«magistr hazirliği məRKƏZİ»


D-t 721 «İnzibati xərclər»



Yüklə 410 Kb.
səhifə2/6
tarix31.08.2018
ölçüsü410 Kb.
#65777
1   2   3   4   5   6

D-t 721 «İnzibati xərclər»

K-t 222 «Yolda olan pul köçürmələri»

Hazırda sahibkarlıq fəaliyyətində digər müəssisələrlə (şəxslərlə) qarşılıqlı hesablaşmaların dəqiq və operativliyini təmin etmək üçün bank vasitəsilə köçür­mələrdən daha çox istifadə edilir.

Hesablar Planına uyğun olaraq 223 nömrəli «Bank hesablaşma hesabları» müəssisənin bankdakı hesabında manatla saxlanılan pul vəsaitlərinin mövcud­luğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutul­muşdur. Hesablaşma hesabı üzrə əməliyyatların aparılması qaydası «Mərkəzi Bank», Maliyyə Nazirliyi, Vergi və digər dövlət orqanlarının normativ sənədləri ilə tənzimlənir. 223 №-li hesab aktiv olduğundan pu vəsaitlərinin daxil olması hesabının debetində, xaric olması isə kreditində göstərilir. Pul vəsaitləri hesab­laşma hesabına aşağıdakı mənbələrdən daxil ola bilər: kassadan, köçürmə yolu ilə satılmış məhsullardan, iş və xidmətlərin göstərilməsindən yaxud avans məbləğ­lər.Vəsaitlərin hesabdan silinməsi əsasən büdcəyə və digər kreditorlara olan borc­ların ödənilməsinə yönəldilir.

Bank əməliyyatları zamanı istifadə olunan mühasibat yazılışları aşağıdakı kimidir:



  1. Kassadan pul bankdakı hesablaşma hesabına verilir:

D-t 223 «Bank hesablaşma hesabı»

K-t 221 «Kassa»

2. Alıcılardan və sifarişçilərdən pul vəsaiti daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 171 «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»

K-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

3.Uzunmüddətli bank krediti alınmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 401 «Uzunmüddətli bank kreditləri»

4. Hesabdan səhvən silinmiş məbləğ geri qaytarılmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 218 «Şübhəli borclar üzrə düzəlişlər»

5. Təsisçilərdən pul vəsaiti daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 302 «Nominal nizamnamə kapitalının ödənilməmiş hissəsi»

6. Müştəridən avans alınmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 443 «Alınmış uzunmüddətli avanslar»

K-t 543 «Alınmış qısamüddətli avanslar»

7. Valyuta satışından vəsait daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 222 «Yolda olan pul vəsaitləri»

8. Əsas vəsaitlərin satışından daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 601 «Satış»

9.Törəmə müəssisələrdən daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 212 «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»

10. Satışdan kənar gəlirlərdən vəsait daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 611 «Sair əməliyyat gəlirləri»

11. Artıq ödənilmiş məbləğ büdcədən geri qaytarılmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 521 «Vergi öhdəlikləri»

12. Qısamüddətli borc alınmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 504 «Qısamüddətli borclar»

13. Əvəzsiz maiyyə yardımı alınmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 611 «Sair əməliyyat gəlirləri»

14. Dövlət, yaxud Baş idarədən dotasiya alınmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 444 «Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar»

K-t 544 «Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar»

15. Digər debitorlardan vəsait alınmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

16. İddialar üzrə digər müəssisələrdən alınmışdır:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 217 «Digər qısamüddətli debitor borcları»

17. İşçilər tərəfindən müəssisəyə dəyən zərər ödənilmişdir:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 173 «Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları»

18. Gələcək dövrün hesabına daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri»

19. Hesablaşma hesabından çek vasitəsilə kassaya pul alınmışdır:



D-t 221 «Kassa»

K-t 223 «Bank hesablaşma hesabı»

20.Maliyyə qoyuluşu üçün köçürülmüşdür:



D-t 181 «ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar»

D-t 183 «Digər uzunmüddətli investisiyalar»

K-t 223 «Bank hesablaşma hesabı»

21. Bankın xidmət haqqı ödənilmişdir:



D-t 202 «İstehsal məsrəfləri»

D-t 721 «İnzibati xərclər»

K-t 223 «Bank hesablaşma hesabı»

22. Gələcək dövrün xərcləri ödənilmişdir:



D-t 242 «Gələcək hesabat dövrünün xərcləri»

K-t 223 «Bank hesablaşma hesabı»

23. Kommersiya xərcləri ödənilmişdir:



D-t 711 «Kommersiya xərcləri»

K-t 223 «Bank hesablaşma hesabı»

24. Digər müəssisələrə avans verilmişdir:



D-t 192 «Verilmiş uzunmüddətli avanslar»

D-t 243 «Verilmiş qısamüddətli avanslar»

K-t 223 «Bank hesablaşma hesabı»

25. Qısamüddətli bank krediti qaytarılmışdır:



D-t 501 «Qısamüddətli bank kreditləri»

K-t 223 «Bank hesablaşma hesabı»

26. Əvəzsiz maliyyə yardımı verilmişdir:



D-t 731 «Sair əməliyyat xərcləri»

K-t 223 «Bank hesablaşma hesabı»

27. Büdcəyə ödənilən vergilər köçürülmüşdür:



D-t 521 «Vergi öhdəlikləri»

K-t 223 «Bank hesablaşma hesabı»

28. Büdcədənkənar fondlara ödənilmişdir:



D-t 523 «Digər məcburi ödənişlər üzrə öhdəliklər»

K-t 223 «Bank hesablaşma hesabı»

29. Kommunal xərclər ödənilmişdir:



D-t 538 «Digər qısamüddətli kreditor borcları»

K-t 223 «Bank hesablaşma hesabı»

30. Malsatanların borcu köçürülmüşdür:



D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

K-t 223 «Bank hesablaşma hesabı»

31. Sosial-sığorta haqqı və pensiya təminatına görə borc köçürülmüşdür:



D-t 522 «Sosial sığorta və təminat üzrə öhdəliklər»

K-t 223 «Bank hesablaşma hesabı»

32. Təsisçinin hesabına dividend köçürülmüşdür:



D-t 534 «Dividendlərin ödənilməsi üzrə təsisçilərə debitor borcları»

K-t 223 «Bank hesablaşma hesabı»

33. Əmlak sığortası üçün verilmişdir:



D-t 414 «Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər»

K-t 223 «Bank hesablaşma hesabı»

34. İcarə haqqı ödənilmişdir:



D-t 535 «İcarə üzrə qısamüddətli kreditor borcları»

K-t 223 «Bank hesablaşma hesabı»

Bank əməliyyatları zamanı ən çox istifadə olunan terminlər

Nağdsız hesablaşma kağız və metal puldan istifadə etmədən hesablaşma sənədləri vasitəsilə həyata keçirilən ödəmədir.

Hesablaşma sənədi - buraxılmış mallar və ya sərvətlər, görülmüş işlər və göstərilmiş xidmətlər üçün nağdsız qaydada pul vəsaitinin köçürülməsi barədə yazılı şəkildə və ya elektron formasında rəsmiləşdirilən tapşırıqdır.

Ödəmə tapşırığı – müəyyən məbləğdə vəsaiti ödəyiciyə xidmət göstərən bankdan benefisiarın hesabına köçürmək barədə ödəyicinin verdiyi tapşırıq demək­dir.

Çek – hesablaşma sənədidir. Onun əsasında çek verən çek saxlayanın çeki təqdim edərkən müəyyən məbləğdə pulu ödəmək barədə ödəyici banka sərəncam verir.

Akkreditiv – malın göndərildiyi və ya xidmətlərin göstərildiyini təsdiq edən sənədlər təqdim olunarkən buraxılmış mallar və ya xidmətər üçün müəyyən məbləğdə pulun benefesiara ödənilməsi barədə bankın öhdəliyidir.

Benefesiar – müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilən hüquqi və ya fiziki şəxsdir.

Benefesiar Bank – hesabına müəyyən məbləğdə pul köçürən benefesiara xidmət göstərən bankdır.

Çek verən – Çekin və ya çek kitabçasının sahibi olan hüquqi və ya fiziki şəxsdir.

Çek saxlayan – buraxılmış mallar və ya göstərilmiş xidmətlər üçün ödəniş müqabilində çek alan hüquqi şəxsdir.

Emitent Bank appikantın – alıcının sərəncamına müvafiq surətdə akkreditiv açan bankdır.

Appikant akkreditivin əmr verəni, akkreditivin açılması barədə sərən­camlarla emitent banklarla müraciət edən alıcıdır.

Əməliyyat günü – bir iş gününün elə bir hissəsidir ki, həmin müddətdə bank hesablaşma sənədlərini qəbul edir və təhvil verir.

Memorial order – hesablaşma sənədlərinin ödənilməsi üçün bankın istifadə etdiyi sənəddir.

Nağdsız hesablaşma zamanı aşağıdakılardan istifadə olunur:

 Ödəmə tapşırığı

 Çeklər


 Akkreditivlər

 Ödəniş tələbnamə tapşırıqları.

Respublikada banklar arasında hesablaşmalar AR Mərkəzi Bankı tərəfindən yaradılmış zona hesablaşma kassa mərkəzləri vasitəsilə və ya onun müəyyən etdiyi digər formada

Müvafiq təlimata görə icraya qəbul edilmiş sənədlər standart tələblərə cavab verməklə aşağıdakı məlumatları özündə əks etdirməlidir:

 hesablaşma sənədinin adı;

 hesablaşma sənədinin nömrəsi, onun yazıldığı il, ay, gün;

 ödəyicinin adı VOEN-i, onun bankdakı hesabının nömrəsi, ödəyicinin bankının adı, VOEN-i və kodu;

 ödəmənin təyinatı;

 ödəmənin məbləği (rəqəmlə və yazı ilə).

Ödəniş tapşırığı iki nüsxədən ibarətdir. Birinci nüsxə müəssisənin möhürü və imzalarla təsdiq olunaraq bankda saxlanılır. İkinci nüsxə icraya qəbul olunmaq barədə iltizam kimi bankın imzası və möhürü ilə təsdiqlənərək ödəyiciyə qaytarılır.

Müəssisədə ödəmə tapşırığından əsasən aşağıdakı hallarda istifadə olunur:

 bağlanılan müqavilənin şərtinə uyğun olaraq əvvəlcədən ödəmə;

 malsatanlardan materialların, malların və digər vəsaitlərin alınması zamanı borcun ödənilməsi;

 kommunal, istismar, məişət xidmətlərinə görə ödəmələr;

 büdcəyə və büdcədənkənar fondlara ödəmələr;

 qiymətli kağızlar, səhmlər, istiqraz vərəqələri, depozit sertifikatlar və bank veksellərinin alınması;

 müxtəlif cərimələrin ödənilməsi və s.

Ödəniş sənədləri texniki vasitələrdən istifadə olunmaqla (kompüter, yazı makinası və s.) tərtib olunur və hər hansı bir düzəlişə yol verilmir. Ödənişin təyinatı qrafasında hesab-fakturanın, müqavilənin və digər əsaslandırıcı sənədlərin tarixi, nömrəsi göstərilməli, əgər müvafiq sənədlərdə əlavə dəyər vergisi ayrıca göstərilmişdirsə, bu ödəniş tapşırığında da eyni qaydada nəzərə alınmalıdır.

Müəssisənin bankdakı hesablaşma hesabına daxil olan, eyni zamanda xaric olan pul vəsaitləri bankın təqdim etdiyi bank çıxarışında öz əksini tapır. Müəssisənin mühasibat uçotuna dair bütün jurnal-orderlərində, dövriyyə cədvəlində, balansda və digər sənədlərdə bank hesablarının qalıqları və dövriyyə məbləğləri bank çıxarışı əsasında tərtib edilməlidir və ona uyğun gəlməlidir. Burada bankın adı, hesablaşma hesabının nömrəsi, mədaxil və məxaricin ümumi dövriyyəsi, ilk və son qalıq məbləğləri göstərilir.

Hesablaşma hesabında baş verən bütün əməliyyatları operativ surətdə əks etdirmək üçün qalıq dövriyyə cədvəlindən istifadə oluna bilər.

223 №-li «Hesablaşma hesabı» aktiv olduğundan onun həmişə debet qalığı olur. Lakin bəzi banklar etibarlı müştəriləri üçün overdraft deyilən qısamüddətli kreditdən istifadə edirlər. Bunun məğzi ondan ibarətdir ki,vacib ödənişlər zama­nı müştərinin heabında vəsait çatışmırsa, həmin məbləği bank müəssisənin əvəzinə ödəyir və bunun üçün müəyyən faiz tutur.

Hesaba vəsait daxil olan kimi ödəniləsi məbləğ silinir. Bu halda sifarişçinin hesabına daxil olan bütün məbləğ kreditin (overdraftın) ödənilməsinə yönəl­diyin­dən onun həcmi dəyişir ki, bu da overdraftı adi borcdan fərqləndirir.

Müəssisənin müxtəlif məqsədlər üçün nağd pula ehtiyacı olduqda, əgər onun bankdakı hesabda nağd pulu varsa, bank tərəfindən müəssisəyə verilmiş çek kitabçaları doldurularaq banka təqdim etməklə pul ala bilər.

Mülki Məcəlləyə əsasən bank hesabdan pul vəsaitinin silinməsinə məh­kə­mənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri ara­sında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.



Hesabdan pul vəsaitinin silinməsinin növbəliliyi. Hesabdakı pul vəsaitinin məb­ləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə, hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla həyata keçirilir.

Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:

birinci növbədə sağlamlığa vurulmuş zərərlər ödənilir və alimentlər tutulur;

ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdən çıxma üzrə müavinət, habelə əmək haqqı ödənilir;

üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sığortasına və büdcədən­kənar fondlara ayırmalar ödənilir;

dördüncü növbədə bank kreditlərinin qaytarılması həyata keçirilir;

beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsi nəzərdə tutulur;

altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silinmə həyata keçirilr.
1.3.Valyuta əməliyyatlarının uçotu

Valyuta – ölkənin pul vahididir.

Xarici valyuta dedikdə, xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanlları başa düşülür.

Valyuta, özünün digər pul vahidinə dəyişdirilmə qabiliyyətinə görə sərbəst dönərli (SDV), nisbətən dönərli və dönərsiz olur. Sərbəst dönərli valyuta hər valyutaya dəyişdirilə bilər. Həmin valyuta ölkədən sərbəst aparılıb gətirilə bilər. SDV xarici və daxili dönərliyə malikdir. Bu növ valyutalara ABŞ dolları, avro və s. aid edilir. İnkişaf etmiş ölkələrin əksəriyyətinin pul vahidləri sərbəst dönərlidir.



Nisbətən dönərli valyutalar yalnız bəzi valyutalara dəyişdirilə bilən, bir sıra valyuta məhdudiyyətləri qoyulmuş ölkənin pul vahididir.

Dönərsiz valyuta xarici və milli valyutanın xaricə aparılıb gətirilməsinə məhdudiyyət qoyulmuş, digər valyutalara dəyişdirilə bilməyən, bir sözlə, valyuta məhdudiyyətləri olan ölkənin pul vahididir. İnkişaf etmiş ölkələrin çoxunun pul vahidləri dönərsizdir.

Valyuta sərvətlərinə xarici valyuta, xarici valyutada qiymətli kağızlar (ödəniş sənədləri, borc öhdəlikləri və s.), qiymətli metallar (zərgərlik məmu­latları), qızıl, gümüş, platin, palladium, radium, firenium, osmium, təbii daş-qaş (almaz, yaqut, zümrüd, mirvarıi və s. ) aid edilir.

Qiymətli metallardan və qiymətli təbii daş-qaşdan hazırlanmış məmulatın zərgərlik və digər məişət məmulatlarına, yaxud onların qırıntılarına aid edilməsi qaydası və şərtləri AR Nazirlər Kabineti müəyyən edir.



Valyuta məzənnəsi – bir ölkənin pul vahidinin başqa ölkələrin pul vahidləri arasında olan nisbətini göstərir. Digər valyutaların milli valyutaya olan məzən­nəsinin müəyyən edilməsi valyutaların kotirovkası adlanır.

Valyuta bazarında əsasən aşağıdakı məzənnələrdən istifadə edilir:

 Mərkəzi Bankın müəyyən etdiyi məzənnə (rəsmi məzənnə);

 hərrac məzənnəsi;

 birja məzənnəsi;

 kommersiya banklarında nağd valyutanın alış-satış məzənnəsi.

Mərkəzi Bankın müəyyən etdiyi məzənnə manatın rəsmi məzənnəsi adlanır. Mühasibat uçotunda və vergitutmada məhz bu məzənnədən istifadə olunur. Bütün valyutaların uçotda mədaxili və məxarici bu məzənnə ilə həyata keçiril­məlidir.

Nağd valyutaların kommersiya banklarında alqı-satqısı, birja məzənnələri xarici valyutanın alınması və satılması zamanı istifadə edilir.

Təsərrüfat əməliyyatlarında ödəniş vasitəsi kimi çıxış edən valyutanın ölkə daxilində rəsmi məzənnəsi olmayanda kross-məzənnədən istifadə olunur.

Kross-məzənnə üçüncü valyuta kursu (ABŞ dolları və s.) vasitəsilə yaradıl­mış iki valyutanın mübadilə məzənnəsidir.

Xarici valyuta məbləğinin manat ekvivalentinin hesablanma qaydası ko­ti­rov­ka üsulundan asılıdır. Kotirovka birbaşa və dolayı olur.



Birbaşa kotirovkada xarici valyuta vahidinin dəyəri manatla (məs. ABŞ dol­ları - 0,7980 manat) müəyyən edilir. Burada xarici valyuta dəyişməz qalır, manat isə məzənnə dəyişdikcə dəyişir.

Dolayı kotirovka isə manat vahidinə düşən xarici valyutanın (məsələn, 1 ma­nat = 2 türk lirəsi) miqdarını göstərir.

Mərkəzi Bankın rəsmi məzənnələri birbaşa kotirovka ilə əks olunur. Dolayı kotirovka isə ümumilikdə dünya ölkələrində demək olar ki, az və ya istifadə edil­mir (İngiltərədən başqa).

Məzənnə fərqi – AR ərazisində tərtib edilən maliyyə hesabatları ölkənin milli valyutası olan manatla ifadə olunur. Buna müvafiq olaraq valyuta ilə uçotu aparan obyektlər hesabat dövründə manatla qiymətləndirilir. Valyuta məzən­nə­si­nin dəyişməsi həmin obyektlərin manatla dəyərinin dəyişməsinə səbəb olur ki, bunun da nəticəsində məzənnə fərqi yaranır.

Valyuta məzənnəsinin dəyişməsi nəticəsində müsbət və mənfi məzənnə fərqləri yarana bilər. Xarici valyutanın manata nisbətən məzənnəsi artdıqda müsbət, azaldıqda isə mənfi məzənnə fərqi meydana çıxır.

Qeyd etmək lazımdır ki, məzənnə fərqinin mahiyyəti əksər hallarda düzgün şərh olunmur. Belə hesab edirlər ki, məzənnə fərqi 801 -li «Ümumi mənfəət (zərər)» hesabının kreditinə silindikdə müsbət, debetinə silindikdə isə mənfi olur.

Bəzi hesablar üzrə yaranan məzənnə fərqlərini nəzərdən keçirək:



151 -li «Asılı müəssisələrə investisiyalar»; 211 -li «Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları», 221 -li «Kassa», 223 -li «Bank hesablaşma hesabları», 224 -li Tələblərə əsasən verilən digər bank hesabları» və s. aktiv hesablara müsbət məzənnə fərqi hesabların manat qiymətini artırır, mənfisi isə azaldır.

302 -li «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi», 431 -li «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları» 443 -li «Alınmış uzunmüddətli avanslar», 501 -li «Qısamüddətli bank kreditləri», 504 -li «Qısamüddətli borclar» və s. kapital və öhdəlik hesabları üzrə müsbət məzənnə fərqləri hesabların manat ekvivalentini artırır, mənfi məzənnə isə azaldır.

Buradan belə bir nəticəyə gəlmək olar ki, aktiv hesablar üzrə müsbət məzənnə fərqi son nəticədə mənfəətə, passiv hesablar üzrə isə zərərə silinir. Mənfi məzənnə fərqi isə əksinə olaraq son nəticədə aktiv hesablar üzrə zərərə,passiv hesablar üzrə isə mənfəətə silinir.

Məzənnə fərqinin uçotda əks etdirilməsi AR Maliyyə Nazirliyi və vergi orqanları tərəfindən təsdiq edilmiş qaydalarla tənzimlənir.

Hesabat dövrü ərzində məzənnə fərqi yarandıqda xarici valyutalı obyektlər üzrə qalıqlar yenidən qiymətləndirilir. Nəticədə yaranan məzənnə fərqi 332 -li «Məzənnə fərqləri üzrə ehtiyat» hesabında uçota alınır. Hesabat dövrünün sonunda həmin hesabın subhesabı üzrə qalıq 631 -li «Maliyyə gəlirləri» yaxud 751 -li «Maliyyə xərcləri» hesabına silinir.

Aktiv hesablar üzrə məzənnə fərqi uçotda belə əks etdirilir:

Müsbət məzənnə fərqi yaranmışdır:



D-t 151 «Asflı müəssisələrə nvestisiyalar»

D-t 211 «Alıcılar və sifarişçilərə qısamüddətli debitor borcları»

D-t 221 «Kassa»

D-t 223 «Bank hesablaşma hesabı»

K-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat».

Mənfi məzənnə fərqi yaranmışdır:



D-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat».

K-t 151»Asılı müəssisələrə investisiyalar»

K-t 211 «Alıcılar və sifarişçilərə qısamüddətli debitor borcları»

K-t 221 «Kassa»

K-t 223 «Bank hesablaşma hesabı»

Respublikadan kənara avans yolu ilə ödənilmiş məbləğin müqabilində 365 təqvim günü müddətində mallar ölkəyə idxal olunmalı, işlər və xidmətlər göstərilməlidir. Həmin dövrdə bu tələblərə əməl olunmazsa, müvəkkil bank əməliyyatla bağlı bütün sənədləri AR-nin Mərkəzi Bankına təqdim etməlidir.

Xarici ölkələrə ezam olunan rezidentlər, onlara verilən ezamiyyə xərcləri ilə bağlı bank arayışında göstərilən məbləğdə xarici valyutanı gömrük rüsumu ödəmədən respublikadan çıxara bilər.

Valyuta ilə pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün «223 -li «Valyuta hesabı» nəzərdə tutulur.

Müəssisənin valyuta hesabına aşağıdakı mənbələrdən vəsait daxil ola bilər.

 Xarici iqtisadi fəaliyyət üzrə məhsulların, iş və xidmətlərin satışından;

 təsisçilər tərəfindən nizamnamə kapitalına qoyuluşlar;

 birja vasitəsilə alınan valyuta vəsaitləri;

 xarici valyuta ilə alınan kredit, borc vəsaitləri və əvəzsiz maliyyə yardımları və s.

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələr əldə etdikləri valyuta gəlirlərindən, həmin əməliyyatlar üzrə valyuta ilə xərcləri çıxdıqdan sonra qalan məbləğin 50 %-nin məcburi satışını həyata keçirməlidir. Vəsaitin daxil olması barədə iki gün ərzində müvəkkil bank müəssisəyə məlumat verməklə bank çıxarışını təqdim edir. Sonra müəssisə 13 gün ərzində valyuta satışı barədə müvəkkil banka sifariş verir. Əks halda bank özü akseptsiz qaydada valyuta mədaxilinin 50 %-ni birjanın növbəti hərracına çıxarır. Qeyd edək ki, dövlət büdcəsi və sosial fondlar qarşısında öz öhdəliklərini vaxtında yerinə yetirən müəssisələr məcburi valyuta satışından azaddır.

Müəssisələr valyuta hesabı daxilində iki subhesab aça bilərlər: tranzit və ca­ri. Daxil olan vəsait öncə tranzit subhesabına, məcburi satışdan sonra qalan hissə cari subhesaba köçürülür. Bu əməliyyatlar uçotda belə qeydə alınır:

1.Valyuta müəssisənin kassasından bank hesabına daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 221 «Kassa»

2. Təsisçi tərəfindən təsis haqqı ödənilib:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

3. Yolda olan valyuta məbləği daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 222 «Yolda olan pul köçürmələri»

4. Müsbət məzənnə fərqi əks olunmuşdur:



D-t 223 «Bank hesablaşma hesabı»

K-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat»

5. Təsisçinin qoyuluşunun bir hissəsi geri qaytarılmışdır:



D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

K-t 223 «Bank hesablaşma hesabı»

Mənfə məzənnə fərqi əks olunmuşdur:



D-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat»

K-t 223 «Bank hesablaşma hesabı»

7. Valyuta vəsaitləri satılmışdır:



D-t 222 «Yolda olan pul köçürmələri»

K-t 223 «Bank hesablaşma hesabı»

Bankdakı valyuta hesabına həm daxil olan, həm də xaric olan pul vəsaitləri eyni zamanda bankın təqdim etdiyi bank çıxarışında öz əksini tapır. Uçota dair bütün jurnal-orderlərdə, dövriyyə cədvəlində, balansda və digər sənədlərdə bank hesablarının qalıqları və dövriyyə məbləğləri bank çıxarışı əsasında tərtib edilir və ona uyğun gəlməlidir. Mərkəzi Bankda hər dəfə manatın məzənnəsi dəyişdikdə, həmin fərq valyuta hesabında əks etdirilir. Bəzi banklar bunu bank çıxarışında göstərir, bəziləri isə ancaq xarici valyutanı göstərirlər. Bu halda mühasiblər özləri həmin günün rəsmi məzənnəsinə uyğun olaraq manata çevirirlər. Burada bankın adı, valyuta hesabının nömrəsi, son və cari əməliyyatların baş vermə tarixləri, ödəmə tapşırığının şifri və nömrəsi, manatla və xarici valyuta ilə mədaxil və məxaricin ümumi dövriyyələri, ilk və son qalıq məbləğləri göstərilir.



Yüklə 410 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə