«magistr hazirliği məRKƏZİ»


Banklarla müəssisələr arasında mövcud olan hesablaşma



Yüklə 410 Kb.
səhifə4/6
tarix31.08.2018
ölçüsü410 Kb.
#65777
1   2   3   4   5   6

1.2. Banklarla müəssisələr arasında mövcud olan hesablaşma

formaları, onların növləri və uçotunun xüsusiyyətləri.
Hesablaşmalarda iştirak edən müəssisələr həm eyni, həm də müxtəlif şəhərlərdə yerləşə bilər. Bu baxımdan hesablaşmaların iki növü mövcuddur:

  1. Eyni şəhərdaxili hesablaşmalar;

  2. Başqa şəhərlərlə hesablaşmalar.

Eyni şəhərdaxili hesablaşma formasında əsasən hesablaşmada iştirak edən müəssisələrin hər ikisi eyni şəhərdə yerləşməli və onlara xidmət edən bank şöbəsi də həmin şəhərdə yerləşməlidir. Belə hesablaşma planlı hesablaşma forması olmaqla, arası kəsilməzdir.

Başqa şəhərlərlə hesablaşmada isə iştirak edən tərəflər edən tərəflər müxtəlif ərazidə, şəhərdə və yaxud respublikada yerləşmiş olur. Onlara xidmət edən bank şöbələri də müxtəlif şəhərlərdə yerləşmiş olurlar.

Bunlardan başqa (mal-material əlaqələrindən başqa) müəssisələr şəxslə, dövlətdə və digər (maliyyə orqanları, büdcə idarələri, sığorta, rabitə, işıq, buxar və sair) xidmətlərə görə də bir-biri ilə hesablaşma əlaqələrində olurlar. Aparılan hesablaşmalar planlı surətdə həyata keçirilir. Onlar baş verdikdə bütün hallarda həm müəssisələrin və həm də dövlətin mənafeyi nəzərə alınır.

Bundan əlavə akkreditivin tətbiqinə həm tədiyyə intizamını pozan və bank tərəfindən xüsusi kreditləşdirmə və hesablaşma rejiminə keçirilən müəssisələr haqqında sanksiya tədbiri kimi də yol verilir.

Akkreditivlər formasında həyata keçirilən hesablaşmalar ödəmənin gecikdirilməsi ehtimalını aradan qaldırır və ödəmələrin öz vaxtında aparılmasını həyata keçirir.

Akkreditivlər sənaye müəssisələri tərəfindən həm özünün hesablaşma hesabındakı vəsaitlər hesabına, həm də bank kreditləri hesabına 25 və yaxud 40 günə qədər müddətə qoyulur. Hər bir akkreditiv yalnız bir mal göndərən üçün nəzərdə tutulur. Lazımı hallarda bank müəssisəsinə akkreditivin müddətini 45 günə qədər uzatmaq hüququ verilmişdir.

Akkreditivin açılması üçün müəssisə bankın yerli şöbəsinə 5 nüsxədən ibarət ərizə təqdim edir. Akkreditivin açılması haqqındakı ərazidə aşağıdakılar göstərilir:


  1. Akkreditivin müddəti;

  2. Mal göndərən təşkilatın adı;

  3. Göndəriləcək malların və ya ediləcək xidmətin ümumi adı;

  4. Akkreditivin ümumi məbləği.

Bu şəraitlərdən hər hansı birisi qeyd edilməsə, onda akkreditiv açılmasına icazə verilmir.

Təsərrüfat subyektlərinin mühasibat uçotunda açılmış akkreditivlərin məbləğləri 224 “Tələblərə əsasən verilən digər bank hesabların” sintetik hesabın “Akkreditivlər” adlı subhesabında əks etdirilir. Bu alanın satış haqda razılığa gəlməsidir. Həmin razılıq hər iki tərəfdən müvafiq imzalar vasitəsilə təsdiq olunmuş müqavilənamələrlə bildirilir.

Hesablamaların digər formaları ilə yanaşı hesablaşmaların çox mühüm hissəsini təşkil edən aksept formasının çox böyük əhəmiyyəti var. Hesablaşmaların aksept forması xüsusən digər şəhərlərlə təchizat üzrə daha çox yayılmışdır. Aksept formasında aparılan hesablaşma malsatan təşkilat tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi üzərində mal alan təşkilatın nəzarətini təmin edir.

Bu forma təsərrüfat fəaliyyəti prosesində təsərrüfat hesablı müqavilələrin ciddi olaraq yerinə yetirilməsinə və sairəyə əsaslanaraq, başqa müəssisələrlə müvafiq hesablaşma münasibətləri yaradır.

Aksept hesablaşma formasında mal göndərildikdən və ya buraxıldıqdan sonra mal göndərən təyin edilmiş vaxtda ödəniş tələbnaməsini, ona xidmət edən bank bölməsinə, inkassoya verir.

Sonra ödəniş üçün mal göndərən tərəfindən təqdim edilmiş sənədlər alıcı yerləşən məntəqədəki bölməsinə təqdim edilir və ödəniş həmin bank bölməsi tərəfindən həyata keçirilir. Mal göndərən hesablaşmaya təqdim edilən ödəniş tələbnaməsində başqa zəruri məlumatlarla yanaşı müvafiq sənədlərinin nömrəsi və tarixi göstərilir. Bu ona imkan verir ki, yolda olan hesablaşma sənədləri üçün bankdan ssuda alınsın. Bağlanmış müqavilənamələr, onların şərtlərinə əməl olunmasına nəzarəti bilavasitə həmin şöbələr yerinə yetirir. Ancaq müqavilənamə və hesablaşma qaydalarına uçot vasitəsilə də mütləq nəzarət lazımdır.


Aksept hesablaşma forması.

Müəssisələr arasında həyata keçirilən hesablaşma formaları birinci növbədə onların arasında bağlanmış müqavilənamə şərtlərinə əsasən müəyyənləşir. Digər tərəfdən isə onu bank müəyyənləşdirir. Ona görə ki, bütün nağdsız hesablaşmalar bank tərəfindən müəyyənləşdirilərək həyata keçirilir.

Hesablaşmaların 80-90 %-i nağdsız qaydada həyata keçirilən hesablaşmalara aiddir. Hər hansı hesablaşma formasının tətbiq edilməsi həm məhsulun xarakterindən, təhvil-qəbul yerindən, qaydasından, həm də bir sıra şərtlərdən asılı olaraq müqavilələrdə müəyyənləşdirilir.

Yuxarıda qeyd etdiklərimiz bütün hesablaşma formalarından müəssisə və təşkilatlar istifadə edirlər. Onların ən geniş yayılmışı isə aksept hesablaşma formasıdır. Bu hesablaşma formasının tətbiqi geniş olduğu qədər onun inkişaf yolu daha uzaqlara gedib çıxır. Belə ki, aksept hesablaşma forması 1931-ci ildən həyata keçirilir. Hesablaşmanın bu formasının əsas mahiyyəti malın, məhsulun dəyərinin ödənilmədən göndərilməsi deməkdir. Hal-hazırda baş vermiş aksept formasının əsas mənası alıcı ilə mal göndərənlər arasında həyata keçirilən hesablaşmalarda müxtəlif olur. Ümumiyyətlə hesablaşmaların aşağıdakı formalarından istifadə edilir:



  1. Aksept formasında hesablaşmalar;

  2. Akkreditiv formasında hesablaşmalar;

  3. Xüsusi hesablar üzrə hesablaşmalar ;

  4. Köçürmə qaydasında hesablaşmalar;

  5. Tədiyyə tapşırıqları vasitəsilə hesablaşmalar;

  6. Hesablaşma çekləri və limitləşdirilmiş çek kitabçaları vasitəsilə hesablaşmalar;

  7. Planlı tədiyyələr üzrə hesablaşmalar;

  8. Qarşılıqlı tələbnamələrin hesaba almaq qaydasında hesablaşmalar;

  9. Plastik kartlar vasitəsilə hesablaşmalar və i.a.

Müəssisələrinin hər birində bu hesablaşmaların istənilən formasından istifadə edilə bilər. Ancaq müəssisənin təsərrüfat maliyyə fəaliyyətinə uyğun olaraq hesablaşma formasından istifadə ediləcəyi əvvəlcədən müəyyənləşdirilir. Hesablaşma əlaqələrinin hansının tətbiq ediləcəyi, istifadə ediləcəyi, onlar arasında bağlanmış müqavilələrdəki şərtlər müəyyənləşdirilir.

Yuxarıda göstərilən hesablaşmaların hansı nağdsız qaydada həyata keçirilir. Həyata keçiriləcək bu hesablaşmaların keyfiyyətini yüksəltmək üçün daima onlara nəzarət etmək lazım gəlir.

Məlumdur ki, hesablaşma əlaqələri müəssisələr arasında bağlanmış müqavilənamələrə əsasən əməl edilir. Müəssisələrdə həmin müqavilənamələrin bağlanması onların inzibati cəhətdən nəzarətini həyata keçirir. Ödəniş tələbnaməsi üç və ya dörd nüsxədən ibarət olmaqla banka təqdim edilir.

Malsatanların hesabnamə - tədiyyə tələbnamələrinin ödənilməsi malalan təşkilatlar tərəfindən onlar tamamilə, yaxud qismən aksept edildikdən sonra bank vasitəsilə həyata keçirilir.

Malalan təşkilat banka daxil olan hesabnamə - tədiyyə tələbnamələrini ödəməkdən imtina etmək haqqındakı əsaslandırılmış İddianı özgə şəhərli malsatan təşkilatlara üç, iş günü və eyni şəhərli malsatan təşkilatlar üzrə isə iki iş günü ərzində ona xidmət göstərən bank şöbəsinə bildirdikdə, həmin tələbnamələr aksept edilmiş sayılır.

Mal göndərən –mal satan təşkilat tədiyyə sənədlərində müqavilənin, yaxud malalan təşkilatın sifarişinin tarixi və nömrəsini, malın göndərildiyi və nəqliyyat sənədlərini, yaxud da post qəbzlərinin nömrəsini göstərməlidir.

Aksept əslində alıcının ödəməyə razılığını bildirir. Ödəmələr yalnız malsatanlar tərəfindən yazılmış sənədlər üzrə göndərmələrin müqavilə şərtlərinə cavab verdiyi hallarda, yoxlandıqdan sonra edəcəyinin razılığı ilə onun yerləşdiyi ərazidəki bank şöbəsi tərəfindən həyata keçirilməlidir.

Hesablaşmanın aksept formasında malgöndərən təşkilat əvvəlcədən tərtib edilmiş vaxt qrafiki əsasında, müəyyən edilmiş miqdarda, keyfiyyətdə və çeşidə uyğun məhsulu yükləməyə, ödəyici müəssisə ona göndərilmiş məhsul əgər müqavilə şərtlərinə cavab verirsə, onun dəyərinin bütünlükdə ödəməyə borcludur.

Bank şöbəsi hər iki tərəfin – mal göndərənlərin və alıcıların mənafeyini təmin etməklə, bütün hesablaşma əməliyyatlarını müəyyən edilmiş vaxtda həyata keçirir. Hesablaşmanın bu formasında məhsulların (yük dövriyyəsinin) və hesablaşma sənədlərinin (sənəd dövriyyəsinin) mal göndərən təşkilatla hərəkəti paralel surətdə həyata keçirilir. Sənəd dövriyyəsi ilə yük dövriyyəsi arasındakı fasilə nə qədər qısa olarsa, pul dövriyyəsi də təsərrüfat dövriyyəsini bir o qədər bütünlüklə əks etdiriləcəkdir. Aksept formasında hesablaşma sənədlərinin hərəkəti məcburi şərti məhsulların göndərilməsi kimi hesab olunur. Bütün kommersiya müəssisələri yalnız məhsullarını göndər­dik­dən sonra ödəmə sənədləri tərtib etmək hüququna malikdir. Həmin ödəmə sə­nəd­ləri – hesab-faktura, tədiyyə tələbnaməsi, hesabnamə tədiyyə tələbnaməsi, hə­yata keçirilmiş hesablaşma əməliyyatların düzgünlüyü və qanunauy­ğun­luğunun alıcı təşkilat və bank tərəfindən yoxlanılmasına xidmət edir.

Ödəmə müddətinin başa çatması ilə əlaqədar akseptlər, qabaqcadan və sonradan akseptləşdirmə ola bilər. Qabaqcadan aksept qaydasına görə ödəmə alıcının öz etirazını bildirmədiyinin ertəsi günündən gec olmayaraq aksept müddəti ərzində həyata keçirilir. Məsələn: əgər, kommersiya müəssisəsində digər şəhərdəki mal göndərəndən aksept edilmək üçün tədiyyə tələbnaməsi almışsa və üç iş günü ərzində akseptdən imtina etməsi haqda bankın yerli şöbəsində məlumat vermişsə, onda rayon bankı tədiyyə tələbnaməsi aksept olunmuş hesab edir və aksept müddətinin başa çatdığının növbəti günü (12 dekabrda) ödəniləcək məbləği zavodun hesabından silir.

Sonradan aksept qaydasında isə tədiyyə tələbnaməsinin daxil olduğu günün növbəti günündən gec olmayaraq ödəmə həyata keçirilir. Bizim yuxarıda çəkdiyimiz misala görə sonradan aksept qaydası bank tədiyyə tələbnaməsində göstərilən məbləği dekabrın 8-də və yaxud da 9-da müəssisənin hesabından silərək satıcı təşkilatın hesabına keçirir.

Qabaqcadan akseptdən istifadə edilməsi, pul dövriyyəsinin sürətlən­mə­sinə və onun təsərrüfat dövriyyəsinə yaxınlaşmasına səbəb olur. Belə ki, akseptin müddəti pul dövriyyəsinin uzunluğuna heç bir təsir göstərmir.



Akkreditiv üzrə hesablaşma forması.

Akkreditiv özündə alıcının akkreditiv ərazisində nəzərdə tutulmuş şərtlərlə müvafiq yüklənmiş mallara və göstərilmiş xidmətlər görə alıcının hesabından ödəmənin həyata keçirilməsi üçün alıcıya xidmət edən bankın özgə şəhərli mal göndərənə xidmət edən baka tapşırığını əks etdirir.

Hesablaşmaların akkreditiv forması aşağıdakı hallarda tətbiq edilir:


  1. Dövlətin qərarı ilə və ya malın göndərilməsinə dair xüsusi şərtlərdə bu hesablaşma forması əsas kimi müəyyən edilən təsərrüfat sahələrində;

  2. Mal satan və məhsulu alan təşkilatlar arasındakı təsərrüfat müqavilələrində nəzərdə tutulan hallarda;

  3. Fərdi sifarişlər üzrə hazırlanmış məhsulun dəyərini yerində ödəmək lazım gələn hallarda adlı subhesabında əks etdirilir.


Xüsusi hesablaşma formaları

Xüsusi hesabı malalan öz vəsaiti, yaxud müvafiq bankın ssudası hesabına malverən müəssisəyə xidmət edən bank şöbəsində açır və həmin hesab üzrə əməliyyatların yerinə yetirilməsinə sərəncam vermək üçün öz nümayəndəsini təyin edir.

Akkreditivdən fərqli olaraq, xüsusi hesabın müddəti məhdud deyil, lakin hesab üzrə ay ərzində əməliyyata aparılmadıqda bu hesab bank tərəfindən bağlanılır və onun qalığı malalan müəssisəyə qaytarılır. Onun vasitəsilə bir və ya bir neçə malverənlərlə hesablaşma aparmaq olar. Bəzi əməliyyatların görülməsi üçün isə bu hesabdan hətta nağd pul da alına bilər. Xüsusi hesaba dair hesablaşmaların uçotu həmin hesabdan malalan müəssisəyə verilmiş bank çıxarışına əsasən həyata keçirilir. Bəzi əməliyyatlar və onlardan meydana gələn mühasibat yazılışları aşağıdakı kimidir:


  1. Malverən və müəssisənin bankında xüsusi hesab açılmışdır – 224 saylı hesabın (yuxarıda göstərilən subhesab) debeti və 223 (yaxud 501) hesabın krediti.

  2. Malverənlərin aksept edilmiş tədiyyə tələbnamələri, xüsusi hesabın krediti.

  3. Ay müddətində əməliyyat aparılmadığı üçün xüsusi hesab bank tərəfindən bağlanmışdır. Onun qalığı malalan müəssisənin hesablaşma hesabına qaytarılmışdır 223 hesablaşma hesabının debeti və 224 saylı hesabın krediti.

Deməli, xüsusi hesab formalı hesablaşmaların uçotu akkreditivin uçotuna oxşardır. Onlara dair əməliyyatların sintetik və analitik uçotu üçün 3 saylı jurnal-order nəzərdə tutulmuşdur.

Tədiyyə tapşırıqlarını ödəyici müəssisə özü yazır. Adətən eyni şəhərli hesablaşmalar zamanı bank tapşırıqları müəyyən məbləğdən az olmayaraq başqa şəhərli müəssisə ilə haqq-hesabı yekunlaşdırmaq üçün istifadə olunur.

Tapşırığı etibar müddəti 10 gündür. Tədiyyə tapşırıqları mal-material və sairə əməliyyatlar üzrə hesablaşmalar aparıldıqda geniş tətbiq edilir. O, cümlədən: daşınması bir gündən artıq olmayan, daxil olmuş xammal və materialların dəyərinin ödənilməsi, büdcəyə sosial sığorta orqanlarına və müvafiq banklara çatası məbləğlərin köçürülməsi, kreditor borclarının və İddiaların ödənilməsi və i.a. məqsədlər üçün də hesablaşmaların bu forması xarakterikdir.

Tədiyyə tapşırıqlarından başqa bank tərəfindən aksept edilmiş tapşırıqlar da tətbiq olunur. Bu tapşırıqlarından rabitə nazirliyinin müəssisələri ilə hesablaşmalar (məs.: köçürülmə) poçt bağlanmasının göndərilməsi, qoyulmuş tədiyyələrin ödənişi, həmçinin nəqliyyat təşkilatları ilə bir dəfəlik hesablaşmalar (yükün, sərnişinlərin və onların baqajlarının daşınması) zamanı istifadə edilir.

Tapşırığın etibar müddəti 10 gündür. Bütün başqa hallarda (əmək haqqı, pensiya, aliment, ezamiyyət pulu) aksept edilmiş tapşırığın məbləği məhdudlaşdırılmır.

Bankdan alınan çıxarışlara və onlara əlavə edilmiş tədiyyə tapşırıqlarının sürətlərinə əsasən edəcəyi tərəf müvafiq mühasibat köçürmələri tərtib edir.


Ödəmə tələbnamələri üzrə hesablaşma forması.

Hesablaşmaların bu forması nağdsız ödəniş dövriyyəsində böyük yer tutur. Ödəniş tədiyyə tələbnamələri hesablaşmada hər hansı müəssisənin ona xidmət edən bank bölməsinə, onun hesabından başqa təşkilatın hesabına müəyyən məbləğin köçürülməsi üzrə tapşırıqdır. Bu hesablaşma forması həm eyni şəhər, həm də özgə şəhər ödənişlərində tətbiq edilir.

Ödəniş tədiyyə tələbnamələri hesablaşma forması ilə aşağıdakı göstərilən ödənişlərlə aparılır:


  1. edilmiş xidmətlər və alınmış malların ödənişləri;

  2. kreditor borcları;

  3. sənədləşdirilməmiş mal göndərmə üzrə borclar;

  4. mal və xidmət üçün planlı ödəniş;

  5. keyfiyyət üzrə reklamasiyalar;

  6. müqavilələrdə göstərilmiş təhudlərin yerinə yetirilməsi üzrə cərimə;

  7. pensiya və dəbbələmə ödənişləri;

  8. əsaslı tikinti və təmir ödənişlər.

Bütün bu ödənişlər üzrə tapşırıqlar ödəyicinin hesabında vəsaitin olub olmamasından asılı olmayaraq bank tərəfindən icraya qəbul edilir.

Bu tapşırıqları ödəyici müəssisə özü yazır. Tapşırığın etibar müddəti 10 gündür. Tədiyyə tapşırıqları mal-material və sairə əməliyyatlar üzrə hesablaşmalar aparıldıqda geniş tətbiq edilir, o cümlədən: daşınması bir gündən artıq olmayan daxil olmuş xammal və materialların dəyərinin ödənilməsi, büdcəyə, ictimai sığorta orqanlarına və tikinti bankına çatası məbləğlərin keçirilməsi, kreditor borcların və İddiaların ödənilməsi üçün və i.a. hallarda.

Adi tədiyyə tapşırıqlarından başqa bank tərəfindən aksept edilmiş (ödənilməsinə təminat verilmiş) tapşırıqlar da tətbiq olunur. Bu tapşırıqlardan Rabitə Nazirliyinin müəssisələri ilə hesablaşmalar (məsələn, köçürmə, barat), poçt bağlanmasının göndərilməsi, qoyulmuş tədiyyənin ödənişi, həmçinin nəqliyyat təşkilatları ilə bir dəfəlik haqq-hesabı kəsmələr (4 gün, sərnişinlərin və onların baqajlarının daşınması) zamanı istifadə edilir. Tapşırığın etibar müddəti 10 gündür. Bütün başqa hallarda (əmək haqqı, pensiya, aliment, ezamiyyət pulu) aksept edilmiş tapşırığı məbləği məhdudlaşdırılmır.

Bankdan alınan çıxarışlara və onlara əlavə edilmiş tədiyyə tapşırıqlarının sürətlərinə əsasən ödəyici tərəf müvafiq mühasibat köçürmələri tərtib edir.



Rabitə şöbələri vasitəsi ilə hesablaşmalar forması.

Gələcəkdə əhalinin istirahətini yaxşılaşdırmaq üçün radio-televiziya, nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaq dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir.

Məlumdur ki, son illərdə əhalinin mədəni istirahətinin təşkilində rabitənin xidməti çox böyükdür. Digər tərəfdən müxtəlif müəssisələrin idarə olunmasında bir müəssisə ilə digərlərinin habelə baş idarələrin, inzibati orqanların, nazirliklərin bir başa telefon və teleqraf əlaqələri rabitənin xidməti hesabına həyata keçirilir. Sonra müəssisələrlə mal göndərişi, müxtəlif barataları, qiymətli məktubların göndərilməsi və xidməti rabitənin xidməti sayəsində həyata keçirilir. Ona görə də rabitə orqanları yerinə yetirdikləri xidmətlərin həcminə görə müxtəlif müəssisələrlə hesablaşmalı olurlar. Həmin hesablaşmaların bir qismi nağd qaydada həyata keçirilir. Bir qismi isə nağdsız qaydada həyata keçirilir. Bu elə hesablaşmanın tərkibində nağdsız hesablaşmalar daha çox böyük xüsusi çəkiyə malikdir.

Rabitə şöbələri vasitəsi ilə müəssisə nağd yolla hesablaşdıqda göndərilmiş məktub, banderol, barat və s. rabitə şöbəsində xüsusi olaraq qarşılaşdırılıb bağlandıqdan sonra surğuclanır və markalanır. Bu xidmətə görə rabitə şöbəsində göndərilmiş (məktub, barat, banderol) və edilmiş xidmətlərin dəyəri preyskuranta əsasən ödənilir.

Ödənilmiş xərc üçün poçt-rabitə İşçisi tərəfindən qəbz yazılır. Qəbzdə göndərilmiş baratanın nömrəsi, tarixi və ödənilməmiş nağd pulun dəyəri qeyd edilir. Belə göndərişlər bəzən təcili, bəzən də hər iki başa ödənişlə, bəzə də avia, sadə və telefonla, teleqramla həyata keçirilir. Bu ödənişlərin hamısı qəbzlə, rəsmiyyətə salınmaqla nağd hesablaşmalara aid edilir.

Nağdsız ödənişlər isə müəssisə, daima rabitə şöbələri ilə əlaqədə olduğuna görə onların xidmətlərindən arası kəsilmədən istifadə edirlər. Həmin xidmətlərin bəzisi limitli çeklə ödənilir. Telefon xidmətinə görə rabitə şöbəsi hər ay müəssisəyə hesabnamə göndərir. Müəssisə isə planlı ödəniş qaydasında onun xidmətinin dəyərini ödəyir. Digər halda telefon, teleqraf, teletayp xidmətlərinə görə hesabnamənin dəyəri ya əhali tərəfindən ya da müəssisə tərəfindən ödənilmədikdə, gecikdirildikdə müəssisə müvafiq surətdə cərimə olunur.

Deməli, müəssisə və təşkilatlar rabitə idarələri ilə nağd və nağdsız qaydada, limitli çeklərlə, qarşılıqlı ödəniş qaydası ilə ödəniş hesablaşma qaydası ilə hesablaşırlar.
Planlı ödəniş tələbnamələri üzrə hesablaşma forması.

Nağdsız hesablaşma qaydalarından birisi planlı ödəniş tələbnamələridir. Bu hesablaşma qaydasında satılmış məhsulun hər bir partiyası üzrə hesablaşma üçün ayrıca sənəd yazılmır. Ona görə də nəinki müəssisələrdə sənədlərin rəsmiləşdirilməsi üzrə texniki işlərin miqdarı xeyli ixtisara düşür, eyni zamanda banka sənəd axını azalır.

Planlı ödənişləri, daimi edilən xidmətlər və müntəzəm mal göndərmə üçün başlıca olaraq eyni şəhər daxili hesablaşmalarında tətbiq edilir.

Malların tədarükü və xidmətlərin göstərilməsi daimi olaraq təxminən bərabər olduğu zaman alıcılar malsatanlarla planlı tədiyyə qaydasında hesablaşa bilər.

Planlı ödəmələr həm eyni şəhərli, həm də özgə şəhərli hesablaşmalar üzrə həyata keçirilir. Bu cür hesablaşma zamanı məbləğlər və müddətlər, tərəflərin razılığı ilə müəyyən edilir.

Planlı ödəmə qaydasında hesablaşmalar ödəyici müəssisədə 60 malsatan və podratçılarla hesablaşmalar sintetik hesabla uçota alınır. Bu zaman bu üsulla hesablaşmaların analitik uçotu ayrı-ayrı malsatanlar üzrə 5 saylı cədvəldə aparılır. 5 saylı cədvəlin aylıq yekunu 6 №-li jurnal-orderə köçürülür.

Hər 15 və 30 gündən bir buraxılış malın dəyəri üzrə sonuncu haqq-hesab aparılır. Digər təşkilatlar və müəssisələrlə nağdsız hesablaşmaların öz vaxtında həyata keçirilməsini, vəsaitin dövriyyə sürətinin artırılmasını təmin etmək məqsədilə Səttarxan adına zavoda zəruri hallarda hesablaşmaların tələbnamələrin qarşılıqlı hesaba almaq qaydasında istifadə edilir.

Bu hesablar üzrə təsərrüfat orqanlarının hesablaşma hesabının olduğu yerlərdə tələbnamələrin qarşılıqlı hesaba alınması və iki təsərrüfat orqanı arasında qarşılıqlı tələbnamələrin saldosu üzrə vaxtaşırı hesablar aparılır. Hər bir təsərrüfat hesablı müəssisə eyni bir vaxtda pul vəsaitlərinin həm ödəyicisi mal göndərənlərdən mal aldıqda, həm də alıcı-öz məhsulunu satarkən kimi çıxış edir. Qarşılıqlı hesablaşmaların iştirakçılarının hər biri üçün müvafiq bank şöbəsi hesab açır. Bu hesablaşmalar müvafiq bank şöbəsi tərəfindən daim qüvvədə olan formada və bir dəfəlik hesablamalar formasında aparılır.

Daimi qüvvədə olan hesablaşmalara aşağıdakılar daxildir:


  • Müxtəlif müəssisələrin hesablaşma hesablarının olduğu yerdə qarşılıqlı tələbnamələrin hesaba alınması (qeyri mərkəzləşdirilmiş hesablamalar);

  • İki müəssisə arasında qarşılıqlı tələblərin saldosu üzrə vaxtaşırı hesablaşmalar;

  • Bir dəfəlik hesablamalar isə özündə aşağıdakıları birləşdirir;

  1. iki müəssisə arasında qarşılıqlı tələbnamələrin hesaba alınması;

  2. qrup halında müəssisələr ilə qarşılıqlı tələbnamələrin qrup halında hesaba alınması.

Qeyri-mərkəzləşdirilmiş qaydada qarşılıqlı tələbnamələrin hesaba alınmasına əsaslanan hesablaşmalar məhdud dairəsi Səttərxan adına maşınqayırma zavodu tərəfindən həyata keçirilir.

Qeyri-mərkəzləşdirilmiş qaydada hesablaşmalarda iştirak edənlərin tərkibi dövlət bankının idarə heyəti tərəfindən müəyyənləşdirilir. Bu tərkibdə büdcə təşkilatları, tam şəkildə təsərrüfat hesabına keçməmiş müəssisələr, tikinti-quraşdırma təşkilatları, mədəni-məişət və mənzil-kommunal təsərrüfatları daxil edilmir. Qeyri-mərkəzləşdirilmiş hesablaşmaların hər bir iştirakçısı üçün ona xidmət edən bank şöbəsində hesablama üzrə ayrıca şəxsi hesab açılır. Xüsusi hesablar üzrə kreditləşdirilən və öz satış pulların həmin hesablara təhvil verən müəssisə və təşkilatların qeyri-mərkəzləşdirilmiş hesablamalar üzrə ayrıca şəxsi hesabları olmur və onlar mal və xidmətlər üzrə bütün hesablaşmaları hesablama qaydasında xüsusi hesablarında ödənilir.


Hesablaşma çekləri üzrə hesablaşma forması.

Sənaye müəssisələri hesablaşma çeklərindən mal-material qiymətlərinə və göstərilmiş xidmətlərə görə ancaq nağdsız hesablaşmalar aparmaq üçün istifadə edilir.

Hesablaşma çekləri adi, aksept, edilmiş çeklərdən, limitləşdirilmiş və limitləşdirilməmiş çek kitablarından ibarət olur. Hesablaşma çeklərinin qalığına görə pul alınması və ya hesablaşma çeklərini nağd pula dəyişmək qadağan edilmişdir.

Adi və aksept edilmiş hesablaşma çekləri Keşlə maşınqayırma zavodu tərəfindən yazıdır. Nəqliyyat xidmətinə görə nəqliyyat təşkilatları ilə, poçt göndərmələri ilə əlaqədar Rabitə Nazirliyinin orqanları ilə hesablaşmalar apardıqda da hesablaşma çeklərindən istifadə oluna bilər. Bank bu hesablaşma çeklərinin icra üçün yalnız o şərtlə qəbul edir ki, ödəyicinin hesabına ödəməyə kifayət edə biləcək miqdarda pul vəsaiti məbləği olsun. Məhz buna görə də tədqiqat işi yazdığımız müəssisə aksept edilmiş hesablaşma çeklərindən daha çox istifadə edir. Adi çeklərdən fərqli olaraq aksept edilmiş çeklərin məbləği hesablaşma hesabından dərhal, yeni bank tərəfindən aksept edildiyi vaxtda silinir. Hesablaşmanın bu formasının ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, mal-material qiymətlərinin və xidmətlərin dəyəri hesablaşma çekində yazılmış məbləğə uyğun gəlməlidir. Lakin elə hallar olur ki, məhsulu alarkən elə hal ola bilər ki, onun müəyyən hissəsi Səttarxan adına zavodunu tələbinə uyğun deyildir və yaxud da əksinə, məhsul müəssisə üçün çox lazımlı olduğu bir halda çekin məbləği onun ölçüsünün artırılmasına və ya yaradılmasına imkan vermir. Məhz buna görə də çeklər üzrə hesablaşmalardan adətən müntəzəm olmayan mal-material qiymətləri və xidmətlərin bir dəfəlik göndərmələrində, nəqliyyat təşkilatları ilə birdəfəlik yük daşınmasında, alınmış mallara və göstərilmiş xidmətlərə görə büdcə təşkilatları ilə hesablaşmalarda istifadə edilir.

Səttərxan adına maşınqayırma zavodunda hesablaşma əməliyyatlarında limitləşdirilmiş və limitləşdirilməmiş çek kitabçalarından istifadə edilməsi də geniş yer tutur. Bu çeklər eyni şəhərli təchizat və göstərilən xidmətlər üzrə hesablamalar üçün tətbiq edilir. Başqa şəhərli hesablaşmalar üzrə isə əgər mallar alıcılar tərəfindən faktik olaraq daşınıbsa və ya ona çatdırılıbsa təhvil-təslim üzrə alıcılar tərəfindən qəbul edilmiş mallara görə tətbiq edilir.

Bu çeklər yüklərin daşınmasına və göstərilən xidmətə görə nəqliyyat təşkilatları (dəmir yolu, su yolu və başqaları) və rabitə müəssisələri ilə hesablaşmalar zamanı tətbiq edilir. Limitləşdirilmiş və limitləşdirilməmiş çek kitabçalarını almaq üçün Keşlə maşınqayırma zavodu ona xidmət göstərən banka müəyyən edilmiş forma üzrə bir nüsxədən ibarət ərizə təqdim edir.

Limitləşdirilmiş çek kitabçaları zavoda öz vəsaitləri və ya bankın ssudaları hesabına verilir. Limitləşdirilmiş çek kitabçaları 6 ay müddətində etibarlı olur. Alınmış mallara və göstərilmiş xidmətlərə görə hesablaşmalar zamanı müvafiq məbləğdə yazılır. Nəqliyyat təşkilatlarının xidmətlərinə görə və poçt bağlamaları göndərməyə görə, habelə ödəmə qoymaqla göndərilmiş poçt bağlamalarının alınmasına görə də çeklər yazılır. Çeklər yazılan gün nəzərə alınmadan 10 gün ərzində etibarlı olur. Ödəyicidən limitləşdirilmiş çek kitabçasının çekini alan müəssisə göstərilən məbləğləri özünün hesablaşmış hesabına köçürmək üçün onun banka 2 nüsxədə yazılmış reyestrdə verir. Limitləşdirilmiş çek kitabçaları üzrə əməliyyatların uçotu üçün bank müəssisəyə şəxsi hesab açır. Həmin şəxsi hesabın krediti üzrə limitin məbləğləri, debiti üzrə isə onların nömrələrini göstərməklə verilmiş çeklər üzrə hesablaşma məbləği yazılır.

Çeklərin imza edilməsinə hüquqi olmasına aid müəssisənin vəkalətinə malik olan ekspeditor limit hüduduna limitləşdirilmiş çek kitabçalarından çeklər yazmaqla tarifin ödənilməsini həyata keçirir. Onun imzasının nümunəsi zavodun direktoru və baş mühasibi tərəfindən təsdiq edilir və qabaqcadan nəqliyyat idarəsinə təqdim olunur. Nəqliyyat baş idarəsinin kassiri çeki qəbul edən zaman çekin kötüyünün üst tərəfindən rekvizitləri doldurur. Əvvəlki çekin kötüyündən limitin qalığını yazır. Rəqəm və yazı limitin yeni qalığını göstərir. Bu qeydlərin düzgünlüyünü kassir özünün imzası ilə və kassanın möhürü ilə təsdiq edir. Limitləşdirilmiş çek kitabçalarının çeklərindən mal satanların hesabının ödənilməsi şəxsi hesab üzrə çıxarışa əsasən ödəyicidə belə əks etdirilir və verilmiş çeklər üzrə yazılır.

Limitləşdirilmiş çek kitabçalarını alarkən onda göstərilən limitin məbləğinə şəxsi hesab üzrə bankın çıxarışına əsasən yazılış tərtib edilir. Ona görə də hesablaşmalar üçün limitləşdirilmiş çek kitabçalarından istifadə edilir. Bu çek kitabçalarının etibar müddəti 1 il olur.

Limitləşdirilməmiş çek kitabçalarından aşağıdakı hesablaşmalar həyata keçirilir. Əgər alıcı desentrilizasiya edilmiş hesablaşmaların iştirakçısıdırsa və ya xüsusi ssuda hesabından kreditləşərsə mallara və xidmətlərə görə hesablaşma həyata keçirilir.

Nəqliyyat təşkilatları ilə yüklənmiş və daxil olmuş yüklərə xidmətlərə və xidmətlərə və tarifə görə, Rabitə Nazirliyinin müəssisəsi ilə poçt bağlamalrının daşınmasına görə limitləşdirilməmiş çek kitabçaları bank tərəfindən zavodun hesablaşma hesabından deponentləşdirildikdən sonra verilir. Onları bankda xüsusi hesabı olan və ya bankda mərkəzləşdirilməmiş hesablaşma üzrə hesabı olan müəssisələr alır. Mal satanlara hesab faktlarının və ya onları əvəz edən əmtəə sənədlərinin limitləşdirilməmiş çek kitabçalarından ödənilməsi ödəyicinin balansında adi qeydlə əks etdirilir.


Yüklə 410 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə