Magazine azeri Layout 1


‑ ...Bəli, biz hələ də sıx əlaqə saxlayırıq



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   2   3   4   5   6   7   8   9   ...   13

‑ ...Bəli, biz hələ də sıx əlaqə saxlayırıq.

‑ Çox gözəl. Beləliklə, mübadilə proqramının,

həqiqətən, mənim həyatıma böyük təsiri olub. 

‑ Necə düşünürsünüz, yaxşı təhsil müvəf‑

fəqiyyətin açarı hesab edilə bilər?

‑ Əlbəttə. Yalnız sizin öyrəndiklərinizə görə

deyil, bu, həm də sizə müəyyən bir şəkildə düşün‑

məyə kömək edir və sizə gələcək həyatınızda

müvəffəqiyyət əldə etməyə şərait yaradır. Azərbay‑

canda keçirdiyim qısa müddət ərzində bir sıra

görüşlərim olub və mən yüzlərlə gənc ilə söhbət et‑

mişəm. Görüşlərin əksəriyyəti təhsilə həsr

edilmişdi. Onlar yalnız Azərbaycanda deyil, ABŞ və

digər xarici ölkələrdə təhsil almaq istəyirlər. Mən

artıq dəfələrlə demişəm, düşünürəm ki, Azərbay‑

canın gələcəyi gənclərdir və gələcək onilliklər

ərzində bu ölkədə, həqiqətən də, vacib rol oynaması

üçün gəncləri hazırlamaqda təhsil əsas rol oynayır.

Mən Azərbaycanın gələcəyini çox pozitiv görürəm,

çünki mən gənclər haqqında müsbət düşünürəm.

Düşünürəm ki, təhsil mühümdür. 

‑ Sizin müvəffəqiyyət formulunuz nədir?

‑ Düşünürəm ki, sizin nəzərdə tutduğunuz kar ‑

yerama əsaslanan bir çox şey danışa bilərəm.

Müəyyən məqamlar daha əhəmiyyətli ola bilər. Bu‑

rada bir sıra ümumi məqamlar da var. Birincisi, siz

üzərində işlədiyiniz məsələ haqqında çoxlu

məlumata malik olmalısınız: əgər siz hüquqşü‑

nassınızsa, sizin hüquq haqqında təsəvvürünüz ol‑

malıdır; əgər siz biznesmensinizsə, siz biznes

sahəsində nə etməli olduğunuzu bilməlisiniz; əgər

diplomatsınızsa, siyasi məsələlər haqqında ümumi

anlayışınız olmalıdır. Amma bununla kifayətlən‑

mək olmaz. İşlədiyiniz sahə ilə əlaqədar bilikləriniz

vacibdir, ancaq bu kifayət deyil, sizin sağlam

düşüncə tərziniz, mühakimə etməyiniz və insan‑

larla əlaqə qurmağınız daha zəruridir. Dünyanın ən

ağıllı insanı olsanız belə, əgər mühakimə etməyi

bacarmırsınızsa və insanlarla necə rəftar etməyi

bilmirsinizsə, heç vaxt müvəffəqiyyət əldə edə

bilməyəcəksiniz. Mən özüm də rast gəlmişəm,

düşünürəm ki, insan nəyi bilmədiyini dərk etmə‑

lidir, çünki siz hər şeyi bilə bilməzsiniz. Ətrafınızda

sizin bilmədiklərinizi bilən yaxşı insanlar olmalıdır.

Həmçinin birgə işlədiyiniz insanlara güvənməyiniz

də önəmlidir. Əgər siz rəhbərsinizsə, bəzi işləri

başqalarına həvalə də etməlisiniz, çünki hər şeyi siz

özünüz edə bilməzsiniz. Siz nələr baş verdiyini

bilməlisiniz, lakin eyni zamanda işlədiyiniz insan‑

lara güvənməlisiniz. Ətrafınızda yaxşı insanlar ol‑

malıdır. Mənim mühüm hesab etdiyim əsas

məqamlar bunlardır.

‑ Nəhayət, bir peşəkar olaraq bizim məzunlara

nə arzulayırsınız?

‑ Mən məzunlara və bütün gənclərə gələcəyə

irəliləmək üçün müvafiq təhsilə yiyələnməyi onlara

az öncə qeyd etdiyim bəzi məqamlar haqqında

düşünməyi tövsiyə edərdim. İşlədiyin sahə üzrə

mütəxəssis olmağı anlamaq kifayət deyil, lakin

sağlam düşüncə tərzi mühakimə etmə bacarığı və

digər qeyd etdiyim şeylərin nə qədər əhəmiyyətli

olduğunu vurğulasam da azdır. Düşünürəm ki,

bunu etiraf etmək vacibdir və əlbəttə, bu, mənim

müvəffəqiyyətli karyeramda bir həqiqət olub.

Həmçinin nə zaman qarşınıza çıxan imkanlardan

istifadə etməli olduğunuzu bil məlisiniz. Ola bilsin

ki, müvəffəqiyyət qarşılaşdığın biri, ünsiyyət yarat‑

dığındır və ya müvəffəqiyyət elə qurduğun kar ‑

yeranın özüdür. Lakin, imkanlardan necə

ya   rar   lanmağı  gözləmək  müvəffəqiyyət  deyil.

Qarşınıza çıxan imkandan nə zaman istifadə etməyi

bilmək çox vacibdir. Bunlar mənim gənclərə arzu

edəcəyim əsas şeylərdir. Ümid edirəm ki, onlar

Azərbaycanda gözəl imkanlar əldə edəcəklər və

mən burada gənclərlə daha çox ünsiyyətdə ola

biləcəyimi səbirsizliklə gözləyirəm. Məncə bu, çox

mühüm təcrübədir. Məsələn, sizin kimi xanım

müxbir. Qadın üçün ictimaiyyətdə tamamilə

bərabər hüquq əldə etmək və sizin kimi, qarşısına

çıxan imkanlardan yararlanmaq bacarığına malik

olmaq çox əhəmiyyətlidir. 



‑ Maraqlı müsahibəyə görə çox sağ olun. Əlavə

olaraq, qeyd etmək istərdim ki, bu, mənim ilk

müsahibəm idi...

‑ Siz çox gözəl iş bacardınız və mən də çox

şadam ki, sizin ilk müsahibənizin subyekti oldum.

Sonda mən sizə gələcək fəaliyyətinizdə uğurlar və

müvəffəqiyyətli karyera arzulayıram. 

‑ Təşəkkür edirəm!

Nigar Məmmədova 

www.aaa.org.az



SƏFİR R.MORNİNQSTARLA MÜSAHİBƏ

6




www.aaa.org.az

“BAKCELL” ŞİRKƏTİ “JUNIOR ACHIEVEMENT AZƏRBAYCAN” TƏŞKİLATI İLƏ BİRGƏ YENİ BİR TƏŞƏBBÜSƏ START VERDİ

8

“Bakcell” şirkəti 



“Junior Achievement Azərbaycan” təşkilatı ilə 

birgə yeni bir təşəbbüsə start verdi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil in‑

ternet provayderi “Bakcell” şirkəti böyük məmnu 

niyyətlə elan edir ki, “Junior Achievement Azərbaycan”



təşkilatı ilə birgə gənclərin karyera çevikliyinin inkişaf et‑

dirilməsinə yönəlmiş yeni bir təşəbbüsə start verildi.

“Mobil Telekommu nikasiya sahəsində Karyera” adlanan

(Careers in Mobile Telecom ‑ CiMT) illik proqram

çərçivəsində 45 nəfər universitet tələbəsi təcrübə proq ‑

ramı vasitəsilə işə hazırlıq və biznes etika haqda biliklər

əldə edəcək, mobil telekommunikasiyalar və idarəçiliyin

əsaslarını öyrənəcəklər. Tələbələrin bacarıqlarının artırıl‑

masına yönəlmiş fəaliyyətlərlə yanaşı, proqram çərçi ‑

vəsində mobil telekommunikasiya şirkətində stajkeçmə

proqramı üzrə tədris kursunun yaradılması da nəzərdə

tutulub. 

Proqramda Mingəçevir və Gəncə şəhərlərinin 4 uni‑

versitetinin üçüncü və dördüncü kurs tələbələri iştirak

edəcəklər. “Bakcell” ixtisaslaşdırılmış praktiki hazırlıq və

stajkeçmə proq ramı vasitəsilə layihə iştirakçılarına əldə

etdikləri biliklərin real iş yerlərində tətbiq etmək imkanı

verəcək.


“Bakcell” şirkəti Azərbaycanın telekommunikasiya

sektorunun ən əsas iştirakçılarından biridir və biz sürətlə

inkişaf edən bu qabaqcıl sektorun daha da inkişaf et‑

dirilməsi üçün İKT mütəxəssislərinin hazırlanmasının

vacibliyini dərk edirik. “Bakcell” gənclərin təlimi və kar ‑

yera inkişafı üçün sərmayələr yatırır və bu, bizim

cəmiyyətin gələcəyinə yönəlmiş korporativ sosial mə‑

suliyyətimizin bir hissəsidir. Biz gənc tələbələrə mobil

telekommunikasiya sahəsində bilik əldə etmək və geniş

karyera imkanları olan bu sənayeyə daha yaxın olmaq

üçün dəstək göstəririk”, ‑ deyə “Bakcell” şirkətinin baş

icraçı direktoru Riçard Şirer bildirib. 

“Alcatel Lucent” şirkətinin dəstəyilə “Mobil Telekom

Biznesində İT” təlim seanslarına Türkiyədən təlimçilər

dəvət olunacaq. 

2009‑cu ildən etibarən “Bakcell” və “JAA Azerbaijan

Mobil Telekommunikasiya Biznesinə Giriş” (MTBG) adlı

birgə lahiyəni həyata keçirirlər. Proqram çərçivəsində 150

nəfərdən artıq texniki ixtisaslı universitet tələbəsinə “Bak‑

cell” və Alcatel‑Lucent şirkətlərində ixtisaslaşdırılmış

praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə əldə

edilmiş işə hazırlıq və biznes‑etika bacarıqlarını real iş

yerində tətbiq etmək üçün imkan yaradılıb.



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə