Magazine azeri Layout 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   2   3   4   5   6   7   8   9   ...   13

The Azerbaijan America Alliance is 

a non‑profit organization committed to 

promoting a lasting partnership 

between Azerbaijan and America.

www.azerbaijanamericaalliance.org

Email: info

@azerbaijanamericaalliance.org

@AzAmAll 

Azerbaijan America Alliance




AZƏRBAYCANDA 

RESURS SƏMƏRƏLİLİYİ VƏ

YAŞIL ARTIM

PERSPEKTİVLİYİ

www.aaa.org.az



AZƏRBAYCANDA RESURS SƏMƏRƏLİLİYİ VƏ YAŞIL ARTIM PERSPEKTİVLİYİ

16

Azərbaycanda iqtisadiyyatın sürətli artımı 1995‑



ci illə müqayisədə 2010‑cu ildə 20 dəfə çox ÜDM‑ə

çatıb.


1

Artmaqda olan əhalinin yaşam standartlarının

yaxşılaşması və iqtisadi fəaliyyətin artan səviyyəsi

ətraf mühitə və ölkənin təbii ehtiyatlarına

əhəmiyyətli dərəcədə təsir göstərib. 

Bu tədqiqatın məqsədi Azərbaycanın enerji

səmərəliliyini artırmaqda potensialını qiymət lən ‑

dirmək və uzunmüddətli, davamlı “yaşıl inkişaf”

strategiyasını inkişaf etdirməkdir. Tədqiqat mövcud

enerji/təbii sərvətlərdən istifadə və Azərbaycanda

ətraf mühit və eyni zamanda CO

2

emissiyasının



azaldılması istiqamətində fürsətlər və yaşıl inkişaf,

enerji səmərəliliyi barəsində xülasəni təqdim edir. 

Enerji istehsalından, nəqliyyat və təbii ehtiyyat‑

lardan istifadə nəticəsində yaranan  ətraf mühit təsir‑

ləri çox və önəmlidir. Onlar torpaq və su

çirklənməsindən başlayaraq, yanacaq yanması, hava

tullantıları və istixana qazlarının emissiyalarına

(İXQ) qədər növlərlə cərgələnir. Qeyri‑səmərəli is‑

tehsal və qeyri‑sabit istehlakın artması resursla zən‑

gin Azərbaycanda davamlı inkişaf üçün təhlükəli

nəticələrə gətirib çıxara bilər.  

Nailə Əliyeva



ENERJİ SƏRF OLUNMASI

Nisbətdə az olan işıq və qaz qiymətlərinə əsasən,

enerji səmərəliliyi əhalinin əksəriyyəti arasında, xü‑

susilə şəhərlərdə elə də vacib məsələ kimi görünmür.

Azərbaycan 35 Avropa ölkəsi iqtisadiyyatı arasında

ən çox enerji intensivliyi siyahısındadır və Mərkəzi

Asiyada enerji intensivliyində ilk onluqdadır.

2

Eyni



hesabatda vurğulanır ki, Azərbaycanda olan 100

şirkət arasında keçirilən sorğunun nəticələri enerji

səmərəliliyi qiymətlərinin aşağı və ya orta olduğunu

bildirir.

Buna baxmayaraq, son illərdə qaz və işıq sərfiy ‑

yatının ölçülməsinin təkmilləşdirilməsi enerji sərfi ‑

nin hesablanmasını zəruri edir. 2007‑ci ildə enerji

qiymətləri 2 dəfədən çox artmışdı. Bu dəyişikliklər

Azərbaycanın artan iqtisadi fəallığı fonunda 2007‑ci

ildə enerjidən istifadədə azalma ilə nəticələndi.  2007‑

ci ildə enerji qiymətinin 2 dəfədən çox artması birinci

il enerji istehlakının 11%, 2009‑cu ildə 13% azalması

və 2010‑cu ildə bu göstəricinin eyni səviyyədə qal‑

ması ilə nəticələndi. Bu müddət ərzində 2009‑cu

ildən başqa, ÜDM inkişafa doğru getdi. Yeni mərkəz ‑

ləşdirilmiş işıq‑nəzarət sistemi işıqdan qeyri‑qanuni

istifadənin qarşısını alır. Lakin enerji təchizatı

üzərində təkmilləşmiş idarəetmədə narahatçılıqlar

mövcuddur: bəzi yerli sakinlər, xüsusilə də

kəndlərdə yaşayan əhalinin enerjidən istifadəyə

imkanları çatmır.

1

Enerji, əsasən, nəqliyyat və enerjinin olduğu



yaşayış sahələrində sərf olunur. Kənd təsərrüfatı və

enerji sahəsi ölkədə suyun əsas istifadəolunduğu

sahələrdir.

3

Yaşayış sahələrinin tikintisi Azərbaycanda on



ildən yuxarıdır ki, sürətli yüksəlişlə artır. Binaların

ümumi yaşayış sahəsi 1995‑2010‑cu illər arasında

16.4 milyon m

2

əlavə etməklə 27% çoxalmışdır.



4

Lakin binaların səmərəliliyi, dizayn və istifadə olu‑

nan tikinti materialları baxımından enerji itkisini

azaltmaq qeyri‑qənaətbəxş olaraq qalır. Binaların ti ‑

kintisində istilik izolyasiya materialları, nəzarət sis‑

temləri və enerji‑sərfəli pəncərələr qoymaq çox nadir

haldır. Azərbaycanda binalar üçün heç bir enerji

səmərəliliyi standartı yoxdur, amma Standart‑

laşdırma, Meteorologiya və Patent üzrə Dövlət

Komitəsi tərəfindən bu standarlar üzərində ilkin iş

aparılır.

NƏQLİYYAT

1995‑ci ildən 2010‑cu ilədək 1000 adama düşən

sərnişin avtomobillərinin sayı 2.6 dəfə artaraq 35‑dən

91‑ə qalxdı.(5) Bu artım təkcə ölkədəki havanın çirk‑

lənməsi ilə yekunlaşmadı, eyni zamanda keçilməz

suaxan yer səthinin inkişafı ilə yeni avtomobil yol‑

larının və körpülərin tikintisinə stimul oldu.

Şəhərin böyüməsi özəl nəqliyyat vasitələrinin

artımını qarşılaya bilmək üçün yolların geniş 

ləndirilməsinə gətirib çıxardı ki, bu da özlüyündə



şəhər kənarından mərkəzə gəlib‑getmə alternativini

aradan qaldırdı.  

Azərbaycana gətirilən və yaxud da burada is‑

tehsal olunan Nəqliyyat vasitələri Avro‑2 (1996)

Avropa Emissiya Standartlarına uyğun olmalıdır.

2012‑ci ilin sonunda bunun Avro‑3 yanacaq standart‑

larına keçməsi planlaşdırılır. 

2000‑2012‑ci illərdə Bakıda metro xəttini 31.5 km

uzatmaqla mövcud 19 stansi ‑

yaya daha 3 stansiya (3 km)

əlavə edildi.

6

Ekoloji tramvay



və trolleybusların ictimai

şəhər nəqliyyat seçimlərin 

dən çıxarılması sonradan



ləğv olunmayan neqativ dəyişikliklərdən idi. 

ENERJİ VƏ SƏNAYE

Kimyəvi, neft‑qaz kimi sənaye sahələri, qida və

tütün sənayeləri, qeyri‑metal mineral maddələr (se‑

ment və bu qəbildən olan məhsullar) ən çox intensiv

enerji sənayeləridir. BMK‑nin 2008‑ci il sorğusuna

7

,



əsasən enerji və 2009‑2011‑ci illər üçün enerji

səmərəliliyinə təklif olunan investisiya nisbəti 2006‑

2007‑ci illərin faktiki investiyasiyasından 80% yüksək

olmuşdur. Lakin səciyyəvi olaraq, KOM tərəfindən

həyata keçirilmiş kiçik layihələr enerji səmərə 

liliyinin qurulmasının məxariclərinin öhdəsindən



daha çox gələ bilməzdi. Baxmayaraq ki, şirkətə

düşən illik orta enerji sərfi 139,000 dollar

8

təşkil edir



enerji səmərəliliyinin rəsmi planlaşdırılması və

bunun biznes strategiyasına əlavə olunması geniş

yayılmış deyildir. 

Kənd təsərrüfatı, qida və tütün sə‑

nayelərində artan enerji istifadəsi ilə

üzləşilir, bu da öz növbəsində istixa ‑

naların artan sayı və soyutma avadan‑

lıqlarının istifadəsiylə izah oluna bilər.

Azərbaycan xalqının ənənəvi mövsümi

yedikləri onların eyni tərəvəz və

meyvələri il boyu yeməkləri ilə əvəzlən‑

məkdədir. 



ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ

Hal‑hazırda Azərbaycan bir neçə

ekoloji çətinlik ilə üzləşir, bəziləri

keçmiş Sovet birliyindən miras qalıb.

Məsələn, Sumqayıt sənaye sahəsi və

17

CONTEXT

|

4/

2012



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə