«magistr hazirliği məRKƏZİ»


İşçilərlə və təhtəhlhesab şəxslərlə hesablaşmaların uçotu



Yüklə 410 Kb.
səhifə6/6
tarix31.08.2018
ölçüsü410 Kb.
#65777
1   2   3   4   5   6

2.5. İşçilərlə və təhtəhlhesab şəxslərlə hesablaşmaların uçotu.

Müəssisə, hər bir təsərrüfat fəaliyyəti prosesində caqlı əməkdən istifadə edir. Belə bir əməyin ödənişini bir tərəfdən istehsal və tədavül xərclərinin bir hissəsi kimi, digər cəhətdən hər bir İşçinin əmək ödənişi kimi nəzərdən keçirmək olar. Əmək ödənişinə məsrəflərin, əməyin ödənişi üzrə hesablaşmaların və əmək ödənişindən tutulmaların uçotu tamamilə başqa bir tədqiqat işinin mövzusudur. Biz isə bu bölmədə İşçi heyətlə hesablaşmaların xüsusi formalarını (məs., kreditlə satılan mallara görə İşçi heyətilə hesablaşmalar, verilən borclar üzrə hesablaşmalar, maddi ziyanların ödənilməsi üzrə hesablaşmalar və s.) araşdırmağı qarşımızda məqsəd qoymuşuq. Bu qəbildən olan hesablaşma münasibətlərinin uçotu üçün 545 “Digər qısamüddətli öhdəliklər” hesabından istifadə olunur.

Hesabın debeti üzrə İşçilərin borcları kreditində isə həmin borcların silinməsi qeydə alınır. Analitik uçot müəssisənin hər bir İşçisi üzrə ayrılıqda aparılır.

Məsələn, “Verilmiş borclar üzrə hesablaşmalar” subhesabında onlara fərdi mənzil tikintisi, bağ evlərinin satın alınması və s. məqsədlər üçün müəssisə tərəfindən verilən borclar uçota alınır. İşçiyə verilən borcun məbləği həmin subhesabın debetində və pul vəsaitləri uçota alınan hesabların kreditinə (221, 223) əks etdirilir. Borclar ödənildikdə (qismən və yaxud tamamilə) pul vəsaitləri uçota alınan hesablar debetləşir.

İşçinin yazılı ərizəsinə əsasən o, aldığı borcu hissə-hissə öz əmək haqqından tutulmaqla ödəyə bilər. Belə əməliyyat aşağıdakı qaydada rəsmiləşdirilir:

D-t 533


K-t 545

Sənaye müəssisələri alınmış mal-material dəyərlərinin malın, metalın yerinə yetirilmiş iş və xidmətlərin dəyərini nəqdsiz qaydada (köçürmə) həyata keçirir. Müəssisə və təşkilatların elə xərcləri də olur ki, onları mütləq nağd qaydada ödəmək lazımdır. Bunun üçün müəssisədə təchizatçı (ekspeditor) vəzifəsi olur ki, həmin şəxslər bu qəbildən məsrəfləri ödəmək üçün kassadan nağd olaraq pul götürməklə təhtəlhesab şəxs sayılır. Bu cür vəsaitləri İşçinin ezamiyyətə getməsi və yaxud yük göndərilməsi və alınması, təşkilatları xırda xərcləri, poçta, teleqraf və başqa inzibati idarə xərcləri ilə əlaqədar olaraq baş verir.

Təhtəlhesab məbləğlər bir qayda olaraq müəssisənin ştatında olan az miqdarda İşçilərə verilir. Bu zaman avansın həcmi tapşırığı yerinə yetirmək üçün lazım olan minimum həcmdə müəyyən edilir. Təsərrüfat-maliyyə intizamını möhkəmləndirmək məqsədi ilə elə bir qayda müəyyən edilmişdir ki, vəzifəli şəxs yalnız əvvəllər ona verilmiş avanslar üzrə hesab verdikdə, təhtəlhesab olaraq pul ala bilər. Bir təhtəlhesab şəxsin avansını başqasına (tamamilə və ya qismən) verilməsinə yol verilmir. Təhtəlhesab məbləğlərdən əmək haqqı verilməsinə, habelə təhtəlhesab şəxslər vasitəsilə debitor borcları, məhsul və yaxud xidmətlərin satışından əldə edilən pul vəsaitinin alınmasına icazə verilmir.

Müəssisələrdə təhtəlhesab məbləğlər ya ezamiyyətə göndərilən şəxsin ərizəsi yaxud da kassa məxaric orderi ilə verilir. Hər iki halda sənədlərdə direktorun razılıq icazəsi və baş mühasibin imzası olmalıdır. Mühasibat avansı verdikdə sərf edilmiş məbləğ haqqında hesabat tərtib etməyin vaxtını müəyyən edir.

Adətən təhtəlhesab şəxslər ezamiyyət vaxtı xərclər haqqındakı hesabatı ezamiyyətdən qayıdandan sonra üç gün ərzində təqdimi edirlər. Əməliyyat və təhtəl məqsədləri üçün verilən avanslar üzrə hesabatlar bir qayda olaraq mühasibat tərəfindən müəyyən edilmiş vaxtlarda təqdim edilir (avans alınan gündən sonra 6-10 gün ərzində). Avans hesabatı aşağıdakı formada tərtib edilir.

Təhtəlhesab şəxs avans hesabatını imzalamış və bütün inandırıcı sənədləri, ezamiyyət vərəqəsini, hesabları, qəbzləri və başqa sənədləri ona əlavə etməlidir. Daxil olmuş avans hesabatları mühasibatda xüsusi cədvəldə qeyd edilir ki, burada təhtəlhesab şəxslərin soyadı, vəzifəsi, hesabatın təqdim edilmə vaxtı, sərf edilmiş məbləğ göstərilir. Qeyd edilmiş və yoxlanmış hesabat təsdiq olunmaq üçün müəssisənin müdiriyyətinə verilir. Hesabat təsdiq olunduqdan sonra təhtəlhesab şəxslərin şəxsi hesabatlarına və istehsalat və təhtəl əməliyyatları uçota alınan başqa hesablara mühasibat yazılışı aparmaq üçün əsas sayılır.

Təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əməliyyatlar mühasibat uçotunun hesab planında 244 “Təhtəlhesab məbləğlər” adlı aktiv hesabında uçota alınır. Həmin hesab üzrə müəssisə avans alan bütün İşçilərinə analitik (şəxsi) hesablar açılır. Hər bir hesabda təhtəlhesab, şəxslərin düzgün uçotunu təmin edən bütün rekvizitləri doldurmaq lazımdır. Xüsusən şəxsi hesablarda təhtəlhesab şəxsin soyadı, adı və atasının adı (tam) tutduğu vəzifə, tabel nömrəsi göstərilməlidir.

Son vaxtlarda müəssisədə təhtəlhesab şəxslərlə hesablaşmaları uçota almaq üçün xüsusi formada olan xüsusi cədvəllər tərtib edirlər.

Verilən formadan görünür ki, hər bir təhtəlhesab şəxs üzrə əməliyyatları yazmaq üçün bir neçə sətir ayrılır. Əməliyyatlar baş verdikcə müvafiq yazılış aparılır. Avansın verilməsi, sərf edilmiş məbləğin silinməsi, avans məbləğlərinin verilməsi haqqında növbəti əməliyyat, onların xərclənməsi və istifadə edilməmiş vəsaitlərin qaytarılması növbəti sətirdə yazılır və s.

Başqa təhtəlhesab şəxslər üzrə əməliyyatlarda da bu cür hərəkət edirlər.

Ayın axırında cədvəldə müxabirləşən hesablar: 221“Kassa”, 223 “Bank Hesablaşma hesabı” və başqaları üzrə (“Təhtəlhesab şəxslərlə hesablaşmalar” hesabının debeti üzrə) və təhtəlhesab şəxslərlə hesablaşmalar “Hesabının krediti ilə müxabirləşən hesablar” üzrə yekun çıxarılır.

Göründüyü kimi cədvəl yalnız analitik yazılışlar üçün əsas deyil, o eyni zamanda 244 hesabı üzrə dövriyyə cədvəlini əvəz edir.

Müəssisə və təşkilatlarda ezamiyyətə göndərilmiş şəxslərdin xərcləri vahid şəkildə Respublika Nazirlər Kabinetinin Əsasnaməsi ilə qaydada salınmışdır.

Ezam olunma yerinə getmək və oradan daimi iş yerinə qayıtmaq üçün İşçiyə nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişi dəyəri miqdarında ödənilir. Bu vaxt İşçiyə əlavə dəyərin ödənilməsi, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə sığorta tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatından istifadə üçün xərclər ödənilir.

Təsdiqedici sənədlər təqdim olunmayan təqdim olunmayan hallarda gediş-gəliş üzrə nəqliyyat xərcləri dəmir yolu, avtomobil və su nəqliyyatının ən aşağı qiymətləri miqdarında ödənilir.

Müəssisələrdə təhtəlhesab şəxslərlə hesablaşmaların uçotunu aparmaq, mühasibat uçotunun hesab planında 244 “Təhtəlhesab məbləğlər” adlı hesabı nəzərdə tutulmuşdur. Hesab balansa görə aktiv hesabdır. Hesabın debetində kassadan götürülmüş pullar, kreditində isə həmin pulların xərclənməsinin silinməsi qeydə alınır.

Təhtəlhesab şəxs kassadan nağd olaraq pul götürüldükdə:

Debet – 244 “Təhtəlhesab məbləğlər” hesabı

Kredit – 221 “Kassa” hesabı

Ezamiyyətə gedən şəxs, ezamiyyətdən qayıtdıqdan sonra gördüyü iş və götürdüyü pul haqqında hesabat verməlidir. Təhtəlhesab şəxs ezamiyyəti qurtardıqdan 3 gün keçmişə qədər hesabatını mühasibatlığa təqdim etməlidir. Hesabat diqqətlə yoxlandıqdan sonra, təhtəlhesab şəxsin hesabından nağd xərclənmiş pulun dəyəri aşağıdakı qaydada silinir:

Debet – 721 “İnzibati xərcləri” hesabı

Kredit – 244 “Təhtəlhesab məbləğlər” hesabı

Bütün haqq-hesab qurtardıqdan sonra təhtəlhesab şəxs pulun qalığını kassaya qaytarmalıdır və qaytarılmış pul üçün:

Debet – 221 “Kassa”

Kredit – 244 “Təhtəlhesab məbləğlər” hesabı kimi razılıq verilir.

Müəssisə rəhbəri tərəfindən təsdiq edilən avans hesabatları əsasında həyata keçirilən aşağıdakı hesablara aid edilir:

D-t 201 “Materiallar”, 205 “Mallar”, 721 “İnzibati xərclər”,

711 “Kommersiya xərcləri” və s. hesablar

K-t 244 “Təhtəlhesab məbləğlər” hesabı

Satın alınan material dəyərləri, iş və xidmətlərin dəyəri üzrə əlavə dəyər vergisi təhtəlhesab məbləğdən ödənildikdə, aşağıdakı köçürmə tərtib olunur:

D-t 521 “Vergi öhdəlikləri” hesabı

K-t 244 “Təhtəlhesab məbləğlər”

İstifadə olunmuş avans məbləği vaxtında müəssisəyə qaytarılmadıqda onun müəssisələrə vurulan ziyan kimi qiymətləndirmək olar. TƏhtəlhesab şəxs tərəfindən qanunsuz (müəssisə rəhbərinin icazəsi olmadan) istifadə olunan məbləğləri də şəxslərə aid etmək lazımdır.

NƏTİCƏ VƏ TƏKLİFLƏR


    1. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hesablaşmaların uçotunda plastik kartlardan istifadə edildikdə pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında informasiyaları ümumiləşdirmək üçün 224 –cü hesabının tərkibində aşağıdakı subhesabların açılması məqsədə müvafiqdir:

224-1 “Debet korporativ kartları”;

224-2 “Kredit korporativ kartları”.



    1. Verilmiş veksellər üzrə borcların mövcudluğu və hərəkətinin vekseli verən təşkilatda uçotunu dəqiqləşdirmək üçün aşağıdakı hesablardan istifadə etmək məsləhət görülür:

      1. satın alınan mallara, işlərə və xidmətlərə görə hesablaşmalar zamanı – 431“Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” hesabı;

      2. qeyri-mal əməliyyatları üzrə hesablaşmalar zamanı – 435 “Digər uzun müddətli kreditor hesablaşmalar” hesabı

    2. Malsatanlar tərəfindən müstəqil mövqedən hesab-fakturaya daxil edilən əlavə dəyər vergisi 521 “Vergi öhdəlikləri” hesabında ayrıca uçota alınmalıdır. Əgər, ƏDV hesab-fakturada ayrıca qeyd olunmamışdırsa, ondan malalan təşkilat bu məqsədlə müstəqil sətir açmaq hüququna malik deyildir. Təəssüf ki, müəssisələrdə bir çox hallarda uçotun bu tələbinə əməl olunmur.

    3. Əgər, malsatan və podratçılarla hesablaşmalar sərbəst konvertləşən valyuta vasitəsilə həyata keçirilirsə, onda 431 “Malsatan və podratçılara uzunmüddətli kreditor borcalrı” hesabının tərkibində “Sərbəst konvertləşən valyuta ilə malsatan və podratçılarla hesablaşmalar” adlı sərbəst subhesabın açılması tövsiyyə edilir.

    4. Malsatanlardan sərbəst konvertləşən valyuta ilə hesab-faktura olan alıcı təşkilat onları adi qaydada aksepit edir, başqa sözlə 201, 202, 203, 204, 205, 206, 207, 208 saylı hesablar və 431-cı hesab kreditləşir. 431-cı hesab üzrə uçot xarici valyuta ilə aparıldıqda onun manatla ekvivalenti də göstərilməlidir. Əgər, xidmət ayın 17-də göstərilmişdirsə, hesab-faktura ayın 20-də yazılmışdırsa və ödənişə ayın 25-də təqdim edilmişdirsə, onda əməliyyatı ayın 17-də mövcud olan məzənnə ilə əks etdirmək lazımdır.

    5. 212 “Törəmə müəssisələrin qısamüddətli debitor borcları” adlı hesabın tərkibində aşağıdakı subhesablar açıla bilər:

  1. “Törəmə müəssisələrlə hesablaşmalar”

  2. “Asılı müəssisələrlə hesablaşmalar”

  3. “Birgə fəaliyyət haqda müqavilə üzrə hesablaşmalar”.

    1. Hər bir müəssisənin uçot siyasətində borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası, borc öhdəlikləri üzrə gəlirlərin hesablanılması və bölüşdürülməsi üsulları, habelə borc vəsaitlərinin müvəqqəti yerləşdirilməsindən alınan gəlirlərin uçotu qaydası açıqlanılmalıdır.

    2. 504 “Qısamüddətli borclar” və 404 “Uzunmüddətli borclar” adlı sintetik hesablar üzrə aşağıdakı qaydada analitik uçotun təşkili təklif olunur:

- borcların alınması forması üzrə;

- borcalanlar üzrə;

- borcların ödənilməsi müddətləri üzrə.


    1. Uçotu sadələşdirmək məqsədilə 501 saylı hesabı “Qısamüddətli kreditlər və borclar üzrə hesablaşmalar”, 401 saylı hesab isə “Uzunmüddətli kreditlər və borclar” adlandırmaq məqsədə uyğun olardı.

ƏDƏBİYYAT SİYAHISI



  1. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu, 2004;

  2. Гоголов А.К. «Бухгалтерский учет на компютере» М., 1997;

  3. Дантсова Л.В. «Анализ бухгалтерской отчетности» М., 1998;

  4. Ивашкин В.Н. «Бухгалтерский учет на торговле» М., 1997;

  5. Корсалин В.В. «Финансовый учет и отчетность в соответствии со стандартами ГААП» 1998;

  6. Кондраков Н.П. «Бухгалтерский учет» 1997;

  7. Пачоли Л. «Трактат о счетах и записях» М., 1998;

  8. Рахман В., Шеремет А. «Бухгалтерский учет в рыночной экономике» М., 1996;

  9. В.А.Ерофеева и др. «Аудит» М., Высшее образование, 2007;

  10. В.Ф.Палий «Международные стандарты учета и финансовой отчетности» М., ИНФРА – М, 2007;

  11. «Финансовый учет» под ред. проф. В.Г.Гетьмана, М., 2006;

  12. Ольга Николаева, Татьяна Шишкова «Управленческий учет» М., 2005;

  13. «Бухгалтерский учет» под ред. Я.В.Соколова, М., 2007;

  14. Н.П.Кондраков «Бухгалтерский учет», М., ИНФРА – М., 2006;

  15. «Комплексный экономический анализ хозйственной деятельности» под ред. А.И.Алексеева М., Кнорус, 2007;

  16. Нидлз В., Андерсон Х., Колдуелл Д. «Принципы бухгалтерсткого учета» М., 1993;

  17. Q.Rzayev «Mühasibat uçotu və audit» Bakı – 2008;

  18. Q.Abbasov, S.Səbzəliyev «Mühasibat (maliyyə) uçotu» B., 2003;

  19. S.Səbzəliyev «Mühasibat (maliyyə) hesabatı» B., 2003.

  20. Q.Abbasov, S.Səbzəliyev və b. «Mühasibat (maliyyə) uçotu» B., 2003;

  21. A.Kərimov, “Mühasibat ucotu, vergilər”, B., 2014. 711 “Kommersiya xərcləri”.

  22. Глушков И.У. «Бухгалтерский учет на современном предприятии» М., 1994;

  23. «Бухгалтерский учет» (под ред. П.С.Безруких, М., 1996);

  24. «Бухгалтерский учет» (под ред. И.Е.Тишкова, М., 1994);

  25. Səbzəliyev S. M., Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti. “Bakı”, 2010

  26. Sadıqov Ə.A, Sadıqov T.Ə, Cəfərova Ş.Ə., Sadıqov C.Ə., Mühasibat uçotu. “Bakı”, 2008

  27. S.Səbzəliyev, V.Quliyev, “İdarəetmə ucotu”, B., 2014;

  28. Q.Abbasov, “Sıfırdan başlanan mühasibat ucotu”, B., 2013;

  29. Ə.Sadiqov və b. “Mühasibat ucotu”, B., 2012;

  30. Drury C., Management and Cost Accounting, 7th Edition, “London: Cengage Learning”, 2008


Резюме

В работе определено, что при учете денежных средств и расчетов важнейшей функцией является конроль их сохранности, приумножение и целенаправленное использование. Платежеспособность организации, современность оплаты труда персонала, расчетов с поставщиками и подрядчиками, платежей в бюджет во многом зависит от того, насколько успешно выполняется данная функция. Далее указано, что бухгалтерский учет денежных потоков имеет большое значение для правильной организации денежного обращения, расчетов и кредитования, укрепления платежной дисциплины, эффективного использования финансовых ресурсов.



Summary

The paper identified that the cash accounting and settlement is the most important function konrolya their safety, increase and targeted use. The solvency of the organization, remuneration of staff present, payments to suppliers and contractors, payments into the budget depends on how successfully performing this function. Further, given that the accounting of cash flows is essential for the proper organization of money circulation, payment and lending, strengthening payment discipline, efficient use of financial resources.




Yüklə 410 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə