Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə5/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   2   3   4   5   6   7   8   9   ...   63

20


21
DÜNYA HƏYATININ 
BEYNİMİZDƏKİ
 ƏKSİ İLƏ 
TƏMASDA OLDUĞUMUZ 
TEXNİKİ HƏQİQƏTDİR


XƏYALIN DİGƏR ADI: MADDƏ
22
Y
aşadığımız  dünyaya  aid  hər  cür  məlumatı  və  bildiyimiz  hər  şeyi 
duyğu  orqanlarımız  vasitəsilə  öyrənirik.  Duyğu  orqanlarımız 
vasitəsilə bizə çatan məlumatlar ardıcıl proseslər nəticəsində elektrik 
siqnallarına çevrilir və bu siqnallar beynimizin lazımi nöqtələrində 
şərh  edilir.  Beynimizin  bu  şərhi  nəticəsində  biz,  məsələn,  bir  kitab  görürük, 
çiyələyin  dadını  alır,  cökə  ağaclarını  qoxulayır,  ipək  parçaya  toxunur  və  ya 
küləklə yellənən yarpaqların xışıltısını eşidirik. 
Aldığımız  təlqinlə  hər  zaman  bədənimizin  xaricindəki  parçaya 
toxunduğumuzu, bizdən 30 sm-lik məsafədəki kitabı oxuduğumuzu, metrlərlə 
uzaqlıqdakı  cökə  ağaclarının  qoxusunu  aldığımızı,  çox  yüksəkliklərdəki 
yarpaqların xışıltısını eşitdiyimizi zənn edirik. Əslində isə bu sadaladıqlarımızın 
hamısı  bizim  içimizdə  baş  verən  hadisələrdir.  Kitabın  görüntüsündən 
yarpaqların xışıltısına qədər hər şey içimizdə, beynimizdə əmələ gəlir. Burada 
daha  təəccüblü  həqiqətlə  də  qarşılaşırıq:  beynimizdə  əslində  nə  rənglər,  nə 
səslər,  nə  də  görüntülər  var.  Beynimizdə  ancaq  elektrik  siqnalları  var.  Bu, 
fəlsəfi düşüncə deyil, duyğularımızın funksiyası ilə bağlı elmi izahdır. “Zehnin 
xəritəsini çıxarmaq” adlı kitabında yazıçı Rita Karter dünyanı necə qavradığımızı 
belə açıqlayır: 
Hər  bir  duyğu  orqanı  özünə  uyğun  olan  xəbərdarlığa  cavab  verəcək  şəkildə 
yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya titrəmələr şəklindədir. 
Bütün bu müxtəlifliyə baxmayaraq, duyğu orqanları əslində eyni vəzifəni yerinə 
yetirirlər: özlərinə aid olan xəbərdarlığı elektrik siqnallarına çevirirlər. Xəbərdarlıq 
isə  sadəcə    xəbərdarlıqdır.  Qırmızı  rəng  deyil  və  ya  Bethovenin  beşinci 
simfoniyasının ilk notu deyil, sadəcə elektrik enerjisidir. Əslində hər hansı 
bir hissi digərlərindən fərqləndirmək əvəzinə duyğu orqanları hamısını eyni şeyə, 
yəni elektrik siqnalına çevirirlər. 
Elə isə bütün hisslərə aid olan xəbərdarlıqlar eyni qaydada beynə elektrik 
axınları şəklində daxil olur və buradakı sinir hüceyrələrinə xəbərdarlıq edirlər. 
Bütün  proses  budur.  Bu  elektrik  siqnallarını  yenidən  işıq  dalğalarına  və 
ya molekullara çevirən  geri qayıtma sistemi yoxdur. Hər hansı bir elektrik 
siqnalının görüntüyə, digərinin qoxuya çevrilməsi isə bu elektrik siqnalının hansı 
sinir hüceyrələrinə təsir etməsinə bağlıdır.1
Yuxarıdakı  açıqlamalar  çox  vacib  mövzuya  diqqət  çəkir.  Bizim  dünya 
haqqında qavradığımız bütün hisslər, görüntülər, dadlar və qoxular əslində eyni 
məmulatdan, yəni elektrik siqnallarından meydana gəlir. Elektrik siqnallarını 
bizim üçün mənalandıran, bu siqnalları qoxu, dad, görüntü, səs və ya toxunma 
şəklində şərh edən isə beyindir. Beyin kimi nəm ətdən əmələ gələn bir maddənin 
hansı elektrik siqnalını qoxu, hansını görüntü kimi şərh edəcəyini bilməsi, eyni 


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
23
Bütün  həyatımızı  beynimizin  içində  yaşayırıq.  Gördüyümüz  insanlar,  qoxuladığımız 
çiçəklər,  dinlədiyimiz  musiqi,  daddığımız  meyvələr,  əlimizdə  hiss  etdiyimiz  nəmlik... 
Bunların  hamısının  beynimizdəki  halını  bilirik.  Əslində  isə  beynimizdə  nə  rənglər, 
nə  səslər,  nə  də  görüntülər  var.  Beyində  təkcə  elektrik  siqnalları  var.  Qısaca  desək,  biz 
beynimizdəki elektrik siqnallarının əmələ gətirdiyi dünyada yaşayırıq. Bu, bir fikir və ya 
fərziyyə deyil, dünyanı necə qavradığımıza dair elmi açıqlamadır.
DANIŞMA
DÜŞÜNMƏ
HƏRƏKƏT
TOXUNMA
GÖRMƏ
EŞİTMƏ
QOXUBİLMƏ
DADBİLMƏ


XƏYALIN DİGƏR ADI: MADDƏ
24
məmulatdan bir-birindən çox fərqlənən duyğular və hisslər meydana gətirməsi 
isə böyük  möcüzədir. 
İndi  bu  böyük  möcüzənin  necə  baş  verdiyini,  yəni  “dünyanı  necə 
qavrayırıq?” sualının cavabını bütün hisslərimiz üçün bir-bir nəzərdən keçirək. 
Görən gözlərimiz deyil
görüntü beynimizdə əmələ gəlir
Həyatımız  boyu  aldığımız  təlqinlə  bütün  dünyanı  gözlərimizlə 
gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə 
bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki 
biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla 
sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj 
yollayan  kabel  vəzifəsini  daşıyır.  Görmə  hadisəsinin  necə  həyata  keçdiyini 
orta  məktəb  biliklərimizdən  xatırlasaq,  bu  həqiqəti  daha  asan  başa  düşərik. 
Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu 
qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər 
və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına 
çevirirlər.  Bu  elektrik  axınları  göz  sinirləri  vasitəsilə  beynin  arxa  tərəfindəki 
görmə  mərkəzinə  ötürülür.  Beyin  isə  gələn  bu  siqnalı  aydın  və  üç  ölçülü 
görüntülərə  çevirir.  Məsələn,  biz  parkda  oynayan  uşaqları  seyr  etdikdə  bu 
uşaqları  və  parkı  gözlərimizlə  görmürük,  çünki  bu  mənzərəyə  aid  görüntü 
gözümüzün önündə deyil, beynimizin arxa tərəfində əmələ gəlir. Burada çox 
səthi şəkildə izah etdiyimiz görmə prosesi əslində çox mürəkkəbdir. İşıq şuaları 
bir anda və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik 
siqnalları üç ölçülü, rəngarəng, parlaq dünya şəklində bizə görünür. “Göz və 
beyin” kitabının müəllifi R.L.Qreqori bunun fərqinə varmış şəxslərdən biri kimi 
görmə sistemindəki möhtəşəm quruluşu belə ifadə edir: 
Gözlərimizə kiçik, başı aşağı görüntülər verilir və biz ətrafımızda bunları sağlam 
cisimlər  kimi  görürük.  Tor  qişanın  üzərindəki  siqnallar  nəticəsində  cisimlər 
dünyasını qavrayırıq və əslində bunun bir möcüzədən fərqi yoxdur.
2
Bütün bunlar bizi daima eyni həqiqətə aparır: biz həyatımız boyu dünyanı 
bizim xaricimizdə zənn edirik. Əslində isə dünya hər şeyi ilə birlikdə bizim 
içimizdədir.  Biz  xaricimizdə  hesab  etdiyimiz  dünyanı  əslində  içimizdə, 
beynimizdəki  kiçik  nöqtədə  görürük.  Məsələn,  bir  şirkət  rəhbəri  şirkətin 
binasının,  şəhərin  kənarındakı  fabrikinin,  avtoparkdakı  avtomobilinin, 
dəniz  sahilindəki  evinin,  limandakı  yaxtasının,  tabeçiliyində  işləyən  yüzlərlə 
insanın, vəkillərinin, ailəsinin, dostlarının daima öz bədənindən xaricdə olan 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə