Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə4/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   2   3   4   5   6   7   8   9   ...   63

ÖN SÖZ
15
olmadığı həqiqətidir.
Bu həqiqət “İdealizm, Matriks fəlsəfəsi və Maddənin gerçəyi” adlı kitabımızda 
belə 
ifadə edilmişdir:
Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda 
ola bilmərik!
Maddə xəyaldır demək, maddə yoxdur demək deyil. Əksinə, biz görsək 
də, görməsək də, maddi  dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin 
içində bir surət, başqa bir sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə, 
maddə bizim üçün xəyaldır.
Xarici aləmdəki maddənin varlığını bizdən başqa görən varlıqlar da var. 
Allahın mələkləri, katib kimi təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər.
Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur! Dediyi 
hər sözü onun yanında hazır durub gözləyən vardır! (Qaf surəsi, 17-18)
Hər şeydən önəmlisi budur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür 
incəlikləri ilə Allah yaratmışdır və Allah hər şeyi görür. Quran ayələrində belə 
xəbər verilir:
... Allahdan  qorxun  və  bilin  ki, Allah,  həqiqətən,    sizin  nə  etdiyinizi 
görəndir! (Bəqərə surəsi, 233)
De:  “Mənimlə  sizin  aranızda  təkcə Allahın  şahid  olması  kifayət  edir. 
Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!” (İsra surəsi, 96)
Bundan əlavə, unutmaq olmaz ki, Allah bütün hadisələri “Lövhi-məhfuz” 
adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. 
Hər şeyin Allah qatında Lövhi-məhfuz adlandırılan “əsas kitab”da qorunduğu 
belə bildirilir:
Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, 
çox hikmətlidir. (Zuxruf surəsi, 4)
... Dərgahımızda hifz edən bir kitab vardır! (Qaf surəsi, 4)
Göylərdə  və  yerdə  elə  bir  gizli  şey  yoxdur  ki,  açıq-aydın  bir  Kitabda 
olmasın! (Nəml surəsi, 75)


XƏYALIN DİGƏR ADI: MADDƏ
16
O
tağınızın pəncərəsindən çöldəki mənzərəni seyr etdikdə həyatınız 
boyu  aldığınız  təlqinə  əsasən,  bu  mənzərəni  gözlərinizlə 
gördüyünüzü zənn edirsiniz. Əslində isə həqiqət belə deyil. Çünki 
siz  gözlərinizlə  çöldəki  mənzərəni  görmürsünüz.  Siz  beyninizin 
içində  əmələ  gələn  mənzərəyə  aid  görüntünü  görürsünüz.  Bu,  hər  hansı  bir 
təxmin və ya fəlsəfə deyil, elmi həqiqətdir.
Görmə hadisəsinin necə baş verdiyini xatırladıqda bu mövzu daha aydın 
başa  düşüləcəkdir.  Gözün  vəzifəsi  sadəcə  ona  gələn  işığı  tor  qişasındakı 
hüceyrələr  vasitəsilə  elektrik  siqnalına  çevirməkdir.  Bu  elektrik  siqnalı  isə 
beyninizdəki  görmə  mərkəzinə  ötürülür.  Daha  sonra  bu  elektrik  siqnalları 
pəncərənizdən gördüyünüz mənzərənin görüntüsünü əmələ gətirirlər. Nəticə 
etibarilə,  görüntünün  əmələ  gəldiyi  yer  beyninizdir  və  siz  evinizdən  çöldəki 
mənzərəni deyil, beyninizin içindəki mənzərəni görürsünüz. 
Yan  səhifədəki  rəsmdə  pəncərədən  baxan  insanın  gözünə  çöldən  “işıq” 
düşür.  Bu  işıq  gözdəki  hüceyrələr  tərəfindən  elektrik  siqnalına  çevrilərək 
bu  insanın  beyninin  arxa  tərəfində  yerləşən  kiçik  görmə  mərkəzinə  gəlir  və 
bu  elektrik  siqnalları  beyində  mənzərə  görüntüsünü  əmələ  gətirir.  Əslində 
beynimizin  içi  açılsa,  burada  mənzərəyə  aid  görüntü  tapa  bilmərik.  Ancaq 
beynimizin  içindəki  şüur  beyinə  gələn  elektrik  siqnallarını  mənzərə  kimi 
qavrayır. Elə isə beynin içində gözü, göz hüceyrələri, tor qişası olmadan elektrik 
siqnallarını qavrayan şüur nədir, kimə aiddir?
Eyni vəziyyət hal-hazırda oxuduğunuz kitaba da aiddir. Gözlərinizə gələn 
işığın elektrik siqnallarına çevrilərək beyninizə çatması nəticəsində beyninizdə 
bu kitabın görüntüsü əmələ gəlir.
Yəni  kitab  hal-hazırda  sizdən  xaricdə  deyil,  içinizdə,  beyninizin  arxa 
tərəfindəki görmə mərkəzindədir. Bəlkə kitabın bərkliyini əlinizlə hiss etdiyiniz 
üçün kitabı özünüzdən xaricdə zənn edirsiniz. Ancaq bu bərklik hissi də eynilə 
GİRİŞ


Giriş
17
Pəncərədən çöldəki mənzərəyə 
baxan insan əslində çöldəki 
deyil, beynindəki mənzərəyə 
aid görüntünü seyr edir.
İnsanın gözünə düşən 
işıq gözdəki hüceyrələr 
tərəfindən elektrik 
siqnalına çevrilərək 
beynin arxasındakı 
görmə mərkəzinə 
gəlir və beynimizin 
içindəki “şüur” 
beynə gələn elektrik 
siqnallarını mənzərə 
kimi qavrayır.
İŞIQ
ELEKTRİK 
SİQNALI
ELEKTRİK 
SİQNALINDAN 
İBARƏT MƏNZƏRƏ 
GÖRÜNTÜSÜ


18
YAZIÇI
MƏTBƏƏ
SƏHİFƏ NİZAMI
KİTAB EVİ
CİLDLƏMƏ
BİR KİTABIN ƏSLİNƏ HEÇ VAXT TOXUNA BİLMƏZSİNİZ


Giriş
19
görmə hissində olduğu kimi, beyninizdə meydana gəlir. Barmaq uclarınızdakı 
sinirlər  oyandırıldıqda  bu  xəbərdarlıq  elektrik  siqnalına  çevrilərək  bu 
dəfə  beyninizdəki  toxunma  mərkəzinə  çatdırılır  və  siz  beyninizdə  kitaba 
toxunduğunuza  və  onun  bərkliyini,  səhifələrinin  sürüşkənliyini,  cildindəki 
qabarıqlığı,  kağız  kənarlarının  sivriliyini  qavradığınıza  dair  hisslərə  malik 
olursunuz.
Əslində  isə  heç  bir  zaman  bu  kitabın  əslinə  toxuna  bilməzsiniz. 
Toxunduğunuzu  hesab  etdikdə  əslində  beyninizin  içindəki  toxunma  hissini 
qavrayırsınız.  Bu  kitab  maddə  kimi  sizin  beyninizdən  kənarda  var,  ancaq 
siz sadəcə beyninizdə əmələ gələn kitab görüntüsü ilə təmasda ola bilirsiniz. 
Bu  kitabın  yazıçı  tərəfindən  yazıldığı,  kompyuterdə  səhifə  quruluşunun 
düzülməsi və ya bir mətbəədə çap edilməsi sizi yanıltmasın. Çünki bir azdan 
izah ediləcək məlumatlar bu kitabın ərsəyə gəlməsinin hər mərhələsində əməyi 
olan insanların, mətbəənin, kompyuterlərin də heç vaxt əslini bilməyəcəyinizi 
sizə göstərəcək. 
Beləliklə,  biz  gördüyümüz,  toxunduğumuz,  hiss  etdiyimiz  hər  şeyi 
beynimizin içində yaşayırıq. Bu texniki həqiqətdir və elmi dəlillər nəticəsində 
etiraza  və  ya  mübahisəyə  səbəb  olacaq  mövzu  deyil.  Əsas  cəhət  bu  texniki 
həqiqətin bizi apardığı və yuxarıda verilən sualdır:
Beynimizin  içində  bir  gözü  olmadan,  pəncərədən  görünən  mənzərəni 
seyr edən, bu mənzərədən həzz alan, həyəcanlanan kimdir? Bu vacib sualın 
cavabı da sonrakı səhifələrdə veriləcəkdir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə