2 2 2
BİRİNCİ KİTAB
c)
sonluq, nəhayət, axırıncı nöqtə bildirən yer zərfliyini əmələ
gətirmək üçün sözlərin əvvəlinə “təbə” önqoşması artırılır. Bu zərf-
lik “təbəcə” sualına cavab verir. Təbə sər dahar doyistüm - dağın
başma qədər yüyürdüm; təbə dib çal fırmarüm - quyunun dibinə
qədər endim; təbə zir şiqəm əs lamad bü - atın qarnının altına qədər
palçıq idi.
2.
“Ke?” - nə vaxt? sualına cavab verən zaman zərfliyi aşa
ğıdakı şəkillərdə ifadə oluna bilər:
a) heç bir xüsusi əlamət qəbul etmədən zaman məfhumu ifadə
edən sözlər zaman zərfliyi əmələ gətirir: süh vəxaştüm - səhər
obaşdan durdum; şöü bə di rasirüm - gecə kəndə çatdım; Bəzən
hətta bir qrup birləşmə də, yaxud birləşmə söz qrupu da bu
funksiyada işlənərək zaman zərfliyi ola bilər: Də sal ə də’va b ə’də
ama dürma - Müharibədən on il sonra gəlib çıxdı;
b) “bə” ön qoşmasının söz birləşmələrinin əvvəlinə gəlməsi
ilə zaman zərfliyi yaranır: Bə intərzini səxtə zumustunə sal
əyəlunmə vicarist - Qışı sərt keçən belə bir ildə uşaqlarım öldü
(hərf: qırıldı), bə üzümnə xuşa ruza zistən hasand bire - indiki yaxşı
zamanda yaşamaq asanlaşmışdır;
c) Zaman zərfi əmələ gətirən “üzüm” - indi, “həmişə” - həmi
şə, “hə”, “hər vəxt’’ - hər vaxt, “hər ke” - hər zaman kimi xüsusi
sözlər vasitəsilə düzələn zaman zərfləri: üzüm bəmarənüm - indi
gəlirəm; hər ke biyəyi bəxunəyüm - nə vaxt gəlsən evdəyəm və s.
ç) Tərzi-hərəkət zərfliyi hərəkətin necələyini bildirən sözlər
vasitəsilə əmələ gəlir və bu funksiyada həmin sözlərin heç biri
xüsusi əlamət qəbul etmir. Məs., duxdərmə ə həmələ əyəlun xub
bəxundən - qızım bütün uşaqlardan yaxşı oxuyur, xərmə ə əstü xub
bartən - Eşşəyim atından tez (sürətli) gedir.
Tat dilində zəifliyin cümlədə yeri nisbətən sabitdir. Belə ki,
zaman zərfliyi ya cümlənin lap əvvəlində, ya da miibtədadan sonra
gəlir: imsal ü ərsi bistən se - o, bu il toy edəcək.
Tərzi-hərəkət zərfliyi, bir qayda olaraq, xəbərdən əvvəl gəlir.
Yer zərflikləri də əksər hallarda məntiqcə çox bağlı olduğu
xəbərə yaxınlaşır və ondan əvvəl gəlir.
AZƏRBAYCAN TATLARININ DİLİ
223
Cümlənin həmcins üzvləri
A i
Sadə geniş cümlə tərkibində həmcins üzvlər bağlayıcılar vasi
təsilə bir-birinə bağlanır. Həmin bağlayıcılar bunlardır: “ya”,
“həm”, “nə”. Misallar:
Ya maytü, ya piyərtü, ya xiştəntü imşo bətən piyərmə biyind -
bu gecə atamın yanma ya anan, ya atan, ya da özün gəl; Həci be
mən həm piyər, həm may, həmiş birar bire - Hacı mənim üçün həm
ata, həm ana, həm də qardaş olmuşdur. Ü nə bə mən, nə bə may xiş-
tən guş vakard - o nə mənə, nə də anasına qulaq asdı.
Sadə geniş cümlə tərkibindəki həmcins üzvlər bu bağlayıcılar-
la bağlandığı kimi, bağlayıcısız da işlənir və bu halda həmcins üzv
lər arasında ancaq fasilə olur.
Həmcins üzvlər arasında işlənən və demək olar ki, bir çox
İran və Türk dillərində, o cümlədən Azərbaycan, özbək, fars, əfqan
dillərində çox geniş yayılmış “və” bağlayıcısı tat dilində işlənmir,
daha dəqiq deyilsə, bu bağlayıcı tat dilində bizim tərəfimizdən qey
də alınmamışdır. Cümlədə “və” bağlayıcısı tələb olunan yerdə hə
min funksiyanı məntiqi bağlayıcı - pauza ifadə edir.
Cəm əlamətləri olan “a”, “un”, “ha”-lar, lər şəkilçiləri həm
cins üzvlərin hamısının sonunda işləndiyi kimi, yalnız sonuncu
həmcins üzvün sonunda,da gələ bilər. Məsələn: Vərəhun, quspan-
dun, büzun bəcə bürund? - quzular, qoyunlar, keçilər harada idilər?
Göründüyü kimi, cəm əlaməti bütün həmcins üzvlərin sonunda
gəlir. Cəm əlamətini, qeyd etdiyimiz kimi, əvvəlki həmcins üzvlə
rin sonundan atıb axırıncı həmcins üzvə əlavə etmək olar və bunun
la da məna dəyişməz. Burada Azərbaycan dilinin təsiri aydın duyu
lur. Məs., xiyə, külüng, lapatkəha bə dərü aləyü - kürək, külüng və
bellər toyuq hinindədir.
Qeyd etmək lazımdır ki, sonuncu hal tat dilində çox da geniş
yayılmayan, az işlənən qrammatik qaydalardandır. Bu dildə birinci
hal, yəni bütün həmcins üzvlərə cəm şəkilçilərinin qoşulması çox
geniş yayılmışdır.
224
BİRİNCİ KİTAB
Əgər cümlədə mürəkkəb və ya sadə fellərlə ifadə olunan həm
cins xəbərlər vardırsa, fars, tacik və başqa İran dillərində olan qram
matik qayda, yəni bütün həmcins xəbərlər üçün şərikli olan köməkçi
fel və ya mürəkkəb felin ikinci tərəfinin yalnız sonuncu fellə ifadəsi
tat dilində yoxdur. Tat dilində bütün həmcins xəbərlər Azərbaycan
dilində olduğu kimi bərabər formalar - sonluqlar qəbul edir, şəxs
sonluqlarının hamısını hər söz hər həmcins xəbər üçün eyni
dərəcədə tələb edir. Burada Azərbaycan dilinin tat dili sintaksisinə
təsiri aydın görünür. Məs.: Ə xunə dürmarüm, bə kuçə amarüm, bə
kinar arakərə raftüm, niştüm, qəlyan kəşirüm - evdən çıxdım,
küçəyə gəldim, çayın qırağına getdim, oturdum, papiros çəkdim.
Tabeli mürəkkəb cümlə
Mürəkkəb cümlələrdə tabelilik əlaqəsini əmələ gətirən xüsusi
sintaktik vasitələrdir. Bu vəzifəni bağlayıcılar ifadə edir.
Tat dilində mürəkkəb cümlələrdə işlənərək tabelilik əmələ gə
tirən (tabeli mürəkkəb cümlə yaradan) bağlayıcılar aşağıdakılardır:
I. “ki” - Azərbaycan dilindəki “ki” bağlayıcısına müvafiqdir
(fars dilində bu bağlayıcı “ke” şəklindədir). Bu bağlayıcı tabeli
cümlələrin aşağıdakı növlərində işlənir:
a) Tabeli mürəkkəb cümlədə tamamlıq budaq cümləsi əmələ
gətirir. Bu bağlayıcı həmin vəzifədə aid olduğu sözdən sonra gəlir.
Məs.: Mən ağasde dərü dəsmən bastanüm ki ü incə bire (Q.) - Mən
ovcumun içi kimi bilirəm ki, o, burada olmuşdur; Mə'əlim gaf da ki,
biyarü (Q.) - Müəllim söz verdi ki, gətirsin; Ouçi cəhd saxt ki bizə-
nü - Ovçu çalışdı ki, vursun.
b) Təyin budaq cümlələri tabeli mürəkkəb cümlədə “ki” bağ-
layıcısı aid olduğu, daha doğrusu, təyin etdiyi isimdən sonra gəlir:
Un tufliha ki par be’mən avardə biri dəgüftüm vadurüm - Keçən il
mənim üçün gətirdiyin ayaqqabılan geyib yırtmışam.
c) Səbəb budaq cümləli tabeli mürəkəb cümlədə səbəb budaq
cümləsi baş cümlədən əvvəl gəlir: Diyə xəbər nə astuni ki, cavab
bistən nətünüm - Daha bu barədə soruşsan da cavab verməyəcəyəm.
AZƏRBAYCAN TATLARININ DİLİ
225
ç) Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədə bağlayıcı
baş cümlədən sonra gəlir. Birarmə bə Gəncə rafte ki, bazarluq sanü
*- Qardaşım Gəncəyə alış-veriş etməyə gedib.
d) Nəticə budaq cümləli mürəkkəb cümlədə “ki” bağlayıcısı
baş cümlədən sonra gəlir. Un qədə murdalə ru uşun dəri ki həmələ
amu-dayi ə xiştəntü, ə xunetü virixtund - O qədər pis üz göstərdin
ki, tamam qohum-qardaş evindən uzaqlaşdı, üzündən qaçdı.
e) Zaman budaq cümləli tabeli mürəkkəb cümlədə “ki” bağla-
yıcısı baş cümlədən əvvəl gəlir: ü ki ama qalxuz pişava raft - o, gə
lən kimi kalxoz qabaqcıllar sırasına daxil oldu.
Bir sıra İran dillərində, o cümlədən fars, dəri, tacik dillərində
olan və zaman budaq cümləli tabeli mürəkkəb cümlə əmələ gətirən
“vəqtike” mürəkkəb bağlayıcı tat dilində də qismən işlədilir. Lakin
bu bağlayıcı tat dilində bəzi fonetik dəyişikliyə uğrayır və “vəxt”,
“vəxtə ki”, “yə vəxtə” formalarında özünü göstərir. Tat dilində za
man budaq cümləli tabeli mürəkkəb cümlə əmələ gətirən bu mürək
kəb bağlayıcının vəzifəsini sadə “ki” bağlayıcısı ifadə edə bilir və
həmin funksiyanı daşıyır. Müasir fars dilində “vəqtike” formasında
işlənən qədim pəhləvi ideoqramı orta fars dilində sadə “ke” kimi
oxunurdu və zaman budaq cümləsi əmələ gətirirdi.1 Tat dilində də
“ki” bağlayıcısı müasir fars dilində olan mürəkkəb zaman bağlayıcı-
nı əvəz edir və zaman budaq cümləli tabeli mürəkkəb cümlə əmələ
gətirir. Məs., mən bəmarəni ki, uncə hiciz nəbü - mənim ora gəldi
yim vaxt orada heç nə yox idi. Müasir fars dilində bu cümlə aşağı
dakı şəkildə olardı: - Vəqtike mən amədəm, dər anca hiç çiz nəbud.
XII əsrin sonuna qədər fars yazılı ədəbiyyatında “ke”
bağlayıcısı “ki” şəklində ifadə edilmişdir. XIII əsrin sonunda da
“ki” ilə bərabər çox az miqdarda “ke” bağlayıcısına da təsadüf
olunur. Fars ədəbiyyatında tədricən “ki” şəklində olan bağlayıcı,
tamamilə, aradan gedir, əvəzində həmin bağlayıcının yeni fonetik
şəkli olan “ke” öz yerini möhkəmlədir.2
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi. “Elm” nəşriyyatı, Bakı, 1971, c. 95
2 Саади. Гуолустан. M., 1959. C. 16-17
Dostları ilə paylaş: |