7
Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya,
İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya
qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan,
ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb,
bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş
oxucu kütləsi tərəfindən izlənilir.
Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman
etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran
hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi
yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib
edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə
düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin
heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr
də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür.
Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub
olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı
bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir.
Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.
Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin
edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli
xidmət olduğu ortaya çıxır.
Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq
meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti
təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə
səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa
yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi
olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran
əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq
şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.
Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi
əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu
isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran
əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın
gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında
bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır.
Əks halda çox gec ola bilər.
Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın
izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət,
gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.
8
1-ci nəşr: sentyabr 2001
2-ci nəşr: dekabr 2002
3-cü nəşr: iyun 2007
4-cü nəşr: noyabr 2008
5-ci nəşr: dekabr 2009
ARAŞDIRMA
NƏŞRİYYAT
www.harunyahya.org - www.harunyahya.net
9
GÖRÜNTÜ NECƏ MADDƏ ZƏNN EDİLİR?
XƏYALIN
DİGƏR ADI:
MADDƏ
HARUN YƏHYA
(ADNAN OKTAR)
10
İÇİNDƏKİLƏR: 10
ÖN SÖZ 12
GİRİŞ 16
DÜNYA HƏYATININ BEYNİMİZDƏKİ ƏKSİ İLƏ TƏMASDA
OLDUĞUMUZ TEXNİKİ HƏQİQƏTDİR 21
Görən gözlərimiz deyil, görüntü beynimizdə əmələ gəlir
24
Bütün səsləri beynimizdə eşidirik 36
Bütün qoxular beynin içində meydana gəlir 39
Bütün dadlar beyində əmələ gəlir 43
Toxunma hissi də beyində əmələ gəlir 43
Beynimizdə əmələ gələn dünyanın əsli ilə əsla təmasda ola bilmərik 48
Uzaqlıq hissi də beyində əmələ gələn hissdir 52
Süni şəkildə əmələ gətirilən hisslər 61
Bütün bu hissləri yaşayan kimdir? 81
MADDƏNİN HƏQİQƏTİ NİYƏ
ƏHƏMİYYƏTLİ BİR MÖVZUDUR? 91
Maddənin həqiqəti tək mütləq varlığın Allah olduğunu göstərir 93
İnsanların etdikləri də Allaha aiddir 96
Maddənin həqiqətinin dərk edilməsi insanları
iman gətirməyə yönəldəcəkdir 99
Maddənin həqiqətini bilmək dünya həvəsini yox edir 100
Maddənin həqiqəti gizlədilmədikdə əmələ gələcək mühit 116
Maddənin həqiqətinin bilinməsi materializmin sonudur 117
ZAMAN DA BİR HİSSDİR 123
Zaman bir anı digər an ilə müqayisə etdikdə
ortaya çıxan məfhumdur 124
İÇİNDƏKİLƏR
Dostları ilə paylaş: |