Magazine azeri Layout 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   2   3   4   5   6   7   8   9   ...   13

LOBBİÇİLİK 

ANLAYIŞINA 

QISA BAXIŞ

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

AMEA‑nın əməkdaşı, 

BDU‑nun müəllimi

www.aaa.org.az



LOBBİÇİLİK ANLAYIŞINA QISA BAXIŞ

12



Bəşəriyyət tarixin yeni bir dövrünə qədəm qoymaq‑

dadır. Bütün dünyanı əhatə etməkdə olan qlo ballaşma

və inteqrasiya prosesləri beynəlxalq münasibətlərin

forma və məzmununu dəyişir, sivilizasiyalararası dia ‑

loqu zərurətə çevirir, cəmiyyətin ümumi inkişafına

daha dinamik xarakter verir. Sovetlər çağında lobbizm

haqqında Qərb cəmiyyətində çox geniş yayılmış bu

təcrübəni birtərəfli və təhrif olunmuş şəkildə təqdim

edən çoxlu kitab və məqalələr çıxıb. “Lobbizm korrup‑

siyanın sinonimidir”  sözləri uzun müddət elmi

ədəbiyyatlarda üstünlük təşkil edib.

İngilis dilinin izahlı lüğəti “Longman”da “lobbiçi‑

lik” sözünün mənası hökumət qərarlarına təsir etmək

məqsədi ilə planlanan və həyata keçirilən fəaliyyət

kimi izah edilir. Bir çox mənbələrdə qeyd edilir ki, lob‑

biçilik bir qrup hökumətin qərarlarına təsir etmək

məqsədi ilə planlanan və bu məqsədlə vətəndaş ilə

qərarverici arasında ünsiyyət vasitəsidir. Lobby – in‑

gilis dilindən tərcümədə “gözləmə salonu” adlanır.

"Lobbiçilik" isə bir fəaliyyət növüdür, "lobby" sözünün

zamanla öz mənasını dəyişməsi nəticəsində for‑

malaşmışdır. Ehtimal olunur ki, bu ifadənin

işlədilməsinin tarixi ABŞ‑ın 1869‑1877‑ci illərdə 18‑ci

prezidenti olmuş Ulysses S.Granta aiddir. General

Grant Villard otelinin lobbisində siqar çəkməyi

sevərdi. Mövcud şəraitdən istifadə edən “siyasi

alverçilər” müəyyən məsələləri həll etmək üçün

onunla danışıqlara girib müvafiq qərarın qəbul olun‑

masına çalışırdılar. Bu işlə məşğul olan “siyasi

alverçilərə” “lobbiçi”, bu fəaliyyətə isə "lobbiçilik"

fəaliyyəti adı verildi.

Qeyd edək ki, lobbi Qərb sisteminin ən mühüm in‑

stitutlarından olub, qanunların və digər dövlət

əhəmiyyətli qərarların qəbul edilməsi məqsədilə

qanun çərçivəsində hüquqi fəaliyyətdir. Bu cür

fəaliyyət hər bir dövlətin xarici siyasətinin əsas is‑

tiqamətlərindən biridir. “Maraq qrupları”nın

hərəkətlərinin bütün ölkələrdə öyrənilməsinə baxma‑

yaraq,  demək olar ki, lobbiləşdirmə prosesinin bütün

tədqiqatları Birləşmiş Ştatlarda mərkəz ləşdirilmişdir.

Həmin hadisə nəinki ilk dəfə bu ölkədə təşəkkül tap‑

mışdır, hətta bu gün xeyli adam öz həyatını bu

fəaliyyətə həsr edərək peşəkar səviyyədə lobbiçiliklə

məşğuldur. Qərb ölkələrində lobbiçilik funksiyasını

yerinə yetirən bir çox adamlar bunu özlərinin əsas

işlərinə əlavə olaraq, maraq qrup larının və ya həmkar‑

lar birləşmələrinin rəsmi nümayəndəsi kimi yerinə

yeti rirlər. Hər hansı bir ölkədə lobbizmin inkişafı və

iqtisadi inkişaf səviyyəsi, həmçinin həmin ölkədə for‑

malaşmış siyasi və dövlət ənənələri ilə müəyyən olu ‑

nur. Ancaq şübhə yoxdur ki, cəmiyyətin yüksək inkişaf

səviyyəsi lobbizmin peşəkar formada daha da mədəni

səviyyədə fəaliyyətini şərtləndirir.

Bu cəmiyyətdə isə güclü olmaqda maraqlı tərəf

kimi çıxış edən, inkişaf etməkdə olan və üçüncü dünya

ölkələri iri dövlətlərdə təmsil olunmaq məqsədi ilə

müxtəlif təbliğat və tanınma vasitələrinə əl atırlar. Bun‑

lara PR, lobby və advocacy (müvəkkilik) kimi an‑

layışlar daxildir ki, biz onları bir‑birindən fərqləndirən

xüsusiyyətləri aşağıdakı qaydada təqdim edə bilərik:

Birləşmiş Ştatlarda lobbiçiliyin inkişafının ilkin

mərhələsində bəzi qruplar öz emissarlarını (lobbiçiləri)

hakim dairələrə yeridərək rəqabət prose sin də üstünlük

əldə etməyə çalışmışlar. Həmin mərhələdə lob‑

biləşdirmə daha çox lobbiçilər və qərar qəbul edən

rəsmi şəxslər arasındakı qarşılıqlı münasibətlərin

funksiyası idi. Daha bacarıqlı lobbiçiləri olan qrupların

öz məqsədlərinə çatması üçün daha çox şanslar var idi.

Halbuki bu imkandan məhrum qruplar əlverişsiz

vəziyyətə düşür və özlərinin şəxsi peşəkar lobbiçilərini

əldə etmək məcburiyyətində qalırdılar. Tədricən pay‑

taxtda və ştatlarda dövlət hakimiyyəti mərkəzləri

hakim dairələrlə birbaşa şəxsi əlaqələr yaratmaq

imkanları axtaran lobbiçilərlə dolmuşdur. Lobbiçilərin

az olduğu dövrlərdə xarakterik olan bilavasitə əlaqə

üçün imkanlar yox oldu.

Bilavasitə əlaqələr üçün yolların azalması ilə rast‑

laşan lobbiçilər dolayı yolla kommunikasiya va‑

sitələrinə əl atmış, vasitəçilərdən istifadə etməyə

başlamışlar. Onların fikrincə, vasitəçilərin lazımi şəxs‑

13

CONTEXT

|

4/

2012

Lobby

Advocacy

PR

Subyektləri

Dövlət

hakimiyyəti



orqanları

Dövlət hakimiyyəti

orqanları + istənilən

yerli və ya xarici

struktur

Dövlət hakimiyyəti orqanları

+ istənilən yerli və ya xarici

struktur + idarənin şəxsi 

personalı, əhali

Fəaliyyət

Maraqların müdafiəsi (yeridilməsi)

Maraqların müdafiəsi

(yeridilməsi) + buna imkan

yaradan əlavə şəraitin

yaradılması istiqamətində iş



lərlə daha etibarlı və yaxın əlaqələri vardır. Bu əlaqələr

onların dostları və qohumları vasitəsilə yaradılır. Bun‑

dan əlavə, onlar hər hansı siyasətçinin əleyhinə və ya

lehinə geniş ictimai fikrin olması təəssüratını yaratmaq

məqsədilə kütləvi şəkildə məktub və teleqramların

göndərilməsini təşkil etməyə başlamışlar. Bu və ya

digər siyasi fikirləri də yişmək (və ya dəstəkləmək)

məqsədilə televiziyada, radioda və qəzetlərdə

genişmiqyaslı kampaniyalar təşkil edilirdi. Taktikanın

dolayı yollara əl atmaqla dəyişdirilməsi  “kökdən lob‑

biləşdirmə” (“Lobbing at the grass roots”) adını

almışdır. Vaşinqtonda lobbiləşdirmənin müasir

təcrübəsi bilavasitə və dolayı üsulların qarışığından

ibarətdir. Fikirlərini şəxsən ifadə etmək kimi bilavasitə

üsullara lobbiçilərin əksəriyyəti üstünlük verir, ancaq

bunlara həmişə etibar etmək olmaz;  heç vaxt lazım

olan anda rəsmi şəxslərlə əlaqə yaratmağa təminat ver‑

mək olmaz. Lobbiçilər bilavasitə metodlar təsirsiz

qaldıqda, dolayı  üsullara əl atırlar.

Müasiri olduğumuz əsrdə prioritet sayılan, daim

gündəmdə yer alan məsələlərdən biri də lobbiçilikdir.

Bu fəaliyyət dünyanın hər yerində aktual məsələyə

çevrilir. “Lobbi institutları hər hansı bir xalqın, dövlətin

və yaxud hər hansı birliyin və ya müəssisənin

maraqlarını güdən siyasiləşmiş ordudur”, desək,

yanılmarıq. İstər Şərq‑Qərb, istərsə də okeanın o tayı

olan Amerikada bu sahə üzrə fəaliyyət göstərən instan‑

siyalar, istər dövlət, istərsə də qeyri‑hökumət orqanları

lobbi işini müxtəlif maraqlar istiqamətində qururlar.

Lobbi artıq beynəlxalq münasibətlərin bir elementi

hesab olu nur. Elə dövlətlər var ki, lobbi fəaliyyəti ilə

bağlı xüsusi dövlət proqramı qəbul edirlər. Bu proq ‑

ramda lobbiyə, əsasən, başqa ölkədə informasiya

daşıyıcısı olmaqla, siyasi tələblərin yerinə yetirilməsi,

eyni zamanda beynəlxalq münaqişələrin həlli faktoru

kimi böyük diqqət yetirilir. Lobbi hər hansısa bir

məsələnin gündəmdə yer alması, onun ictimaiyyət

arasında yayılması və təbliğ olunmasında vasitədir.

Müstəqilliyinin ilk illərindən etibarən azərbaycan‑

lıların təşkilatlanması məsələsi ilk növbədə ideo loji və

tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail

olmaq üçün Azərbaycan dövlətinin ideya‑siyasi

təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi

nüfuzuna güclü inam formalaşdırmaq tələb olu nurdu.

Bir sözlə, dünyanın müxtəlif yerlərində məskunlaşmış

azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaş‑

ması, lobbiçiliyin təşkili Azərbaycanın xarici siyasə‑

tinin prioritet istiqamətlərindən birinə çevrildi.

Azərbaycan dövlətinin xarici ölkələrdə tanınması

məsələsi gündəmə gəldi və bu zaman “Lobbi” termini

elmdə müxtəlif mənalarda işlənməyə başlandı. Bəzən

bu termini diaspor mövzusu ilə qarışıq salanlar da

olurdu. Lakin zaman keçdikcə, Azərbaycanın beynəl ‑

xalq əlaqələri genişləndikcə Azərbaycan lobbisinə

ehtiyacın duyulması mövzunun elmi səviyyədə

öyrənilməsinə şərait yaratdı. 

Azərbaycan lobbisinin formalaşması prosesi çox

çətin olsa da, onu idarə etmək, Azərbaycanın ümdə

mənafelərinə uyğunlaşdırmaq, bu sahədə

məqsədyönlü, ardıcıl iş aparmaq, dövlət qayğısı

göstərmək lazımdır. Əks halda lobbiçiliyin formalaş‑

ması prosesi kortəbii şəkildə davam edə bilər, ona təsir

göstərən mühüm amillər arasında müxtəlif qeyri‑

obyektiv amillərə rast gəlmək mümkün olar ki, onlar

da bu mütərəqqi prosesin inkişafına çox mənfi təsir

göstərər.

Azərbaycan lobbisinin formalaşmasında xalqın,

millətin, dövlətin özü maraqlı olmalıdır, onun

fəaliyyəti daim diqqət mərkəzində saxlanılmalıdır. Bu

lobbi təşkilatlarının məqsəd və vəzifələri onun

fəaliyyətini tənzimləyən şəxslərə tam aydın olmalıdır

ki, onlar bu istiqamətdə öz işlərini qura bilsinlər.

Azərbaycan lobbisinin yaranması, formalaşması ilk

növbədə, diasporun fəaliyyətindən asılıdır. Avropanın,

eləcə də dünyanın elə dövlətləri var ki, burada mövcud

olan diaspor təşkilatları çox güc lüdürlər. Onlar artıq

bu ölkələrdə lobbi kimi çıxış edib, Azərbaycanın milli

mənafelərini yüksək səviyyədə müdafiə və təmsil

etmək qabiliyyətinə malikdirlər. Lakin elə ölkələr də

var ki, orada yaşayan həmvətənlər hələ heç diaspor

halında birləşə bilmirlər. Əlbəttə, belə ölkələrdə nəinki

lobbiçiliyin formalaşmasından, hətta diaspor halında

mövcudluğundan belə söhbət gedə bilməz. 

Hesab edirik ki, bir çox ölkələrin lobbi təc 

rü 



bəsindən irəli gələrək, Azərbaycan xaricdə lobbi mexa ‑



nizmini yaratmaq üçün aşağıdakı fəaliyyət növlərinə

xüsusi diqqət versə, uğurlu nəticələr əldə etmiş olar;

6.1. Siyasət planlama və strategiya inkişaf etdirmə:

Qanun qəbuletmə müddətində siyasi təşəbbüs üzərinə

uyğun strateji planlar hazırlamaq və uyğun xüsusi

hədəflər qoymaq; 

6.2. Qanun müdafiəçiliyi: Lobbi fəaliyyətləri müd‑

dətində analizlər edərək əhəmiyyətli güc mərkəzləri,

konqres üzvləri və digərləri ilə yığıncaqlar təşkil

edərək doğru məlumatlara çatmasını və qərar mexa ‑

nizmlərinin istiqamətləndirilməsini təmin etmək;

6.3. Müşahidə etmə və hesabat: Davam etməkdə

olan qanun qəbuletmə müddətindəki inkişafların

təqibi və araşdırmalar edilərək təxminlər yürüdülməsi;

6.4. Hüquqi analiz: Dövlətimizə təsir edən qanun‑

ların incələnməsi,  lazım olan dəyişikliklərin təyin

olun ması və tələblərə uyğun qanun maddələrini hazır‑

lanması; 

6.5. Koalisiya və kampaniya təşkilatı: İcra edil mə ‑

kdə olan kampaniyalar mövzusunda digər təşkilatlar‑

dan kömək almaq, yığıncaqlar təşkil etmək, ortaq

hərəkət nöqtələri təyin etmək.

www.aaa.org.az

LOBBİÇİLİK ANLAYIŞINA QISA BAXIŞ

14



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə