Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə7/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   2   3   4   5   6   7   8   9   10   ...   131

26
BİRİNCİ  KİTAB
V.S.Sokolova  “a”  fonemini  a°-mn  (“a”  ilə  “o”  qarışığı) 
neytral  variantı  hesab  edərək  yazır  ki,  tat  dilində onun  qalın,  ya  da 
xalis  “a”  variantına  (Azərbaycan  və  rus  dillərindəki  qalın  vurğulu 
“a”) çox az təsadüf olunur.  V.S.Sokolova bu fonemin bir neçə sözdə 
işləndiyini  söyləyərək aşağıdakıları  misal  gətirir:  “tat”  -  tat,  “sal”  -  
il,  “danist”  -   bildi  (dodaqlanmayanlardan  soma),  “raft”  -   getdi, 
“rasirə” -   1.  yetişmiş  (meyvə),  2.  çatmış  (mənzil  başına)  (“r”  sami­
tindən  sonra),  “papax”  -   papaq  (titrək  kar  samitlərdən  sonra)1.  O, 
sonra  yazır  ki,  tələffüz  üçün  (tez  və  ardıcıl  danışdıqda)  bu  fonemin 
arxa dil  variantı,  təqribən  2-ci  dərəcədə  dilin  damağa qalxmasından 
yaranaraq xəfif dodaqlanan  “a”  variantı  xarakterikdir.2 V.S.Sokolo- 
vanın bu mülahizələri  ilə razılaşmaq olmaz. Əslində tam hüquqlu və 
heç  bir  başqa  variantı  olmayan  sabit  “a”  tat  dilinin  möhkəm, 
dəyişməz  fonemidir  və  bunun  doğruluğunu  biz  hələ  vaxtı  ilə  tat 
dilinin Q.  ləhcəsi materialı  əsasında sübut edərək təsdiqləmişik.3
Tat  dilinin  Ş.  ləhcəsində,  həmin  ləhcəyə  daxil  olan  kiçik  Qo- 
naqkənd kəndi  əhalisinin dili  istisna olmaqla4,  “a”  fonemi  “o”  məx­
rəcinə  deyil,  “ö”  məxrəcinə  yaxınlaşır və  bəzən  hətta  “a”  tamamilə 
“ö” foneminə çevrilir.
Belə  ki,  bir  sıra  tat  dili  ləhcələrində  sözün  istər  əvvəlində, 
istər ortasında,  istərsə  də  sonunda  işlədilən  “a”  foneminin  Ş.  ləhcə­
sində  “ö”ləşməsi  geniş  yayılmışdır.  Məsələn,  tat  dilinin  Ab.,  Qub., 
Q.,  Xz.,  D.,  L.  və  s.  ləhcələrində,  demək  olar  ki,  əsasən  ancaq  “a” 
ilə tələffüz  olunan  sözlərdə  bu fonem  Ş.  ləhcəsində  “ö”-yə  çevrilir: 
birar -  birör (qardaş),  xarab -  xaröb  (xarab),  may -  mö (ana),  tay -  
tö  (bərabər,  tay),  laqar -  löqör (anq),  par -  pör  (keçən  il),  (dü)  ta -  
(di)  tö  (iki  dənə),  sazu  -   sözü  (etsin,  yerinə  yetirsin),  sanu  -   sönü 
(eləsin, əncam veısin)və s.
Lakin  Ş.  ləhcəsində  də  çoxlu  sözlər  vardır  ki,  onlarda  “a”  fo­
nemi  dəyişməz və  sabit bir fonem kimi  özünü göstərir.  Məsələn, bu
1 V.S.Sokolova. Göstərilən əsəri. Səh. 126
2 Yenə orada.  Səh. 36
3 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı,1971, səh.36
4 Quba rayonunun Qonaqkənd qəsəbəsi ilə qarışdırmamalı.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
27
ləhcədə  işlənən  aşağıdakı  sözlərdə  “a”  fonemi  heç  bir  dəyişikliyə 
uğramır və heç  bir başqa məxrəci, ya da variantı yoxdur.  “Dandu” -  
diş,  “çapandan” -  yüyürmək,  çapmaq  (atı),  “dar” -  qapı,  “yara vin” 
-  bir bax!,  “gusala” -  buzov və s.
Bəzi  ləhcələrdə “a” fonemi  “ə”-yə çevrilir: alət > ələt (Xaşı  şi­
vəsi;  buna  bəzən  “ölət”  kimi  də  təsadüf olunur)  (paltar,  libas),  afta- 
ran -   əftərən  (düşmək,  yıxılmaq),  bəzən  də  “a”  “e”-yə çevrilir:  bas- 
tan > besten (bilir -  “bilmək” məsdərindən,  III şəxs,  tək) və s.
III.  “U”  fonemi.  Bu  fonem Azərbaycan  dilindəki  “u”  saitinə 
çox  yaxındır,  dodaqlanandır,  damaq  saitidir.  Məs:  xuruz  -   xoruz, 
fınduq  -   fındıq,  kur -   kor  və  s.  V.S.Sokolova  doğru  olaraq  göstər­
mişdir  ki,  tat  dilinin  bu  fonemi  “n”,  “Г,  “r”  samitlərinin  təsiri  ilə 
uzun saitə çevrilir və vurğu qəbul edir.  Qeyd etməliyik ki,  “u”  fone­
mi  V.S.Sokolova  tərəfindən  göstərilən  təkcə  bu  samitlərin  deyil, 
həm  də  “m”,  “n”  samitlərinin  təsiri  ilə  də  uzun  tələffüz  olunur.  Bu 
cəhəti aşağıdakı faktlarda aydın müşahidə etmək olar:
“Nun”  -  çörək,  “pul” -  pul,  “murlə” -  mığmığa,  “kul”  -  bel, 
“xug” -  donuz,  “dul” -  dul  (qadın,  kişi),  “zulum” -  zülm,  “suza” -  
gicişmə,  “ruz” -  gün, “pur” -  dolu (qab) və s.
Qonaqkənd  ləhcəsində  “u”  kimi  tələffüz  olunan  səs  Balaxanı 
ləhcəsində  “o”-ya çevrilir.  Məsələn:  pur -  por  (dolu qab),  ruz -  roz 
(gün) və s.
Qeyd:  “1” samiti h ər zaman  və ya hər yerdə  “u” fonemini  uza­
da bilmir.  Məsələn:  “lup” -  sıçrayış,  tullanma,  “lupuq” -  lopuq və s. 
kimi  sözlərdə  “u”  ancaq qısa tələffüz olunur.  Bəzən “u”-nun “i”-yə 
çevrilməsinə  də  təsadüf olunur:  zumustan  -  zimistan  (qış),  duraz -  
diraz (uzun),  xunuk -  xinik (soyuq) və s.
IV.  “Ü” fonemi. Bu fonem də  “u” kimi  dodaq saitidir.  Bu fo­
nemi  tələffüz edərkən dil  yuxan  damağa doğru meyl  edir,  Azərbay­
can dilindəki “ü” saitinin eynidir.
Bəzən,  alınma “ü”  saiti  soykökündən -  mənşəyindən aynlmaq 
üçün  tat dilində  “i”-yə çevrilə bilir.  Belə ki,  bəzi ləhcələrdə  (Balax., 
Surax.)  “üşmu”  formasında işlənən  sözdəki  “u” səsi  Şamaxı  və Qo­
naqkənd  ləhcələrində  “i”-yə  çevrilir  və  nəticədə  həmin  söz  “şimu”


28
BİRİNCİ KİTAB
(siz -   II  şəxsin  cəmi)  kimi  tələffüz  olunur.  Bundan  əlavə  Balaxanı 
ləhcəsində  bilənd  (yüksək),  dita  (iki),  bürim  (olduq)  kimi  tələffüz 
olunan  sözlər  və  söz-formalar  Qonaqkənd  və  Dəvəçi  ləhcələrində 
bülünd, düta və birim kimi  deyilir.
Bəzən,  Balaxanı  ləhcəsində  olan  “i”  Qonaqkənd  ləhcəsində 
“u”  kimi  səslənir.  Balax.  ləhcəsində  “i”  (o,  tək  III  şəxs),  Qonaqk. 
ləhcəsində  “ü”,  Balax.  -  cirə  (ayrı) -  Qonaqk. -  cürə,  həmin  qayda­
da işmu  (siz,  II  şəxs,  cəm) -  Qonaqkənd -  üşmu.  Azərbaycan dilin­
dən tat dilinə keçmiş bu sait səs  Azərbaycan dilində olduğu kimi, tat 
dilində  də  uzun  tələffüz  olunmur.  Məsələn:  “cür”  -   kimi,  “sütül”  -  
sütül,  “sünbül”,  “hüzüm”  -   odun,  “üzüm”  -   indi,  “sülüm”  -   nərdi­
van,  “gülüm”  -   yelin  (heyvanda),  “əlü”  -   ərik,  “düdük”  -   tütək, 
“büz”  -   keçi,  “büzlə”  -   oğlaq,  “dül”  -   ürək,  “zölü”  -   zəli,  bülbül, 
“bülünd”  -   yüksək,  “mürə”  -   boyunbağı,  sürmə,  “büsk”  -   şiş  (də­
mirdən) və s.
Bəzən  “ü”  fonemi  hətta  bir  ləhcə  daxilində  də  (məs.  Qonaq­
kənd  ləhcəsində”  “u”-ya  çevrilir;  çilinkçü  (Xaltan)  -   çilinkçu  (Gü- 
mür)  -   çilingağac).  Həmin  qaydada  çü  -   çu  (ağac,  odun),  cürüb  -  
curub (corab), çülpi -  çulpi (ağac qırıntısı,  talaşa) və s.
V. 
Ey  diftonqu.  Bu  diftonq  “e”  saiti  ilə  “y”  samitinin  birləş­
məsindən  əməl  gəlmiş  və  geniş  yayılmışdır.  Məsələn:  “peyrə” -  pi­
yada,  “peydə”  -   görünmək,  “deydi”  -   dünən,  “mey”  -   şərab,  “şey” 
-   köynək,  “beyki”  -   kimin  üçün,  “meymu”  -   meymun,  “xeyli”  -  
çox, meyvə-meyvə, “əkey” -  nə vaxtdan? və s.
V.S.Sokolova  bu  diftonqdan  bəhs  edərkən  göstərir  ki,  bu  dif­
tonq tat dilində  bəzən  “aə”  və  “ж”  variantlarında da özünü  göstərir. 
O,  öz  fikrini  əsaslandırmaq  üçün  aşağıdakı  sözləri  nümunə  gətirir: 
baey maən -  beyməen -  mənim üçün,  mənə,  baerayi  çi -  bəeçi  -  nə 
üçün?  və  s.  Görünür,  V.S.Sokolovanm  bu  sözləri  tələffüz  edən 
informatoru  tat  dilinin  yəhudi  ləhcəsində  danışan  dağ cuhudu  imiş, 
çünki  bu  diftonqlann  məhz  V.S.Sokolovanm  yuxanda  göstərdiyi 
şəkli tat dilinin yəhudi  ləhcəsi üçün xarakterikdir.1
1 Б.Ф.Миллер. Очерк фонетики еврейско-татского языка. М.,  1900. с. 69.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
29
Tədqiqat  obyektimiz  olan  tat  dili  ləhcələrində  isə  göstərilən 
mənalarda  həmin  sözlərdə  bu  səslər  məhz  açıq  “ey”  diftonqu  kimi 
səslənir  və  bütün  ləhcələrdə  aydın  şəkildə  həmin  diftonq  şəklini 
saxlayaraq “beyçü” -  nə  üçün? niyə?,  “beymən” -  mənim üçün  for­
masında  səslənir.1 Buradan  aydın  olur  ki,  bu  diftonq  tat dilinin  mü­
səlman  ləhcələrində  V.S.Sokolovanm qeyd  etdiyi  formaya  heç  vaxt 
düşmür.
VI. 
OU,  ÖÜ diftonqları.  Bu diftonqlar tat dilində geniş yayıl­
mışdır.  Bu fonemlərin birincisi  fasiləsiz deyilən,  tələffüz zamanı  bir 
növ bir-birinə yapışıq olan “o+y”  və  “ö+ü”  səslərindən yaranan dif- 
tonqlardırlar.
Bəzi  şivələrdə  (məs:  Xaşı  şivəsində)  ancaq  “o”  ilə  deyilən 
sözlər başqa  şivələrdə  (məs:  Gümür -   Gümür-Dəhnə  şivəsində)  bir 
qayda  olaraq  “ou”  diftonquna  çevrilir:  sohuz  >  souz  (yaşıl),  so  > 
sou (səhəng), xo > xou (yuxu) və s.
“ou”  diftonqu  əsasən  aşağıdakı  sözlərdə  işlədilir ki,  bu da ək­
sər  tat  dili  ləhcələri  üçün  xarakterikdir:  “ou”  -   su,  “gou”  -   öküz, 
“sou” -  səhəng,  “dou” -  qaç  (felin  əmr forması,  II  şəxs,  tək),  “rou” 
-  hür (felin  əmr forması, II  şəxs),  “xou” -  yuxu,  “count” -  süpürgə, 
“əsyou” -  dəyirman və s.
“öü” diftonqundakı  hər iki fonetik komponent: ö və ü-nün heç 
biri  İran dilləri  üçün xarakterik  fonemlər deyillər.  Bu diftonqu yara­
dan  hər  iki  fonem  ta t  dilinə  Azərbaycan  dilindən  keçmişdir.  Tat 
dilində  Azərbaycan  dilinin  bu  iki  müstəqil  fonemi,  yəni  “ö”  və  “ü” 
birləşərək bir fonem əmələ gətirir.
Maraqlıdır ki,  tərkibcə Azərbaycan dilindən alınmış bu fonem 
tat dilində həmin sözləri bir növ tat dilinin spesifik sözlərinə, özünə­
məxsus  sözlərə  çevirir,  “öü”  diftonqunun  işləndiyi  aşağıdakı  sözlər 
bu fikri  daha çox təsdiq edir:  “töü” -  hərarət,  istilik  (fars dilində hə­
1 Bu  və  bundan  sonra  bütün  əsər  boyu  verilmiş,  faktik  tat  dili  materiallarını  əks 
etdirən  əlavə  mətnlərini  bu  kitabda  vermək  imkandan  xaric  idi.  Mətnləri,  ya  mi­
salları  müqayisə  etmək  istəyən  oxuculardan  aşağıdakı  kitablara  müraciət  etməyi 
xahiş  edirik:  “Düta  birar”  (“İki  qardaş”).  Tat  nağılları.  Bakı,  Azəməşr,  1993, 
“Vasal” (“Bahar”). Tat şairlərinin  şerləri.  Bakı, Azəməşr,  1994. Müəllif.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə