Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə47/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
183
“Bütün varlıqların 
beynimizdəki 
görüntüləri ilə 
təmasda oluruq”, 
demək “bu varlıqlar 
yoxdur”, -demək 
deyil. Allahın 
yaratdığı hər şey 
insanlar, binalar, 
göllər, göy üz 
digər bütün 
varlıqların hamısı 
var. Ancaq biz 
bunların hamısının 
sadəcə zehnimizdə 
qavradığımız halını 
bilirik və biz onları 
sadəcə beynimizdə 
görə bilirik.


XƏYALIN DİGƏR ADI: MADDƏ
184
Biz, məsələn, anamızı sevərkən əslində sevdiyimiz Allahın ana görüntüsündə 
təzahür  edən  Rəhim,  Rauf  (əsirgəyən), Asim  (Qoruyucu)  sifətləridir.  Mömin 
qardaşımızı  sevərkən  onda  Allahın  təzahür  etdirdiyi  və  razı  olduğu  gözəl 
əxlaqı sevirik. Onun təqvasından və davranışlarından Allahın razı olduğunu 
umduğumuz üçün biz də ondan razı oluruq. Onun Allahı sevdiyini, Allahdan 
qorxub çəkindiyini gördüyümüz üçün Allahın yaratdığı bu imanlı görüntüdən 
biz də zövq alır, xoşlanırıq. Ona görə, biz insanı sevdikdə əslində Allahı sevirik 
və  o  görüntüyə  olan  məhəbbət  və  sevgimizin  əsl  mənbəyi  Rəbbimizə  olan 
məhəbbət və sevgimizdir.
İnsanları  Allahdan  ayrı  tutaraq  sevənlər,  insanlara  Allahdan  müstəqil 
varlıqlar kimi bağlananlar, insanları Allahı sevən kimi sevənlər isə böyük səhv 
edirlər.  Çünki  Qurana  görə,  tək  sevgi  və  bağlılıq  Allaha  qarşıdır,  varlıqlar 
isə  Allahın  təzahürləri  kimi  sevilir.  Allah  insanlara  müstəqil  dəyər  verərək 
bağlananlar haqqında Quranda belə buyurmuşdur:
İnsanların  içərisində  Allahdan  qeyrilərini  şərik  qoşub,  onları  Allahı 
sevən  kimi  sevənlər  də  vardır.  Halbuki  iman  gətirənlərin  Allaha 
məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri 
əzabdan xabərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu 
və Allahın əzabının şıddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)
Ayədə də bildirildiyi kimi, insanlara və ya varlıqlara Allahın varlığından 
başqa  güc  vermək  və  onlara  bu  şəkildə  bağlanmaq  onları Allaha  bərabər  və 
ortaq etməkdir. Əslində isə Allahdan başqa heç bir varlıq hər hansı bir hərəkəti 
icra etməyə qadir deyil. Quranın bir çox ayəsində Allahdan başqa varlıqlara güc 
aid edən insanlara bu həqiqət bildirilmişdir:
Allahdan  başqa  ibadət  etdikləriniz  də  sizin  kimi  bəndələrdir.  Əgər 


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
185
Allahın yaratdığı varlıqlara sevgi, şəfqət, məhəbbət 
duyan müsəlman əslində sevgisini və məhəbbətini 
Allahın yaratmasına, Onun yaratmasındakı üstün 
sənətə və gücə duyur. Bir canlının üzündə təzahür 
edən gözəlliyinin əslinin Allaha aid olduğunu bilir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
186
doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər. Məgər onların 
yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları 
var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni 
qurun  və  mənə  heç  möhlət  də  verməyin!  Şübhəsiz  ki,  mənim  hamim 
Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! Sizin 
Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə 
bilər!” Əgər siz onları sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. 
Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər! (Əraf surəsi, 
194-198)
Yuxarıdakı  ayələrdə  açıq  şəkildə  xəbər  verildiyi  kimi,  Allahdan  başqa 
heç kimin hər hansı bir şəkildə insana kömək etməsi mümkün deyil. İnsanın 
ən  sevdiyi,  həyatı  boyu  mütləq  varlıqlar  olduqlarını  zənn  etdiyi  anası,  atası, 
uşaqları, dostları da olsa, çətin vəziyyətə düşdükdə o insana kömək edə bilməzlər. 
İnsanın  yaxınlarının,  dostlarının  köməyi  ancaq  Allahın  istəyi  və  iznilədir. 
Allahın istəyi xaricində heç bir insanın öz-özünə belə kömək etməsi mümkün 
deyil. Hətta Allahın istəyi xaricində insanın yeriməsi, görməsi, eşitməsi, qısaca 
desək, həyata davam etməsi də mümkün deyil. Bundan başqa, unutmaq olmaz 
ki, əslinin necə olduğunu bilmədiyimiz, sadəcə xəyali görüntüləri ilə təmasda 
olduğumuz varlıqlar axirətdə bu iddianı irəli sürənlərdən uzaqlaşdırılacaq və 
Quranda bildirildiyi kimi, hər kəs “tamamilə tək” sorğu-sual ediləcəkdir. Yəni 
Müsəlman bir insanı sevdikdə əslində Allaha olan sevgisini göstərir. Allahın yaratdığı 
görüntüyə olan sevgi və məhəbbətin əsl mənbəyi o görüntünü sevəcəyimiz şəkildə yaradan 
Allaha olan sevgi və məhəbbətimizdir.


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
187
necə ki, dünyada hər kəs əslində sadəcə Allah ilə bərabərdirsə, axirətdə də o cür 
hesaba çəkiləcəkdir. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də 
sizə  verdiyimizi  arxanızda    qoyub  gəlmisiniz. Artıq  sizin  öz  aranızda 
Allahın  şərikləri  iddia  etdiyiniz  şəfaətçilərinizi  görmürük.  Artıq 
aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz də sizdən 
(uzaqlaşıb) qeyb olmuşdur. (Ənam surəsi, 94)
Hər  insan,  məsələn,  dostuna  baxarkən  zehnində  Allahın  onun  üçün 
yaratdığı  dost  görüntüsünü  görür.  Beyninə  gedən  sinirlər  kəsilsə,  dostunun 
görüntüsü itəcəkdir. Daima Diri və Qaim olan sadəcə Allahdır. Elə isə insan əsli 
ilə əsla əlaqə qura bilməyəcəyi, sadəcə zehnində olan varlığa nə üçün bağlansın? 
Unudulmamalıdır ki, insanın bağlanacağı, sevərək boyun əyəcəyi tək dostu uca 
Allahdır.
Etiraz:  “İnsan  sevdiklərinin  də  özü  kimi  həqiqi  və  daimi  olmasını 
istəyir”.
Cavab: Bu mövzuya etiraz edən bəzi şəxslər belə deyirlər: “Halbuki insan 
istəyər ki, dostları da özü kimi həqiqi və daimi olsun. Başqa cür necə ola bilər?”
Bu ifadələr bu şəxslərin maddənin gerçək mahiyyəti ilə bağlı izah edilən 
mövzunu anlamadığnı və ya üzərində lazımi şəkildə düşünmədiyini göstərir. 
Çünki bu sözləri deyən şəxsin özü də “gerçək və daimi” deyil ki, yaxınlarının 
da özü kimi olmasını istəsin. Bu həqiqətin üzərində lazımi şəkildə düşündükdə 
insan  öz  bədəninin  də  Allahın  ruhuna  seyr  etdirdiyi  görüntü  olduğunu 
anlayacaqdır.
Bəzi insanların bədənlərinə toxunmaları, barmaqlarını kəsdikdə ağrı hiss 
etmələri, malik olduqları bədənin bəzi ehtiyaclarını təmin etmələri bu insanlara 
öz bədənlərinin xəyali görüntü olduğunu unutdura bilər. Əslində isə bütün digər 
varlıqlar kimi insanın öz bədəni də hissdir və insanın özü öz bədəninin maddi 
gerçəkliyinin  əslini  bilmir.  Məsələn,  barmağını  kəsdikdə  hiss  etdiyi  ağrı  da  
hissdir. Yemək yediyi zaman duyduğu toxluq hissi də hissdir. İnsanın beyninə 
kənardan verilən süni siqnallar bu toxluq hissini yemək yemədən də meydana 
gətirə  bilər. Ancaq  insan  heç  bir  zaman  öz  bədəninin  əslinin  necə  olduğunu 
bilmir. Ağrıları hiss edən, toxunan, bu yazını oxuyaraq anlayan, tənqid yazan 
Allahın insana verdiyi ruhdur. Ona görə, insan özü də Allahın bir təzahürüdür. 
Bu şəxslərin hesab etdiyi kimi, mütləq və daimi deyil.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə