«magistr hazirliği məRKƏZİ»



Yüklə 410 Kb.
səhifə3/6
tarix31.08.2018
ölçüsü410 Kb.
#65777
1   2   3   4   5   6

224 -li «Digər tələbli bank hesabları» hesabında tələblərə əsasən verilən digər bank hesabları vasitəsilə nağdsız qaydada pul vəsaitlərinin hərəkəti üzrə əməliyatların aparılması uçota alınır.

Müvafiq hesabda milli və xarici valyuta ilə ölkə ərazisində və xaricdəki akkreditivlərdə, çek kitabçalarında və digər ödəmə sənədlərində olan xüsusi pul vəsaitlərinin mövcudluğu və hərəkəti qeyd edilə bilər.

Bu hesablar üzrə analitik uçot açılmış hər bir akkreditiv və çek kitabçası üzrə ayrıca aparılır. Eyni zamanda xarici valyuta ilə pul vəsaitlərinin uçotu üçün yeni subhesab açılır.Analitik uçotu ölkə ərazisində və xaricdəki akkreditiv və çek kitabçalarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkətini ümumiləşdirir.

Akkreditiv və çeklərlə aparılan əməliyyatlar Mərkəzi Bankın normativ sənədlərinə əsaslanır.


1.4. Akkreditivlərlə və çeklərlə hesablaşmaların uçotu

Akkreditivlər üzrə hesablaşmalar zamanı ödəyicinin akkreditiv açılması haqqında tapşırığı və göstərişi ilə hərəkət edən bank (emitent bank) vəsait alana vəsait ödəməyi və ya köçürmə vekselini ödəməyi, aksept etməyi və ya uçota al­mağı və ya bu səlahiyyətləri başqa banka (icraçı bank) verməyi öhdəsinə gö­türür. Vəsait alana vəsait ödəyən və ya köçürmə vekselini ödəyən aksept edən və ya uçota alan emitent banka icraçıbank haqqında qaydalar tətbiq olunur.

Akkreditiv üzrə hesablaşmaların həyata keçirilməsi qaydası qanunla, habelə bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətləri ilə tənzimlənir.

Vəsait alana qabaqcadan bildirmədən emitent bankın dəyişdirə və ya ləğv edə bildiyi akkreditiv geriqaytarma akkreditivi adlanır. Akkreditivin geri qayta­rılması, emitent bankın vəsait alan qarşısında hər hansı bir öhdəliyini yaratmır.

İcraçı bank geriqaytarma akkreditivi üzrə ödənişi və ya digər əməliyyatları icra etməlidir.

Akkreditiv o vaxt geriqaytarma akkreditivi olur ki, onun mətnində bu hal birbaşa müəyyənləşdirilir.



Geri qaytarılmayan akkreditiv vəsait alanın razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilmir.

Akkreditivin icrası üçün vəsait alan icraçı banka akkreditivin bütün şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədləri təqdim edir. Bu şərtlərdən heç olmazsa biri pozulduqda akkreditiv icra edilmir. İcraçı bank həmin sənədlərin yalnız formal baxımdan qaydada olmasını yoxlamalıdır.

Əgər icraçı bank akkreditivin şərtlərinə müvafiq surətdə ödənişi icra etmiş və ya başqa əməliyyat aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi xərclərin əvəzini ödəməlidir.

Əgər icraçı bank zahiri əlamətlərinə görə akkreditivin şərtlərinə uyğun gəlməyən sənədlərin qəbulundan imtina edirsə, o imtinanın səbəblərini açıqlamalıdır. Həmin səbəblər haqqında vəsait alana və emitent banka dərhal məlumat verilməlidir.

Akkreditivin şərtlərinin pozulmasına görə ödyici qarşısında emitent bank, emitent bank qarşısında isə icraçı bank məsuliyyət daşıyır.

İcraçı bank ödənilmiş və ya təsdiqlənmiş akkreditiv üzrə pul vəsaitini ödəməkdən əsassız imtina etdikdə vəsait alan qarşısında məsuliyyət icraçı bankın üzərinə qoyula bilər.

İcraçı bankda akkreditiv aşağıdakı hallarda bağlanılır:

 akkreditivin müddəti başa çatdıqda;

 akkreditivin tam, yaxud qismən geri qaytarılması barədə ödəyicinin tələbi əsasında.

Akkreditivin bağlanması haqqında icraçı bank emitent banka məlumat verməlidir.

Ödənilmiş akkreditivin istifadə olunmamış məbləği akkreditivin bağlanması ilə eyni vaxtda dərhal emitent banka qaytarılmalıdır. Emitent bank qaytarılmış məbləğləri ödəyicinin vəsaiti deponentləşdirdiyi hesabına daxil etməlidir.

Çek cari hesabın sahibinin banka verdiyi göstərişi ifadə edən sənəd olmaqla, çekdə göstərilən məbləğ onu təqdim edənə verilir. Çek nağdsız haqq-hesab vasitəsi kimi bankdakı vəsaitə sərəncam vermək üçün nəzərdə tutulmaqla təqdim edənə verilən adlı orderli növlərə bölünür.

Birinci halda çek, təqdim edən hər kəsdən ötrü yazılır, onun ödənməsi isə sadəcə təqdim olunmaq yolu ilə həyata keçirilir. Adlı çek konkret olaraq adı göstərilən şəxsə verilmək üçün nəzərdə tutulmuşdur. Nəhayət, orderli çek müəyyən bir şəxsin xeyrinə, yaxud onun göstərişinə uyğun yazılır. Yəni, çek sahibi onu veksel indossamenti funksiyalarına oxşar funksiyaları yerinə yetirən indossamentin köməyi ilə başqa birisinə verə bilər.

Çeklərlə hesablaşmalar zamanı Mərkəzi Bankın əməliyyat idarəsinin və zona hesablaşma kassa mərkəzinin təsdiq etdiyi limit çeklərindən istifadə edilir. Müəssisə çek almaq üçün banka sənədləri imzalamaq hüququ verilən şəxslərin imzalarını və müəssisənin möhürü ilə təsdiq olunan ərizə təqdim edir. Çeklərlə hesablaşma zamanı çek verən şəxs çeki doldurduqdan sonra çek alanla birlikdə həmin çeki benefisiar banka verir. Çekin məbləğinin çekdəki qalığa uyğun olub-olmaması bank tərəfindən möhürlə təsdiq edilir.

Çeklərlə hesablaşma apardıqda, əsas prinsip budur ki, vəsait çeklərin xüsusi bron hesablarından silinməyənədək çek saxlayanın hesabına mədaxil olunmasın.

Banklar çeksaxlayanın hesabından vəsaiti zona hesablaşma kassa mərkəzindən alınmış çek siyahısı əsasında silirlər.

Siyahıda çek haqqında aşağıdakı məlumatlar olur:



a) emitent bankın adı;

b) muxbir hesabın nömrəsi;

v) xidmət olunan ZNKM-nin adı;

c) tranzit hesabın nömrəsi;

q) çekverənin hesabının nömrəsi;

d) çekin məbləği;

e) çekin nömrəsi.

Müəssisənin sərəncamında olan çeklər indossament edilə bilməz (başqasına verilə bilməz). Çek yalnız AR hüdudları daxilində qüvvədədir. Çek itdikdə onun sahibi banka istifadə olunmuş çeklərin nömrələrini göstərməklə məlumat verməlidir.

Banklarda olan xüsusi hesablar üzrə əməliyyatların uçotda əks etdirilməsi qaydası aşağıda verilmişdir:

1.Hesablaşma hesabından akkreditiv açılmışdır.



D-t 224 «Tələblərə əsasən verilən digər bank hesabları»

K-t 223 «Bank hesablaşma hesabları»

2. Kredit hesabına akkreditiv açılmışdır:



D-t 224 «Tələblərə əsasən verilən digər bank hesabları»

K-t 401 «Uzunmüddətli bank kreditləri»

3. Akkreditivlərdə və çek kitabçalarında olan istifadə edilməyən vəsait hesablaşma hesabına qaytarılmışdır:



D-t 223 «Bank hesablaşma hesabları»

K-t 224 «Tələblərə əsasən verilən digər bank hesabları»

4. Malsatanlara olan borc akkreditiv hesabına ödənilmişdir:



D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

K-t 224 «Tələblərə əsasən verilən digər bank hesabları»

Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.Müştərinin sərncamı olmadığı hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulan hallarda yol verilir.


1.5.Pul vəsaitlərinin ekvivalentlərinin və sair qısamüddətli maliyyə aktivlərinin uçotu

225 №-ли «Pul vəsaitlərinin ekvivalentləri» hesabında qısa ödəniş müddə­tinə, yəni əldə olunduğu tarixdən 3 aydan az ödəniş müddətinə malik olan, pul vəsaitlərinə dərhal çevrilə bilən və pul vəsaitlərinin digər növləri üzrə dəyərinin cüzi dəyişməsi riskinə məruz qalan yüksək likvidli qoyuluşlar uçota alınır.

Adı çəkilən hesabdan müssisənin kassasında olan pul sənədlərinin, yəni poçt, dövlət rüsumu, veksel markalarının, ödənilmiş təyyarə biletlərinin və putyov­kala­rının f mövcudluğu və hərəkəti barədə məlumatları ümumiləşdirmək üçün istifadə oluna bilər.

225 №-li hesabdakı əməliyyatların uçotda əks etdirilməsi qaydası aşağıda verilmişdir:

1. Pul vəsaitləri və özəlləşdirmə çekləri, habelə səhmdarlardan cəmiyyətin öz səhmləri alınmışdır:



D-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

K-t 221 «Kassa»

K-t 223 «Bank hesablaşma hesabları»

2. Müvafiq sənədlər törəmə müəssisədən və digər bölmələrdən alınmışdır:



D-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

K-t 172 «Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları»

3. Pul sənədlərinin dəyəri işçilər tərəfindən nağd pula, yaxud əmək haqqı hesabına ödənilmişdir:



D-t 221 «Kassa»

D-t 533 «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

K-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

4. Müxtəlif fondlar hesabına sənədlərin dəyəri ödənilmişdir:



D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

K-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

5. Alınmış səhmlər səhmdar cəmiyyəti tərəfindən nominal dəyərlə ləğv edilmişdir:



D-t 301 «Nominal ((nizamnamə) kapital»

K-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

6. Səhmlərin nominal dəyərinin alış qiymətindən artıq olan fərqi silinmişdir:



D-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

K-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat»

7. Səhmləin alış qiymətinin nominal dəyərdən artıq olan fərqi silinmişdir:



D-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat»

K-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

8. Pul sənədləri maddi-məsul şəxsə verilmişdir:



D-t 244 «Təhtəlhesab məbləğlər»

K-t 225 225 «Pul vəsaitlərinin ekvivalentləri»

9. Müvafiq sənədlər üzrə əksikgəlmələr əks etdirilmişdir:



D-t 213 «Əsas idarəetmə heyətinin qısamüddətli dkebitor borcları»

K-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

10. Pul snədləri günahkar şəxsdən alınmışdır:



D-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

K-t 213 «Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları»

11. Pul sənədləri satılmışdır:



D-t 701 «Satışın maya dəyəri»

K-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

12. Pul sənədləri əvəzsiz verilmişdir:



D-t 731 «Sair əməliyyat xərcləri»

K-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

Sair qısamüddətli maliyyə aktivlərinin (12 aydan az olan müddətə) uçotu üçün hesablar Planının 23-cü maddəsində 231 -li «Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar»; 232 -li «Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar»; 233 -li «Qısamüddətli verilmiş borclar», 234 -li «Digər qısamüddətli investisiyalar» və 235 -li «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər» adlı hesablardan istifadə edilir.

Əvvəllər ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar ödəniş müddəti hesabat tarixindən sonra 12 ay ərzində olan dövrə daxil olduqda belə investisiyalar 181 -li «Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar hesabından 232 -li «Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar» hesabına köçürülür.

Ödəniş müddəti 12 ay ərzində həyata keçirilən verilmiş borclar, faiz gətirən dövlət və fərdi istiqrazlar 233 -li «Qısamuddətli verilmiş borclar» hesabında qeydə alınır.

Sair maliyyə aktivlərinin uçotu üçün 235 -li «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər» adlı hesab nəzərdə tutulmuş­dur.

Sair qısamüddətli maliyyə aktivlərinin müafiq hesablarda əks etdirilməsi qaydası aşağıda verilmişdir:



  1. Satış məqsədilə qısamüddətli investisiyalar alınmışdır:

D-t 231 «Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar»

K-t 221 «Kassa»

2. Uzunmüddətli investisiya qısamüddətli investisiyalar hesabına köçürül­müşdür:



D-t 231 «Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar»

K-t 181 «Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar»

3.Qısamüddətli investisiya qoyulmuşdur:



D-t 232 «Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar»

K-t 223 «Bank hesablaşma hesabları»

4. Alınan gəlir əks olunmuşdur:



D-t 216 «Faizlər üzrə qısamüddətli debitor borcları»

K-t 442 «Gələcək hesabat dövrünün gəlirləri»

5. Qısa müddətə borc verilmişdir:



D-t 233 «Qısamüddətli verilmiş borclar»

K-t 221 «Kassa»

6. Borca görə faiz hesablanmışdır:



D-t 216 «Faizlər üzrə qısamüddətli debitor borcları»

K-t 442 «Gələcək hesabat dövrünün gəlirləri»

7. Borcun bir hissəsi qaytarılmışdır:



D-t 223 «Bank hesablaşma hesabları»

K-t 233 «Qısamüddətli verilmiş borclar»

8. Faiz alınmışdır:



D-t 221 «Kassa»

K-t 216 «Faizlər üzrə qısamüddətli debitor borcları»

9. Avadanlıq verməklə digər qısamüddətli investisiyalar qoyulmuşdur:



D-t 234 «Digər qısamüddətli investisiyalar»

K-t 111 «Torpaq, tikili və avadanlıqlar – Dəyər»

10. Avadanlığın dəyərinin bir hissəsi qaytarılıb:



D-t 111 «Torpaq, tikili və avadanlıqlar – Dəyər»

K-t 234 «Digər qısamüddətli investisiyalar»

11. Qısamüddətli maliyyə aktivlərinin dəyəri azalmışdır:



D-t 235 «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər»

K-t 232 «Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar»

12. Verilmiş borcun məbləği azaldılmışdır:



D-t 235 «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər»

K-t 233 «Qısamüddətli verilmiş borclar»

Sair qısamüddətli aktivlərin uçotu üçün hesablar Planının 24-cü maddəsində 241 -li «Əvəzləşdirilən əlavə dəyər vergisi», 242 -li «Gələcək hesabat dövr­­rinin xərcləri», 243 -li «Verilmiş qısamüddətli avanslar», 244 -li «Təhtəlhesab məbləğlər və 245 -li «Digər qısamüddətli aktivlər» hesabları nəzərdə tutul­muş­dur.

Sair qısamüddətli aktivlərin uçotu ilə bağlı əməliyyatların mühasibat uço­tunda əks etdirilməsi qaydası aşağıda verilmişdir:


  1. Müəssisəyə aylıq su sərfinə görə hesab təqdim olunmuşdur:

D-t 202 «İstehsal məsrəfləri»

K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

2. ƏDV qeydə alınmışdır:



D-t 241 «Əvəzləşdirilən ƏDV»

K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

3. Su sərfinə görə borc ödənilmişdir:



D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

K-t 223 «Bank hesablaşma hesabları»

4. ƏDV əvəzləşdirilmişdir:



D-t 521 «Vergi öhdəlikləri»

K-t 241 «Əvəzləşdirilən ƏDV»

5. İllik abunə haqqı hesabı müəssisəyə təqdim edilmişdir:



D-t 242 «Gələcək hesabat dövrünün xərcləri»

K-t 538 «Digər qısamüddətli kreditor borcları»

6. ƏDV vergisi ayrıca qeydə alınmışdır:



D-t 241»Əvəzləşdirilən ƏDV»

K-t 538 «Digər qısamüddətli kreditor borcları»

7. Xidmət haqqı bütünlüklə ödənilmişdir:



D-t 538 «Digər qısamüddətli kreditor borcları»

K-t 223 «Bank hesablaşma hesabları»

8. ƏDV silinmişdir:



D-t 521 «Vergi öhdəlikləri»

K-t 241 «Əvəzləşdirilən ƏDV»

9. Hər ayın sonunda abunə xərci hesabat dövrünə aid edilir:



D-t 721 «İnzibati xərclər»

K-t 242 «Gələcək hesabat dövrünün xərcləri»

10. İllik reklam üçün haqq-hesab təqdim edilmişdir:



D-t 242 «Gələcək hesabat dövrünün xərcləri»

K-t 435 «Digər uzunmüddtli kreditor borcları»

11. ƏDV ayrıca qeyd olunmuşdur:



D-t 241 «Əvəzləşdirilən ƏDV»

K-t 435 «Digər uzunmüddətli kreditor borcları»

12. Hər aya düşən faktik reklam xərci maya dəyərinə silinmişdir:



D-t 711 «Kommersiya xərcləri»

K-t 242 «Gələcək hesabat dövrünün xərcləri»

13. Hər ayın sonunda faktiki yerləşdirilmiş reklama görə müəssisənin borcu ödənilmişdir:



D-t 435 «Digər uzunmüddətli kreditor borcları»

K-t 223 «Bank hesablaşma hesabları»

14. ƏDV silinmişdir (son üç yazılış hər ay təkrar olunur):



D-t 521 «Vergi öhdəlikləri»

K-t 241 «Gələcək hesabat dövrünün xərcləri»

15. Ehtiyatların, iş və xidmətlərin dəyəri avans şəklində ödənilmişdir:



D-t 243 «Verilmiş qısamüddətli avanslar»

K-t 221 «Kassa»

16. Əvvəlcədən uzunmüddətli bank krediti hesabına avans ödənilmişdir:



D-t 243 «Verilmiş qısamüddətli avanslar»

K-t 401 «Uzunmüddətli bank kreditləri»

17. Verilmiş avansın bir hissəsi geri qaytarılmışdır:



D-t 221 «Kassa»

K-t 243 «Verilmiş qısamüddətli avanslar»

18. İddia müddəti başa çatdıqdan sonra avans dəyərə silinmişdir:



D-t 731 «Sair əməliyyat xərcləri»

K-t 243 «Verilmiş qısamüddətli avanslar»

19. Xarici valyuta ilə verilən avans üzrə müsbət məzənnə fərqi silinmişdir:



D-t 243 «Verilmiş qısamüddətli avanslar»

K-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat»

20. Müqaviləyə uyğun olaraq verilmiş avansa qarşı iddia qaldırılmışdır:



D-t 243 «Verilmiş qısamüddətli avanslar»

K-t 192 «Verilmiş uzunmüddətli avanslar»

21. Xarici valyuta ilə digər uzunmüddətli aktivlər üzrə mənfi məzənnə fərqi silinmişdir:



D-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat»

K-t 245 «Digər qısamüddətli aktivlər».

İşçilərə inzibati təsərrüfat, əməliyyat və ezamiyyə xərcləri üçün verilən təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu haqda məlumatlar 244 -li «Təhtəl­hesab məbləğlər» adlı hesabda ümumiləşdirilir. Nağd pul vəsaitlərinin müəssisə­nin işçilərinə təhtəlhesab şəklində verilməsi qaydaları kassa əməliyyatları vasi­təsilə nizama salınır. Təhtəlhesab şəxslərə verilən məbləğlər 244 №-li hesabın debetinə və pul vəsaitlərini uçota alan hesabların kreditinə yazılır. Həmin şəxslər tərəfindən xərclənən məbləğlər 244 №-li hesabın kreditində və xərclərin xarakterindən asılı olaraq digər hesabların debetində qeydə alınır.

Təhtəlhesab məbləğlərin uçotda əks etdirilməsi qaydası aşağıda verilmişdir:

1.Təsərrüfat xərcləri, xidməti ezamiyyət və digər məqsədlər üçün avans verilmişdir:



D-t 244 «Təhtəlhesab məbləğlər»

K-t 221 «Kassa»

2. Müəssisədən kənarda iş görənlərə, yaxud ezamiyyətdə olanlara pul vəsaiti bank hesabından köçürülmüşdür:



D-t 244 «Təhtəlhesab məbləğlər»

K-t 223 «Bank hesablaşma hesabı»

3. İşçilərə verilmiş pul sənədlərinin (markalar, putyovkalar, biletlər və s.) dəyəri əks etdirilmişdir:



D-t 244 «Təhtəlhesab məbləğlər»

K-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

4. Təsis sənədləri əsasında təhtəlhesab şəxs tərəfindən alınan maddi ehti­yatlar mədaxil edilmişdir:



D-t 201 «Material ehtiyatları»

D-t 204 «Hazır məhsul»

D-t 295 «Mallar»

K-t 244 «Təhtəlhesab məbləğlər»

5. Təhtəlhesab şəxs tərəfindən görülən iş və xidmətlərin dəyəri silinmişdir:



D-t 202 «İstehsalat məsrəfləri»

D-t 711 «Kommersiya xərcləri»

K-t 244 «Təhtəlhesab məbləğlər»

6. Təhtəlhesab şəxs tərəfindən sərəncamda qalan mənfəət (fondlar) hesa­bı­na, yaxud normadan artıq işlər görülmüşdür:



D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

K-t 244 «Təhtəlhesab məbləğlər»
7. İstifadə olunmamış pul vəsaiti təhtəlhesab şəxs tərəfindən geri qaytarıl­mışdır:

D-t 221 «Kassa»

K-t 244 «Təhtəlhesab məbləğlər»

8. İşçilər tərəfindən pul sənədləri (markalar, putyovkalar, bilet və s.) alınmışdır:



D-t 225 «Pul vəsaitlərinin ekvivalentləri»

K-t 244 «Təhtəlhesab məbləğlər»

9. Təhtəlhesab şəxs tərəfindən gələcək dövrün xərclərinə aid edilən hesablaşmalar (kommunal xidmətlər, abunə haqqı və i.a.) həyata keçirilmişdir:



D-t 242 «Gələcək hesabat dövrünün xərcləri»

K-t 244 «Təhtəlhesab məbləğlər»

10. Təhtəlhesab şəxs tərəfindən xərclənməmiş avans məbləği geri qaytarıldığı üçün işçnin əmək haqqından tutulmuşdur:



D-t 533 «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

K-t 244 «Təhtəlhesab məbləğlər»

Praktikada materialların, dəftərxana ləvazimatının, bəzi avadanlıqların nağd qaydada alınması, həmçinin işlə əlaqədar texniki qurğuların quraşdırılması, yeni texnologiyaların mənimsənilməsi və s. məqsədlər üçün işçilərə avans verilməsindən geniş istifadə edilir. Bunun üçün kassadan məxaric orderi vasitəsilə işçiyə avans məbləği verilir. İşçi ona həvalə olunan işi yerinə yetirdikdən sonra təsdiqedici sənədləri mühasibata təqdim edir. Bunun da əsasında avans hesabatı tərtib olunur. Əgər işçi müşayiətedici sənədlərlə təsdiq edildiyindən artıq xərcləmişdirsə, həmin məbləğ ona ödənilməlidir.

Avans hesabatında müəssisənin adı, şöbə (sex), işçinin soyadı, adı, atasının adı, hesabatın nömrəsi, tarixi, təyinatı keçmiş avansdan qalıq, yaxud artıq xərclənən məbləğ, hazırda alınan avans və xərclənən məbləğ, müşayiətedici sənəd­lərin tarixi, adı, konkert sənəd üzrə ödənilən məbləğ, müxabirləşən hesabların nömrəsi, təhtəlhesab şəxsin, mühasibin, baş mühasibin və digər məsul şəxslərin imzaları əks olunur.

FƏSIL II. HESABLAŞMA ƏMƏLIYYATLARININ UÇOTU XÜSUSIYYƏTLƏRI.
2.1. Hesablaşma əməliyyatlarının mahiyyəti və onların uçotu qarşısında duran vəzifələr.

Hesablaşmalar dedikdə, istehsal, satış və təchizatla əlaqədar öhdəliklərin yerinə yetirilməsi prosesində müxtəlif hüquqi və fiziki şəxslər arasında baş verən pul münasibətləri sistemi başa düşülür.

Müəssisələrin müvəqqəti sərbəst pul vəsaiti onların bankda olan hesablaşma və digər hesablarında saxlanılır. Hesablaşmalar təsərrüfat hesabına, müqavilələrin ciddi yerinə yetirilməsinə, habelə maliyyə və kredit intizamına riayət olunmasına əsaslanır. Hesablaşma hesabları təsərrüfat hesablı, müstəqil balansa malik olan özünəməxsus dövriyyə vəsaiti ilə təmin edilən müəssisələr üçün açılır. Azərbaycan Respublikasının bankı ölkənin kredit hesablaşma mərkəzidir. O, müəssisələrin bütün müvəqqəti azad pul vəsaitini özünün tabeliyində olan bank şöbələrində cəmləşdirir. Qısa müddətli və uzunmüddətli kredit əməliyyatlarının həyata keçirilməsini özünün nəzarəti altında saxlayır.

Müəssisələr arasında nağdsız hesablaşmaları təşkil edir. Hesablaşmaların əsas forması sayılan ödəmələri, Milli bank tərəfindən nağdsız köçürmələr yolu ilə həyata keçirməyi nizama salır.

Hesablaşmaların bu formasının köməyi ilə nəinki satış təşkilatlarından daxil olmuş mal-material sərvətlərinin qiymətinin ödənilməsi, yaxud alıcı təşkilatlarla göndərilmiş və yaxud yola salınan məhsulların dəyərinin ödənilməsi, həmçinin yerinə yetirilmiş iş və xidmətlərə görə büdcəyə ödəmələr, müxtəlif debitor kreditorlarla hesablaşmalar, həmkarlar təşkilatı, büdcədənkənar fondlar sığortaya ayırmaları üzrə də hesablaşmalar aparılır. Bizim ölkəmizdə pul dövriyyəsi nağd pul və nağdsız pul hesablaşmaları formasında həyata keçirilir. Müəssisə və təşkilatlarla fəhlə və qulluqçular arasında hesablaşmaların nağd pul formasından istifadə edilir. Nağd hesablaşmalar sferası bir tərəfdən müəssisə, idarə və təşkilatlar, digər tərəfdən isə əhali arasındakı münasibətləri özündə birləşdirir. Müəssisələr arasında yalnız xırda tədiyyələr üzrə nağd pul haqq hesabı tətbiq edilir.

Nağdsız hesablaşmalar forması son dövrlərdə daha geniş tətbiq edilir. Müəssisə və təşkilatlar arasında pul hesablaşmaları pul məbləğlərinin banklar tərəfindən hesab sahiblərinin tapşırığı ilə bir müəssisə və təşkilatın hesabından başqasına köçürmək yolu ilə həyata keçirilir. Nağdsız hesablaşmalar sayəsində respublika iqtisadiyyatında tədavül üçün lazım olan nağd pul vəsaitinin qədəri azalır. Pul vəsaitinin və bütün daxili məhsulun dövriyyəsi sürətlənir.

Nağdsız hesablaşmalardan müəssisələrin təsərrüfat fəaliyyəti üzərindən və müqavilə təəhhüdlərinin yerinə yetirilməsi üzərində nəzarət üçün istifadə edilir. Müəssisə və təşkilatlar öz aralarındakı, habelə vergi. Maliyyə və digər orqanlarla yuxarı təşkilatlarla və maliyyə - kredit sistemi ilə qarşılıqlı münasibətləri nağdsız hesablaşmalar yolu ilə həyata keçirir. Hesablaşmaların hər iki sferası bir-biri ilə bağlıdır.

Nağd pulla və nağdsız hesablaşmalar arasındakı qarşılıqlı əlaqə bazar münasibətlərinin ən mühüm atributlarından birisi sayılır.

Vəsaitin hesablaşma, valyuta və sair hesablara daxil olması və həmin hesablardan xərclənməsi üzrə əməliyyat, pulların daxil olmasına dair elanlar, hesabnamə - tədiyə tələbnamələri, çeklər, tədiyə tapşırıqları Respublika Milli Bankı tərəfindən nəzərdə tutulmuş müxtəlif sənədlər vasitəsilə rəsmiyyətə salınır. Hesablaşmaların öz vaxtında aparılması bazar iqtisadiyyatının ən mühüm şərtlərindən biri olub, bütün pul dövriyyəsinin nə dərəcədə plana uyğun aparılmasının xarakterizə edir. Azərbaycan Respublikasında pul dövriyyəsinin təşkili aşağıdakı prinsiplərlə əsaslanır:

Bütün dövlət, kommersiya və ictimai müəssisələr, birliklər, təşkilatlar, şirkətlər, cəmiyyətlər və i.a. öz pul vəsaitlərini bankda olan hesablaşma hesablarında saxlamalıdırlar. Müəssisə və təşkilatlara yalnız təcili ehtiyaclara vermək üçün ciddi müəyyən edilmiş məbləğdə və yaxud pul vəsaitinin kassada saxlamağa icazə verilir.

Müəssisə və təşkilatlar bir-biri ilə eləcə də, maliyyə vergi və bank sistemi, yuxarı təşkilatlarla hesablaşmaları məcburi surətdə müvafiq hesablar vasitəsilə bank köçürmələri yolu ilə həyata keçirilir. Hesablaşmalar mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələri əhatə edir.

Müəssisələr arasındakı hesablaşmalar daima dövlət və kommersiya blanklarının nəzarəti altında həyata keçirilir. Onların arasında baş verən mübahisəli məsələləri Milli Bank araşdırır, onların birini digərinin xeyrinə cərimələsyir. Yaxud da hesablaşmadan kənar edir. Hesablaşmalar dövlət və özəl müəssisələrinin fəaliyyətini əhatə etməklə bərabər vahid hesablaşma formalarında öz ödənişlərini həyata keçirirlər.

Milli Bank vasitəsilə eyni şəhərdaxili və digər şəhərlərarası hesablaşmaların müxtəlif qaydada həyata keçirilməsi müəyyən edilmişdir. Bir və ya müxtəlif bank müəssisəsi ilə xidmət göstərən, lakin bir yaşayış məntəqəsində olan müəssisələr arasındakı hesablaşmalar eyni şəhərdaxili dövriyyələr üzrə hesablaşmalar adlanır.

Müxtəlif yaşayış məntəqələrində yerləşən, bank müəssisələri tərəfindən xidmət göstərən müəssisələr arasındakı hesablaşmalar isə özgə şəhərli dövriyyələr üzrə hesablaşmalar adlanır.


Yüklə 410 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə