Magistr: Babayeva Sevil



Yüklə 23,38 Kb.
tarix08.01.2022
ölçüsü23,38 Kb.
#82724
İBT2005 Babayeva Sevil


Müəllim: Abbasov Ənvər

Magistr: Babayeva Sevil

İxtisas: İbtidai sinifdə tədrisin metodika və metodologiyası

Fənn: Azərbaycan dili müasir problemləri

Mövzu: Azərbaycan dili tədris metodikasının tədqiqat metodları

Azərbaycan dilinin tədrisi metodikası daim inkişafda olan elm sahəsidir və onun təhsilin müasir tələblərinə cavab verməsi üçün tədqiqi hər zaman davam etdirilir. Digər elmlərdə olduğu kimi, Azərbaycan dilinin tədrisi metodikası da elmi tədqiqatların nəticəsində inkişaf edir, zənginləşir.

Metodika faktları yoxlamaq, qruplaşdirmaq, şərh etmək və təcrübədə yoxlamaq yolu ilə inkişaf edir. Buradan aydındır ki, təlim prosesini dərk etmak üç mühüm mərhələdən ibarətdir: 1) fakt toplamaq , onları qruplaşdirmaq mırəhılısi(empirik mərhələ); 2) faktları ümumiləşdirərək müəyyan fikir söyləmək, naticəyə gəlmək mərhələsi (abstraktlaşdırma prosesi) və nəhayət. 3) əldə edilmiş nəticənin təcrübədə yoxlanılması. Vəhdətda olan bu üç mərhələnin hər birinin spesifik cəhətlərı də yox deyildir.

Metodik təqiqat o deməkdir ki, alim fakt toplamağı, dil təlimi prosesini dərindən öyrənməyi, faktlar daxili əlaqə və münasibətləri üzə çıxarmağı, onları şərh etməyi bacarsın. L.P.Pavlovun obrazlı sözləri ilə desək, quşun qanadları güclü olsa da, o havasız yerdə, havaya arxalanmadan heç vaxt uça bilməz. Fakt alimin havasıdır. Alim faktsız qanad açıb elm aləmində yüksələ bilməz. Lakin faktların mahiyyətinə varmayan, onların meydana çıxması sirlərini öyrənməyə, obyektiv qanunları üzə çıxarmayan alim yaxşı alim deyil. 0, olsa-olsa, faktların arxivariusuna çevrilə bilər. Böyük kimyaçı Mendeleyevə görə, fakt materialdır; nazəriyyə, plan, 'elm olur bina. Bina müəyyan materialdan, plan üzrə inşa edildiyi kimi, elm də müəyyən faktların nəzəriyyəsi əsasında saf-çürük edilməsi sayəsində inkişaf edə bilər.

Metodika elminin tədqiqat üsuluna gəlincə deməliyik ki, onun qarşısında duran mühüm məsələ budur ki, öyrənilan sahəni, yəni ana dili təlimi prosesində özünü obyektiv qanunları olduğu kimi aşkara çıxarsın, onların mahiyyətini açsın, şərh etsin. Buradan aydın olur ki, tədqiq metodunda öyrənilən obyektin (təlim prosesinin) öz məzmunu və daxili təbiəti ifadə olunur. Deməli, elmin tədqiqat metodu onun (elmin) obyektinə (yəni təlim prosesinə) tabedir, ondan əldə etmək, onunla müəyyənləşdirilir. Hər bir elm sahəsində özünü göstərən metodlarin spesifikliyi də məhz buradan irəli gəlir. Belə ki, elmin hər bir sahəsi maddi aləmin konkret bir cəhatini, materiyanın bu və ya digər hərəkət formasını tədqiq edir; bunun da nəticəsinda spesifik tədqiqat üsulları meydana çıxır. Bu nöqteyi-nəzərdən dil metodikasının tədqiq üsullarını şərh edə bilər. Bura bəzi metodlar daxildir:

1. Fakt toplamağa xidmət edən metod və priyomlar.

2. Toplanılmış faktları saf-çürük elmi naticəyə qəlməyə, fərz irəli sürməyə xidmət edən metod və priyomlar.

3. Əldə edilmiş ilkin nəticənin doğru olub-olmadığını yoxlamağa xidmət edən metod və priyomlar.

Birinci metodu sözün geniş mənasında müşahidə adlandırır və ora aşağıdakı priyomları daxil edirik:

a) Azarbaycan dili təlimi prosesindən fakt toplamağa xidmat edən priyomlar. Bura aşağıdakılar daxildir: canlı seyr. Bu, ana dili təlimi prosesində bizi maraqlandıran hər hansi məsələni planlı və mütəşəkkil şəkildə qavramaq deməkdir; anket sorğusu; müsahibə, müvafiq sənədlərin və şagirdlərin yazı işlərinin öyrənilməsi və s.;

b) müvafiq ədəbiyyatdan fakt toplamağa xidmat edən priyomlar. Bura aşağıdakılar daxildir: biblioqrafik mənbələr üzərinda iş; annotasiya; iqtibasların va rəqəmlərin götürülməsi; referat və s.

Beləlikla, müşahidə metodu bilavasita (məsələn, seyr, műsahibɔ.) və bilvasita (məsələn, konspektləşdirmə ...) olmaqla iki yerə bölünür. Hər iki növü birləşdirən başlica əlamət ondan ibarətdir ki, onlar məhz fakt toplamağa xidmət göstarir. İkinci metodu şərti olaraq ümumiləşdirmə adlandirır və ora aşağıdakıları daxil edirik: qruplaşdırma, sistemləşdirmə, analiz va sintez; müqayisə və s.

Üçüncü metod pedaqoji eksperimentdən ki, o da paralel və çarpaz olaraq iki yerə bölünür.

Ümumiyyətlə, hər bir elm sahəsi başqa üç mühüm alamətə görə fərqlənir:1) tədqiqat obyektinə (və predmetinə) görə,2)tədqiqat metodlarına görə, anlayışlar sisteminə (və deməli, həm də qanunlarina, nəzəriyyələrinə...) görə. Bu mənada Azərbaycan dili metodikasının tədqiqat obyekti (yəni Azərbaycan dili təlimi prosesi) obyektə dair əldə edilmiş nailiyyətlər, söylənilmiş fikirlər, toplanılmış faktlar və s.) başqa elmlərinkindən fərqlənir. Onun tadqiqat metodları da (məsələn, yazı işlərindəki orfoqrafik səhvlərin öyrənilməsi və ümumiləşdirilməsi...) digər elmlərin metodlarının tam eyni deyildir. Anlayışlar sistemi isə daha qabarıq şəkildə fərqlənir. Məsələn, imla, orfografik təhlil, adəbi tələffüz vərdişlərinin aşılanması kimi söz və ifadələrin ana dili təlimi ilə bağlı olduğunu heç kəs inkar etmir. Aşağıda görəcəyimiz kimi, bu elmin öz qanunları, prinsip və tələbləri vardır ki, onlar da spesifik xarakter daşıyır. Bütün bu dediklərimiz sübut edir ki, Azərbaycan dili metodikası özünəməxsus əlamətlərə malik olan xüsusi bir elm sahəsidir. Vəhdətda olan üç metodun (müşahidə, ümumiləşdirmə və eksperiment) köməyi ilə alim pedaqoji kollektivin işini kompleks halında da öyrənə bilər. Burada biz nitq inkişafi üzrə vahid tələblərə əməl olunmasını; məktəbin maddi bazasının yararlılıq dərəcəsini: dərsliklərdə. şagird mətbuatinda dil normalarının gözlənilməsini: proqram va dərsliklərin lazımi tələblərə cavab verib-verməməsini və bütün bu saydığımız amillər arasındakı qarşılıqlı alaqəni nəzərdə tuturuq. Bu məsələ çox zəruridir və kompleks tədqiqat tələb edir. Təəssüflər olsun ki, indiyə qədər belə bir məsələ qoyulmamış və öyrənilməmişdir. Dil metodikasına, eləcə de ümumi didaktikaya aid tarixin müxtəlif dövrlərində söylənilmiş mülahizələrin, nazəriyyə və fərziyyələrin, bir sözlə, metodik irsin tənqidi surətdə öyrənilməsi və yaradıcı şəkildə tətbiqi da həmin üç metodun köməyi ilə öyrənilir. Bura həm Azərbaycan dili metodistlərinin, həm rus və başqa qardaş respublika dilləri metodistlərinin fikirlərini, həm də, ümumiyyətlə, ana dili metodistlərinin (məsələn, xaricdəki alimlərin) mülahizalərini daxil edirik. Bu metodların hamısı bir-biri ilə üzvi surətdə əlaqədardır və ümumi məqsədə - dil talimi prosesinin obyektiv qanunlarını aşkara çıxararaq praktik işləri onların tələbləri əsasinda qurmağa xidmət edir. Bunlar ayrıliqda, təcrid olunmuş halda tətbiq edilərsə, çox vaxt istənilən nəticəni aldə etmək, məqsəd nail olmaq çətinləşər. Beləliklə, aydın olur ki, saydığımız tədqiqat üsulları əslində ayrılıqda mövcud deyil, bir-biri üçün əsasdır, biri digərindən asılıdır. Ona görə də tədqiqatda bunları vəhdət halında götürməli, onların kompleksindən istifadə etməliyik. Bununla belə, əvvəlki üsullar sonuncu (eksperiment) üçün zəmin yaradır, sonuncu əvvallkiləri yekunlaşdırır. Bunu necə başa düşmək lazımdır?



Əvvəlki iki üsul faktik material toplamağa və həmin-materiallar əsasında müəyyən fərziyyə irəli sürməyə xidmət edir. Sonuncu isə bu fərziyyəni praktikada yoxlamağa, müəyyən konkret nazəriyyə irəli sürməyə imkan verir. Ona görə da eksperiment bir məktəbdə deyil, bir çox məktəblardə, müayyən az müddət ərzində deyil, bir neça il ərzində, dəfələrlə aparılmalıdır. hələ bu da azdır. Eksperimentin nəticələrini də kütlavi şəkildə yoxlamalıyıq ki, irəli sürdüyümüz yeni nəzəriyya, sözün geniş manasında. praktikada yoxlanılmış olsun. Bundan sonra qati hökm vermək olar va biz öz nazəriyyəmizin həgiqi nəzəriyyə olduğunu cəsarətlə söyləyə bilərik. “Bu belə olsa, daha yaxşı nəticƏ verər” kimi metodik məsləhətlər lazım deyildir. Elm hökm verməlidir! V.A.Dobromislovun sözləri ilə desək, metodik Əsarlarda işlədilən «belə yaxşı olar», «məqsədəmüvafiqdir», «faydalıdır» kimi ibarələr müəllifin acizliyini, pedaqoji prosesin mahiyyatinə enə bilmədiyini göstərir'. Etiraz etmək olar ki, müəllimə resept vermək çətindir və buna ehtiyac da yoxdur. Çünki eyni metod, eyni priyom bir yerdə yaxşı, başqa yerdə, başqa şəraitdə isa pis nətica verir. Bela etiraz əsassızdır. Alimin vazifəsi hansı metod və priyomun məhz hansi konkret şəraitda yaxşı nəticə verdiyini üza çıxarmaq, variantlar müəyyənləşdirmək və bu əsas üzərində də hökm vermakdan ibarətdir. Azərbaycan dili metodikasının müasir inkişaf səviyyəsi bizə imkan verir ki, empirik tədqiqatdan tədrican nəzəri tədqiqata keçək, toplanılmış faktik materialları dərindən təhlil edərək dil təlimi prosesinin obyektiv qanunlarını aşkara çıxaraq. Bu işdə isə nəzəri cəhətdən asaslandırılmış, lakin praktikada yoxlanılaraq sübut edilməyə ehtiyacı olan elmi fərziyyənin müstəsna rolu vardır. Fərziyyə odur ki, tədqiqatçı hələ tam dərinliyi ilə öyrənilməmiş hadisəni mahiyyətinə xəyalən, fikrən daxil olsun və deduktiv fikirlərini mövcud prinsiplər əsasında şərh etdikdən sonra yoxlanılmaq üçün praktikanın ixtiyarına versin. Axı, elm heç vaxt gözləyə bilməz ki, faktlar haçansa qanunu aşkara çıxaracaqdır. O yerdə ki, yeni faktlarla mövcud metodik şərhlar düz gəlmir, orada həmin faktları marksizm fəlsəfəsinin müəyyənləşdirmiş olduğu müddəalar əsasında saf-çürük etmək, müəyyən ideya ətrafinda cəmləşdirmək va nəticədə fərziyya irəli sürmək, onu təcrübədə yoxlamağa keçmək lazımdır. Deməli, fərziyyanin nəzəri əsası olmalı, o, marksizm fəlsəfəsina ɔsaslanmalıdır; fərziyyə tədqiqatçının əldə etdiyi taktlarla səsləşməli, faklara zidd olmamalidır. Elmin inkişaf qanunlarından biri məhz fərziyyələrin mübarizəsi, bunun da nəticəsində həqiqətin aşkar edilməsidir... Hər bir elmin (o cümlədən da dil metodikasının) öz strukturası olmalıdır. Struktura elmin tədqiqat obycktini əməla gətirən elementlərin daxili əlaqəda olması, mürəkkəb sistem təşkil etməsi deməkdir. Tədqiqat obyektinin strukturası dərk olunduqda, aşkara çıxarıldıqda elmin strukturasını təşkil edir. Elmin strukturası isə idrak prosesinin strukturasına uyğun gəlir. Çünki tədqiqat obyektinin strukturası ancaq idrak prosesi nəticəsinda elmin strukturasına çevrilir. İdrak zamanı obyektiv struktura dərk edilir, bu zaman idrakın hər pilləsi arasında müəyyən qarşılıqlı əlaqa özünü göstərir. Bu alaqə hadisanin, predmetin özündən (yani zahirindan. qeyri-asas əlamətlərindən) mahiyyətinə doğru olan inkişaf pillələri (mərhalələri) arasındakI qarşılıqlı əlaqadir. Ona görə də elmda müayyən strukturanın, sistemin olması üçün tədqiqat obyektinin, dil təlimi prosesinin strukturasını, mürəkkəb sistemini diqqətlə öyrənmək, aşkara çıxarmaq lazım gəlir. Strukturalar arasında da dialektik vəhdət vardır. Məsəlan, dil metodikası elminin strukturasının əsasını dil təlimi prosesinin strukturası təşkil etdiyi kimi, dil təlimi prosesinin strukturasını da dilçilik, onun əsasını isə dilin öz strukturası təşkil edir va s. Bunu belə göstərə bilərik:

Maddi aləmin öz strukturası

Maddi aləmin dərk olunmuş strukturası, yani təfəkkürün strukturası.

Təfəkkürün strukturasının zühura Çıxması, yani dilin strukturası.

Dilin strukturasının dərk olunması, yɔni dilçilik elminin strukturası.

Dil təlimi prosesinin strukturası



Elə buna görə də Marks göstərirdi ki, nə fikir, nə də dil xüsusi hakimiyyət təşkil etmir, mahiyyət etibarı ilə onların hər ikisi maddi gerçəkliyin dərk olunması ilə bağlıdır'. Buradan aydın olur ki, metodika elminin strukturasının əsasını dil təlimi prosesinin strukturasinda axtarmaq və tədqiqatı bu istiqamətdə apararaq maddi gerçakliyin özünə gedib çıxmaq lazım gəlir. Sual oluna bilər ki, nə üçün? həmin suala cavab verməkdən ötrü mahiyyat və hadisə kateqoriyalarına istinad etməliyik. Məlumdur ki, hadisa mahiyyətin zühura çıxmasıdır. Mahiyyəti müşahidə etmək, gözlə görmək, bir sözlə, duyğu orqanları dərk etmək mümkün deyildir. Hadisə isa əksinə duyğu orqanlarının köməyi ilə qavranıla bilir. Hadisənin dərk olunması, təhlili bizi mahiyyətə doğru istiqamətləndirir; biz tədricən hadisənin mahiyyətinə enir onu üzə çıxarırıq. Məhz buna görə də idrak prosesi formadan məzmuna (hadisədən onun əsasını təşkil edən mahiyyəta) doğru cərəyan edir. Mahiyyət dərk olunduqdan, məzmun öyrənildikdan sonra şərhetmə, başqalarına çatdırma prosesi başlanır. Burada artıq bizim istinad mənbəyimiz mahiyyat və məzmun olur. Deməli, tədqiqat hadisədən mahiyyətə, şərhetmə isa, əksinə, mahiyyətdən hadisə yə doğru aparılır. Ona göra də metodika elminin strukturasından başlanan tədqiqat nəticə etibari ilə gətirib mahiyyətə çıxarmalıdır. Tədqiqat zahirdən batina, hadisadən mahiyyata, formadan məzmuna doğru getməlidir. Şərhetma, ifadaetmə isa bunun əksinədir. Dil təlimi prosesinin ümumi mənzərəsi nətica etibarı ilə ayri- ayrı nəzəriyyə, fərziyyə va anlayışlar sisteminin birləşməsində öz ɔksini tapmalıdır. Dil metodikası elmi anlayışına onun tədqiqat obyektinə aid toplanılmış faktik materiallar, bu sahədə söylənilmiş fikirlər (nəzəriyyə və fərziyyələr, sistemləşdirmələr), həmin sahənin tədqiqat üsulları və tacrübənin aldə etdiyi yeniliklər daxildir. Ona görə də həmin elmə tərif verərkən (onun mazmununu açarkən) bunları nəzərə almamaq olmaz. Mövcud metodik odəbiyyatda dil metodikası elmina müxtalif tariflər verilir. Biz yuxarıda, ümumiyyətlə, elma verilən tərifi əsas götürür və metodika elminin mazmununu belə açmağı düzgün hesab edirik: metodika - dil taliminin obyektiv qanunlarınt aşkara çıxaran və amali faaliyyətdə bu qanunlara arxalanmağın. onlardan maqsada- müvafiq şəkildə istifada etmayin yollarıni müəyyənləşdirən elm sahəsidir. Buradan aydın olur ki, həmin anlayışın məzmununa, başlıca olaraq, iki şey daxildir: 1) dil talimi prosesinin obyektiv qanunlarını aşkara çıxarmaq; 2) dil toliminin qarşısında duran məqsədə nail olmaqdan ötrü ɔməli fəaliyyat zamanı hamin qanunlara osaslanmağın, qanunlardan irali gələn talablari yerinə yetirmayin konkret yollarını müəyyənləşdirmək. Mahz buna görə də dil təlimina aid bütün məsələlər bu iki müddəa ətrafinda qruplaşdırılmalı, onlardan doğmalt, onların asasında müəyyənləş- dirilməli və onlara tabe etdirilməlidir. Ayr cür ola da bilmaz. Təlimin məzmunu da, üsul va priyomları da, tadqiqat metodları da, anlayışlar sistemi da, bir sözla, har şey tolimin maqsədinə va təlim prosesinin obyektiv qanunlarina asaslanmalıdır. Mahz bunu nəzara alaraq, hər şeydən avval, dil tədrisinin maqsadini, elaca da obyektiv qanunları aşkara çıxarmaq va sistem şaklində şərh etmak zaruriy- yati qarşıya çIxir. N.K.Krupskaya hala 1932-ci ildə yazdığı «Xüsusi metodika- lar haqqında məsəlaya dair qeydlər» adı məqalasində göstərdi ki, «metodika biliklari daha tam, daha dərindən öyrənməyə kömək edan üsulların məcmuyudur. Bu üsullar şagirdlərin idrak qabiliy- yotini, fikirləşmak, məntiqi suratdə mühakimə yürütmək, müqəd- dim şartlərdən nəticalar çıxarmaq bacarığıni inkişaf etdirmali, müəllim isə formal mantiqi, elmin özünü, onun qanunlarını, psixologiyani, fəlsəfəni yaxşı bilməlidir». «Necə təlim etmək məsələsi məqsəddən asılıdır, yani bu və ya digar fənni nə üçün tədris etməyi bilmək lazımdır. Sonra. Neca tədris etmak masəlasi tədrisin öz məzmunu ilə müəyyən edilir»". Bu qeydlərdən aydın olur ki, metodika nayi?, kima?, neca? va na uçün? Öyrətmək suallarına cavab vermali, bunun üçün isɔ, hər şeydan əvvəl, qanunları üzə çıxarmalıdır.
Yüklə 23,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə