Magistr dissertasiyasi



Yüklə 494,02 Kb.
səhifə3/8
tarix27.03.2018
ölçüsü494,02 Kb.
#35201
1   2   3   4   5   6   7   8

Araşdırmalara görə beynəlxalq səviyyədə telekomunikasiya və informasiya komunikasiya texnologiyaları sektorunda böyük miqyasda inkişafın təmin edilməsində peyk şəbəkəsinin rəqabətqabiliyyətinin yüksəldilməsi istiqamətində praktiki tədbirlərin reallaşdırılması zərurəti yaranır. Bununla əlaqədar olaraq da, kosmosla bağlı sənaye sahələrinin gələcək inkişafı baxımından aşağıda qeyd edilən məsələlər aktuallıq kəsb etməkdədir:

- peyklər vasitəsilə rabitə xidmətlərinin iqtisadi baxımdan daha cəlbedici olmasında geniş əhali kütləsi faktorunun nəzərə alınması;

- stasionar orbitə daxil edilən peyklərin rəqabət nöqteyi nəzərdən göstəricilərinin yüksəldilməsi;

- müəyyən olunmuş peyklərin kommersiya fəaliyyəti baxımından səmərəliliyin yüksəldilməsi;

- yeni peyk sistemləri vasitəsi ilə təqdim edilən məhsul və xidmətlərə dair qiymət siyasətinin təkmilləşdirilməsi;

- peyk sistemi hesabına göstərilən servis xidmətlərinə dair infrastruktur tədbirlərinin daha da təkmilləşdirilməsi;

- peykdən idarəetmə sistemləri ilə yerüstü fəaliyyətə dair yayım xidməti arasında inteqrasiya proseslərinin sürətləndirilməsi.

Proqramda aşağıdakı strateji məqsədlər nəzərdə tutulur (24, s. 6):

- gələcək inkişaf üçün potensialın yaradılması;

- milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi;

- qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi;

- dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi;

- kosmik sənayenin yaradılması və inkişafı.

Beləliklə, müasir dövrdə kosmik sənaye fəaliyyəti sahəsində beynəlxalq səviyyəli əməkdaşlığın geniş vüsət alması və respublikamızda müvafiq fəaliyyət sahəsinə dair potensialın artırılması müvafiq sahədə inkişafın əldə olunmasına geniş perspektiv yaradır.

FƏSİL II. AZƏRBAYCAN RESPUBLİKASINDA ELEKTRON TİCARƏT

VƏ ONUN TƏHLÜKƏSİZ­Lİ­Yİ­NİN HÜQUQİ TƏMİNATI

MEXANİZMİ

2.1. Telekomunikasiya və informasiya sferasindakı fəaliyyətin

tənzimlənməsinin hüquqi təminatı

Ölkəmizdə sоn illərdə aparılan sosial-iqtisadi islahatlar əsas qanunda nəzərdə tutulmu konstitusiyon normadan qaynaqlanır. Belə ki, konstitusiyaya əsasən Azərbaycan Respublikasında iqtisadi münasibətlər bazar iqtisadiyyatı sistemi əsasında formalaşdırılır. Bundan irəli gələrək, aqrar sektorda islahatlar aparılmış, dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsi təmin olunmuşdur.Yeni formalaşdırılmaqda olan iqtisadiyyat sosial xarakter daşıyır və bununla yanaşı olaraq neft sektonda əldə edilən uğurlardan qaynaqlanaraq, qeyri-neft sektorunda çeşidli layihələr hazırlanıb reallaşdırılır. Müvafiq tədbirləri reallaşdırılması, heç şübhəsiz ki elmi nailiyyətlərə istinad etməli, praktik tətbiq edilmədikdən əvvəl dəqiq informasiyalar əsasında qiymətləndirilməlidir. Müvafiq proseslərin reallaşdırılması zamanı isə özəlləşdirilən obyektlər dərindən təhlili olunmalı, onların keçmiş fəaliyyəti, müasir durumu qiymətləndirildikdən sonra gələcək fəaliyyət istiqamətlərini əhatə edən dövə aid məlumat bazasınnı yeni texnologiyalara istinadən təhlili təmin edilməli, habelə müvafiq subyektlərin qarşılıqlı əlaaqələrinin xarakteri aydınlaşdırılmalıdır. Bu kimi mühüm vəzifələrin icrə zamanı isə çağdaş informasiya komunikasiya texnologiyasından geniş istifadə təmin edilməlidir.

Beynəlxalq aləmdə gedən inteqrasiya və buna müvafiq informasiya mübadiləsi prosesi obyektiv xarakter daşıdığından, respublikamızın bu proseslərdə iştirak etməsi də zərurət kimi meydana çıxır. Başqa sözlə fadə etmiş olsaq, informasiyanın istifadə olunma səviyyəsi və onun xarakteri, inkişafın istiqamətlərini müəyyən edir. Bu baxımdan da, sosial-iqtisadi məzmuna malik proseslərdə informasiya və komunikasiya texnologiylarından istifadə edilməsi, müasir tələblər çərçivəsində adaptasiyanın reallaşdırılması aspektindən obyektiv hesab edilir.

İKT sahəsində hökumətin başlıca vəzifələrindən biri müvafiq hüquqi əsasların yaradılmasını təmin etməkdir ki, məhz onun sayəsində də müvafiq sahədə normal təsərrüfat fəaliyyəti üçün real zəmin yaranır. Respublikamızda qeyd olunan sahədə ən mühüm hesab ediləcək tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-komunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" olmuşdur. Belə ki, müvafiq qanunvericilik sənədi ilə, növbəti on illik dövrü əhatə edən tədbirlərin ümumi istiqaməti, yəni areantasiyası müəyyən edilmişdir.

Qəbul edilmiş Milli Dövlət Strategiyası informasiyalaşma və komunikasiya xarakterli texnologiyaların tətbiqi, habelə onlardan istifadə olunması sahəsində yeridilən dövlət siyasətinin mühüm təzahür formasıdır. Onun əsas məqsədlərinə və vəzifələrinə ümumi fəaliyyət istiqaməti daxildir. Müvafiq dövlət strategiyası cəmiyyətin müasir tələblərindən irəli gələn tələbləri, müasir dünya təcrübəsindən qaynaqlanan məqamların nəzərə alınmasını, habelə ölkəmizin müxtəlif istiqamətlərdə inteqrasiyasının nəzərə alınmasını özündə ehtiva edir.

Strategiya qarşısında aşağıdakı əsas vəzifələr müəyyən edilmişdir: (26, 12)


  • informasiya cəmiyyətinin yaradılması və inkişafı;

  • vətəndaşların tibbi xidmət, sosial təminat, təhsil və s. xidmətləri alması;

  • sosial institutların məlumat almaq, istifadə etmək üçün mühitin yaradılması;

  • elektron hökumətin yaradılması və inkişafı;

  • intellektual potensialının inkişaf etdirilməsi;

  • informasiya təhlükəsizliyi sisteminin yaradılması və s.

Göründüyü kimi strategiyanın başlıca məramı İKT-dan geniş miqyasda yararlanmaqla, ölkə miqyasında demokratik yönümlü tərəqqiyə nail olmaq, son nəticədə isə İC-nə keçidin təmin olunmasıdır.

Qeyd etmək lazımdır ki, İKT ilə bağlı strategiyada mühüm məqamlardan biri məhz elektron hökumətin yaradılması və onun inkişaf etməsinə nail olmaqdır. Straategiyaya istinad etmiş olsaq, elektron hökumətin inkişafının əsas istiqamətləri bunlar ola bilər:

- müvafiq idarəetmə orqanları;

- yerli özünüidarəetmə(bələdiyyə) orqanları;

- qeyri-hökumət təşkilatlarının idarəetməyə cəlbi;

- siyasi təşkilatlar arasında əməkdaşlığın təmin edilməsi və onun daha da gücləndirilməsi;

- dövlət qulluqçularının İKT-dən istifadə sahəsində bilik və bacarıqlarının artırılması;

- əsasən dövlət orqanlarında elektron sənəd dövriyyəsinin təmin olunması;

- vətəndaşa xidmət məqsədli avtomatlaşdırılmış informasiya sisteminin qurulması;

- müxtəlif səviyyəli informasiya bazalarının yaradılması, onların qorunması və istifadəsi;

- fərqli seçki proseslərində müvafiq sistemdən istifadə olunması və s.

Vurgulamaq lazımdır ki, ötən dövr ərzində müvafiq strategiyadan irəli gələn tədbirlərin reallaşdırılması hesabına yuxarıda qeyd olunan istiqamətlərin əksəriyyətində ciddi nailiyyətlər əldə edilmişdir. Hansı ki, nəticə etibarilə bürokratik əngəllərin aradan qaldırılması, səmərəliliyin yüksəldilməsi, vaxt itkisinin azaldılması kimi nailiyyətlərə səbəb olmuşdur.

Ümumilikdə İKT-nin tətbiqinin hansı səviyyədə olması həmin ölkənin müasirliyi, elmi inkişafı, intellektual səviyyəsi, dövlət idarəetməsi sisteminin şəfaf olması və bütövlükdə ölkədə demokratik dəyərlərə nə səviyyədə önəm verilməsini göstərir.

Müasir dövrün reallıqları onu ehtiva edir ki, get-gedə dünyada elektron resurslara istinad etməklə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi daha çox üstünlük təşkil edir. Buna istinadən bəzi hallarda İKT sahəsində əldə olunan nailiyyətləri, məhz dövlətin rəqabətqabiliyyətliliyinin təmin olunmasındakı müstəsna rolu qabardılır. Müşahidə olunan tendensiya isə onu göstərir ki, bu sahədə trend daima artımla müşahidə olunur. Yəni İKT-nin tətbiq səviyyəsinin artımı dolayısı ilə ölkənin də inkişaf səviyyəsinə öz müsbət təsirini göstərir və onun sanki lakomativi rolu olur.

Qeyd olunanlar elektron ticarət sahəsində özünü daha yüksək səviyyədə göstərməkdədir. Məhz bunun nəticəsidir ki, qanunvericilik aktları icərisində respublikamızda da elektron ticarətin hüquqqi əsaslarını müəyyən edən qanunvericilik aktları ilk qəbul edilmiş aktlar sırasında öncül yerlərdən birini tutmaqdadır.

Məzmun və mahiyyət etibarilə bəhs olunan məsələ informasiya resursları istifadə olunması şərtilə məhsul və xidmətlərin mübadiləsinin reallaşdırılmasını, habelə müxtəlif işlərin yerinə yetirilməsini əks etdirir. Dolayısı ilə bu ənənəvi ticarətin virtual məkanda həyata kecirilməsinə əlverişli zəmin yaradır və reallaşmasını sürətləndirir.

Müasir dövrdə elektron kommersiyanın stimullaşdırılması məqsədilə satıcılar müvafiq sahədə bildirişlərdən istifadə edə bilərlər. Bu tədbir dolayısı ilə satıcı üçün məhsul və xidmətlərin reallaşdırılması zamanı isteehsalcının imicinin yaradılmasına və onun daha da yüksəldilməsinə xidmət edən tədbir kimi qiymətləndirilir. O, ümumilikdə aşağıdakı məqamları üzündə əks etdirməli və tətbiq olunması zamanı nəzərə alınmalıdır:


  • kommersiya xarakterinə malik olmalıdır;

  • sahibinin rekvizitləri dəqiq olmalıdır;

  • məhsulun realizasiyasını stimullaşdırmalıdır;

  • qanunvericiliyə uyğun nə kimi güzəştlər mövcud olduğu aşkar surətdə göstərilməlidir;

  • müvafiq sahədə hansı mükafatlar vardır;

  • təkliflər necə ünvanlanmalıdır;

  • məhsulun əldə olunması şərtləri hansılardır və s.

Bəzi hallarda isə kommersiya bildirişinə aşağıdakı bir sıra məlumatların daxil edilməsinə yol verilmir:

  • təchizatçıya bilavasitə müraciətə imkan yarada bilən məlumatlar;

  • internet və yaxud elektron poçt adresləri;

  • malların satıcısı haqqında məlumatlar

  • məsrəf etmədən əldə edilə bilinən informasiyalar və s.

Müasir dövrdə istənilən kommersiya xarakterli əməliyyatların həyata keçirilməsində mütləq mənada hüquqi formalara istinad edilir ki, bu formalar içərisində də müqavilələr üstünlük təşkil edir. Elektron ticarətin reallaşdırılmassı zamanı isə məntiqə uyğun olaraq bu tipli razılaşmalar elektron əsasda (formada) həyata keçirilir.

Hər bir ölkənin qanunvericilik sitemi özünəməxsus olsa da, onların ümumi qəbul edilmiş mexanizmlər ki, hətta anlayışlardan istifadəsi hallarına da rast gəlinir. Bu baxımdan, qeyd etmək olar ki, əksər hallarda ticarət əməliyyatlarının aparılmasına yönəlik təkliflər “oferta” kimi xüsusi bir terminalogiya ilə ifadə olunur. Bu özünü hüquqi baxımdan mülki məcəlləmizdə göstərir.

Ümumilikdə respublika qanunvericiliyinə istinad etmiş olsaq məhsul almaq, iş görmək və müəyyən xidməti reallaşdırmaq üçün müqavilənin bağlanmasına yönəlik təklif xarakterli fəaliyyət offerta adlanır. Xüsusi bir hal kimi müxtəlif şəxslər dairəsinə aid edilən müqavilə təklifi (oferta) onu göndərənin özünün, yaxud hər-hansı bir şəxsin etibarnamə əsasında fəaliyyət göstərməsinə yaradılan şərtlər daxilində ona verilmiş səlahiyyətə istinad etməklə göndərilə bilər. Digər bir halda isə məhz bu məqsədə xidmət etmək üçün tərtib olunmuş proqram təminatı əsasında avtomatik rejimdə fəaliyyət göstərən müvafiq elektronlaşdırılmış sistem vasitəsilə verilə bilər.

Offertanın verilməsi zamanı aşağıdakılara xüsusi diqqət yetirmək lazımdır:

- şərtlərin anlaşılması üçün xüsusi bilik səviyyəsi tələb olunmasın;

- müqaviləyə yönəlik şərtlər dəqiq olsun;

- ofertanı saxlamaq və onunla tanış olmaq imkanı mövcud olsun.

Təcrübə göstərir ki, offertanın bəzi hallarda müəyyən şərtləri başqa bir sənədə, yaxud mənbəyə istinadən formalaşdırıla bilər. Belə olan halda müvafiq təklif etibarsız sayılmaq üçün əsas kimi qəbul edilə bilməz. Lakin əgər bu belə formada qəbul edilmişdirsə, bu zaman müqavilənin sövdələşmə məqamlarına aid edilən müvafiq mənbəyə çəxəş imkanının saxlanılması təmin olunmalıdır.

Bəs nə zaman müqaviləni bağlanmış hesab etmək olar? Cavab çox sadədir. Belə ki, offerta almış səxs onu müəyyən şərtlərə istinad etməklə aksept göndərirsə bu o deməkddr ki, müqavilə artıq bağlanmışdır. Elektron formada razılaşmayaa gəldikdə isə qeyd etmək lazımdır ki, sənədin qəbuluina dair məlumatn verilməsi artıq offertanın qəbul edilməsi kimi qiymətləndirilir. Bu zaman malların və ya xidmətin habelə işlərin aşağıdakı məqamlarına istinad edilir:


  • təchizatçının adı;

  • qiymət;

  • vergilər;

  • çatdırılma;

  • sifarişin icrası;

  • qiymətin qüvvədə olduğu müddət;

  • təchizatın minimal müddəti;

  • daimi və ya mütəmadi şərtlər;

  • müqavilə bağlanması üsulu;

  • müqavilə bağlanması mərhələləri;

  • müqavilənin qeydiyyatı;

  • məlumatlarla təmin olunma və s.

Sifariş zamanı məhsu satan, onu alana sifarişi qəbul etdiyini təxirəsalınmadan bildirməyə borcludur. Bu halda sifarişin icrası barədə informasiyanın əldə olunması onun qəbuledilməsi kimi sayılır. Qeyd olunmalıdır ki bu xarakterli əməliyyatlardan imtina üçün müəyyən edilən müddət 7 iş günüdür. Bu zamaan daxilində heç bir cərimə tətbiq edilə bilməz və səbəb qeyd olunmadan bağlanılmış müqavilə icra olunmadan imtina edilə bilinər.

Elektron kommersiyada sənədlərin dövr etməsi brokerin ötürdüyü, habelə onda qalan məlumatların monitorin edilməsi və ya qanuna zidd fəaliyyət aşkarlanmasını sübut eləməkdən ötrü, aktiv surətdə sənədlərin müəyyən edilməsi üzrə prosedurlara məcbur etmə və ya müvafiq davranışın elektron dövriyyəsinin tmin edən şəxs tərəfindən özəl təşəbbüskarlıq qaydasına riayət olunmaqla reallaşdırılmasına görə aşağıdakı təsnifatda və miqdarda cərimə edilə bilər:

- fiziki hesab edilən şəxs statuslu subyektlər ŞMV ən azı 30 misli, ən çoxu isə 35 mislinədək;

- vəzifəli hesab edilən şəxslər isə ŞMV ən azı 75 mislindən, ən çoxu 90 mislinədək;

- hüquqi şəxs statuslu subyektlər isə ŞMV ən azı 200 mislindən, ən çoxu 250 mislinə qədər.

Elektron kommersiyada elektron sənədləşmədə iştirak edən broker tərəfindən məhkəmə orqanlarının qərarı əsasında, yaxud da qanunla müəyyən edilmiş səlahiyyətli dövlət təmsilçisinin müraciətinə istinad etməklə hüququ pozanlara qarşı aşağıda göstərilən hallarda ŞMV 300 mislinə qədər cərimə oluna bilər:

- servisin dayandırılması;

- məlumatın silinməməsi;

- məlumat bazasına çıxışın məhdudlaşdırılması və s.

Qanunvericiliyə əsasən broker elektron ticarətin iştirakçısı olan subyektlər arasında bağlanan müqavilə şərtlərindən irəli gələn öhdəliklərin icrasına görə cavabdehlikt daşıyır. Lakin o aşağıdakı məsələlərlə bağlı məsuliyyət daşımır:



  • informasiya ötürülməsinin təşəbbüskarı qismində çıxış etmədikdə və məlumatsız olduqda;

  • informasiya əldə edənin müəyyən edilməsində istənilən formada iştirakçı olmadığı təqdirdə;

  • subyektindən asılı olmayaraq ötürülən məlumatın məzmunu ilə bağlı hər-hansı dəyişiklik edilmədikdə.

Məlum olduğu kimi telekomunikasiya hər bir ölkənin istehsal, bazar yaxud da sosial infrastruktur elemntlərinin tərkibinə daxil olunan hissəsi hesab edilməklə, dövlət orqanı, fiziki və ya hüquqi subyektlərin, habelə xarici ölkələrin respublikamızda fəaliyyətdə olan diplomatik təmsilçiliyinin və beynəlxalq təşkilata aid filial və nümayəndəliyiyin müvafiq sahədəki xidmətinə olan tələbin yerinə yetirilməsini təmin edir. Telekomunikasiya fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır (34, 4):

  • operatorların qanuni mənafelərinin qorunması;

  • əməliyyatlarının təhlükəsizliyi;

  • telekomunikasiya şəbəkəsinin qorunması;

  • telekomunikasiya şəbəkələrinin operativliyi;

  • telekomunikasiya xidmətləri bazarında rəqabət mühitinin yaradılması;

  • telekomunikasiya sahəsində dövlət tənzimləməsi;

  • telekomunikasiya sahəsində beynəlxalq əməkdaşlıq.

Yuxarıda qeyd olunan yəni, dövlət orqanı, fiziki və ya hüquqi subyektlərin, habelə xarici ölkələrin respublikamızda fəaliyyətdə olan diplomatik təmsilçiliyinin və beynəlxalq təşkilata aid filial və nümayəndəliyiyin müvafiq sahədəki xidmətinə olan tələbin yerinə yetirilməsinin təmin edilməsi, telekomunikasiya fəaliyyətinin obyekti hesab olunur.

Telekomunikasiya sahəsində xidmət göstərən, onu tənzimləyən və bu tip servisdən istifadə edən bütün dövlət orqanı, fiziki və ya hüquqi subyektlərin, habelə xarici ölkələrin respublikamızda fəaliyyətdə olan diplomatik təmsilçiliyinin və beynəlxalq təşkilata aid filial və nümayəndəliyiyi telekomunikasiya fəaliyyətinin subyekti hesab edilirlər.

Telekomunikasiya sahəsində xidməti dedikdə isə müvafiq sistemə aid şəbəkə vasitəsilə müxtəlif subyektlərin o, cümlədən də hüquqi və fiziki şəxslərin, qanunvericilik əsasında fəaliyyətdə olan digər subyektlərdə müvafiq sahədə xidmətə olan tələbatının ödənilməsi üçün reallaşdırılan fəaliyyət başa düşülür. Ölkəmizdə telekomunikasiya fəaliyyətinin tənzim edilməsinin mexanizmi müvafiq hüquqi vasitələrlə hesabına formalaşdırılmışdır.

2.2. İnformasiya və komunikasiya texnologiyaları sahəsində

dövlət idarəetnə orqanları sistemi

Məlum olduğu kimi İKT-nın inkişaf etdirilməsi ğlkəmizdə digər mühüm fəaliyət sahələri kimi prioritetlik təşkil etmkdədir. Bu özünü müvafiq sahədə reallaşdırılan dövlət siyasətində də biruzə verir. Qeyd olunmalıdır ki, bu sahədə aparılan sistemli işlər, məhz informasiya-komnikasiya texnologiyalarına dair işlər sahəsində müəyyən olunmuş strategiyaya istinad edir. Hansı ki, müvafiq sahədə reallaşdırılmalı olan tədbirlərin istiqamətlərini özündə ehtiva edir.

Araşdırma zamanı müəyyən olunur ki, respublikamız Qafqaz regionu üzrə analoji strategiyaya istinad edən yalnız dövlətdir. Başqa sözlə ifadə etmiş olsaq, digər region ölkələrində müvafiq sahədə işlər həyata keçirilsə də, onların vahid strategiyaya əsaslanmaqla tətbiq edilməsi məhz respublikamızda müşahidə olunmuşdur.

Strategiya çərçivəsində reallaşdırılan tədbirlər müxtəlif səviyyəli dövlət orqanlarının praktik fəaliyyətlərini məhz İKT-yə istinad etməklə reallaşdırılmasına səbəb olmuşdur. Bu orqanlardan biri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsidir.

Qeyd olunan qrum rеаl vахtda, yəni “оn-line” rеjim olmaqla çeşidli informasiyaların ötürülməsini malik olduğu şəbəkə sistemi vasitəsilə mərkəzlə bölgələr üzrə yerləşən struktur bölmələr arasında təmin edir. Bu ölrəmizdə Е-idаrəetmə sferasında gеniş miqyaslı şəbəkəyə malik olmaqla tətbiq edilən ilkin nümunə kimi qiymətləndirilir. Gömrük sahəsində aparılan işlər ümumi bir sistemin, yəni "Elektron-Azərbaycan"nın bir hissəsi olmaqla, respublikamızda göm­rük shəsində idarəetmə sisteminin inkişaf etdirilməsi sahəsindəki proqramın əsas ünsürlərindən hesab edilir.

Qeyd olunan səbəbə görə, "elektron-Azərbaycan" proqram təminatının reallaşdırılması ilə əlaqədar olaraq formalaşdırılan normativ-hüquqi sənəd toplusuna istinadən "elektron-Gömrük" proyeekti formalaşmış və reallaşdırılmaqdadır. Müvafiq layihəsinin başa vurulması "elektron-Azərbaycan" nın reallaşdırılması ilə ciddi surətdə bağlıdır.

"Elektron-Gömrük" proqram təminatı sisteminin formalaşdırılması Azərbay­can Respublikası DGK-nin İKT-rı üzrə Strategiyasının əsas hədəflərindən biridir və o əsasən aşağıdakı altsistemlərdən ibarətdir:

1. Sistemli Avtomatlaşdırılmış İdarəolunma;

2. İnternet məlumat bazasının idarə olunması;

3. Daxili xidmət portalının yaradılması.

"Elektron-Gömrük" prinsip etibarilə Dövlət Gömrük Komitəsində reallaşdırılan "Gömrük Xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" proyekti əsasında qurulmuşdur. O, aşagıdakı əsas elementlərdən ibarətdir:

- GN-ti sistemlərinin elektron baza əsasında eformalalaşması;

- Gömrükdə rəsmiləşdirmə prosesinin və qaydalarının avtomatik əsasdə təmin edilməsi;

- Maliyyə nəzarətinin elektronlaşdırılması;

- Hüquqa zidd qaçaqmalçılıga qarşı mübarizə tədbirlərinə dair elektron idarəolunma sistemi və avtomatlaşdırılmış əməliyyatlar;

- Valyuta sərvətlərinin hərəkətinə dair məlumatlar sisteminin qeydiyyatı;

- Komitənin ehtiyatlarının effektiv idarə olunması;

- Gömrük fəaliyyətinə dair sənədlərin dövriyyəsinin avtomatik rejimdə təmin edilməsi;

- Risk ehtimalları və onların idarə edilməsi;

- Texniki vı texnoloji təminat üzrə sifariş mexanizmi;

- Dövlət sərhədindən keçən avtomobillərin və gömrük məntəqələrində aparılan mal və nəqliyyatın yoxlanılması məqssədilə sadələşdirilmiş "bir pəncərə" elektron idarəetmə.

Analoji sistemlər digər bir mühüm dövlət qrumu olan Vergilər Nazirliyi sistemində də yаrаdılmışdır. Əsasən də Əlavə Dəyər Vergisi üzrə bəyannamələrin, habelə vergi yoxlamasının nəticələsinə dair informasiyaların - təqdim edilməsi ilə reallaşdırılır. VN-nin xidmətlərinə elektron deklorasiya, hesab-fakturalar, on-line kargüzarlığın təşkili, bankların iştirakı ilə elektorn məlumat mübadiləsi kimi servislər aid edilir.

Ümumiyyətlə müvafiq hesabatların, deklorasiyaların elektron əsasda təqdim olunmasının başlıca məqsədi ölkənin qanunvericilik sisteminə uyğun olaraq, müvafiq vergi hesabatlarının ödəyici subyekt tərəfindən elektron formada təqdim olunması, vergi orqanları sistemi tərəfindən isə müvafiq sənədlərin qəbul edilməsi, bu haqda vergi ödəyicilərinə elektron bildirişin təqdim edilməsi, praktik idarəetmə işlərinin tənzim edilməsi vasitəsilə “Elektron hökumət” proyekti çərçivəsində müvafiq idarəetmə orqanları tərəfindən hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərdə keyfiyyət göstəricisinnin yaxşılaşması, habelə məlumatların təqdim edilməsi formasının beynəlxalq səviyyədə qəbul edilən standartlara uyğun təmin edlməsinə nail olmaqdır.

Elektron deklorasiya məlumatın rəqəmsal formada təqdimatı kimi sənədləşmə hesab olunur. Yeni subyektlərin qeydiyyata alınması xidmətinin uyğun qaydalarına dair məlumatın təqdim olunması ilə reaallaşdırılır. Bu elektron xidmət növü AR Prezidentinin 25 oktyabr 2007-ci il tarixli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “ bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında ” Sərəncamı əsasında 2008-ci ildən başlayaraq tətbiq edilmiş və bu gün də davam etməkdədir.

AR-da hökumət orqanlarının elektron xidmətlərin göstərilməsi sahəsində müvafiq məlumat sisteminin formalaşdırılması və inkişafının təmin edilməsi daxilində reallaşdırılır. Hökumət orqanlarının elektron xidmət göstərilmək sahəsində, habelə və inzibati qaydaların tətbiq edilməsi reqlamentinin funksional-təşkilati təhlil edilməsi bazasında reallaşdırılması təmin oluna bilər.

Aparılmış təhlillər nəticəsinə istinad edərək müvafiq idarəetmə və adminstrativ prosedur qaydaların icrası müvafiq sisteminin müasirləşdirilməsi sahəsində təkliflər əsasında xüsusi tədbirlərin hazırlanması nəzərdə tutulur. Nəzərdə tutulan bu işlərin həyata keçirilməsi sahəsində elektron xidmət göstərilməsi və elektron hökumət infrastruktur komponentilə əlaqəli fəaliyyət sahələrində hökumət orqanlarına dair məlumat sistemi ilə əlaqəli işlər müəyyən ediləcəkdir.

Yuxarıda vurgulanan proqramın reallaşdırılmasının ilkin etaaplarında hökumət elektron xidmətlərinin tətbiqqi və inkişafı naminə reqlament, habelə onlara uyğun olan müvafiq sənədləşmə formalarında təyin ediləcəkdir. Hökumət tərəfindən rəqəmsal xidmətin təqdim edilməsi cari məlumat sisteminə dəyişiklik etmək və ya müvafiq portalla qarşılıqlı əlaqələndirmə məqsədilə standart tələblərin nəzərdə tutilması yeni məlumat sistemlərinin praktik tətbiqi mümkün olacaqdır. Müvafiq proqram əsasında onlarla xidmət növündən, elektron xidmətlərin reallaşdırılması nəzərdə tututlur.

Müasir dövrdə sosial problemlərin həlli sahəsində də kifayət qədər nailiyyətlər əldə edilmişdir. Belə ki, səhiyyə bu kimi sistemlərin tətbiqi sahəsində mühüm sahələrdən biri hesab edilir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli “Elektron sağlamlıq kartı" sisteminin tətbiqi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı mühüm əhəmiyyətə malikdir. Müvafiq qərarda elektron sağlamlıq kartına dair adekvat sistemin və tibbi qeydiyyat sisteminin formalaşdırılması yolları müəyyənləş­diril­mişdir.


Yüklə 494,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə