Magazine azeri Layout 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   2   3   4   5   6   7   8   9   ...   13

9

CONTEXT

|

4/

2012

PAŞA Bank və “Junior Achievement Azərbaycan”

Bakı və Quba gəncləri üçün 

biznes təlimləri keçirir

PAŞA Bank ASC və “Junior Achievement Azərbay‑

can” təşkilatı Bakıda və Qubada yaşayan gənclər

tərəfindən kiçik və orta müəssisələrin yaradılmasına

dəstək verən “Davamlı Müəssisənin İnkişaf Pro‑

qramı”nı uğurla davam etdirir. Proqramda iştirak

üçün sahibkarlıq fəaliyyəti ilə maraqlanar, bu işlə

məşğul olan tələbə, çalışan və ya işsiz gənclərdən

ibarət 200‑dən artıq ərizəçidən 60 nəfər seçilmişdir.

Aprel ayında başlanan proqram sahibkarlıq, işə

hazırlaıq və işgüzar etika üzrə biznes təlimlərilə

davam etdirilir. “JAA” təşkilatı tərəfindən təlimat‑

landırılmış mütəxəssislərin keçirdiyi təlim proqramı

iştirakçılara uğurlu sahibkarlıq fəaliyyətinin əsas ele‑

mentlərini, bazar riskləri və rəqabət bacarığını, məh‑

sulu seçdikdə onun bütün müsbət və mənfi

xüsusiyyətlərinin qiymətləndirilməsini, biznes planın

düzgün yazılmasını və fərdi sahibkarlığı

maliyyələşdirən investorların üstünlük verdiyi amil‑

lərin tədqiqatını öyrədir.  

Təlim proqramıyla yanaşı, təşkilatçılar proqram

iştirakçıları üçün yerli biznes və bank sektorunun nü‑

mayəndələri ilə mütəmadi görüşlər təşkil edirlər. Bu

görüşlər vasitəsilə iştirakçı gənclər fərdi biznes sek‑

torunun tələb və çətinlikləri haqqında bilavasitə

məlumat alır, maliyyə və investorların cəlbetmə kanal‑

larını tədqiq edir, biznesi davamlı saxlayan bütün

mühüm komponentlərin nəzərə alınmasını öyrənirlər.          

“Davamlı Müəssisənin İnkişaf Proqramı” kiçik və

orta sahibkarlığın inkişafına, maliyyə imkanlarının

əldə edilməsinə və sağlam biznes mühitinin formalaş‑

masına köməklik göstərmək məqsədi daşıyır. Pro‑

qramın sonunda iştirakçı gənclər müəssisələrinin

istehsal etdiyi məhsul və xidmətləri sərgi tipli tədbirdə

təqdim etmək imkanı əldə edəcəklər.

PAŞA BANK VƏ “JAA” TƏŞKİLATI BAKI VƏ QUBA GƏNCLƏRI ÜÇÜN BİZNES TƏLİMLƏRİ KEÇİRİR



İLK DƏFƏ NAVİQATOR SİSTEMİ İLƏ 

RUMINİYADA TANIŞ OLDUM

Buxarestdə, aeroportdan otelə gedərkən taksidən

istifadə etməli oldum. Taksiyə minəndə maşının

içindən “xırıltılı” səslər gəlməyə başladı. Maşına

mindiyim andan mehmanxanaya gedənə kimi rumın

dilində danışanın robot olduğunu anladım. Onu da

bildim ki, sürücü gedəcəyimiz ərazinin adını xüsusi

aparatla səsləndirir və aparatdan cavab gözləyirdi.

Aparatdan aldığı cavab sürücünü qane edirdi. Çünki

gedəcəyimiz yerdə yerləşən mehmanxana aparat va‑

sitəsi ilə sürücüyə dəqiq təsvir edilirdi.

Mehmanxanada bir gün qaldıqdan sonra, növbəti

gün yenidən taksi ilə Azərbaycan səfirliyinə getməli

oldum. Yenə “xırıltılı” səslər gəlsə belə, maşında

robot olmadığından əmin idim. Axşamüstü səfir‑

likdən dəmiryol vağzalına xüsusi maşınla getdim.

Xüsusi maşın gördüyüm taksilərdən fərqli idi.

Maşında həm danışan, həm də yolu göstərən aparat

vardı. Bu aparat naviqator idi. Naviqator dəmiryol

vağzalına gedəcək qısa yolu sarı rəngdə işarələr ilə

göstərərək sürücünün işini asanlaşdırıdı. Bundan

başqa, yolda radar olar sa, hər hansısa yolda təmir,

tıxac olarsa, naviqator

sürücüyə 

xə bər  darlıq

bil dir  məklə  dəqiq  mə ‑

sa  fəni  göstərir.

SÜRÜCÜNÜN

ƏN YAXIN

YOLDAŞI ‑

NAVİQATOR!

Naviqatorlar

Azərbaycanda geniş yayıl‑

mayıb. Hətta belə bir stereotip də formalaşıb ki, navi ‑

qatordan istifadə edən sürücülər el içində “xam”

kimi adlandırılır. Təəssüf ki, bu stereotip gündən‑

günə yenilənən və daim təkmilləşən Azərbay‑

canımızda çox güclüdür. Amma Avropada

tək  milləşmə və yenidənqurma tempi bizə nisbətən

daha zəif olmasına baxmayaraq, hər bir

sürücüdə naviqator var. Naviqatorlar

Azərbaycanda yardımçı funksiyasından

daha çox yaraşıq vəzifəsini daşıyır. Azər‑

baycanlı sürücülər unudurlar ki, naviqatorlar,

hətta onların hə yatlarını belə xilas edə bilər.

Ümumiyyətlə, naviqatorlarla Azərbaycan insanı

ABŞ və Avropa istehsalı olan filmlər vasitəsi

ilə tanış olub. Filmlərdə bu qeyri‑

www.aaa.org.az

İNSANI YOL, YOLU DA NAVİQATOR TANIYAR!

10

İNSANI YOL, 



YOLU DA 

NAVİQATOR 

TANIYAR!

Elşən Gəncəvi 

Bakalavr ‑ Azərbaycan Dövlət İqtisad Universiteti, 

Beynəlxalq İqtisadi Münasibətlər

Magistr ‑ Timişiora Qərb Universiteti, Siyasi Elmlər

Gun.Az İnformasiya Agentliyində müxtəlif sosial və 

ictimai mövzularda müəllif yazıları ilə çıxış edir.


adi sistemlər insana rahatlıq və səmərəlilik təsəvvürü

yaradır. Azərbaycanın dünya standartlarına cavab

verən yolları ilə yanaşı, naviqator sistemləri Azərbay‑

can yollarının keyfiyyətliliyinə təminat verir.

Bütün bu məsələlərlə yanaşı, meqapolisə çevrilən

Bakı şəhərində gündəlik yaranan, bir neçə saata

yaxın ömrü olan tıxac problemi Azərbaycan

sürücüləri üçün yenilik deyil. Lakin təsəvvür edin ki,

bu tıxaclarda işə gecikən zaman itirilən pullar deyil,

təcili tibbi yardımla və ya şəxsi maşınla xəstəxanaya

aparılan bir yaxınınızdır. Bu an tıxaclar insan nifrə ‑

tinə tuş gələ biləcək yeganə obyektə çevrilir. Tıxac

nəticəsində itirilən pul, əsəb, sağlamlıq və stressdir.

Bu zaman günahkardan çox, pozitiv düşünüb çıxış

yolu tapmaq lazımdır.

ÖZÜNÜZƏ YOLDAŞ SEÇİN!

Nə yaxşı olardı, hər gün avtomobilinizi

“xod”layıb istənilən yerə gedərkən arxalandığınız bir

yoldaşınız sizə zəng vurub, gedəcəyiniz yolun

üstündə harada təmir işləri getdiyin, harada tıxac

olduğunu bildirsin. Əfsuslar olsun ki, belə diqqətlə

çox nadir halda üzləşirik.

Amma insafla deyə bilərik ki, Bakıda istənilən

yerə getmək üçün bir deyil, bir neçə alternativ yollar

var. Ən əsası, bu barədə sizə gün ərzində məlumatlar

ötürən, naviqator xidmətini yerinə yetirən həmkarlar

var.


SONDA...

Naviqator sistemi bütün dünyanın gündən‑günə

formalaşan və yenilənən xəritəsinə uyğunlaşdırılır və

daim yenilənir. Bu gün Bakıda yeni ticarət mərkəz ‑

ləri, kafelər, restoranlar, otellər, əyləncə yerləri,

klublar artmaqdadır. Artıq Bakı kimi şəhərdə yol

soruşmağı “xamlıq” kimi qiymətləndirmək bir qədər

gülünc olardı. Məncə, 40‑50 ilin sürücüləri artıq in‑

gilis və italyan dilində olan məntəqələri tapmaqda

çətinlik çəkirlər. Amma naviqator sistemində bu da

var. Yetər ki, adını qeyd edəsiniz.

Naviqatorlar durmadan müasirləşən və

avropalaşan Azərbaycan yollarının, küçələrinin pro‑

fessional bələdçisidir. Yetər ki, sürücülər naviqator‑

ları özlərinə yoldaş seçsinlər. Çünki naviqatorlar

sürücünün ən etibarlı yol yoldaşıdır. Necə deyərlər,

insanı yolda tanıyarlar. Bu, naviqatorlara da aiddir.

Əminliklə deyərdim ki, naviqatorlar sizi tıxac ‑

larda qalmaqdan, stressdən azad edəcək, işlərinizə

yardımçı, ailənizə yaxın dost, sizə də yol yoldaşı ola‑

caq.

11

CONTEXT



|

4/

2012



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə