Magazine azeri Layout 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix08.07.2018
ölçüsü3,8 Mb.
#54476
1   ...   5   6   7   8   9   10   11   12   13

dəstəkləmək üçün onu layihələrinə və proqramlarına

maliyyə ayrılmasına meyar kimi yerləşdirə bilər. 

CO

2

emissiyalarını azaltmaq üçün qısamüddətli



dəyişikliklər:

1. Sənayelər enerji səmərəliliyini artırma poten‑

sialı olan yüksək səmərəlilik texnologiyalarını əldə

etmək üçün vergi azaldılması və ya aşağı faiz

dərəcəsi kreditləri kimi maliyyə stimulları ilə təchiz

oluna bilər. 

2. Binalarda enerji səmərəliliyi standartlarını hə ‑

yata keçirtmək binalarda enerji itkisinin qarşısını ala

bilər və enerjiyə qənaətli tikinti materialları və ləva ‑

zimatları istehsalını təşviq edə bilər. 

3. Səmərəli nəqliyyat vasitələrinin yanacağa az qə‑

naət edənlərdən daha çox idxalını təşviq etmək və

nəqliyyat vasitələrinə müxtəlif vergi dərəcələri və ya

gömrük haqları qoymaqla bu həyata keçirilə bilər.

Nəqliyyat vasitələri üçün yanacaq qiymətlərinin

artırılması ilə havanın çirklənməsini azaltmaq olar,

lakin bu, qısamüddətli enerjiyə qənaət seçimi ola‑

caqdır.


4.  Enerjinin idarəetmə sistemlərinin sənaye,

yaşayış/ kommersiya və nəqliyyat sahələrində hə yata

keçirilməsi ‑ CO

2

emissiyalarını aşağı dəyərinə kimi



azalda bilər.

5. Elektrik stansiyalarında ortamüddətli, ümumi

enerji istehsalı, yüksək dönüşüm, səmərəli

texnologiyalardan istifadə, təhlükəsiz, etibarlı və iqti‑

sadi baxımdan sərfəli nəqliyyat seçimlərinin inkişaf

etdirilməsi istixanalarda qaz emissiyalarını azalda

bilər. 

Enerji səmərəliliyi və yaşıl inkişafın təşviqi üçün



siyasi dəyişiklərə ehtiyac var:  

1. Enerji səmərəliliyini və yaşıl inkişafı təşviq

etmək üçün güclü siyasətlər və əlaqələndirilmiş

planların daxil olduğu vahid strategiya dəyişiklik

üçün güclü bir stimul olacaqdır. Strategiya konkret

olaraq qısa və uzun müddətli enerji səmərəliliyi və

yaşıl inkişaf hədəflərini tutmalı, proqresi dəyər‑

ləndirən göstəricilər müəyyənləşdirməli və

əməliyyat, istismar xərclərini daxil etməlidir.

2. Ölkədə investisiya iqlimini inkişaf etdirmək və

rəqabət aparan bazarları həvəsləndirmək yaşıl iqti‑

sadiyyata özəl maliyyənin cəlb olunmasına kömək

edəcəkdir. Özəl sektor ilə əməkdaşlıq etmək vacibdir. 

3. Nəqliyyat strategiyası ictimai nəqliyyatı təmiz,

davamlı yanacaq və səmərəli nəqliyyat vasitələrini

dəstəkləməlidir.

4. Enerji tarifləri, xüsusilə qaz tarifləri, bu mən‑

bənin real dəyərini əks etdirmək üçün uyğunlaşdırıl‑

malıdır.Müxtəlif istifadəçilər üçün olan müxtəlif

qiymətlər ünvanlanmalıdır. 

5. İşçilərə yaşıl texnologiya və sənaye yönümlü

bacarıqlarda təlimatlanmaq üçün siyasət növlərinə

ehtiyac vardır.

6. İctimai təhsil proqramları iqlim dəyişikliyi və

qeyri‑sabit resurs istifadəsi nəticələrini anlamaq

üçün təkmilləşdirməyə yönəlməlidir.

7. Azərbaycanın CDM tələbatı genişdir. Hökumət

CDM haqqında məlumata çıxışı asanlaşdırmalı və

qlobal karbon bazarına daxil olmaq müəssisələrə

kömək etməldir.

8. Hökumətin yaşıl satınalma siyasəti ictimai sek‑

tor orqanlarının məhsulları satın almağa qərar

verərkən məhsulların və xidmətlərin ekoloji təsir‑

lərini nəzərə almağı tələb etməyi yaşıl məhsullar

üçün tələbat yarada bilər

www.aaa.org.az



AZƏRBAYCANDA RESURS SƏMƏRƏLİLİYİ VƏ YAŞIL ARTIM PERSPEKTİVLİYİ

20

1



Azərbaycan Dövlət Statistika Komitəsi

2

Energy Efficiency: A New Resource for Sustainable Growth, 2010, IFC, page 5



3

Azerbaijan Alternative Energy Sector Analysis and Roadmap, 2009, Asian De‑

velopment Bank, page 42

4

Azərbaycan Dövlət Statistika Komitəsi



5

Azərbaycan Dövlət Statistika Komitəsi

6

Azərbaycan Dövlət Statistika Komitəsi



7

Energy Efficiency: A New Resource for Sustainable Growth, Researching En‑

ergy Efficiency Practicies Among Companies in Armenia, Azerbaijan, Belarus,

Georgia, Russian and Ukraine, page 23.

8

Energy Efficiency: A New Resource for Sustainable Growth, Researching En‑



ergy Efficiency Practicies Among Companies in Armenia, Azerbaijan, Belarus,

Georgia, Russian and Ukraine

9

Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi



10 

Azərbaycan Dövlət Statistika Komitəsi

11 

Development in Eastern Europe and South Caucasus: Armenia, Azerbaijan



and Georgia, OECD 2011, page 78, 79 

12

Azərbaycan Dövlət Statistika Komitəsi



13

http://www.oecd.org/dataoecd/59/48/48877396.pdf, Green Growth and Envi‑

ronmental Governance in Eastern Europe, Caucasus and Central Asia, 2011,

page 122


14

Policies For Better Environment, OECD 2007, page 12

15

Opportunities and Options for Promoting A Green Economy in the Eastern



Partnership Countries, June 2011

İSTİNADLAR



www.aaa.org.az

AZƏRBAYCANDA RƏQƏMLİ CİHAZLAR

22

AZƏRBAYCANDA 



RƏQƏMLİ CİHAZLAR

Seymur Rəsulov


4/

2012


23

CONTEXT

|

Texnoloji inkişaf cəmiyyətdə əhəmiyyətli yerini



aldıqdan sonra rəqəmsal konstruksiyalar uzunmüd‑

dətli bir mövzuya çevrildi. Bu, artıq o zaman prob‑

lem kimi ortaya çıxdı ki, inkişaf etmiş ölkələr

texnoloji yenilikləri qəbul etməyə doğru addım‑

layanda, inkişaf etməkdə olan ölkələr geridə qalmağa

başladı. İnternetin ictimaiyyətin istifadəsi üçün açıq

elan olunduğu gündən texnologiya və internetdən

çox istifadə edən ölkələrlə internetdən az istifadə

edən və ya ümumiyyətlə, ona çıxışı olmayan ölkələr

arasında olan boşluq artıq uzun illər hökumət, dünya

təşkilatları və bir neçə idarələrin müzakirə obyektinə

çevrildi. 1991‑ci ildə müstəqilliyini əldə etdikdən

sonra Avropanın Asiya ilə qarşılaşdığı strateji

məkanda yerləşən keçmiş sovet ölkəsi Azərbaycan

mühüm iqtisadi inkişafa nail olur. Baxmayaraq ki,

neft və qaz gəlirləri son 21 il müddətində Azərbay‑

canın iqtisadiyyatını güclən dirmişdir və texnologiya

bölümü digər başqa sahələr ilə (tikinti və kənd təsər‑

rüfatı) birgə inkişaf edib, lakin bir sıra əsas

məsələlərdən dolayı rəqəmsal konstruksiya hələ də

dəyişməyərək qalır. Bu hələ də aztəminatlı, köhnə

nəsil və aşağı gəliri  olan ailələr üçün problem olaraq

qalır. Bu məqalə Azərbaycanda rəqəmsal konstruk‑

siyanı müzakirə edəcək. Məqalə ölkədə rabitə və in‑

formasiya texnologiyalarının statistik informasiyası

və rəqəmsal bölümün istifadəsinə olan ehtiyacı,

həmçinin rəqəmsal təcridi aradan qaldırmağın

mümkün variantlarını müzakirə edəcək.     



RƏQƏMSAL BÖLGÜ (RB) NƏ DEMƏKDİR? 

Baxmayaraq ki, müxtəlif alimlər rəqəmsal böl‑

günü müxtəlif cür izah edirlər, amma onların ək‑

səriyyəti razılaşırlar ki, RB internetə giriş imkanı olan

partiya ilə internətə limitli və ya ümumiyyətlə, girişi

olmayan partiya arasında ziddiyyətdir.  

Jeffrey James bunu “varlı və kasıb arasında İKT‑

dən istifadədə ziddiyyət” kimi müəyyən edir. (James,

2012). Valadez düşünür ki, rəqəmsal bölüm

cəmiyyətdə “texnoloji uyğunsuzluqdur”.  (Valadez,

2007).  Bəzi alimlər bu “malik olmaq” və “malik ol‑

mamaq”ları bərabərsizlik kimi qeyd edirlər. Texnoloji

bərabərsizlik resurslara bərabər çıxışın olmamasının

nəticəsidir.  Valadez Martinə istinadən bildirir ki,

rəqəmsal bölümün tərifi “İKT‑yə çıxışa çoxölçülü

baxış” kimi əvəz olunmalıdır.  (Valadez, 2012).

Rəqəmsal bölümə xüsusi yanaşma DiMaggio

tərəfindən Valadezin məqaləsində bildirilir. DiMag‑

gio isbat edir ki, rəqəmsal bölüm texnologiyaya

qeyri‑bərabər çıxışın nəticəsində yaranır ki, bu da öz

növbəsində sosial təcriddən qaynaqlanır.  (Valadez,

2012). Yuxarıda göstərilən müxtəlif yanaşmaları və

ayrı‑ayrı alimlərin fikirlərini nəzərə alaraq, rəqəmsal

bölümü İKT‑yə  çıxışı olan ölkələr və fərdlər arasında

boşluq və ya qeyri‑bərabərlik kimi müəyyənləşdirə

bilərik. Bu meyara əsaslanaraq, Molinari dünyada 5

milyarddan artıq insanın ya internetə girişinin ol‑

madığını, ya da texnologiyalardan istifadə edə

bilmədiklərini qeyd edib. Molinari onları “rəqəmsal

dünyadan xaric olunmaq” kimi təsvir edir. (Molinari,

2012). 

AZƏRBAYCANDA İKT

Azərbaycan 1991‑ci ildə müstəqilliyini elan etdi.

Müstəqillik əldə etdikdən sonra əsas üstünlük veri ‑

lən amil Qərb ölkələri ilə əlaqələrin qurulması idi.

Ölkə çox cavan idi və Sovet hakimiyyətindən sonra

infrastruktur yaxşı vəziyyətdə deyildi. Neft və qaz

ilkin inkişaf etdirilmiş sahələr idi. Müstəqillik əldə

edildikdən sonra əsas tədbirlərdən biri 1994‑cü ildə

“Əsrin Müqaviləsi”nin imzalanması oldu. Qərbi

Konsorsium və Azərbaycan neft və qaz istehsalatında

əməkdaşlığa görə müqavilə imzalamışdılar. O

vaxtdan bəri bu sahə Azərbaycan iqtisadiyyatında

əhəmiyyətli  rol oynadı. 

Neft və qaz sektoru ilə yanaşı, iqtisadiyyatın

digər sahələri də yavaş‑yavaş inkişaf etməyə başladı.

Kənd təsərrüfatı və İKT investisiya yatırımları üçün

ən çox potensiallı sahələr idi. 

Beynəlxalq təşkilatlar bu sahələri inkişaf etdirmək

üçün Azərbaycan hökuməti ilə əməkdaşlığa

başladılar. İnformasiya texnologiyaları və rabitə sek‑

toru iqtisadiyyatın digər sahələri kimi sürətlə inkişaf

etməyə başladı. İqtisadi inkişaf barəsində olan

beynəlxalq hesabatlara əsasən son 5 ildə Azərbaycan

İKT sahəsində inkişafın sürəti baxımından aparıcı 10

ölkədən biridir. Məsələn, Regional Yenilikçi Texnoloji

Akademiyaya əsasən İKT sektorunda illik orta gəlir

2004 və 2010‑cu illər ərzində kobudcasına desək, 2.5‑

3 dəfə dünya üzrə orta göstəricisindən yüksəkdir (İn‑

novativ və Akademik 2011). Azərbaycan regionda bir

sira yeni layihələrin çoxunu həyata keçirən ilk ölkə

olmuşdur. Məsələn ölkədə stasionar şəbəkənin tam

rəqəmləşdirilməsi MDB ölkələri arasında ilk dəfə

olaraq, Azərbaycanda başa çatmışdır. 

Mühüm dəyişiklik genişzolaqlı texnologiyada

özünü göstərdi. İnternet istifadəçilərinin sayı get‑

gedə artmağa başladı. RİTA‑nın hesabatına əsasən,

2009‑cu ildə genişzolaqlı texnologiyaya giriş imkanı

olan şəhərlərin sayı 51 idi (İnnovativ və Akademik

2011). İnternet xidmətləri də gündən‑günə sürətlə

genişlənir. Ölkədə 20‑dən çox internet təchizatçıları

var. “Bakİnternet” və  “Aztelecomnet” dövlət internet

təchizatçılarıdır, hansı ki, məhz onlar ölkənin bütün

regionlarının internet məsələlərinə baxırlar. Onlar

simli və simsiz internet xidmətləri təklif edirlər. Əsas




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə