Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə5/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   2   3   4   5   6   7   8   9   ...   131

18
BİRİNCİ KİTAB
da həm  İber-Qafqaz  tayfa  və  xalqlarının,  həm  də  İran  dilli  tayfa  və 
xalqların,  xüsusən  bunlardan  Azərbaycan  ərazisində  yaşayanlann 
tarixini, mədəniyyət və dilini  tədqiq etmək lazımdır.
Tat dilini,  bu dilin  müxtəlif şivə və ləhcələrini,  onların  leksika 
və qrammatikasını  bitkin və tam şəkildə öyrənmək müasir Azərbay­
canşünaslıq qarşısında duran mühüm məsələlərdən biridir.
Tat dili  ləhcələri  aralarındakı  müxtəlifliyə  görə üç  böyük qru­
pa bölünür:1
1.  Tat  dilinin  Şimal  ləhcələri:  buraya  Quba,  Dəvəçi,  Qonaq- 
kənd və Qızıl  Qazma ləhcələri  (Xızı rayonu);
2. Tat dilinin  Mərkəzi:  Ərüsküş-Daqquşçu,  yaxud Xızı  ləhcəsi 
(Xızı rayonu);
3.  Tat  dilinin  Cənub  ləhcələri:  buraya  da,  əsasən,  Abşeron, 
Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı) ləhcələri daxildir.
Əsərdə  istifadə  olunmuş  Abşeron,  Xızı,  Quba  rayonunun  Qo- 
naqkənd,  Şamaxının  Məlhəm  tatları  və  Mədrəsə  sakinlərinin2  dil 
materialları,  müxtəlif İran  dilləri,  həmçinin  Azərbaycan  dili  faktlan 
ilə müqayisədə verilir, tat dilinin bu ləhcələri  ilə müxtəlif İran dilləri 
və  ləhcələri  arasında  olan  eynilik  və  fərqlər  izah  olunur.  Aydındır 
ki,  bu  ləhcələrdə  olan  bütün  fonetik,  qrammatik,  leksik  formaların 
hamısmı  bu  əsərdə  vermək  çox  çətindir.  Bu  ləhcələrdə  olan  bütün 
dil hadisələrini  təfərrüatı  ilə vermək əsərin həcminin  son  dərəcə bö­
yüməsinə  səbəb  olardı.  Ona  görə  də,  təbiidir  ki,  tat  dilinin  həmin 
ləhcələrində  olan  bəzi  tədqiqat  üçün  prinsipial  əhəmiyyəti  olmayan 
fonetik, qrammatik, leksik formalar bu əsərdə öz əksini tapmamışdır.
Azərbaycan dilinin tat dilinə  olan  güclü fonetik və leksik təsi­
rini  nəzərə  alaraq,  bu  ləhcələıdəki  misal  və  mətnləri  düzgün  əks et­
dirmək  üçün  (“ü”,  “ə”,  “ı”,  “ö”,  “h”  və  s.  səsləri  dəqiq  verə  bilmək
1 А.Л.Грюберг.  Язык  Сенероазербайвжанских татов.  Л.,  1963,  səh.6;  M.İ.Ha- 
cıyev.  Tat  dilinin  Qonaqkənd  ləhcəsi,  Bakı,  1971,  səh. 5. M.İ.Hacıyev.  Müqəddi­
mə  əvəzinə  bir  neçə  söz.  “Vasal”  (“Bahar”).  Tat  şairlərinin  antalogiyası.  Bakı, 
1994, c.6 (Tat dilində).
2 Qondarma  Qarabağ probleminə qədər bu kənddə  yaşamış və dağ cuhudları kimi 
tat dilini qəbul  edərək  bu  dildə  danışan  keçmiş  grigoryan  məzhəbli  əhali nəzərdə 
tutulur.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
19
üçün) bəzi  zəruri  işarələrlə birlikdə Azərbaycan  (kiril)  əlifbasını  qə­
bul  etdik.  Azərbaycan  əlifbasından  başqa,  aşağıdakı  əlavə  lıərf  və 
işarələri  də qəbul etməyi  lazım bildik: 
h -  boğaz “h” səsini  vermək üçün.
ae -  “ə”, “e”  səslərinin birləşməsindən əmələ gələn diftonq. 
n  -  Səsin diftonq olduğunu göstərir.
—  uzunluq işarəsi.
’  -  apostrof işarəsi,  hər yerdə  ərəb  dilindəki  ayn  boğaz  səsini 
əvəz edir.
' -- vurğu.


20
BİRİNCİ  KİTAB
TAT  DİLİNİN  FONETİKASI
Azərbaycan  tatlarının  dilinin  fonetikası  eksperimental-labora- 
toriya  üsulu  ilə  demək  olar ki,  tədqiq  olunmamışdır.  Tat  dilinə  dair 
tədqiqlərdən  də  (V.F.Miller,  B.V.Miller,  V.S.Sokolova,  A.L.Qrün- 
berq  və  başqalarının  bu  sahədəki  axtarışlanndan)  tat  dili  foneti- 
kasımn  bəzi  mühüm  məsələləri,  məsələn,  bu  dilin  vokalizminin 
sistemi  tam aydınlaşmır.  Bu tədqiqatçıların hamısı tat dili  saitlərinin 
sabit  olmadığını  dönə-dönə  qeyd  etmişlər.  V.F.Miller  öz  tədqiqat­
larında tat dili  fonetikası  üzərində  geniş  dayansa da,  əsasən,  özünün 
“tuta bildiyi”,  aydın eşitdiyi  səsləri  verir,  fonemləri  isə  tam  dolğun- 
luğu  ilə  qeydə  ala  bilmir.*  B.V.Miller  tat  vokalizmi  üçün  qəbul  et­
diyi  transkripsiya  ilə  bu  dilin  tam  fonoloji  mənzərəsini  yarada  bil­
məmişdir.  Müəllif özü  də bu barədə  açıq yazır  və  göstərir ki,  tat di­
lində  və  onun  müxtəlif ləhcələrində  hansı  səslərin  tam  fonem  oldu­
ğunu,  hansılarının  isə  fonem  variantı  ola biləcəyini  demək  çətindir, 
bu da tat dili  vokalizminin qeyri-sabitliyi ilə izah olunur.2
Bu  dilin  konsonantizmi  haqqında  nisbətən  nikbin  danışmaq 
olar.  Belə  ki,  bu  dilin  tədqiqatçılarının  tat  dili  konsonantizmi  haq­
qındakı  məlumatları  dilin  fonetik  vəziyyətini  nisbətən  yaxşı  əhatə 
edir  və  dilin  mövcud,  faktik  vəziyyətinə  uyğundur.  Lakin  bununla 
bərabər bu  sahədə  də  ciddi  söz  deməyə  böyük  ehtiyac  vardır.  Arxa 
dil,  ön  dil,  damaq,  boğaz,  emfatik  samitlər  və  sair  kimi  mühüm 
fonetik problemlər tat  dili  konsonantizminin  də qarşısında duran  və 
ciddi  linqvistik  laboratoriya  tədqiqatı  tələb  edən  məsələlərdir. 
Burada  isə  biz,  əsasən,  bu  dilin  əsas  fonetik  tərkibini  təyin  etməyi, 
həmçinin  bu  dilin  əsas  fonetikasının  mühüm  xarakterik  cəhətlərini 
qeyd  etməyi  qarşımıza  məqsəd  qoymuşuq.  Bir  mühüm  məsələni
'  Всев.  Миллер. Татские етюды. ч.П, Опыт грамматики Татского языка. Тр. 
Лазаревского инст.  Воет. Яз., вып. XXVI,  М.,  1907, с.  12.
2 Б.В.Миллер. Таты,  их расселение и говоры, с. 2, əlavə.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
21
nəzərə  almaq  olduqca  zəruridir  ki,  tat  dilinin  müxtəlif  ləhcə  və 
şivələri  əsasən məhz fonetik fərqlərlə bir-birindən ayrılır.
Fonetik tədqiqatı çətinləşdirən məsələlərdən biri  də son illərdə 
tatların  dilinin  Azərbaycan  türklərinin  dilinin  təsir  ilə  sürətli  assi­
milyasiyaya  uğraması  meylidir.  Azərbaycan-türk  dilinin  tat  dilinə 
güclü  təsiri  əsasən  sənaye  rayonlannda(Abşeron,  Xaçmaz,  Şamaxı 
və  s.)  daha intensivdir.  Hətta kəndlərdə  də  yaşlı  nəsillə  cavan  tatla­
rın  dili  arasında ciddi  fərqlər yalanmaqdadır.  Belə  fərqlərə  mədəni, 
ədəbi  mühitlə bağlı  olan müxtəlif peşə  sahibləri  arasında da qabanq 
şəkildə  rast  gəkmək  olur.  Belə  ki,  mədəniyyət,  ya maarif sahəsində 
çalışan  tat  cavanının  nitqi  ilə  kənd  təsərrüfatı,  ya  heyvandarlıqla 
məşğul  olan  peşə  sahiblərinin  nitqi  arasında  tutarlı  fərqlər  yaranır. 
Bu  halda  birincilərin  dilinə  Azərbaycan-tiirk  dilinin  təsiri  ikinci 
qrup  nümayəndələrinə  nisbətən  daha  güclü  hiss  olunur.  Azəıbay- 
can-türk  dilinin  tat  dilinə  güclü  təsirindən  danışarkən  hələ  1950-ci 
illərdə  Bakının  yaxınlığında  yerləşən  Balaxanı  sənaye  rayonu  tat 
əhalisinin  dili  tədqiqatçıların  diqqətini  cəlb  etmişdir.1 Bu  sətrlərin 
müəllifi  hələ  vaxtilə  doğru  olaraq qeyd etmişdi  ki,  tat dilində  Azər­
baycan  dilinin  təsiri  ilə  “türk  dilləıindəki  ahəng  qanununa  müvafiq 
olan saitlərin assimilyasiyasına meyl nəzərə çarpır”.2
Belə  təsir  müxtəlif tat  dili  ləhcələrində  müxtəlif dərəcədədir. 
Tat  dilində  33  səs  (apostrofla)  vardır.  Bu  səslərin  hərflərlə  ifadəsi 
aşağıdakı cədvəldə verilir.
Tat dili  üçün qəbul edilmiş şərti əlifba:
Hərf
Adı
Kiril
Hərf
Adi
Kiril
Аа
a
a
LI
el
л
Bb
be
б
Mm
em
M
Сс
се
ҹ
Nn
en
H
Ç ç
çe
ч
Oo
0
о
Dd
de
д
Öö
ö
Ю
1 В.С.Соколова. Очерки по фонетике иранских языков. Изд. АН СССР,  М.Л., 
1953, с.  123. Bundan sonra:  В.С.Соколова Очерки...
2 M.İ.Hacıyev. Tat dili. АСЕ. с. 9, Bakı,  1986.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə