Magistrant yeniyetməLƏRİn bəDİİ ZÖVQÜNÜn formalaşmasinda kitabxanalarin rolu



Yüklə 46,24 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü46,24 Kb.
#1740


 ЕSMİRA ZƏRBƏLİYЕVA  

Magistrant  

 

YENİYETMƏLƏRİN BƏDİİ ZÖVQÜNÜN 

FORMALAŞMASINDA KİTABXANALARIN ROLU 

     

Respublikamızda  1990-cı  illərdən  başlayaraq  tərbiyə  prosesi  milli 

istiqamətdə  məqsədli  şəkildə  formalaşmağa  başlamışdır.  Bu  da 

müstəqillik  illərində  respublika  uşaq  və  gənclər  kitabxanalarından 

yeniyetmələrə  xidmətin  təşkilini  keyfiyyətcə  yeni  vəzifələrin  həyata 

keçirilməsini  tələb  edir.  Yeni  şəraitdə  mütaliənin    məzmununda  baş 

verən  dəyişikliklər  yeni  xidmət  növlərinin  istifadəsi  üçün  şərait 

yaratmalıdır. 

Mütaliəyə  rəhbərlik  işi  hər  cür  ideoloji  ehkamlardan  azad  olub 

yeniyetmələrin 

mütaliəsinə, 

xalqımızın 

müstəqilliyinin 

möhkəmlənməsinə,  azərbaycançılıq  ideologiyasının  təbliğinə  və 

demokratik dünyagörüşünün formalaşmasına istiqamətlənməlidir. 

Yetişməkdə  olan  gənc  nəsil  üçün  milli  tərbiyənin  vacibliyini 

ümummmilli  liderimiz  Heydər  Əliyev  də  ziyalılarla  görüşlərində  dönə-

dönə qeyd etmiş, strateji istiqamətini müəyyənləşdirmişdir: “Gənclərimiz 

milli  ruhda  tərbiyə  olunmalıdır,  bizim  milli-mənəvi  dəyərlərimizin 

əsasında  tərbiyələnməlidirlər.”(4)  Liderin  sözlərinə  istinad  edən  Təhsil 

Naziri  prof.  M.  Mərdanov  da  öz  fikirlərində  bu  məqama  toxunmuşdur: 

“Milli  tərbiyə  işinin  məzmunu  ilk  növbədə  gənclərin  dövlətçilik, 

müstəqillik  və  mübarizlik  ruhunda  tərbiyəsindən  ibarət  olmalıdır. 

Üzərində  düşən  borcun  dərk  edilməsi  və  bunun  üçün  məsuliyyət  hissi 

daşımaq  artıq  yetkinlik  əlamətidir.  Kiçik  yaşlarından  başlayaraq  tərbiyə 

işi psixoloji, metodik əsaslar ilə düzgün qurulmalıdır ki, hər bir böyüyən 

uşaqda  yetkinləşmə  getsin.  Əgər  tərbiyə  işinin  məqsədi  aydın 

müəyyənləşdirilərsə,  ona  çatmaq  yolları  düzgün  tapılarsa  heç  şübhəsiz 

nəzərdə tutulan nəticəni almaq olar.  ”(3,13) 

Bunu  biz  t.e.d.  prof.  A.A.  Xələfovun  “Azərbaycan  müstəqilliyinə 

və  milli  ideolgiyasına  qiymətli  töhfə”  adlı  məqaləsində  görə  bilərik: 

“Milli ideologiyamız tarixi keçmişimizlə,  




millətimizin  adət-ənənələri  ilə  xalqımızın,  dövlətimizin  bugünü  və 

gələcəyi ilə bağlı olmalıdır.”(6,s 130) 

Təhsil  alan  hər  bir  yeniyetməyə  milli  tərbiyə  qaydalarının 

aşılanmasında təhsil müəssisələri, tərbiyə ocaqları ilə bərabər respublika 

kitabxanaları da yaxından iştirak etməli, bu sahədə dövlət proqramlarının 

həyata keçirilməsində köməklik göstərməlidir.  

Milli tərbiyənin əsas məqsədi mühitə və ehtiyaca uyğun olaraq gənc 

nəslin  hansı  keyfiyyətlərə  yiyələnməsi  problemini  araşdırmaqdır.  Uşaq 

mütaliəsi  sahəsində  tanınmış  alim,  dos.  Sahib  Rzayevin  fikirlərinə  görə 

tərbiyə  işində  öyrətmək  başlıca  şərtdir.  Ona  görə  də  kitabxanaların 

üzərinə  düşən  vəzifə  onlardan  daha  böyük  məsuliyyət  tələb  edir.  Bu 

baxımdan  mütaliə  vasitəsilə  öyrətmək,  öyrətməklə  tərbiyə  etmək 

vəzifəsini  üzərinə  götürən  uşaq  kitabxanalarının  işi  daha  rəngarəng  və 

çoxcəhətlidir (5,s 61).  

Inkaredilməz  faktdır  ki,  yeniyetmələrin  milli  tərbiyə  prosesinin 

həyata  keçirilməsində  mütaliə  mədəniyyətinin  formalaşması  ölkəmizin 

gələcək  taleyində  mühüm  əhəmiyyət  kəsb  edən  amildir.  Çünki 

yeniyetmələrin  mütaliəsi  onun  lazımı  tərbiyə  almasına,  şəxsiyyətinin 

formalaşmasına çox güclü təsir göstərir. 

Qədim  və  zəngin  tarixi  keçmişə  malik  Azərbaycan  xalqının 

ibrətamiz,  tərbiyəvi  inci  xəzinələri-  yazılı  tarixi  abidələri  mövcuddur. 

Yeniyetmə  mütaliəsinə  rəhbərlik  edən  kitabxanaçı  öz  oxucusuna  böyük 

əhəmiyyətli,  qədim  abidələri  təbliğ  etməklə  yeni  nəsli  Metenin 

vətənpərvərliyi ilə Cavad xan qeyrəti, Koroğlu dəliqanlılığı Dədə Qorqud 

müdrikliyi  ilə  tərbiyə  etməyi  bacarmalıdır.  Gənc  nəsli  yüksək  ideyalar 

uğrunda  tərbiyə  etmək  üçün  kitabxanaçı  bəşəriyyətin  biliklər 

məcmusundan  yaradıcılıqla  istifadə  etməyi  bacarmalıdır.  Belə  biliklər 

məcmusunda  “Kitabi-  Dədə  Qorqud”  abidəsi  mütəsna  əhəmiyyətə 

malikdir. Dastanda deyilən deyimlər, qiymətləndirilən keyfiyyətlər, irəli 

sürülən  hikmətamiz  fikirlər  yeniyetmələrin  möhkəmlənməsi,  həyat 

hadisələrindən  baş  çıxarması,  şəxsiyyət  kimi  yetkinləşməsi  üçün  böyük 

əhəmiyyət kəsb edir: 

“Qız  anadan  görməyincə  öyüd  almaz.”,  “Ağıllı  oğul  ağacın  közü, 

ağılsız oğul isə külüdür.” (3,  s.66) 

Dastanda vəsf edilən ata-ana, valideyn- övlad məhəbbəti  bu gün də 

böyük  əhəmiyyət  daşımaqdadır.  Dastanda    baş  qəhrəman,  el  ağsaqqalı 




Dədə  Qorqudun  dilindən  verilmiş  hakimanə  sözlər,  öyüd,  nəsihətlər 

oxucuya böyük əxlaqi keyfiyyətlər aşılayır.  

Milli sərvətimiz olan folklorumuz o qədər zəngindir ki, kitabxanaya 

müraciət edən hər bir yeniyetmədə bu mənbələrdən istifadə etməklə milli 

tərbiyə  aşılmaq,  yüksək  bədii  zövq  formalaşdırmaq  mümkündür. 

Kitabxanlarda  keçirilən  kitab  sərgilərinin,  yaradılan  plakatların 

başlıqlarını  zəngin  folklor  qaynaqlarından  maraqlı  nümunələr  seçməklə 

tərtib etmək olar. Məs: 

                             Hər zərbi məsəlin öz tarixi var 

                             Yersiz söz deməyib bizim babalar(H.Arif) 

başlığı altında disputlar təşkil etməli, hər bir oxucuya müəyyən mövzuda 

atalar  sözü  və  məsəllərin  əzbərlənməsi  tapşırılmalıdır.  Keçirilən 

disputlarda  oxucuların  qənaətə  gəldikləri  əxlaqi  fikirlər,  çıxardıqları 

nəticələr  digər  dinləyicilərə  də  çatdırılmalıdır.  Geniş  müzakirələr 

nəticəsində  yeniyetmələrdə  fəallıq,  təşəbbüskarlıq,  müstəqillik, 

özünütərbiyə,  qarşılıqlı  hörmət,  özünütənqid  və  s.  keyfiyyətlər 

formalaşır. Nəsildən-nəslə keçən, gündən-günə cilalanan, daha da kəsərli 

olan  atalar  sözləri  haqqında  yazıçı  və  şairlərimizin  çox  gözəl  fikirləri 

vardır: 

“Atalar sözlərinin hər biri bir dastandır.” S.Vurğun 

“Atalar sözləri öyüddür bizə 

Yüz illər, min illər deyiləcəkdir” B.Vahabzadə 

Bildiyimiz  kimi,  Azərbaycan  Respublikası  konstitusion  əsaslar 

üzərində qurulmuş dünyəvi dövlətdir. Azərbaycanda tərbiyə prosesi dini 

dayaqlara  söykənib,  hüquqi-demokratik  əsaslarla  birləşərək  mükəmməl 

bir  sistem  yaratmışdır.  Milli  istiqlaliyyətimizi  əldə  etdikdən  sonra  dinə, 

mənəviyyata,  keçmişə  qayıdış  sahəsində  bir  sıra  addımlar  atılmaqdadır. 

Bu  işə  kömək  məqsədilə  respublika  gənclər  kitabxanalarında  milli-

mənəvi  və  bəşəri  dəyərlər  əsasında  yeniyetmələrin  milli  tərbiyəsini  və 

bədii- estetik zövqünü formalaşdırmaq labüddür.  

Bu  sahədə  yeniyetmələrin  mütaliəsinə  rəhbərlik  zamanı  7-ci  əsr 

abidəsi    islam  mədəniyyətinin  qiymətli  incisi  olan  Qurani-  Kərim 

abidəsini təbliğ etmək vacibdir.  Bu abidə ən zəkalı insanların, ən müdrik 

filosofların,  ən  qabiliyyətli  siyasətçilərin  gənclərə  verə  biləcəyi 

mükəmməl  tərbiyə  əsəridir.  Şifahi  xalq  inciləri  və  klassik  ədəbi  irs 

xalqımızın hərtərəfli sosial həyat təcrübəsinə əvəzsiz xəzinə  olduğundan 




həm  də  şəxsiyyətin  kamilləşməsi,  yetkinləşməsi,  yəni  sosiallaşması 

problemi  ilə  sıx  bağlıdır  ki,  bu  cəhət  də  kitabxanaçının  diqqətindən 

yayınmamalıdır. 

Azərbayan  ədəbiyyatı  tarixinə  nəzər  saldıqda  şifahi  xalq  sənəti  ilə 

bərabər  kitabxanalarda  yeniyetmələrimizə  təbliğ  olunacaq  klassik 

ədəbiyyat nümunələri də az deyil. Bu cəhətlərə diqqət verən kitabxanaçı 

milli  ədəbiyyatımızın  hər  iki  qolunu  eyni  səviyyədə  təbliğ  etməlidir. 

Klassik ədəbi irsə nəzər saldıqda görürük ki, klassiklərimizin yaratdıqları 

əsərlərdə  təsvir  olunan  səhnələr,  şərh  olunan  ibrətamiz  hadisələr 

kitabxanaların  yeniyetmə  oxucuları  üçün  bir  ibrət  dərsidir,  onların 

qəlbində yüksək bəşəri duyğular oyadır, tərəqqi və inkişafa, ağıl və elmə, 

yer üzərində həqiqi bərabərlik, ədalət və sülhə ruhlandırır. 

Mütaliəyə yüksək qiymət verən, kitabı və mütaliəni hər cür tərbiyə 

üsullarından  üstün  tutan  söz  dühamız  Nizami  Gəncəvinin  həm  mütaliə, 

həm də tərbiyə barədəki qiymətli fikirlərinə nəzər salaq: 

                            Dünyada nə qədər kitab var belə 

  Çalışıb –vuruşub gətirdim ələ 

  Oxudum-oxudum, sonra da vardım 

  Hər gizli xəznədən bir dürr çıxardım. 

 “Insan  xeyirxah  olmalıdır.  Düşmənə  isə  xeyirxahlıq  ağılsızlıqdır.” 

“Ikiüzlü yalançı dost düşmənlərdən daha qorxuludur. Dostu bərk ayaqda, 

yaman gündə sınamaq lazımdır.” 

Nizami 

Gəncəvinin 



bu 

ibrətamiz 

fikirləri, 

humanist 

ideyaları,əxlaqi-estetik  görüşləri  kitabxanaların  həyata  keçirdiyi  tərbiyə 

işində tətbiq olunmağa layiqdir.  

Yeni dövr Azərbaycan mədəniyyətinin mütəffəkiri M.F.Axundovun 

fikirlərinə  görə  xalqda  milli  mənlik  şüurunu  inkişaf  etdirmədən  milli 

ləyaqət,  milli  vətənpərvərlik  hissi  aşılamadan  onu  mədəniyyət  yoluna 

çıxarmaq  olmaz(3,s  147).  M.F.Axundov  özü  milli  şüurun  inkişafının 

rəmzi  idi.  O  uşaqlarda  aşılanması  zəruri  olan  mənəvi  keyfiyyətlər 

içərisində  vətənpərvəliyi,  millətpərəstliyi  birinci  yerdə  qoyurdu. 

Azərbaycan  xalqının  tarixində  ilk  dəfə  olaraq  milli  dil  və  mədəniyyət 

məsələlərini  qaldırmış  bir  şəxsiyyətin  əsərləri  ilə  müasir  gəncliyimizə 

milli tərbiyənin, bədii zövqün aşılanması kitabxanaçılarımızın qarşısında 

duran ən ümdə məsələlərdən olmalıdır.  




  

Bu  gün  kitabxanalara  müraciət  edən  hər  bir  yeniyetmə  sabah 

dövlət  tribunalarından  öz  xalqının  taleyini  həll  etməli  olacaqdır. 

Kitabxanaşünaslıq  kafedrasının  dosenti,  pedaqoji  elmlər  namizədi 

E.Y.Əhmədov  yeniyetmələrin  milli-ideoloji  tərbiyəsindən  bəhs  edərək 

qeyd edir ki, uşaqların tərbiyəsindən strateji əhəmiyyət kəsb edən milli –

ideoloji  tərbiyə  onların  təfəkkürünə  tam  sahib  olmalıdır.  Çünki  qlobal 

informasiya  məkanında  müstəqil  dövlətin  malik  olduğu  atributlara 

tamamilə uyğun olan bir prosesdir. Bu prosesdə kitabxanalar mədəniyyət 

instinktinin  etibarlı  qorunub  saxlanması  üçün    ənənəvi  mütaliə  ilə  eyni 

zamanda  çap  məhsullarının  elektron  variantı  vasitəsilə  də  uşaqlarda 

mütaliə  tərbiyəsini  aktual  problem  kimi  qoymalıdır.  Belə  yeniləşmə 

mütaliəyə  rəhbərlik  edən    kitabxana  işçilərindən  xüsusi  tədqiqatların 

aparılmasını və tövsiyələrin verilməsini tələb edir.(2,s 49) 

 Bu  proses  yeniyetmələrin  milli  tərbiyəsini,  bədii  estetik  zövqünü 

formalaşdırmaq üçün yeni nəzəri metodik əsasların işlənib hazırlanması, 

yeni  azad  cəmiyyətin  tərbiyəsinə  uyğun  prinsiplərin  yaradılması  və 

ondan  istifadə  edilməsini  zəruri  edir.  Odur  ki,  yeni  şəraitdə  uşaqlara 

kitabxana-informasiya xidmətini yeniləşdirmək yaşadığımız informasiya 

cəmiyyətinin  tələblərinə  cavab  verməyi  qarşısına  məqsəd  qoyan 

kitabxanaların  XXI  əsrin  əvvəllərində  yeniyetmələrə  kitabxana 

xidmətinin təşkili, kitabxanaların müasir informasiya resursları ilə təmin 



edilməsi məsələlərində nailiyyət qazanması üçün mühüm şərtdir.  

 

Ədəbiyyat 

1.

 

Aslan  K.  Bədii  ədəbiyyatın  təbliği  üsullarının  təkmilləşdirilməsi 

yolları//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi –nəzəri, təcrübi jurnal. 

- B.: Bakı Universiteti Nəşriyyatı,2002.-№1. S. 54-64 

2.

 

Əhmədov  E.Y.  ABŞ  və  Rusiya  kitabxanalarının  iş  təcrübəsində 

uşaq mütaliəsi məsələləri.-B.- 2005,49 s. 

3.

 

 Əhmədova  Ə.  Azərbaycan  ictimai-  pedaqoji  fikrində  milli 

tərbiyə  problemi və onun həlli yolları: I kitab.-B.: “MBM”, 2005, 184 s.  

4.

 

Əliyev  H.  Hər  bir  Azərbaycan  gənci  müstəqil  dövlətimizin  fəal 

qurucusu olmalıdır//Azərbaycan.-1996.-2 fevral 

5.

 

Rzayev S.M  Kiçik məktəb yaşlıların mütaliəsinə fərdi rəhbərliyin 

pedaqoji-psixoloji əsasları.// ADU-nun elmi əsərləri: Kitabxanaşünaslıq  

və biblioqrafiya ser.-1983.- №1. S.61-67.  


6.

 

Xələfov  A.A.  Azərbaycan  müstəqilliyinə  və  milli  ideologiyasına 

qiymətli töhfə//Bakı Universiteti Xəbərləri: Humanitar elmlər ser.-1998.- 

№1. S.128-139.  

Эсьмира  Зарбалиева  

Рол библиотек художественная вкуса 

формирование подрастающие поколение 

 

РЕЗЮМЕ 

В  статье  рассматриваются  вопросы  о  роли  и  значения 

библиотек.  Воспитание  национального  самосознания  подрас-

тающего  поколения,  при  помощи  пропаганды  художественной 

литературы. 

 

Esmira Zarbalиyeva  

The role of the lиbrarиes иn formatиon 

adolescent’s artиstиc taste 

 

SUMMARY 

Ыn  artиcle  иs  examиned  questиons  about  a  role  and  values  of 

lиbrarиes.  Educatиon  of  natиonal conscиousness  of  rиsиng  generatиon,  by 

means of propaganda of fиctиon. 

7.

 

 

 

Yüklə 46,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə