Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə6/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   2   3   4   5   6   7   8   9   ...   63

Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
25
GÖRDÜYÜMÜZ VƏ MALİK OLDUĞUMUZ HƏR ŞEY 
BEYNİMİZDƏ ƏMƏLƏ GƏLƏN GÖRÜNTÜDÜR


XƏYALIN DİGƏR ADI: MADDƏ
26
varlıqları  ilə  təmasda  olduğunu  düşünür.  Lakin  bunların  hamısının  sadəcə 
onun kəllə sümüyünün içində, beyninin arxa tərəfindəki kiçik bölgədə əmələ 
gələn görüntüləri ilə təmasdadır. Xarici aləmdəki əsillərinin necə olduğunu isə 
heç vaxt bilə bilməz. Sözügedən şəxs bu həqiqəti bilmir, bilsə də, düşünmək 
istəməz. Ancaq son model avtomobili ilə gəldiyi şirkətinin qarşısında qürurla 
dayanarkən əsən mehlə gözünə toz düşsə, bu həqiqəti o dəqiqə anlayar. Toz 
düşdüyü üçün qaşınan sağ gözünü gözü açıq ikən yüngülcə qaşıdıqda şirkət 
binasının  yuxarı-aşağı  və  ya  sağa-sola  doğru  gedib-gəldiyini  görəcəkdir.  Elə 
bu  zaman  düşünən  insan  gördüyü  görüntünün  xarici  aləmdəki  sabit  varlıq 
olmadığını anlayar. Çünki gözünü qaşıması ilə görüntü gedib-gəlir. 
Beləliklə, bu bir həqiqətdir ki, hər insan həyatı boyu gördüyü hər şeyi 
beynində  görür  və  heç  bir  zaman  gördüklərinin  əsilləri  ilə  təmasda  ola 
bilməz. Gördükləri xarici aləmdə mövcud olan görüntülərin beynində əmələ 
gələn surətidir. Bu surətin əslinin necə olduğu isə bizə məlum deyil. 
Materialist olmasına baxmayaraq, alman psixiatr və nevrologiya professoru 
Hoymar von Ditfurt bu elmi həqiqət haqqında bunları söyləyir:
Topla oynayan uşağı seyr edən insan bu uşağı əslində gözləri ilə görmür. Gözlərin 
funksiyası sadəcə işığı gözün arxa tərəfinə ötürməkdir. İşıq tor qişaya çatdıqda tor 
qişada uşağın tərsinə və iki ölçülü görüntüsü əmələ gəlir. Daha sonra bu görüntü 
elektrik siqnalına çevrilərək beynin arxasındakı görmə mərkəzinə çatır və uşağın 
düz, üç ölçülü və qüsursuz görüntüsü burada görülür. Bəs beynin arxasında uşağın 
üç ölçülü, qüsursuz dərəcədə aydın görüntüsünü görən kimdir? Elə burda qarşımıza 
beynin fövqündə olan varlıq – RUH çıxır. 


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
27
GÖRDÜYÜMÜZ VƏ MALİK OLDUĞUMUZ HƏR ŞEY 
BEYNİMİZDƏ ƏMƏLƏ GƏLƏN GÖRÜNTÜDÜR
Gözünü qaşıyan insan avtomobilinin aşağı-yuxarı sürüşdüyünü görəcək. Bu da 
gördüyü bu avtomobilin xarici aləmdəki sabit əsli ilə deyil, beynində əmələ gələn 
görüntüsü ilə təmasda olduğunun dəlilidir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
28
Arqumentlərimizin hərəkətverici qolunu hara yerləşdirsək də, nəticə dəyişmir: əti-
sümüyü ilə qarşımızda duran, gözümüzün gördüyü şey “dünya” deyil, sadəcə 
onun  xəyalıdır,  bir  bənzəridir,  orijinalı  ilə  nə  qədər  üst-üstə  düşdüyü 
mübahisəlidir.
3
Məsələn, hal-hazırda başınızı qaldırıb içində olduğunuz otağa baxdıqda 
gördüyünüz sizin xaricinizdəki otaq deyil. Siz otağın beyninizin içində əmələ 
gələn xəyali görüntüsünü görürsünüz və heç bir zaman bu otağın əslini duyğu 
orqanlarınız vasitəsilə görməyiniz mümkün deyil.
Qapqaranlıq  beyninizin  içində  aydın  və  rəngarəng  görüntü 
necə meydana gəlir?
Nəzərdən qaçırılmamalı vacib cəhət də var: beynin içində işıq yoxdur. Yəni 
beynin yerləşdiyi yer qapqaranlıqdır, ona görə də beynin işığın özü ilə təmasda 
olması əsla mümkün deyil. Ancaq siz möcüzəvi şəkildə bu zülmət qaranlıqda 
işıqlı, parlaq dünyanı seyr edirsiniz. Rəngarəng  təbiət, parlaq mənzərə, yaşılın 
hər çaları, meyvələrin rəngləri, çiçəklərin naxışları, günəşin parıltısı,  küçədəki 
bütün insanlar, yolda sürətlə şütüyən maşınlar, ticarət mərkəzindəki yüzlərlə 
növ geyim də daxil olmaqla, hər şey bu zülmət qaranlıq yerdə əmələ gəlir. 
Buradakı maraqlı vəziyyəti bir nümunə ilə açıqlayaq. Qarşımızda yanan 
manqal alovunu düşünək. Bu manqalın qarşısına keçib onu uzun müddət izləyə 
bilərsiniz. Amma bu müddət boyu beynimizə manqaldan gələn işığın, parıltının 
və  istiliyin  əsli  ilə  heç  vaxt  təmasda  ola  bilmərik.  Manqaldakı  alovun  işığını 
və  istiliyini  hiss  etdiyimiz  anda  belə  kəllə  sümüyümüzün  və  beynimizin  içi 
qapqaranlıqdır və temperaturu heç dəyişmir. Qapqaranlıq beynin içində elektrik 
siqnallarının  rəngarəng,  parıltılı,  aydın  görüntüyə  çevrilməsi  bir  möcüzədir. 
Bu hadisə üzərində düşünən insan qarşılaşdığı əsrarəngizlik qarşısında böyük 
heyranlıq hissi keçirəcəkdir.
İşıq da beynimizdə əmələ gəlir.
Görmə hadisəsinin necə baş verdiyini izah edərkən daima xaricdən gələn 
işığın  gözümüzdəki  hüceyrələri  hərəkətə  gətirdiyini  və  bu  hərəkətlənmənin 
görüntünün  əmələ  gəlməsinə  səbəb  olduğunu  bildirdik.  Ancaq  burada 
vurğulanmalı çox vacib bir cəhət də var. Əslində beynimizin xaricində bizə 
məlum  olan  işıq  yoxdur.  Bizim  bildiyimiz,  tanıdığımız  işıq  yenə  bizim 
beynimizdə əmələ gəlir. Xarici dünyada, yəni beynimizin xaricində işıq kimi 
bildiyimiz şey elektromaqnit dalğalar və fotonlardır (fotonlar zərrəcik halında 
olan enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar tor qişanı oyandırdıqda 
bizə məlum olan “işıq” əmələ gəlir. Fizika kitablarında işığın bu xüsusiyyəti 
belə ifadə edilir:


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
29
İşıq sözü fiziki və ya obyektiv mənada elektromaqnit dalğalarla və ya fotonlarla bağlı 
istifadə edilmişdir. Eyni söz psixoloji mənada elektromaqnit dalğalar və fotonlar 
gözün tor qişasına təsir etdikdə insanda əmələ gələn hiss ilə bağlı olaraq da istifadə 
edilir. İşıq sözünün həm obyektiv, həm də subyektiv anlayışlarını birlikdə ifadə 
edək:  işıq  bir  insan  gözünə  tor  qişasının  oyandırılması  nəticəsində  əmələ  gələn 
görmə təsiri ilə varlığını göstərən enerji formasıdır.
4
Beləliklə,  işıq  gözümüzə  gələn  bəzi  elektromaqnit  dalğaların  və  ya 
hissəciklərin  bizdə  əmələ  gətirdiyi  təsir  ilə  meydana  gəlir.  Yəni  xaricdə 
beynimizdəki görüntünü əmələ gətirəcək işıq da yoxdur. Sadəcə enerji var və 
bu enerji gözümüzə çatdıqda biz rəngarəng, parlaq, aydın dünya görürük.
QAPQARANLIQ BEYNİMİZDƏ AYDIN DÜNYA 
GÖRÜRÜK


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə