Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə109/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   105   106   107   108   109   110   111   112   ...   131

452
İKİNCİ KİTAB
zılı  telli  cin  olan  Al  da tez  fürsətdən  istifadə edə bilər.  Yatmaq istə­
yən  qadının  üzünə  dalayan  süpürgə,  keçi  tükü  də  sürtürlər,  həm  Alı 
da qorxuzmaq, həm də yatmaq istəyən xəstəni yuxuya getməyə qoy­
mamaq üçün bir neçə dəfə otaqda tüfəng atırlar. Qoca bir tat qadının 
dediyinə  görə,  belə  hallarda  bəzən  bir ata  uzaqdan  arpa çanağı  gös­
tərir,  onu  kişnədirlər. Dəmir-dümürə, qavala, mis qazanı döyəcləyir, 
bir sözlə,  təzə  doğan  qadını  yatmağa qoymurlar.  Yastığının  üstündə 
çoxlu  dua  oxuyur,  onun  üzünə  “pak”  su  çiləyirlər  və  s.  Əlbəttə, 
qeyd etməliyik ki, bu məsələnin xurafatla bağlı  tərəfi bir yana (xura­
fat insan şüurunun bu və ya başqa bir əməl qarşısında acizliyi, bu  və 
başqa  xəstəliyin  səbəbini,  onu  yaradan  amillərin  qarşısını  almağı 
bilmədikdə  yaranmış  fövqəladə  bir qüvvəyə malik cisim və  heyvan­
ların,  ümumiyyətlə,  xurafı  mövcudatm  yaranmasına  səbəb  olmuş­
du), onun əməli  tərəfi  də var;  yeni doğan qadını yatmağa qoymamaq 
tədbirlərinə indi  də  bizim  doğum evlərimizdə riayət  olunur,  körpəsi 
dünyaya  yeni  gəlmiş  ananın  başı  üstündə  oturan  tibb  bacısı  və  ya 
xidmətçi  qadın  onu  danışdırır,  üzünü  şillələyir,  güldürür,  hər  vasitə 
ilə  olursa-olsun  onu  yatmağa  qoymur.  Çünki  bədən  yatdıqda  onun 
damar və əzələlərinin gərginliyi  azalır ki,  bu da qadının çox qan  iti­
rib huşunu itirməsinə səbəb olur.
Tatların  yuxuya inamı  böyükdür,  onların  arasında mahir yuxu 
yozanlar vardır.  Tatlara görə,  qadının  yuxusu  tərsinə  olmalıdır.  Yu­
xuda  üz  qırxmaq,  diş  çəkdirmək,  suda  qərq  olmaq  çox  pis  sayılır; 
yuxuda  birinin  öldüyünü  görmək  onun  çox  ömür  edəcəyi  kimi  yo­
zulur.  Yuxuda  saf  su  görmək  yaxşı,  bulanlıq  su  görmək  pis  xəbər 
kimi  izah olunur.
Tatlar  asqırmağa  xüsusi  ehtiram  bəsləyirlər.  Hərgah  bir  məc­
lisdə,  söhbətdə biri  asqırırsa  (tatca:  Sabur avardan -   səbir gətirmək) 
bir sıra xalq və etnik qruplarda olduğu kimi,  asqırana “afıyət olsun”, 
“Səlamət  olun”,  “будте  здоровы”  demirlər,  əllərini  göyə  qaldırıb 
“əlhəmdülillah”  deyərək dua  oxuyur,  salavat çevirirlər.  Tatlann fik­
rincə,  gözə  görünməz  bir  qüvvə,  xeyirxah  bir  “varlıq”  səbri  gətirir 
ki,  o  da yalnız təmkinli,  səbirli,  hövsələli  olmaq pərisidir.  O,  insan­
lara yalnız  yaxşılıq istəyir,  onun  üçün də  səfərə çıxmaq,  bir işi baş-
TATLARININ  TARİXİ-ETNOQRAFİK  OÇERKİ
453
lamaq,  bir  iş  görmək  istəyən  adam  asqırma səsini  eşidən  kimi  sala­
vat  çevirir,  “Allah  şeytana  lənət etsin”  deyərək öz  qərarından  əl  çə­
kir,  indicə  görmək  istədiyi  işi  daha yerinə  yetirmək  istəmir.  Tatlara 
görə,  bu  xeyirxah  səbr pərisi  onu bu  işdən  saxlayır.  Əgər ona qulaq 
asmayıb  bu  şi  yerinə  yerirməyə  cəhd etsə,  müvəffəqiyyətsizliyə dü­
çar ola bilər,  əgər həmin adam ikinci  dəfə  asqırmanı  eşitsə bu  icazə 
əlaməti  sayılır,  guya səbr pərisi  təhlükənin dəf olduğunu həmin şəx­
sə  xəbər verir,  onu  həmin işi  görməyə təşviq edir.  Zökəm  nəticəsin­
də bir-birinin ardınca bir neçə dəfə asqırmaq hesaba alınmır.
Yatanda  çığıran  uşağın,  ümumiyyətlə,  gecələr  qorxan  uşağın 
yastığının  altına  tatlar  çörək  parçası  qoyarlar.  Onların  fikrincə,  çö­
rək  hər cür qorxunu  və  təhlükəni  rəf edə  bilər.  Ümumiyyətlə,  bərə­
kətə  tatların  böyük  etiqadı  vardır.  Yerə  çörək  atmaq  günahdır.  Yer­
də  bir  tikə  çörək,  bir  dənə  buğda,  ya  arpa  görən  tat  onun  qaldırıb 
öpər,  sonra alnına vurub bir ayaq dəyməyən yerə qoyar.  Bunu nemət 
və bərəkət üçün,  məhsul üçün çəkilən zəhmətin ağırlığı  ilə izah etmək 
olar.  Tatlar deyirlər ki,  çörək bişib  süfrənin  üstünə  gələnə qədər onun 
üçün nə qədər adam əziyyət çəkmişdir.  Ona görə məhsulu (o cümlə­
dən  çörəyi)  yerə  atmaq,  onu  məhv  etmək  bu  məhsul  üçün  çəkilmiş 
zəhmətə  qiymət  verməmək,  bu  zəhmətə  hörmətsizlikdir.  Bizcə,  tat­
lann  məhsula  bu  gözəl  münasibəti  qarşısında  baş  əymək  lazımdır. 
Kaş  bir  çox  adamlar  böyük  zəhmətlə  əmələ  gələn  məhsulu  qoru­
maqda,  onu  qayğı  ilə  saxlamaqda  etinasızlıq  göstərən  şəxslər 
tatlann  bu  adətindən  xəbərdar  olaydılar,  yaxud  ən  azı  alın  təri  ilə 
əmələ gələn məhsula hörməti onlardan öyrənəydilər.
O L U M -Ö L Ü M
Ailə-məişət həyatının bir  sıra maraqlı  məsələləri  kimi,  tatlann 
ölüm  və  dəfn  prosesinə  aid  olan  bəzi  cəhətləri  də  diqqəti  cəlb  edir. 
Bu ədətlərdə qədim dövrlərə,  daha uzaq keçmişə aparan cəhətlər xü­
susilə  maraqlıdır.  Bəhs  etdiyimiz  mərasimlərdə  tatlar  qədim  dövr­
lərə,  xüsusilə  islam  dövründən  qabaqkı  dini  görüşlərə  aid  əqidə  və 
inamlarını  indi  də qismən qoruyub saxlaya bilmişlər.  Bu da təbii bir


454
İKİNCİ  KİTAB
haldır.  Çünki  insanın  ailə həyatının bəzi hadisələrində (məsələn,  ərə 
getmə,  evlənmə,  uşağın  doğulması  və böyüməsi  və  s.)  olduğu  kimi, 
ölümə  aid  məsələlər  də  adət  və  ənənələrin  elə  düyün  nöqtəsidir  ki, 
bunlarda  islamiyyətdən  qabaqkı  adətlər,  xüsusilə  arxaik  ənənələr 
özünü daha qabarıq şəkildə saxlamağa məcburdur.177
Tatların  fikrincə,  yüngül  ölüm  və ağır ölüm kimi  iki  növ  ölüm 
vardır.  Xəstə  əgər  tez  can  verib  ölərsə,  bu,  tatlara  görə,  yüngül 
ölümdür,  onun canı  daha tez  ilahiyyətə  “qovuşacaqdır” .  Belə ölümə 
“bəxtəvərə  mürdən”  (xoşbəxt  ölüm)  deyirlər.  Çətinliklə  can  verən 
şəxsin  ölümü  ağır  ölümdür.  Onların  fikrincə  həmin  ölməkdə  olan 
şəxsin canını-ruhunu  “göylər” çox da asanlıqla qəbul  etmirlər.  Bun­
dan belə bir nəticə çıxarırlar ki, o,  ömründə hansı bir böyük günahsa 
işlətmişdir.  Belə  ölüm  haqqında  deyirlər:  “yəzuqə  canu  nəbədür- 
marən”  (yazığın  canı  çıxmır),  “filankəs  bə zulumaz  mürd”  (filankəs 
əziyyətlə öldü).
Əgər  ölüm  gecə  və  ya  axşam  baş  vermişsə,  onu  basdırmaq 
üçün  sabahı  gözləyir,  lakin  ölünü  tək  qoymurlar.  Onu  xalçanın  və 
ya  palazın  üstünə  uzadır,  altına  döşək  salır,  üstünü  örtürlər.  Molla 
(əgər kənddə olmazsa, qonşu kənddən çağırırlar) səhər açılana qədər 
onun  başı  üstündə  müxtəlif ayələr oxuyur.  Bu  onunçundur ki,  guya 
onun cisminə  şeytan  girməsin, cəsədi  “dəyişdirməsin”.  Bunun  üçün 
onun sinəsinə və qarnının üstünə hərəsi  2-3kq ağırlığında iki daş qo­
yurlar.  Ölünün gözlərini,  ağzını bağlayır,  ayaqlarını cütləyib sarıyır­
lar.  Meyitin  üstünə  tirmə şal,  bəzən rəngli  bahalı  parça atırlar.  Bu o 
deməkdir ki,  ölən cavandır,  nakam ölmüşdür.  Kənddə həmişə daimi 
tabut  olur.  Ölünü  yuyandan  sonra  tabuta  qoyurlar.  Qaldırıb  apar­
maqdan  qabaq tabutu üç dəfə yerə qoyub  götürürlər.  Bu o deməkdir 
ki,  qoy bu sonuncu  itki  olsun.  Ölünü basdırmağa aparanda onu apa­
ranları  hamı  tez-tez  dəyişir.  Bu  ölənə  hamının  sonuncu  xidməti- 
dir.Tatlar adətən  ölünün  əl  və ayaq  dırnaqlarını  tutar,  üzü tüklü olsa 
üzünü qırxarlar.  Başqa  xalqlar kimi  bir il  ölünün  yasını  saxlayırlar. 
Ölünün  3-ünü,  7-sini  və  qırxım  verirlər,  hər  tərəfdən  qohum-qardaş 
tökülüb gəlir,  müsibət üz vermiş ailəyə  təskinlik verirlər.  Belə  halda 
ölənin  yaxın  adamları  gələnlərin  qabağına  çıxır,  bir-birini  qucaqla­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 5 5
yıb  öpür,  ağlaya-ağlaya  birlikdə  evə  daxil  olurlar.  Ölənin  bir  ili  ta­
mam olana qədər onun yaxın adamları musiqi çaldırmır,  şənlik məc­
lislərində iştirak etmirlər. Tatlar ölünün  3,  7, 40 günündə və  bir ilin­
də  gələn  qonaqları  yedirdib-içiıməlidirlər,  onlara  ölənin  xatirinə 
hörmət  edirlər.  Gələn  adamlar  isə  mütləq  özü  ilə  ölü  sahibinə  kö­
mək etmək məqsədilə “hədiyyə”,  bəxşiş adlanan bağlama və  xonça­
lar  gətirirlər.  Bu,  ölüsü  ölən  evə  yardımdır  ki,  bu  da  qoyun,  un, 
qənd,  çay  və  s.-dən  ibarət  ola  bilər.  Hər cümə  axşamı  ölənin  evin­
dən  qonşular  və  kənd  əhalisinə  şirniyyat,  halva  paylanılır  ki,  bu  da 
ölünün ruhunu şad etmək vasitəsi  sayılır.
Qeyd etdiyimiz kimi, ölüm və ölü basdırma adətləri  içərisində 
qədim  dinin  ilk  formaları  özünü  daha  sabit saxlaya bilir.  Bu  heç  də 
təəccüblü  deyil.  İslam dinində  də,  zərdüştilikdə  də qədim  dinin  pri­
mitiv  formaları  dini  ənənələrin  arzu etdiyindən çox-çoxdur.178 Ölüm 
və ölü basdırma adətləri müasirləşməyə ən zəif meyil göstərən  sahə­
lərdəndir. Bunu biz elə müasir dövrdə, yaşadığımız günlərdə də mü­
şahidə  edirik.  Məhz  bu  sahə  ən  qədim  adətləri  özündə  hifz  edərək 
bu  günə  qədər  yaşamış  və  bizə  gətirib  çatdırmışdır.  Buna  görə  də 
bəzən  hansı  adətin  daha qədim,  yerli,  etnik  qrup  və  ya xalqın  adına 
çıxmaq,  yaxud  bunun  islam  dini  tərəfindən  yaradılmış  və  yayılmış 
adət olduğunu ayırd etmək məlum çətinliklər törədir.
Tatların  ölüm  adətləri içərisində ölənlərin  və ulu babaların ru­
huna  sitayiş  məhz  bu  cəhətdən  maraqlı  sahələrdən  biridir.  Bir  çox 
xalqlar kimi  tatların da mifologiyasında Quranın tələb etdiyi  insanın 
canım  alan  ölüm mələyi  Əzrail,  qəbir mələkləri  və mühakimə  müs­
təntiqləri İnkir və Minkir və s.  islam dininin tələb etdiyi dərəcədə öz 
yerini  tutur.  Buraya cənnət, cəhənnəm,  qiyamət günü  və s.  də daxil­
dir ki, onlar da eynilə Qurandakı  kimi  təsvir olunur.  Bununla birlik­
də,  tatların ölüm kompleksində  ibtidai  dinə aid bir sıra əlamətlər aş­
kar  şəkildə  müşahidə  edilir.  Bu  arxaik  adətlərdən  bəzilərini  biz  in­
san ruhuna,  daha doğrusu,  insan ruhuna  və  insan canına münasibət­
də  də  görürük.  Tatlarda  bu  iki  ruhluluq,  yəni  ruh  və  can  məsələsi 
çox maraqlıdır.  Bunların arasındakı  fərq vaxt siliıısə də hər halda bu 
mövcuddur. Tatlar can  verməkdə olan adam haqqında əgər deyirlər­


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə