Magistratura məRKƏZİ” Əlyazması hüququnda Rzayev Murad Əsgər oğlu



Yüklə 2,51 Mb.
səhifə1/10
tarix17.09.2018
ölçüsü2,51 Mb.
#68815
  1   2   3   4   5   6   7   8   9   10


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ”

Əlyazması hüququnda

Rzayev Murad Əsgər oğlu

«Kommersiya təşkilatlarinin maliyyə sabitliyinin, ödəmə qabiliyyətinin təhlili və onun təkmilləşdirilməsi istiqamətləri» MÖVZUSUNDA

MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı: İİM-060402 “Mühasibat uçotu və audit”

İxtisaslaşma: İstehsal sferasında mühasibat uçotu vəaudit”

Elmi rəhbər: dos.H.A. Cəfərli

Magistr proqramının rəhbəri: dos.H.A. Cəfərli

Kafedra müdiri: prof.S.M.Səbzəliyev

B A K I - 2 0 1 7

MÜNDƏRİCAT



I FƏSİL. MALİYYƏ SABİTLİYİNİN VƏ ÖDƏMƏ QABİLİYYƏTİNİN TƏHLİLİNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI 7

1.1. Maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təhlilinin əhəmiyyəti, vəzifələri və əsas üsulları 7

1.2.Maliyyə sabitliyini və ödəmə qabiliyyətini xarakterizə edən iqtisadi göstəricilər sistemi 14

1.3. Maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlilinin əsas informasiya mənbələri və onların iqtisadi xarakteristikası 23

II FƏSİL. MALİYYƏ SABİTLİYİNİN VƏ ÖDƏMƏ QABİLİYYƏTİNİN TƏHLİLİ METODİKASİ 32

2.1. Maliyyə vəziyyəti və onun sabitlik səviyyəsinin təhlili mеtodikası 32

2.2. Ödəmə qabiliyyətinin və likvidliyin təhlili metodikası 41

2.3. Pul vəsaitlərinin axınının təhlili 48

III FƏSİL. MALİYYƏ SABİTLİYİNİN VƏ ÖDƏMƏ QABİLİYYƏTİNİN TƏHLİLİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 56

3.1.Debitor və kreditor borcların təhlilinin təkmilləşdirilməsi istiqamətləri 56

3.2. Dövriyyə aktivlərindən səmərəli istifadənin təkmilləşdirilməsi istiqamətləri 63

3.3. Maliyyə sabitliyi ehtiyatlarının artırılması və onun təmin edilməsinin təkmilləşdirilməsi istiqamətləri 68

NƏTİCƏ VƏ TƏKLİFLƏR 73

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 77


Giriş.

Mövzunun aktuallığı. Təşkilatın müvəffəqiyyətli maliyyə vəziyyəti onun fasiləsiz və effektiv fəaliyyətinin vacib şərtidir. Ona nail olmaq üçün subyektin daimi ödəmə qabiliyyətini, onun balansının yüksək likvidliyini, maliyyə müstəqilliyini və təsərrüfatçılığın yüksək məhsuldarlığını təmin etmək lazımdır.

Maliyyə vəziyyətinin dəyişikliyinin dərin səbəblərinin üzə çıxardılması üçün təşkilatın fəaliyyətinin bütün tərəflərini (istehsal, onun potensialı, təşkili, reallaşdırılması, maliyyə əməliyyatları, pul axınlarının hərəkəti və s.) xarakterizə edən çoxsaylı göstəriciləri öyrənmək lazımdır. Təşkilatın maliyyə sabitliyinin hərtərəfli kompleks təhlilin tətbiqi ayrı-ayrı göstəriciləri idarə etmək üçün real ilkin şərait yaradır.

Bazar iqtisadiyyatı şəraitində iqtisadçılar, menecerlər, mühasiblər, auditorlar iqtisadi təhlilin ən yeni metodlarını, təhlilin aparılması zamanı iqtisadi informasiyadan düzgün istifadə etməyi; təhlilin alətlərini təcrübədə daha effektiv tətbiq etməyi; maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin metodikasını dərk etməyi; maliyyə sabitliyinə və təşkilatın ödəmə qabiliyyətinə düzgün qiymət verməyi bilməlidilər.

Ödəmə qabiliyyəti və likvidlik bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə-iqtisadi fəaliyyətinin ən əhəmiyyətli xarakteristikasıdır. Əgər müəssisə ödəmə qabiliyyətlidirsə, o investisiyaların cəlb edilməsində həmin profilli başqa müəssisələrindən qarşısında kreditlərin alınmasında, təchizatçıların seçimində və ixtisaslaşdırılmış kadrların seçimində üstünlüyə malikdir.

Müəssisənin maliyyə vəziyyətinin sabitliyinin təhlili yalnız iqtisadi çətinliklər olduqda deyil, həm də onları qabaqcadan görmək üçün, onlardan qaçmaq üçün, uzunmüddətli, qeyri-maddi, cari (dövriyyə) aktivlərini, şəxsi və borc kapitalını daha səmərəli istifadə etmək üçün aparılmalıdır.

Maliyyə sabitliyi xərclərin üstündə gəlirlərin sabit artmasının əks edilməsidir, müəssisənin sərbəst pul vəsaitləri ilə manevr etməsini təmin edir və onların effektiv istifadəsi yolu ilə fasiləsiz istehsalat prosesinə və məhsulun reallaşdırmasına imkan yaradır. Buna görə maliyyə sabitliyi bütün istehsal-təsərrüfat fəaliyyətinin prosesində formalaşdırılır və müəssisənin ümumi sabitliyinin əsas komponentidir.

Müəssisənin maliyyə vəziyyəti, onun sabitliyi və stabilliyi onun istehsal, kommersiya və maliyyə fəaliyyətinin nəticələrindən asılıdır. Əgər istehsal və maliyyə planları uğurla yerinə yetirilirsə, onda bu, müəssisənin maliyyə vəziyyətinə müsbət təsir göstərir. Əksinə, istehsal və satış həcminin azalması nəticəsində onun maya dəyərinin yüksəlməsi və gəlirin və mənfəətin miqdarının azalması və bunun nəticəsində də müəssisənin maliyyə vəziyyətinin pisləşməsi və ödəmə qabiliyyəti aşağı düşməsi baş verir. Deməli, sabit maliyyə vəziyyəti xoşbəxt təsadüf deyil, müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrini müəyyənləşdirən bütün kompleks amilləri savadlı, bacarıqlı idarəetmənin nəticəsidir.

Kommersiya təşkilatının maliyyə vəziyyətinin sabitliyi ehtiyatların şəxsi və borc mənbələrinin ölçülərinin və ehtiyatların özlərinin dəyərinin formalaşmasının nisbətini müəyyən edir. Ehtiyatların və xərclərin formalaşma mənbələri ilə təmin olunması, həmçinin maliyyə resurslarından effektiv istifadə maliyyə sabitliyinin əhəmiyyətli xarakteristikasıdır, bu zaman ödəmə qabiliyyəti onun xarici təzahürü kimi çıxış edir. Beləliklə, maliyyə sabitliyinin təzahür forması ödəmə qabiliyyəti ola bilər.

Yuxarıda deyilənləri nəzərə alaraq deyə bilərik ki, maliyyə sabitliyinin təhlili aktuallıq kəsb edir. Belə ki, maliyyə sabitliyi təşkilatın real maliyyə vəziyyətinin qiymətləndirilməsinin məqsədyönlü xüsusiyyətidir, daxili iqtisadi imkanların, onun möhkəmləndirilməsi vasitələrinin və üsullarının axtarılması isə iqtisadi təhlilin aparılmasının və məzmununun xarakterini müəyyən edir. Beləliklə, maliyyə sabitliyi - bu effektiv formalaşması, maliyyə resurslarınınım bölüşdürülməsi və istifadə əsasında kommersiya təşkilatının fəaliyyətinin zəmanətli ödəmə qabiliyyəti və krediti ödəmə qabiliyyətidir.



Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi kommersiya təşkilatlarında maliyyə sabitliyinin, ödəmə qabiliyyətinin təhlili və onun təkmilləşdirilməsi yollarını araşdırmaqdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi məqsədəuyğun hesab olunur:

  • maliyyə sabitliyini və ödəmə qabiliyyətini xarakterizə edən iqtisadi göstəricilər sistemini araşdırmaq

  • maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlilinin əsas informasiya mənbələrini müəyyən etmək və onların iqtisadi xarakteristikasını vermək

  • maliyyə vəziyyəti və onun sabitlik səviyyəsinin təhlili mеtodikası haqqında danışmaq

  • debitor və kreditor borcların təhlilinin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etmək

  • dövriyyə aktivlərindən səmərəli istifadənin təkmilləşdirilməsi istiqamətlərini aşkara çıxartmaq

Tədqiqatın nəzəri və metodoloji əsasları. Tədqiqatın nəzəri əsasını maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təhlilinin əhəmiyyəti, vəzifələri və əsas üsulları, maliyyə sabitliyini və ödəmə qabiliyyətini xarakterizə edən iqtisadi göstəricilər sistemi, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlilinin əsas informasiya mənbələri və onların iqtisadi xarakteristikası təşkil edir.

Tədqiqatın metodoloji əsasını maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlilinin təkmilləşdirilməsi istiqamətləri təşkil edir.

Tədqiqat işində müqayisə, iqtisadi təhlil, müqayisəli təhlil metodlarından və s. üsullardan istifadə olunmuşdur.

Tədqiqatın informasiya bazası. İqtisadiyyata dair dərsliklər və dərs vəsaitləri, tədqiqat işləri, məqalələr, mühasibat uçotu məlumatları, mühasibat hesabatları, iqtisadi göstəricilər tədqiqat işinin informasiya bazasını təşkil edir.

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini kommersiya təşkilatlarında maliyyət sabitliyi və ödəmə qabiliyyətinin təhlili, predmetini isə onunla bağlı bütün proseslər təşkil edir.

Tədqiqatın elmi yeniliyi. İşin elmi yeniliyi dedikdə, bazar iqtisadiyyatı şəraitində kommersiya təşkilatının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, likvidliyin, pul axınlarının təhlilinin, debitor və kredit borclarının təhlilin təkmilləşdirilməsi, dövriyyə aktivlərindən səmərəli istifadə olunması nəzərdə tutulur.

Tədqiqat işinin praktiki əhəmiyyəti. İşdə əldə olunan nəticələr və təkliflər gələcəkdə kommersiya təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılmasında və dərindən öyrənilməsində istifadə edilə bilər.

İşin həcmi və strukturu. Dissertasiya işi giriş, 3 fəsil, 9 yarımfəsil, nəticə və təkliflər bölməsindən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı, məqsədi və vəzifələri, nəzəri və metodoloji əsası, elmi yeniliyi, praktiki əhəmiyyəti verilmişdir.

Dissertasiya işinin “Maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlilinin nəzəri-metodoloji əsasları” adlanan I fəslində maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təhlilinin əhəmiyyəti, vəzifələri və əsas üsulları, iqtisadi göstəricilər sistemi, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlilinin əsas informasiya mənbələri və onların iqtisadi xarakteristikası verilmişdir.

İşin “Maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlili” adlanan II fəsli maliyyə vəziyyəti və onun sabitlik səviyyəsinin təhlili mеtodikası, likvidliyin təhlili metodikası, pul vəsaitlərinin axınının təhlili məsələlələrinə həsr olunmuşdur.

“Maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təhlilinin təkmilləşdirilməsi istiqamətləri” adlanan III fəsil təcrübi hissəni əks etdirərək ümumi kommersiya təşkilatlarına tətbiqən debitor və kreditor borcların təhlilinin, dövriyyə aktivlərindən səmərəli istifadənin təkmilləşdirilməsi istiqamətləri, maliyyə sabitliyi ehtiyatlarının artırılması və onun təmin edilməsinin təkmilləşdirilməsi istiqamətlərindən bəhs edir.

Tədqiqat işinin “Nəticə və təkliflər” bölməsində tədqiqat əsasında əldə edilmiş nəticələr və təkliflər verilmişdir. Ədəbiyyat siyahısında işdə istifadə edilmiş informasiya mənbələrinin siyahısı təqdim olunmuşdur.




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə