Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə14/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   10   11   12   13   14   15   16   17   ...   131

50
BİRİNCİ KİTAB
(təpəsi) və qaltaq (ağ),  yəni  alnı  ağ (bunun ütülmüş, qırxılmış məna­
sını da verirlər).1
Siqnaq,  siqnəcaq  -   eyni  Az.  sözləri  olan  sıqnağ,  sıqnacaq 
sözləridir.  “Sığnaq”  sözü  klassik  Az.  dilində  də  olmuşdur.  M.P.Va- 
qif deyir: -  Ermənilər bunlara (Qarabağa,  Şamaxıya,  Dəvəçiyə  və s. 
M.  H.)  çox  sonralar gəlmişlər.  Bunlar Çingiz  və  Teymurləngin  zül­
mündən  qaçıb  bu  dağlara  sığınmışlar.  Görmürsənmi,  erməni 
yaşayan yerlərə “siqnaq” deyirlər.2
Qəyqu,  qəyqulu  -  dərd,  dərdli  (qəm,  kədər və  s.)  klassik Az. 
sözüdür.  (D,T,S,  402,  həmin  mənada”qayqu”).  Tat  dilində  eynilə 
qalmışdır.  Məs.:  qəyğu  məsan  (Q.,  M.,  X.),  qəyqu  məni  (Məd.)  -  
qəmlənmə,  dərd  çəkmə,  Həmid qəyqulu  kimi  bu  (Q.,  M.,  X.,  Məd.) 
-  Həmid kədərli  kimi  nəzərə çarpırdı  (kədərli  idi).
Ciziq  -   Az.  dilinin  cızıq  (xətt,  nişan)  sözündəndir.  Az.  dilinin 
“çi”  sənət  bildirən  şəkilçisi  tat  dilində  bu  sözə  qoşulduqda  “ciziqçi” 
(cızıq -  tıma, yaxud tırna-tıma, dirədöymə  oynayan) sözünü yaradır.3 *
 1
2
Qulçumaq -  Az.  olan qol  və çomaq sözlərindən olub,  Az.  sö­
züdür.  “Qolu çomaqlı’’ -  hərbəli-zorbalı:  özbaşına zəifləri  əzən və s. 
mənalarından fərqli  olaraq  tat dilində varlı,  sərvətli  (Az. dilində qol- 
çomaq) mənasında işlənir.
Qızılala  -  eyni  formalı  Az.  sözü olub balıq  adıdır, rus  dilində 
bu balığa “forel” deyilir.
1 D.S.Setarov. Göstərilən əsəri. Səh. 93
2 Y.V.Çəmənzəminli.  “Qan  içində” romanı. Bakı,  1996, səh.95
3 Bu  qayda  üzrə  də  bu  Az.  şəkilçisi  vasitəsilə  tat  dilində  “mingəçi”  -   mingə  -  
orta,  ara  tat  sözü  ilə  çi  Az.  şəkilçisindən  araçılıq,  ortalıq  eləyən  şəxs,  kinarçi  -  
eyni  qayda üzrə  kənar və çi tərkiblərindən  kənarda,  qıraqda olan  adam və s.  kimi 
sözlər yaranır.  Az.  dilinə  yad olan belə sözlərin  yaranması  göstərir ki, tat dili Az. 
dilindən  bıı  formanı  qəbul  edərək  Az.  dilinə  məxsus  olmayan  söz  tərkiblərində 
Az.  dilinə  qaytarır;  yəni  ortaçı,  kənarçı  şəklində.  Məs.:  “Bu  altı  kar  qızı 
tutuşdurub gördük ki,  heç  şübhəsiz bunları bir nəfər,  özü də həmin  işin  içərisində 
olan  yazıb;  çünki,  kənarçı  (kursiv  mənimdir.  M.H.)  bu  məsələləri  bilməzdi”. 
“Kirpi” jurn. N 5/329/, mart  1966, səh.5
AZƏRBAYCAN  TATLARININ  DİLİ
51
Yətəq  -  Az.  sözüdür.  Az  dilində  yataq,  tat dilində  ancaq  “qo­
yun yatağı” mənasında işlənir və Az.  dilində olduğu kimi çox məna­
lı söz deyil  (yorğan-döşək mənasında işlənmir).
Asma  -  Az.  dilindəki  “asmaq”  felindən  olub,  tat dilində  isim 
mənasını  daşıyır.  Məsələn,  be  ərsi  asmaküşt  bürcündand  (Q.,M.)  -  
toy  üçün  bozbaş  bişiriblər.  Az.  dilində  olan  asmaq  (məs.:  qazan  as­
maq,  plov asmaq və s.)  feli  köçərilik  dövründə yaranmış  sözdür.  Bir 
yerdən  başqa  yerə  köçən,  həmişə  hərəkətdə  olan  tayfa  və  ya  qrup 
adamlar qazanın altına dayaq verib göydən asardılar,  “qazan asmaq” 
tərkibi də buradandır (yəni xörək bişirmək).1
Azərbaycan dilindən tat dilinə çoxlu miqdarda yer, dağ, bulaq, 
çay (toponimik,  aykonimik,  hidronik), heyvan, quş,  həşərat,  bitki  və 
s.  adlan  da  keçmişdir.  Sayı  asanlıqla  artınla  biləcək  aşağıdakı  bir 
neçə nümunə  buna  sübutdur.  Sarıqaya,  Ağdərə,  Qurdkeçməz,  Qara- 
bulaq  (yer  adlan),  Qarakürə,  Qızılbaş,  Alabaş,  Ağbaş,  Qıırdbasan, 
Qorxmaz (heyvan adlan),  Qaraquş, Qızılquş,  Qızıl İlan, Uzunburun, 
Qırxayaq,  Suiti  (quş  və  həşərat adları),  Qazayağı,  İtburnu,  İstiot,  acı 
tərə, Dəvədabanı  (bitki adlan) və s.
Azərbaycan dilinin  və bu dil  vasitəsilə  başqa türk dillərinin  tat 
dilinə  leksik  təsirinə  dair  çoxlu  misallar  gətirmək  olar.  Tat  dili 
leksik nümunələri  göstərir  ki,  tarix  boyu  mövcud  olmuş  tat-türk  (o 
cümlədən  Azərbaycan  dilli  qrupu)  etnoslannın  müştərək  iqtisadi, 
siyasi,  ictimai  birgəlik  əlaqələri  nəticəsində  tat  dilinə  daxil  olmuş 
Azərbaycan  dili  (və  ümumiyyətlə,  türk  dilləri)  alınmaları  “özünün­
kü”  olmayan  dildə  də  özünə  möhkəm  yer  edərək  sabitləşir,  gəldiyi 
“ögey”  dildə  doğmalaşır  və  dəyişkənliyə  az  məruz  qalır.  Tat  dilinə 
keçmiş  aşağıdakı  Azərbaycan-türk  alınmalanna bir nəzər  sübut edir 
ki,  əsas,  ana dilin intensiv  ədəbi  inkişafı  nəticəsində  bu  sözlərin ço­
xu  həmin  dildən  çıxsa  da  sonradan  özünə  münbit  toıpaq  kimi  məs­
kən etdiyi  ikinci,  hətta qohum  olmayan  dildən  bu  sözlər çıxmır,  hə­
min  dilin  öz doğma  sözləri  ilə birlikdə  qıanitləşərək  bu  dildə özünə 
doğmalıq hüququ qazanır.
1 R.Rza da bu  fikirdədir.  Bax;  onun:  Talant,  bilik,  zəhmət.  “Azərbaycan” jum.  N
12,  1977. səh.  179


52
BİRİNCİ  KİTAB
Tat dilində,  hətta  Azərbaycan  dilindən  çıxmış  çoxlu  Azərbay­
can  (ümumiyyətlə,  türk  mənşəli)  sözlər də  vardır.  Aşağıda yeri  gəl­
dikcə bunların bir neçə nümunəsini  verəcəyik.
Bəzək -  bəzək-düzək,  yaraşıq.  Az.  sözüdür.  Qədim  türk dillə­
rində  həmin  mənada  fars  sözü  olan  “arastə”  işləndiyi  halda  (bax: 
«Древнетюркский»  словарь.  Л.,  1969, 
səh.  66;  bundan  sonra 
DTS)  tat  dilində  bu  sözə  təsadüf olunmur,  onun  əvəzində  Az.  sözü 
olan “bəzək” işlənir.
Ataşluq  -  odluq,  yandırmaq  üçün  olan.  Bu  sözün birinci  his­
səsi  “ataş”  qədim türk  dillərində (bundan  sonra qəd.  t.d.) f.d olduğu 
kimi  “atəş”  deyil,  eynilə  belə  işlənmişdir.  (DTS,  səh.  66). 
Göründüyü  kimi,  t.d.  bu  eynilə  belədir.  Sözün  ikinci  hissəsi  olan 
“luq”  isə  Az.  dili  şəkilçisidir (lıq,  -   lik,  -   luq,  -  lük).  T.d eynilə  bu 
gün  də  işlənən  həmin  söz  q.t.d.  “ataşluq”  (“yandırılan”  mənasında) 
işlənilmişdir  (DTS,  səh.  66).  Göründüyü  kimi,  həmin  söz  Az. 
dilindən  çıxdığı  halda  t.dilində  indi  də  öz  klassik  türk  dili 
formasında qalmışdır.
dan, -  dən -  AZ.  d.(toyuq dəni, buğda və s.); maraqlıdır ki, T. 
d.  toyuq dəni mənasında “ çinə” də deyilir və bu qədim İran  sözüdür. 
İran dillərində isə bu  söz “dən”  mənasında deyil,  “divar”  mənasında 
işlənmişdir.1 Bəlkə  də  ölkə  adı  olan  “Çin”  sözü  də  şərq  dillərində 
həmin  “çine”  (divar)  sözündən  əmələ  gəlmişdir (öz qədim divanna, 
səddinə görə).  Bu sözü biz indi  də Az. və T.  dilində işlənən  çinədən 
(Az.d),  çinədan(t.d)  (toyuğun  çinədəni  mənasında)  görə  bilərik.  Bu 
sözü  etimoloji  cəhətdən  iki  cür  izah  etmək  olar:  1.  Çinə  sözünü 
(qədim  “çine”  sözündən)  divar  mənasında2  qəbul  etsək  -   “dən 
divarı”,  “dən  yeri”(burada  “qab”,  “yer”  mənasını  yaradan F.  və  Az. 
d.  “dan” -  nəməkdan -  duz qabı,  güldan -  külqabı  və  s.  şəkilçisi  ilə 
qarışdırılmamalı)  kimi  izah  edə  bilərik;  2.  “çinə”  sözünü  T.d  “dən”
1 BUrhan -  e’ qate. Çine sözünə bax.
2 İngilis İranştlnası B.Ləmbton da “çinədən” sözündən bəhs edərkən fars dilinin 
meyvə dialektində işlənən çinə (çine) söztinü “divar”, “dən” sözünü isə Az. d 
işlənən “dən”, “buğda” mənasında qəbul etmişdir. Bax: Ləmbton B.A. Три 
Персиан диалектес. Лондон,  1938, səh.  39.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
53
mənasında  qəbul  etsək,  sözün  ikinci  komponenti  olan  “dən”,  “dan” 
Az.  və  F.  dillərində  olan  yuxanda  qeyd  etdiyimiz  sözdüzəldici 
“dan”  (yerlik  bildirən)  şəkilçisidir  və  “dən  qabı”,  “dən  yeri”  kimi 
izah  olunur.  Bizim  misalımızda  sözün,  görünür,  ikinci  mənası  daha 
doğrudur.
Oçi  -  ovçu,  Az.  sözüdür,  T.d.  o  (Az.d.  ov)  +  Az.d  sənət  bil­
dirən  “çi” şəkilçisindədir. Maraqlıdır ki, Az.d. olduğu  kimi bu sözdə 
sənət  bildirən  “çi”  şəkilçisinə daha bir sənəd bildirən  “luq”  şəkilçisi 
qoşulduğu  kimi  (ovçuluq),  tat  dilində  də  Az.d.  sənət  bildirən  “çi” 
şəkilçisinə  t.d.  “gəri”  sənət  bildirən  şəkilçisi  qoşularaq  “oçigəri” 
ovçuluq  sözünü  yaradır (müq. et.  t.d.  dəmirçigəri  -  dəmirçilik,  əsçi- 
gəri -  atçılıq,  hüzümçigəri -  odunçuluq,  kümürçügəri -  kömürçülük 
və s.).
Pis -  pis  (pis  adam  və  s.  mənasında).  Fars  dilində  həmin  mə­
nada  olan  “bəd”  sözünə  və  ondan  “i”  şəkilçisi  ilə  yaranan  “bədi” -  
pislik  sözünə  tat dilində  təsadüf etməmişik.  T.d həmin  İran  mənşəli 
şəkilçili Az. sözünə qoşularaq (pisi -  pislik) yeni  söz yaradır.
Buğaz  -   1.  boğaz  (məc.  mənada  birindən  hamilə,  boğaz  ol­
maq,  asılı olmaq mənasında); 2. boğaz olmaq, balaya qalmaq (ancaq 
heyvan haqqında);  3. bədən üzvü. Hər üç mənada Az.  sözüdür.
Səs -  səs  (seçki  kompaniyasında).  Az.  sözüdür.  Buradan T.d. 
səs  dərən  -   səs  vermək,  səs  dərəgar -   seçici,  səs  astaran  -   səsdən 
məhrum etmək və s. kimi mürəkkəb birləşmələr yaranır.
Siğurta -  Az. d. sığorta (özünü, əmlakım  və s.  sığortalamaq).
Daşbaş  -   Az.  sözüdür:  daşbaş,  rüşvət  mənasında.  Bu  Az.  sö­
zünə  (hər iki  komponenti  -  “daş”  və  “baş”  Az.  dilindən  alınmadır) 
Az.  d.  sənət,  peşə  bildirən  “çi”  şəkilçisi  qoşulduqda  tat dilində yeni 
söz  yaranır:  daşbaşçi.  Bu  söz  Az.  d.  yoxdur,  “rüşvətxor”,  “rüşvət 
alan” mənasındadır.
Dəmqə  -   damğa  (heyvanı,  insanı  damğalamaq,  bədənin  bir 
hissəsinə  dağlanmış  dəmir  parçası  basmaqla  nişanlamaq).  Tat  di­
lində  bu  sözün  “möhür”  mənası  da  vardır.  Dəmqə  kalxuzmu -  kol­
xozumuzun  möhürü  və  s.,  türk  sözüdür.  Az.  d.  keçmişdir.  “Tamğa”


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə