Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə14/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
60
      Beləliklə, biz heç bir şeyin “içində” ola bilmərik. Hər şey bizim içimizdə, 
yəni  beynimizdə  əmələ  gəlir.  Günəşin,  Ayın,  ulduzların  və  ya  göydə  uçan 
təyyarənin  bizdən  milyon  kilometrlərlə  uzaqlıqda  olması  da  bu  həqiqəti 
dəyişdirmir. Günəş və Ay da eynilə əlimizdə tutduğunuz bu kitab kimi sizin 
beyninizin içindəki kiçik görmə mərkəzində əmələ gələn xəyali görüntülərdir. 
Bədəniniz  də  beyninizdə  gördüyünüz  görüntü  olduğuna  görə,  içində  olduğunuz 
otaq sizin içinizdədir, yoxsa siz otağın içindəsiniz? Bu sualın cavabı açıqdır: əlbəttə, 
otaq sizin içində, beyninizdəki görmə mərkəzindədir.


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
61
Süni şəkildə əmələ gətirilən hisslər
Yazıçı  Rita  Carter  “Mapping  the  mind”  adlı  kitabında:  “Görmək  üçün 
gözlərə ehtiyac yoxdur”, -deyərək elm adamları tərəfindən həyata keçirilən çox 
əhəmiyyətli təcrübəyə yer verir. Təcrübədə görmə qabiliyyyətindən məhrum 
olan  şəxslərə  video  rəsmləri  titrəmələrə  çevirən  cihaz  birləşdirilmişdir.  Bu 
şəxslərin gözlərinin yanına taxılan kamera isə siqnalları həmin şəxsin beyninə 
göndərirdi. Beləliklə, bu  şəxs davamlı şəkildə vizual dünyadan siqnalları qəbul 
edə bilirdi. Xəstələr bir müddət sonra həqiqətən görən insan kimi davranmağa 
başladılar. Məsələn, cihazlardan birində görüntünü yaxınlaşdırmaq üçün linza 
vardı. Bu linza xəstəyə xəbər verilmədən işə salındıqda, xəstə görüntü böyüyərək 
üzərinə gəldiyini gördüyü üçün iki qolu ilə özünü qorumağa çalışmışdır.
14
 Bu 
təcrübədən də göründüyü kimi, hisslərimizin əmələ gəlməsi üçün süni şəkildə 
əmələ gətirilən hisslər də kifayətdir.
Bir  təcrübədə  görmə  qüsuru  olan  insanların  gözlərinin  yanına  taxılan  cihaz  ilə 
bəzi görüntüləri görmələri təmin edildi. Bu adamlar xarici aləmə aid olmayan, süni 
şəkildə hazırlanan oyanmalar olmasına baxmayaraq, son dərəcə həqiqi görüntülər 
görürdülər. Hətta cismin üstlərinə doğru gəldyini zənn edərək özlərini qorumaq 
üçün geri çəkilirdilər.


XƏYALIN DİGƏR ADI: MADDƏ
62
Yuxuda yaşadığımız “hisslər dünyası”
İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna 
baxmayaraq,  həqiqi  həyatında  qarşılaşdığı  hadisələrin,  yaşadığı  hisslərin, 
siqnalların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə 
hiss edir. Bu həqiqətə bu kitabı oxuyan insanların hamısı özləri yuxularında 
tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında 
heç  kimin  olmadığı  şəraitdə  yatan  insan  yuxuda  özünü  çox  insanın  olduğu 
yerdə,  təhlükədə  görə  bilər.  Var  gücü  ilə  bu  təhlükədən  qaçdığını,  divarın 
arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilər. Hətta yuxuda gördükləri o 
qədər həqiqidir ki, qorxu və təşviş hissini həqiqətən təhlükəli şəraitdə olduğu 
kimi hiss edir. Hər hay-küydə ürəyi ağzına gəlir, qorxudan titrəyir, ürəyi bərk 
döyünür,  tərləyir,  insan  bədəni  təhlükədə  olduqda  nələr  hiss  edirsə,  fiziki 
cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə zehnindən 
kənarda gördüklərinin heç biri yoxdur.
Yuxuda soyuq bir qış səhəri 
bağda oturduğunu görən insan 
əsən küləkdən üşüdüyünü, hətta 
titrədiyini hiss edə bilər. Əslində isə 
olduğu yerdə nə külək, nə də soyuq 
hava yoxdur. Hətta çox isti otaqda 
yatır. Buna baxmayaraq, hissini 
bütün gerçəkliyi ilə yaşayır. Gerçək 
dünyada yaşadığı üşümə hissi ilə 
yuxuda yaşadığı arasında bir fərq 
yoxdur.


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
63
Yuxuda yüksək bir yerdən yıxılan insan da bunu bütün bədəni ilə hiss edir. 
Əslində isə, o anda yatağında heç tərpənmədən yatır. Yuxuda ayağı sürüşərək 
su çuxuruna yıxıldığını görən bir insan bütün paltarlarının islandığını, küləkdən 
üşüdüyünü hiss edə bilər. Ancaq olduğu yerdə nə su çuxuru, nə də külək var. 
Hətta çox isti otaqda yatdığına baxmayaraq, nəmliyi və üşüməyi eynilə oyaq 
vaxtda olduğu kimi hiss edir. 
Yuxusunda  maddənin  əsli  ilə  təmasda  olduğunu  iddia  edən  insan 
özündən son dərəcə əmin ola bilər. Ona maddənin xəyali görüntüsü ilə təmasda 
olduğunu,  xarici  aləmin  əsli  ilə  təmasda  olmağın  mümkün  olmadığını  izah 
edən dostunun çiyninə əlini qoyaraq: “İndi mən xəyalam? Sən əlimi çiynində 
hiss etmirsənmi? Elə isə necə xəyali görüntü ola bilərsən? Hardan çıxarırsan 
bu iddiaları? Gəl səninlə gəzintiyə çıxaq, həm bu mövzu haqqında danışarıq, 
Bir insan həqiqətdə 
evindəki divanda sakitcə 
yatarkən yuxuda özünü 
müharibənin ortasında görə 
bilər. Hətta müharibənin 
bütün gərginliyini, qorxu 
təşvişini son dərəcə 
həqiqi şəkildə yaşaya bilər. 
O anda isə tək başına, 
səssiz və sakit yerdə yatır. 
Yuxuda gördüyü son dərəcə 
inandırıcı görüntü və səslər 
isə beynində meydana 
gəlir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
64
həm də belə bir mövzuya nə üçün inandığını mənə izah edərsən”, -deyə bilər. 
Gördüyü yuxusu o qədər aydındır ki, rahatlıqla avtomobili işə salıb, motora 
qaz  verir  və  sonra  birdən  pedala  basaraq  avtomobili  hərəkətə  gətirir.  Yolda 
sürətlə gedərkən ağaclar və yol xətləri sürətdən sanki göz aparan görüntü əmələ 
gətirir. Bir tərəfdən də təmiz dəniz havasını alır. Elə dostuna etiraz etməyə, o 
anda yaşadıqlarının xəyal olmadığını anlatmağa hazırlaşarkən saatının zənginə 
oyanır. Ancaq maraqlıdır ki, yuxuda gördüklərinin xəyal olduğuna etiraz edən 
bu insan oyaq olarkən də gördüklərinin zehnində əmələ gələn xəyali görüntülər 
olduğunu izah edən dostu yanında olsa, ona da eyni şəkildə etiraz edəcəkdir.
İnsanlar yuxudan oyandıqda o ana qədər gördüklərinin xəyal olduğunu 
anlayırlar,  ancaq  “oyanma”  görüntüsü  ilə  başlayan  və  adına  “həqiqi  həyat” 
dedikləri həyatın xəyal ola biləcəyindən nədənsə heç şübhələnmirlər. Əslində 
isə  “həqiqi  həyatımız”  dediyimiz  görüntüləri  qavrama  forması  yuxularımızı 
qavrama  forması  ilə  tamamilə  eynidir.  Hər  ikisini  də  zehnimizdə  görürük 
İnsan evində yatarkən yuxuda lunaparkda 
sürətlə  fırlanan  vaqonlara  mindiyini 
görə bilər. Vaqonların sürətini, müəyyən 
vaxtlarda tərsinə çevrildiyini, əsən küləyi 
əslinin eynisi kimi hiss edə bilər.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə