Maddenin sirri indd


Bu rəsmdən də göründüyü kimi, insanlar



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə7/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   2   3   4   5   6   7   8   9   10   ...   63

30
Bu rəsmdən də göründüyü kimi, insanlar 
on illərlə səy göstərmələrinə baxmayaraq, 
gözdəki kimi qüsursuz dərəcədə aydın və 
keyfiyyətli görüntü əldə edə bilməmişlər. 
Ancaq onların həyata keçirə bilmədiklərini 
sadəcə zülal, yağ və sudan əmələ gələn 
gözünüz, üstəlik, son dərəcə həqiqi görüntü 
şəklində meydana gətirir. Bu, o qədər 
qüsursuz və aydınlıqdır ki, hər insan 
gördüyü görüntünün həqiqi olduğunu zənn 
edir. Gördüyü hər şeyin beynində əmələ 
gəldiyini anlaya bilmir. Əslini seyr etmədiyi 
halda əsl görüntüyə baxdığına əmindir, 
çünki beynində əmələ gələn görüntünün 
keyfiyyəti mükəmməldir. Görüntünü görən 
beyindəki zülallar, molekullar və atomlar 
deyil, Allahın insana Özündən üfürdüyü 
RUHdur.
BEYİNDƏ ƏMƏLƏ GƏLƏN SON DƏRƏCƏ HƏQİQİ 
“XƏYALİ GÖRÜNTÜLƏR”
Əsli ilə ayırd edilə bilməyəcək qədər eyni, 
aydın, canlı, dərin, dumanlanma və sürüşmə 
olmayan, parlaq 3 ölçülü  görüntü
Əslinə tam bənzəməyən, bəzən dumanlı, toranlıq, 
bəzən görüntünün əyildiyi, dərinlik hissinin tam 
verilmədiyi  görüntü
Aşağıdakı rəsmdə minlərlə elektronika mühəndisinin 
üzərində yüz ilə yaxın müddətdə çalışaraq istehsal 
etdikləri və çox yüksək texnologiyaya malik televizorda 
ortaya çıxan görüntü ilə insan gözündə əldə edilən 
görüntü müqayisə edilir.
Katot şüa tüpü, idarəetmə 
düymələri, yerdəyişmə barabanı, 
səsgücləndirici cihaz,
kondensator,
transformator,
müqaviməti mərkəzləşdirmə 
barabanı,
elektron tapançası,
anod və digərləri....
Zülallar
Yağ
Su
GÖZÜ ƏMƏLƏ GƏTİRƏN
 XAM MADDƏLƏR
TELEVİZORUN TƏRKİB 
HİSSƏLƏRİNDƏN BƏZİLƏRİ
NƏTİCƏ NƏTİCƏ


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
31
Rənglər də beynimizdə əmələ gəlir
Biz  doğulduğumuz  andan  etibarən  ətrafımızda  rəngli  dünya  görür, 
rəngarəng mühitlə təmasda oluruq. Əslində isə kainatda heç bir rəng yoxdur. 
Rənglər beynimizin içində əmələ gəlir. Xaricdə sadəcə fərqli dalğa uzunluqlarına 
malik elektrik dalğaları var. Gözümüzə çatan bu fərqli dalğa  uzunluqlarındakı 
enerjidir. 
Yuxarıda  da  bildirildiyi  kimi,  biz  buna  işıq  deyirik,  ancaq  bu,  bizim 
bildiyimiz  mənada  parlaq,  aydın  işıq  deyil,  sadəcə  enerjidir.  Beynimiz  bu 
fərqli dalğa uzunluqlarına malik enerjini şərh etdikdə biz onları “rənglər” kimi 
görürük. Əslində isə nə dənizlər mavi, nə otlar yaşıl, nə torpaq qəhvəyi, nə də 
meyvələr rənglidir. Onlar sadəcə beynimizdə o cür qavradığımız üçün elədirlər. 
Şüur və beyin haqqında yazdığı kitabları ilə Daniel C. Dennet bu həqiqəti belə 
izah edir:
Ortaq  qənaətə  əsasən,  elm  rəngləri  fiziki  dünyadan  ayırmış  və  əvəzinə  sadəcə 
rəngsiz, fərqli dalğa uzunluqlarındakı elektromaqnit şüaları saxlamışdır.
5
Dennet beyinlə bağlı bir kitabında rənglərin meydana gəlməsi haqqında 
bunları deyir:
Dünyada rəng yoxdur, rəng sadəcə baxanın gözündə və beynində əmələ gəlir. 
Cisimlər işığın fərqli dalğa uzunluqlarını əks etdirirlər, ancaq bu işıq dalğalarının 
rəngi yoxdur.
6
Beynin içi 
qapqaranlıqdır. 
İşıq beynin içinə 
girə bilməz.


32
BÜTÜN RƏNGLƏR BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR, 
XARİCİ ALƏMDƏ RƏNG YOXDUR
Xarici aləmdə rənglər yoxdur. Rənglər sadəcə 
baxan şəxsin gözündə və beynində əmələ 
gəlir. Xarici aləmdə sadəcə fərqli dalğa 
uzunluqlarındakı enerji mövcuddur. Bu enerjini 
rəngə çevirən beynimizdir.


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
33
Bu  elmi  həqiqətin  daha  yaxşı  başa  düşülməsi  üçün  rəngləri  necə 
gördüyümüzü qısaca nəzərdən keçirək. 
Günəşdən gələn işıqlar bir cismə toxunduqda hər cisim işığı fərqli dalğa 
uzunluğunda əks etdirir. Bu fərqli dalğa uzunluqlarındakı işıq gözə çatır (burada 
işıq  olaraq  bəhs  edilənin  əslində  elektromaqnit  dalğalar  və  fotonlar  olduğu, 
bizə  məlum  olan  işığın  isə  sadəcə  beynimizdə  əmələ  gəldiyini  unutmamaq 
lazımdır). Rəngin qavranılması gözün tor qişasındakı kolbacıqlarda başlayır. 
Tor  qişada  işığın  müəyyən  dalğa  uzunluğuna  cavab  verən  üç  əsas  kolbacıq 
hüceyrə  qrupu  var.  Bu  hüceyrə  qruplarının  birincisi  qırmızı,  ikincisi  mavi, 
üçüncüsü  ilə  yaşıl  işığa  həssasdır.  Bu  üç  fərqli  kolbacıq  hüceyrənin  müxtəlif 
nisbətlərdə  oyandırılması  nəticəsində  milyonlarla  müxtəlif  rəng  çaları  ortaya 
çıxır.  Ancaq  işığın  kolbacıq  hüceyrələrə  çatması 
rənglərin  əmələ  gəlməsi  üçün  kifayət  deyil.  Johns 
Hopkins Universitetinin tibb fakültəsindən tədqiqatçı 
Jeremy Nathans gözdəki hüceyrələrin rəngləri əmələ 
gətirmədiyini belə bildirir:
Hər hansı bir kolbacıq hüceyrənin üzərinə düşən tək 
şey  işığı  tutub  gərginliyi  haqqında  məlumat  verməkdir. 
Rəng haqqında sizə heç bir şey demir.
7
Kolbacıq 
hüceyrələr 
qəbul 
etdikləri  bu  rəng  məlumatlarını  malik 
olduqları  piqmentlər  vasitəsilə  elektrik 
siqnallarına  çevirirlər.  Bu  hüceyrələrlə 
əlaqədar  olan  sinir  hüceyrələri  də 
elektrik  siqnallarını  beyindəki  xüsusi 
Beynimizdən 
kənarda işıq 
və rənglər 
yoxdur. 
Rənglər və işıq 
gözümüzdə və 
beynimizdə 
əmələ gəlir.
Gözün tor qişasında işığın 
müəyyən dalğa uzunluğuna 
reaksiya verən üç əsas kolbacıq 
hüceyrə qrupu var. Bu hüceyrə 
qruplarının birincisi qırmızı, 
ikincisi mavi, üçüncüsü isə yaşıl 
işığa həssasdır. Bu üç fərqli kolbacıq 
hüceyrəsinin fərqli nisbətlərdə 
oyandırılmaları nəticəsində biz milyonlarla 
fərqli rəng tonuna malik bir dünya görürük.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə