dövlətçilik, Əbülfəz Elçibəy üçün onun bir lider kimi, bütün iddialarının fövqündə dayandı.Eyni ilə həmin dövrdə Ali Sovetin sədri İsa Qənbərin, Baş nazir Pənah Hüseynovun, bir amalı var idi. Dövlətçiliyi qoruyub saxlamaq. Buna görə real vəziyəti təhlil edib ən optimal variantı seçmək ,Heydər Əliyevi Naxçıvandab Bakıya dəvət etmək. O, dövr haqda çox kitablar yazılıb, qarşılıqlı ittihamlar edilməklə bəzi faktları öz istədiyi kimi təhlil etməklə, bəzi siyasi hadisələri şəxsi qərəzliklə təqdim etməklə kifayət qədər ,mürəkkəb olan prosesə bir daha anlaşılmazlıq gətiriblər.

Milli istiqlal partiyasının sədri Etibar Məmmədovla, mən Əbülfəz Elşibəyi sona qədər müdafiə eləmişik. Biz hakimiyyətdə təmsil olunmayan qüvvələr, hakimiyyət uğrunda deyil dövlətçiliyimizin qorunması naminə Heydər Əliyevin Azərbaycan hakimiyyətinin ən yüksək postlarının birini tutmasının tərəfdar idik.

Bu gün kimsə həmin dövrdə baş verən hadisələri görmədən, hadisələrin içində iştirak etmədən fikir söyləyirsə onun dəqiqliyinə və mükəmməliyinə inanmayın. Hətda hakimiyəyətdə olan bəylərin çoxu nə baş verdiyini belə anlamq iqtidarında deyildilər.Hadisələri təhlil etmək üçün belə imkanları yox idi. Həqiqətən ictimai siyasi vəziyyt olduqca ağır idi.

Bu hadisələr millət həyatında o qədər də arzu olunan hadisələr olmadığı üçün hər kəs digərini günahlandırmaqla məsələnin əsl mahiyyətinin açılmasın mane olur. Günahkar axtarılır.

Bax mənim bayaqdan demək istədidiyim əsas məsələnin vaxtı gəlib çatdı. Həmin dövrdə Azərbaycan türklərinə müstəqil dövlət qurmağa imkan verməyən , xaricdən məlumatlandırılan daxili düşmənlər səs-səsə verərək, bir türk liderini tərifləyib, digərindən düşmən obrazı yaratmağa cəhd edirdilər.

********

İKİ TÜRK AZMANI, ƏBÜLFƏZ ELÇİBƏY VƏ HEYDƏR ƏLİYEV.

********

Hər ikisi Azərbaycan dövləti üçün canından keçən fədailər.İndi hər ikisi dünyasını dəyişmiş və yerləri cənnət olsun.


Məgər Heydər Əliyev və Əbülfəz Elçibəy bir amal uğrunda mübarizə aparmırdılarmı. Məgər Heydər Əliyevi təbliğ edənlər hökmən Əbülfəz Elçibəyi, təhqir etməli və ya əksinə. Bunu kimlər edir.Bununla biz cəmiyyəti iki yerə bölüb düşmənçilik toxumu səpmirikmi. Məmməd Əmin Rəsulazadə ilə Heydər Əliyevi qarşı-qarşıya qoyanlar, kommunist təbliğatının metodlarından istifadə edərək, Türk millətiniin liderlərini hansı haqla bizimkilər və düşmənlər bölgüsü ilə yarlıklaşdırırlar.

HEYDƏR ƏLİYEV öz əqli zəkası, fenomenal qabiliyyəti, fövqəladə istedadı ilə sovet imperiyasının ən yüksək dövlət postlarını tutmuş,Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olan, əzəmətli TÜRK GENERALIDIR.


1918-ci ilə qədər qurulmuş Türk dövlətlərinin başçılarının sırasına, Məmm Əmin Rəsulzadə, Nəriman Nərimanov,Əbülfəz Elçibəy, Heydər Əliyevi də daxil edib bu dühaların hamısından qürur duymaq olmazmı.

Biz ovaxt millət olacağıq ki, içimizdəki, kiçik hissiləri boğub, bizi bölən parçalyan qara ləkələri yaddaşımızdan silib atıb, daha böyük amallarla yaşayacağıq.

Bir böyük meydanda Atatürkün, Məmməd Əmin Rəsulazadənin,Nəriman Nərimanovun,Əbülfəz Elçi,bəyin və Heydər Əliyevin bir yerdə əl-ələ verib Türk dünyasına xeyir dua verən bir heykəl kompleksini yaradıb,Yeni Azərbaycan, Xalq Cəbhəsi,Musavat,Milli İstiqlal və digər partiyaların üzvülərinin ziyarət yerinə döndərsək onda bir olacaq bir millət olacağıq.

Kim buna mane olur Türklər?

******

Dünyanın bütün mütərəqqi ideyaları, ideologiyaları, fəlsəfələri,təfəkür sistemləri, dünyagörüşləri, təriqətləri, dinləri bizim millətimizin inkişafına ,tərəqqisinə xidmət etməlidir.



Bunun üçün Aərbaycan Türk ziyalısının üzərinə müqəddəs bir vəzifə düşür.

******


Biz Ulu Türk millətinin nüvəsini təşkil edən, fövqəladə zəka sahibləri ,xüsusi bir təfəkkür sisteminə malik, güclü qan yaddaşına sahib, genetik kodun daşıyıcıları olan Azərbaycan Türkləriyik.

Üçüncü bölüm

TÜRK MİLL


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə