Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə3/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   2   3   4   5   6   7   8   9   ...   63

11
 Zamanın nisbi bir anlayış olduğu Quranda bildirilmişdir                             130
Zamanın nisbiliyi qədər həqiqətini açıqlayır                                                     133
“Keçmiş” anlayışı hafizəmizdəki məlumatlara görə əmələ gəlir                    134
Keçmiş və gələcək qeyb xəbəridir                                                                        137
Qədərə təslimiyyətin əhəmiyyəti                                                                         138
SONSUZ ZAMAN ALLAHIN HAFİZƏSİNDƏ QORUNUR                      149
Bütün hadisələr “lövhi-məhfuz” adlı kitabda qeyd olunuşdur                      152
Keçmiş və gələcək əslində hal-hazirda yaşanmaqdadır                                   153
Allah cənnətdə istəyənə keçmişi eynilə göstərə bilər                                        157
Bu mövzunun insanlar üçün əhəmiyyəti                                                            160
MADDƏNİN HƏQİQƏTİ MÖVZUSUNA GƏLƏN
ETİRAZLARA CAVABLAR                                                                                 165
NƏTİCƏ: HƏQİQƏTLƏRDƏN QAÇMAQ OLMAZ                                    213
MADDƏNİN SİRRİNİ ÖYRƏNƏNLƏR BÖYÜK
HƏYƏCAN YAŞAYIR                                                                                          215
TƏKAMÜL YALANI                                                                                            223
  


XƏYALIN DİGƏR ADI: MADDƏ
12
B
u  kitabda  izah  edilənlər  bu  günə  qədər  bir  çox  insanı  həddindən 
artıq təəccübləndirən, həyata baxışının tamamilə dəyişməsinə səbəb 
olan  çox  əhəmiyyətli  və  böyük  həqiqətdir.  Bu  həqiqəti  belə  tərif 
edə  bilərik:  “Dünyada  yaşadığımız  həyatın  bir  hissəsi  olan  bütün 
hadisələr,  insanlar,  binalar,  şəhərlər,  avtomobillər,  qısaca  desək,  həyatımız 
boyu gördüyümüz, tutduğumuz, toxunduğumuz, qoxuladığımız, daddığımız, 
dinlədiyimiz  heç  bir  şeyin  əsli  ilə  təmasda  olmuruq.  Biz  sadəcə  beynimizdə 
əmələ gələn görüntü və hisslərlə təmasda oluruq”.
Xarici  aləmdə  maddə  var,  ancaq  bizim  bu  maddənin  əslini  bilməyimiz 
heç vaxt mümkün deyil. Bizə verilən təlqinlə onların beynimizdən kənardakı 
dünyada sabit olduqlarını və bizim bu səbəbdən onların əslini gördüyümüzü, 
hiss  etdiyimizi  zənn  edirik.  Əslində  isə  biz  heç  bir  varlığın  əslini  əsla  görə 
bilmərik  və  bu  varlıqların  əslinə  əsla  toxuna  bilmərik.  Qısaca  desək,  biz 
həyatımız  boyunca  xarici  aləmdəki  maddə  ilə  təmasda  olduğumuzu  hesab 
etsək də, əslində hər şeyin xəyalını və surətini tanıyırıq. 
Bu kitabın mövzusunu əmələ gətirən həqiqət fəlsəfə və ya hər hansı bir fikir 
deyil. Əksinə, bu gün müasir elmin qəti surətdə sübut etdiyi və inkarı qətiyyən 
mümkün olmayan texniki həqiqətdir. Bu gün tibb, biologiya, fizika, nevrologiya, 
beyin və bununla bağlı digər bütün sahələrdə mütəxəssis olan hər hansı elm 
adamına “biz dünyanı necə və harada görürük?” deyə sualı verilsə, verdikləri 
tək cavab var: bütün dünyanı beynimizdəki görmə mərkəzində görürük. 
XXI  əsrdə  elmin  qəti  şəkildə  aşkar  etdiyi,  insanda  böyük  təəccüb  və 
heyrət  yaradan  bu  məlumatın  bizi  gətirdiyi  ən  əhəmiyyətli  nəticələrdən  biri 
isə bu iki sualın cavabıdır: “Bütün həyatımız boyu beynimizdə meydana gələn 
görüntülərlə  təmasda  olduğumuza  görə,  bu  görüntüləri  beynimizdə  əmələ 
gətirən kimdir? Beynimizdə əmələ gələn bu görüntüləri beynimizin içində gözü 
olmadan seyr edən və seyr etdiklərindən həzz alan, həyəcanlanan kimdir?” Bu 
kitabda bu çox vacib iki sualın da cavabını tapacaqsınız.
ÖN SÖZ


ÖN SÖZ
13
Həyatımızın bir hissəsi olan bütün hadisələr
insanlar, binalar, şəhərlər, avtomobillər, 
qısaca desək, həyatımız boyu gördüyümüz
tutduğumuz, toxunduğumuz, qoxuladığımız, 
daddığımız, dinlədiyimiz hər şey əslində 
beynimizdə əmələ gələn görüntü və 
hisslərdir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
14
MADDƏNİN ARDINDAKI SİRR MÖVZUSU 
VƏHDƏTİ-VÜCUD DEYİL
Maddənin  ardındakı  sirr  mövzusu  bəzi  şəxslərin  etirazlarına  səbəb 
olmuşdur.  Sözügedən  şəxslər  bu  mövzunun  əsasını  səhv  anladıqları  üçün 
bu  mövzunun  vəhdəti-vücud  təlimi  ilə  eyni  olduğunu  iddia  edirlər.  Əvvəla, 
qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnə inancına sıx bağlıdır 
və  vəhdəti-vücud  təliminin  tərəfdarı  deyil.  Bundan  əlavə,  unutmaq  olmaz 
ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi çox böyük İslam alimləri 
tərəfindən müdafiə edilmişdir.
Vəhdəti-vücud  düşüncəsini  izah  edən  bir  çox  məşhur  İslam  aliminin 
keçmişdə  bu  kitablarda  verilən  bəzi  mövzuları  düşünərək  izah  etdikləri 
doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni 
deyildir.
      Vəhdəti-vücud düşüncəsinin tərəfdarlarından bir qismi səhv fikirlərə 
düşərək Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar irəli sürmüşlər, 
məsələn,  Allahın  yaratdığı  varlıqları  tamamilə  yox  hesab  etmişlər.  Əslində 
isə  maddənin  ardındakı  sirr  mövzusu  izah  edilərkən  qətiyyən  belə  bir  iddia 
irəli sürülmür. Bu mövzu Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı 
varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində 
əmələ gələn görüntülərini gördüklərini açıqlayır.
Gördüyümüz  bütün  varlıqlar,  dağlar,  düzənliklər,  çiçəklər,  insanlar, 
dənizlər, qısaca desək, gördüyümüz hər şey Allahın Quranda var olduğunu, 
yoxdan yaratdığını bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar 
bu varlıqların əslini duyğu orqanları yolu ilə görə bilməz, hiss edə bilməz və 
ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki 
surətləridir.  Bu,  elmi  həqiqətdir  və  bu  gün  başda  tibb  fakültələri  olmaqla, 
bütün məktəblərdə öyrədilən elmi mövzudur. Hal-hazırda bu yazını oxuyan 
insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının 
əslindən  gələn  işıq  insanın  gözündəki  bəzi  hüceyrələr  tərəfindən  elektrik 
siqnalına  çevrilir.  Bu  elektrik  siqnalı  beynin  arxasındakı  görmə  mərkəzinə 
ötürülərək mərkəzə xəbərdarlıq edir və insanın beyninin arxasında bu yazının 
görüntüsü  əmələ  gəlir.  Yəni  siz  bu  dəqiqə  gözünüzlə  gözünüzün  önündəki 
yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində 
əmələ gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı “yazı surətidir”. Bu 
yazının əslini isə Allah görür. 
Beləliklə,  maddənin  beynimizdə  əmələ  gələn  xəyal  olması  onun  “yox” 
olduğu demək deyil. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti 
haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə