Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə2/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   2   3   4   5   6   7   8   9   ...   131

6
BİRİNCİ  KİTAB
qinə  həsr olunmuş  bu  əsər  də  məhz  belə  imkan  və  şəraitin  mövcud 
olması  ilə  bağlı  meydana  çıxmışdır.  Əsər  müstəqil  Azərbaycan  hö­
kumətinin  azsaylı  xalqların  dillərinə,  ümumiyyətlə,  milli  məsələyə 
demokratik  və humanist münasibətinin,  real  qayğının təzahürüdür.
Mövzunun aktuallığı
Dünyada  mövcud  olan  hər  şey  tədqiq  edilir,  öyrənilir.  İnsan 
cəmiyyətinin  tarixi  inkişafının  ən  kamil  və  qiymətli  məhsulu  olan 
dilin  tədqiqi  bu  baxımdan  xüsusi  əhəmiyyət  kəsb  edir.  Elmin  müx­
təlif  sahələrinin  yüksək  inkişaf mərhələsində  olduğu  indiki  dövrdə 
bəzi  azsaylı  xalqların  dillərinin,  o cümlədən tat dilinin tədqiqi,  ümu­
miyyətlə,  dilçilik,  o  cümlədən  Azərbaycan  dilçiliyi  qarşısında  mü­
hüm  vəzifə  kimi  durur.  Bu  dilin  tədqiqi  həm  ümumdilçiliyi  nəzəri 
cəhətdən  zənginləşdirməyə,  həm  də  konkret  bir  dilin  tədrisi  mə­
sələsi ilə əlaqədar praktik məqsədə xidmət edir.
Məlumdur  ki,  hazırda  Azərbaycanın  müvafiq  regionlarında 
azsaylı  xalqların  dili  tədris  olunur.  Konkret  olaraq,  tat  dilinin 
tədrisini  keyfiyyətli  aparmaq  üçün  onu  hərtərəfli  tədqiq  etmək 
lazımdır.  Bir  sözlə,  tat  dilinin  tədqiqi  həm  dünya  dilçilik  elmini 
zənginləşdirmək, həm də praktik məqsəd baxımından aktualdır.
Əsərin  tədqiqat  obyekti  Azərbaycan  Respublikasında  yaşayan 
tatların  dilidir.  Azərbaycanda  tatlar  müxtəlif regionlarda  yaşadıqla­
rından  onların  dilində  müəyyən  fərqli  cəhətlər  vardır.  Təqdim  olu­
nan  bu kitabda  tat dilinin,  demək olar ki,  Azərbaycan Respublikası­
nın  bütün  rayonlarmdakı  mövcud  ləhcələri  üzərində  tədqiqat aparıl­
mış,  leksik,  fonetik  və  qrammatik  xüsusiyyətləri  hərtərəfli  araşdırıl­
mış,  ləhcələrdəki  eyni  və  fərqli  cəhətlər göstərilmişdir.  Yeri  gəldik­
cə  tat dili  faktları  Hind-Avropa  ailəsinə  daxil  olan  digər qohum dil­
lər,  habelə Azərbaycan dili  faktları  ilə müqayisə edilmiş,  substrat və 
alınmalar tədqiq olunmuşdur.
Tədqiqatın məqsəd və vəzifələri  aşağıdakılardır:
•  Azərbaycan Respublikasında tat dilinin yayılma arealını mü­
əyyənləşdirmək;
• tat dilinin leksikasını  tədqiq etmək,  leksik-semantik qrupları, 
alınma  sözləri,  fıazeoloji  ifadələri  öyrənmək,  leksik  vahidlərin  se-
AZƏRBAYCAN  TATLARININ  DİLİ
7
mantik  inkişafını,  tarixi  inkişaf prosesində  onlarda baş  vermiş  fone­
tik dəyişiklikləri  izləmək,  tat dilindən  Azərbaycan  dilinə  keçən  söz­
lərin  işlənmə sferasını göstərmək;
• tat dilinin fonetikasmı  tədqiq etmək, danışıq səslərinin  təsni- 
fıni  vermək,  bu  dilin  fonetik  sisteminin  ümumi  mənzərəsini  təsvir 
etmək,  mühüm  fonetik  hadisə  və  qanunları  müəyyənləşdirmək,  ləh­
cələr arasındakı  fonetik fərqləri göstərmək;
•  tat  dilinin  morfoloji  quruluşunun  təsvirini  vermək,  müxtəlif 
nitq  hissələrinə  məxsus  qrammatik  kateqoriyaları  müəyyənləşdir­
mək və onların qrammatik mahiyyətini açıqlamaq;
•  tat  dilində  söz  yaradıcılığı  prosesim  tədqiq  etmək,  sözlərin 
leksik,  morfoloji  və  sintaktik  yolla  yaranması  məsələsini  hərtərəfli 
araşdırmaq,  söz  yaradıcılığında  ləhcə  fərqlərini  göstərmək  və 
onlann mahiyyətini təhlil etmək;
•  tat  dilinin  sintaktik  quruluşunu  tədqiq  və  təsvir  etmək,  söz 
birləşmələrini,  sadə  cümlələrin  növlərini,  cümlə  üzvlərini,  mürək­
kəb  cümlələri  struktur  və  semantik  cəhətdən  öyrənmək,  onlann  iş­
lənmə məqam və mövqelərini aşkarlamaq;
• ikidillilik şəraitində tat dilinin funksiyalanm müəyyənləşdir­
mək,  onun  müasir  vəziyyəti  və  inkişaf perspektivini  proqnozlaşdır­
maq.
Mövzu  geniş  öyrənilir.  İndiyə  qədər  apanlmış  tədqiqatlara 
əsasən  müəyyən  arealda  yaşayan  tatlann  dili  empirik  şəkildə 
öyrənilmişdir.  Bu  əsərdə  isə  ilk  dəfə  olaraq  Azərbaycanda  yaşayan 
tatların  dili,  bu  dilin  ləhcələri  bütün  aspektlərdə  hərtərəfli  tədqiq 
olunur.  Müxtəlif  ləhcələr  arasında  leksik,  fonetik  və  qrammatik 
fərqlər  araşdırılır.  Tat  dilinin  zəngin  frazeologiyası  toplanıb  təhlil 
edilir.  Tat  dilinin  İran  sistemli  digər  dillər  arasındakı  yeri,  özünə­
məxsus  xüsusiyyətləri  göstərilir. Eyni  zamanda tat dilində  mühafizə 
olunmuş  arxaik  Azərbaycan  və  ümumtürk  leksik  elementlər  aşkara 
çıxarılır.
Tədqiqatın elmi və praktik əhəmiyyəti ondadır ki, çox  az və
səthi  öyrənilmiş  müstəqil  bir dil  hərtərəfli  tədqiq olunduğundan  dil­
çilik elmi  yeni  fakt və mülahizələrlə zənginləşir.  Həmçinin  müxtəlif


8
BİRİNCİ KİTAB
sistemli  dillər sferasında tat dilində gedən proseslərin müşahidəsi  və 
təhlili  elmi-nəzəri qənaətlərin hüdudlarını genişləndirir.
Azərbaycanda olan  dillərin qarşılıqlı  əlaqələrini  öyrənmək,  tat 
dilinin  Azərbaycan dili  hesabına zənginləşməsi  yollannı  izləmək  və 
bu fonda nəzəri  ümumiləşdirmələr aparmaq elmi  fikrə yeniliklər gə­
tirir.  Tədqiqatın  nəticələrindən ali  məktəblərdə dilçiliyin  nəzəri  mə­
sələlərinin  tədrisində,  habelə  dil  tarixinin  tədqiqi,  dialektoloji  atlas­
ların  tərtibi  zamanı  faydalı  şəkildə  istifadə  etmək  olar.  Linqvistik 
faktların  təhlili  və  əsərin  içində  verilən  tat dilinə  aid faktiki  materi­
allar şərq dillərinin tədrisində müəyyən əhəmiyyət kəsb edəcəkdir.
Əsər  həmçinin  Azərbaycanda  yaşayan  tatların  dilinin  tədrisi­
nin keyfiyyətini yüksəltmək,  dərsliklər hazırlamaq üçün də əsas isti­
nad mənbəyi ola bilər.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
9
GİRİŞ
Azərbaycan  ərazisində  yaşayan  tatlar  bu  torpağın  qədim  və 
aboregen xalqlarından biridir.  Bəzi  alimlər göstərirlər ki,  tatların  et­
nik adı olan “tat” etnonimi türk sözü olub, türklərin özlərinə tabe et­
dikləri  qeyri-türklərə  (türk olmayan  başqa  tayfalara),  sonralar tacik, 
fars  və  sair  adlandırılmış  bütün  irandilli  xalqlara  verdikləri  nisbi 
addır;  sonra  bu  söz  etnik  ada  -   tatların  etnoniminə  çevrilmişdir.1 
Bəzi  alimlərə  görə,  tat  sözünün  “savadlı”,  “şəhərli”,  “oturaq  həyat 
keçirən”,  “əkinçi” kimi mənaları  ilə yanaşı, Cığatay dilində “avara”, 
“yurdsuz”, “tabe şəxs”, “qul” mənaları da  vardır.2
“Dədə  Qorqud”  dastanlarında bu  sözə  “tat  əri”  (tat  kişisi  mə­
nasında)  ifadəsində  rast  gəlinir.3  Mahmud  Kaşğaıi  isə  “tat”  sözü 
qarşısında  “tatsız  türk  bulmas,  başsız  börk”  zərb-məsəlini  verərək, 
bu  sözü etnik ad -  Azərbaycan  ərazisində yaşayan qədim bir xalqın 
etnonimi  kimi  hesab  etmişdir.4 Bəzi  tədqiqatçılara  görə,  bizim  era­
nın  V-VI  əsrlərində  Şimal  tayfalarından  qorunmaq  üçün  İrandan 
Azərbaycana  köçürülmüş  bəzi  irandilli  tayfalarla hələ  Orxon-Yeni- 
sey türk yazılarında Gültəkinin şərəfinə yazılmış Kiçik abidənin  12- 
ci  sətrində  (...  on  ox  oğullarından  tutmuş  tatlara qədər  ...)  adı  çəki­
lən5 tat etnosunun  hər ikisi  eyni  adlı  xalqdır.  Hər halda bu bir həqi­
qətdir  ki,  tatlar  da  bu  ərazidə  qədim  dövrlərdən  mövcuddurlar  və 
burada  yaşayan  başqa  xalqlarla  qaynayıb  qarışaraq  vahid  Azərbay­
can  xalqının  formalaşmasında  fəal  iştirak  etmiş,6 öz  etnik  dillərini 
bu günümüzə qədər qoruyub saxlaya bilmişlər.
1 Yəhya Zəka. Guyeş-e Kərinqan-e tati. Tehran,  1334, c. 6-7 (fars dilində)
2 П.К.Жузе.  О .слове “Tat”.  Баку,  1927, s. 7
5 “Dədə Qorqud”, Bakı,  Azəməşr,  1939, s. 76
4 Mahmud Qaşqari.  Divani-lUğət-it-ttlrk.  ‘Tat’’ söztlnə bax.
s С.Малов. Памятники древнетюркой письменности, M. Л,  1951, s.28
6 Tatların tarixi  məsələləri bu əsərin mövzusundan xaricdir.  Müəllif bu mövzuya dair ayrıca “Azərbay­
can  tatları:  tarixi-etnoqrafık  oçerk”  adlı  əsər üzərində  işləyir.  Müəllifin  qeydi:  Həmin  əsər çap olun­
muşdur və bu kitabda verilir.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə