Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə24/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   20   21   22   23   24   25   26   27   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



48 

və  ya  sferikə    yaxın  formaya  malik  olur.  Yuxarıda  deyilənləri  özündə  əks  etdirən  əsas  tədqiqatlardan  biri 

yüksəkmöhkəmlikli  çuqun  üzərinə  nanoölçülü  mis  ovuntusunun  çökdürülməsidir.  Bununla  əlaqədar  olaraq 

nanotexnologiya üzrə nanoölçülü ovuntunun alınması və ovuntu axımının  və dispersliyinin tənzimlənməsi , 

eyni zamanda çuqun üzərinə  örtük kimi çökdürülməsi və onun denfirləmə xüsusiyyətinin yaxşılaşdırılması 

ən  əsas tədqiqat    işi  kimi  sayılır. Tədqiqatda  nanoölçülü  mis  ovuntularının  alınmasında  ilkin  reagent  kimi 

CuS



,NaOH  istifadə  edilmiş  və  bu  texnelogiya  optimallaşdırılmışdır.  M



  + 

(K)OH→M (OH

+ KA (1) tənliyin əsas tutaraq  CuS

+

 + NaOH→ ↓CuO+



+↓NaS

 

alınır. Prosesdə çox iti getdikdən sonra indiksion period baş verir. Hansı ki, burada məhlulu reduksiyaedicisi 



ilə çökmüş oksidin qarşılıqlı təsiri başlayır. Bundan sonra metallik misin özəkləri yaranır və  bundan sonra  

reduksiya sürətlənir və metallik mis ovuntusu yaranır. 

 

REKTİFİKASİYA KALONUNDA BOŞQABLARIN MÜQAYİSƏLİ 

TƏHLİLİ VƏ ANALİZİ 

                                                                     

Qədirzadə A.Q. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Daxili kontakt qurğularının tipinə görə kalon aparatları boşqablı, qapaqlı, örtüklü aparatlara ayrılır. 

Kontakt boşqablı aparatlarda fazalararası əlaqə - buxar (qaz) kontakt qurğularının         üzərində olan 

maye qatından keçərkən baş verir.Buxar (qaz) kalonun içərisində aşağıdan yuxarıya qalxaraq əvvəlcə maye 

qatından,  sonra  isə  qapaqlardakı  yarıqlardan  yuxarı  hissəyə  keçir.Boşqablar  üzərindəki  maye  səviyyəsi 

arakəsmə ilə saxlanılır.Boşqab üzərində artiq qalan maye axıdıcı stəkanlar vasitəsilə aşağıdakı boşqaba axır.  

Rektifikasiya və absorbsiya kalonlarında müxtəlif dizaynlı boşqablardan istifadə olunur.Məs:qapaqlı, 

klapanlı,  torşəkilli.Bunlar  öz  xassələri  və  texniki-iqtisadi  verilənlərinə  görə  kəskin  fərqlənirlər.Kontakt 

qurğusunun  dizaynını  seçərkən  onun  hidrodinamik,  kütlə  mübadiləsi  xassələrini  eləcədə  işinin  iqtisadi 

göstəricilərini mütləq nəzərə almaq lazımdır. 

Hal-hazırda  istehsalatda  100-dən  çox  müxtəlif  boşqab  konstruksiyaları  işlənir.Bunlar    mayenin  bir 

boşqabdan  digər  boşqaba  ötürülməsinə,  maye  və  buxar  (qaz)  fazasının  əlaqəsinə,  əlaqədə  olan  fazaların 

dispergiyasına, buxarın (qazın) mayeyə daxil edən qurğunun dizaynına görə təsnif olunurlar. 

Bizim  işimizin  məqsədi  rektfikasiya  kalonunun  işçi  parametrlərinin  hesablanması  və  onların 

optimallaşdırılması  üçün  proqram  tərtib  edib  və  o  proqramlar  əsasında  qapaqlı  və  torşəkilli  boşqab 

dizaynlarının iş rejimini hesablamaq və müqayisə etməkdir. 

Hal-hazırda  qapaqlı  boşqab  konstruksiyalarının  istehsalında  aparıcı  mövqe  “Glitsch”  firmasına 

məxsusdur. 

Biz  bu  iki  dizaynlı  kalonların  iş  prinsipini  muqayisə  etmişik  və  belə  bir  nəticəyə  gəlmişik  ki,  çox 

hallarda  bir  dizaynın  çatışmazlıqlarını  o  biri  dizayn  aradan  qaldırır.Ona  görə  də  biz  belə  qərara  gəldik  ki, 

prosesdən asılı olaraq bu iki dizaynlı boşqabları bir kalonda yerləşdirmək daha məqsədə uyğundur.Bu zaman 

həm boşqabların faydalı iş əmsalı artır, həm də ki bu coxlu texniki problemləri aradan qaldırır. 



 

QUYUDİBİ ZONANIN BƏRKİDİLMƏSİ ÜÇÜN MƏSƏLƏNİN MAHİYYƏTİ 

 

Quluzadə Ə.İ. 



Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Quyudibi zonaın bərkidilməsində məqsəd quyudibi zonanın skletini bərpa etmək laydan gələn qumun 



qarşısını almaq, filtr zonasında kəmər arxasının bərkidilməsi nəzərdə tutulur. 

Tətbiq  olunan  texnologiyaların  mahiyyəti  ondan  ibarətdir  ki,  laydan  gələn  qumun  qarşısı  alınsın, 

təmirlər arası müddət uzadılsın, neftin çıxarılması üçün çəkilən xərclər yəni neftin maya dəyəri azaldılsın, 

quyunun iş rejimini optimal rejimə gətirmək mümkün olsun və quyu sabit debitlə işləsin. 

Tətbiq  olunan  texnologiyaların  mahiyyəti  əyilməyə,  sıxılmağa  möhkəmlik  həddi  yüksək  olan, 

keçiricilik və məsaməlilik qabiliyyətinə malik tamponaj məhlulu hazırlanmaq və həmin tamponaj məhlulunu 

quyudibi  zonaya  çatdırmaqdan  ibarətdir.  Texnologiya  əsasən  tətbiq  olunur  zəif  sementlənmiş  çökmə 

süxurlarında,  çünki  zəif  sementlənmiş  süxurlarda  qumun  intensiv  quyudibine  axını  baş  verir  və  bunun 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



49 

nəticəsində  həm  quyudibi  zonanın  skleti  pozulur,  süzgəc  zona  və  quyu  daxili  avadanlıqıar  eroziyaya 

uğrayaraq digər problemlərin yaranmasına şərait yaradır.  

Bu texnologiyanın digər texnologiyalardan bir sıra üstün cəhətləri vardır: 

Alınan sement daşının möhkəmik həddinin (əyilmə və sıxılmaya) yüksək olması, 

 



Məsamə və keçiriciliyin geniş diapazonda tənzimlənə bilməsi və bu zaman möhkəmlik xassələrinin 

qorunub saxlanması. 

 

Hazırlanma texnologiyası xüsusi qurğu və avadanlıq tələb edir, 



 

Tamponaj məhlulunun bircinsli olması, 



 

Quru sement tozuna qənaət edilməsi



 

İqtisadi cəhətdən sərfəliliyi. 



 

MAİLİ QUYULARDA YARANMIŞ İKİNCİ LÜLƏNİN TƏCRİD OLUNMASI 

 

Quluzadə T.E. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Maili quyu lüləsində mürəkkəbləşmə baş verdikdən sonra lülənin tamlığını bərpa etmək üçün təkrar 



işləmə  aparılan  zaman  işlənilən  intervallarda  quyunun  faktiki  əyrilik  parametrləri  və  onların  dəyişmə 

intensivliyi  düzgün  nəzərə  alınmadığına  görə  bəzən  quyu  lüləsinin  kəsilərək  yana  çıxması  səbəbindən 

quyuda ikinci lülə əmələ gəlir. 

Qazıma məhlulunun parametlərinə nəzarət etmədikdə məhlulun su verməsinin çoxalması, onun reoloji 

parametlərinin  kəskin  dəyişməsi,  qazıma  alətinin  quyudan  qaldırılması  zamanı  quyunun  həlqəvi  fəzasının 

qazıma  məhlulu  ilə  doldurulmasına  nəzarətsizlik  və  qazıma  kəmərini  quyudan  qaldıran  zaman  quyuda 

“porşenlənmə” effektinin olmasına fikir verilməməsi nəticəsində qazılmış quyu lüləsi diametrinin daralması, 

bir  çox  hallarda  isə  uçmasından  mürəkkəbləşmələr  yaranır.  Baş  vermiş  bu  cür  mürəkkəbləşmələri  aradan 

qaldırmaq üçün quyu lüləsində təkrar işlənmə aparılır. 

Şaquli  quyulardan  fərqli  olaraq  maili  quyularda  aparılan  təkrar  işlənmə  zamanı  qazıma  kəmərinin 

aşağı hissəinə (QKAH) birləşdirilmiş baltanın quyu lüləsinin mərkəzi ilə hərəkət etməsi üçün baltaya təsir 

edən  yanaverici  qüvvənin  qiyməti  hesablanmalıdır.  Quyu  lüləsinin  yumşaq  süxurlardan  ibarət  olan 

mürəkkəbləşmiş intervallarında təkrar işləmə aparan zamanı lülənin əyrilik parametrləri, QKAH baltaya təsir 

edən  yanaverici  qüvvəsinin  qiyməti  nəzərə  alınmadığından,  mexaniki  sürətin  böyük  olması  icraçılarda 

arxayınçılıq yaratdığından quyuda ikinci lülənin qazılması baş verir.  

Qazıma kəməri quyuya endirildikdə onun aşağı keçməsi yaxşı olduğundan daimi olaraq ikinci lüləyə 

daxil  olur.  Baş  vermiş  bu  mürəkkəbləşmənin  aradan  qaldırılma  vaxtı  getdikcə  artır.  Əsas  lüləyə  qazıma 

kəmərinin  buraxılması  mümkün  olmadığından  orada  olan  qazıma  məhlulunun  parametlərinin  pisləşməsi 

lülədə əlavə mürəkkəbləşmələr yaradır. Vaxt uzandıqca mürəkkəbləşmənin aradan qaldırılması çətinləşərək 

əlavə vəsait sərfinə gətirib çıxarır. 

Maili  quyularda  ikinci  lülənin  qazılması  üçün  təkrar  işlənmə  aparılan  zaman  hər  100-200  m-dən  bir 

elektrik  inklinometri  vasitəsilə  ölçü  işi  aparmaqla  quyu  lüləsinin  aşağı  keçilən  hissəsinə  nəzarət  etmək 

lazımdır.  Əsas  quyu  lüləsindən  kənara  çıxaraq  başqa  istiqamətdə  qazılmış  ikinci  quyu  lüləsi  müəyyən 

edildikdə isə onu təcrid etmək üçün hesablamalar aparılaraq quyuda olan hər iki lülənin fəza trayektoriyası 

qurulmalıdır. 

Tədqiqat  işləri  aparmaq  üçün  elektrik  inklinometri  ilə  aparılmış  ölçü  işləri  nəticəsində  əsas  lülədən 

ikinci  lülə  qazılmış  quyu  seçilmişdir.  Qazma  kəmərinin  quyuya  buraxılması  zamanı  onun  əsas  lüləyə 

yönəldilməsi çətin və bəzi hallarda mümkün olmadığından QKAH  əyrilik bucağı 1,5º-2º olan  əyri keçirici 

bağlanılması  ilə  mümkün  olmuşdur.  Quyuda  normal  iş  rejimi  yaratmaq  üçün  ikinci  lülədə  sementləmə 

aparmaqla əsas lülədən təcrid olunması tələb olunmuşdur. 

Quyuda  əlavə  mürəkkəbləşmə  baş  verməməsi  üçün  sementləmə  aparılan  zaman  quyuya  vurulmuş 

sement  ikinci  lüləni  təcrid  etməklə  yanaşı  əsas  lülədə  qalmamalıdır.  Əsas  lülədə  sementin  az  miqdarda 

qalması  onun  aşağı  hissəsinin  itirilməsi  ilə  nəticələnərək  quyunun  üçüncü  lülə  ilə  qazılmasına  səbəb  olar. 

Əsas lülədə sement məhlulunun qalmasının qarşısını almaq üçün QKAH əyri keçirici birləşdirildikdən sonra 

qazıma şamları iki açarla sıxılaraq quyuya buraxılmışdır. 

Qazıma kəmərinin aşağı ucu lülələrin kəsişmə dərinliyinə çatdıqda qazıma kəməri üzərində qaynaqla 

“nişanlanmış xətti” quyu ağzında müxtəlif istiqamətlərə yönəltməklə əyri keçiricinin istiqamətini əsas lüləyə 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə