Magistratura məRKƏZİ” Əlyazması hüququnda Rzayev Murad Əsgər oğlu


Pul vəsaitlərinin axınının təhlili



Yüklə 2,51 Mb.
səhifə7/10
tarix17.09.2018
ölçüsü2,51 Mb.
#68815
1   2   3   4   5   6   7   8   9   10

2.3. Pul vəsaitlərinin axınının təhlili


Pul vəsaitlərinin axının təhlilinin əsas məqsədi pul vəsaitlərinin çatışmazlığı və artıqlığının səbəblərini ortaya çıxartmaqdan, onların daxil olmasının mənbələrini və müəssisənin cari likvidlik və ödəməqabiliyyətinə nəzarət etmək üçün xərclərin istiqamətini müəyyən etməkdən ibarətdir. Bu parametrlər real pul dövriyyəsindən bilavasitə asılı olaraq mühasibat balansı hesablarında əks olunan pul daxil olmalarının və ödəmələrinin axını şəklindədir.

Buna görə də pul vəsaitlərinin hərəkətinin təhlili ödəmə qabiliyyəti və likvidliyinin qiymətləndirilməsi metodikasını tamamlayır və müəssisənin maliyyə-iqtisadi vəziyyətini real qiymətləndirmək imkanı verir. Bu məqsədlə birbaşa və dolayı metoddan istifadə etmək olar.

Pul axınlarının təhlili üçün əsas sənəd birbaşa metod əsasında tərtib olunmuş Pul vəsaitlərinin hərəkəti haqqında hesabatdır (forma 4). Bu sənədin köməyilə aşağıdakıları qurmaq mümkündür:

1. Xüsusi mənbələrin hesabına cari və investisiya fəaliyyətinin səviyyəsinin maliyyələşdirilməsi.

2. Müəssisənin xarici borclardan asılılığı.

3. Hesabat dövründə dividend siyasətini və gələcəyə dair proqnozu.

4. Müəssisənin maliyyə elastikliyini, yəni onun pul ehtiyatlarını (pul vəsaitlərinin xalis axını) yaratmaq qabiliyyəti.

5. Keçən dövr (rüb) üçün onun ödəmə qabiliyyətinin real vəziyyəti və növbəti qısamüddətli dövr üçün proqnoz.

Pul axınlarının təhlili prosesində aşağıdakı suallara cavab vermək məqsədəuyğundur.

Vəsaitlərin mədaxili halında:

• qısamüddətli öhdəliklərin hesabına axın baş verdimi, hansılar ki, gələcəkdə axın (ödəmələr) tələb edəcəklər;

• burada səhmlərin əlavə emissiyasının hesabına səhmdar kapitalın artmaları varmı;

• əmlakın satılması varmı (əsas vəsaitlər, maddi ehtiyatlar və s.);

• maddi dəyərlərin, natamam istehsalın, anbarda hazır məhsulun və malların ehtiyatları azalırmı. 

Vəsaitlərin məxarici halında:

• dövriyyə aktivlərinin dövriyyəsinin göstəricilərinin azalmaları varmı;

• ehtiyatların və debitor borcunun mütləq qiymətləri artmırmı;

• malların satışının həcminin kəskin artımı oldumu, bu onların reallaşdırmasına əlavə pul xərclərini tələb edir;

• səhmdarlara bölüşdürülmüş xalis gəlirin məsləhət görülən normasının həddən artıq ödəmələri varmı (30-40%);

• dövlətin büdcə fonduna vergi və yığımlar və büdcədənkənar dövlət fondlarına vaxtındamı dövlət büdcədən kənar fondlarına ödəmələr vaxtında ödənilirmi;

• əmək haqqı üzrə personala uzun müddətli borc oldumu.

Analitik iş nəticəsində çatışmazlığın səbəbləri haqqında ilkin nəticələrə gəlmək olar. Belə səbəblər ola bilərlər:

1. satışların, aktivlərin və şəxsi kapitalın aşağı rentabelliyi;

2. maliyyələşdirmənin uyğun mənbələriylə təmin edilməmiş böyük kapital xərcləri; inflyasiyanın kapital qoyuluşlarına təsiri;

3. vergilərin və yığımların və səhmdarlara dividentlərin məbləğinin yüksək ödəmələri;

4. balansın passivində borc kapitalının həddən artıq payı (50%-dən yuxarı) və bununla bağlı kreditlər və borclardan istifadə üçün yüksək faiz ödəmələri;

5. dövriyyə aktivlərinin dövriyyəsinin əmsalının azalması, yəni əlavə vəsaitlərin müəssisənin dövriyyəsinə cəlb etmə.

Ümumi pul axını sıfıra cəhd etməlidir, çünki fəaliyyətin bir növü üzrə mənfi saldonu onun başqa növü üzrə müsbət saldo ilə kompensasiya edirlər.

Ümumi pul axınını idarə etmənin prosesinə aşağıdakı tələblər qoyulur:

1. mümkün qədər çox satmaq və müxtəlif qiymətlər üzrə. Satışın qiyməti yalnız real pul xərclərini özünə daxil etmir, həm də əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasını, hansı ki, təcrübədə pul axınını artırır, həmçinin satıcının gəlirini;

2. dövriyyə aktivlərinin çatışmazlığından çəkinərək onların dövriyyəsini mümkün qədər çox sürətləndirmək, bu da istehsalın həcminin və malların satışının azalmasına gətirib çıxara bilər;

3. debitorlardan pul vəsaitlərini mümkün qədər tez yığmaq, unutmamaq lazımdır ki, bütün alıcılara həddən artıq tələblər qoymaq gələcəkdə satış həcminin düşməsinə gətirib çıxara bilər. Debitorlardan pulun alınmasının sürətlənməsi üçün mallara və xidmətlərə qiymət endirimlərindən istifadə etmək məqsədəuyğundur;

4. müəssisənin cari və gələcək fəaliyyəti üçün itkiyə yol vermədən kreditor borcunun münasib müddətdə ödənməsinə nail olmağa, təchizatçılarda mövcud olan endirimlərlə verilən istənilən üstünlüklərdən istifadə etməyə çalışmaq.

Pul axınlarını idarə etmə prosesi baza və hesabat dövrləri üçün pul vasitələrinin hərəkətinin təhlilindən başlayırlar. Belə təhlil müəssisədə nağd pulun harada yaradıldığını və harada xərcləndiyini təyin etməyə icazə verir.



Pul axınlarının təhlilinin birbaşa metodu [33, 63]

Hesablamanın bu metodu dövr ərzində pul vəsaitlərinin hesabları üzrə əməliyyatların (dövriyyələr) nəticələrinin əks edilməsinə əsaslandırılmışdır. Bu halda əməliyyatlar fəaliyyətin üç növü üzrə qruplaşdırılır:



  • cari (əməliyyat) fəaliyyət – reallaşdırmadan alınan gəlirin, avansların alınması, təchizatçıların hesabları üzrə ödəniş, qısamüddətli kreditlərin və borcların alınması, əmək haqqının ödənilməsi, büdcə hesablamaları, kreditlər və borclar üzrə ödənmiş/alınmış faizlər;

  • investisiya fəaliyyəti – əsas vəsaitlərin və qeyri-maddi aktivlərin əldə edilməsi və ya reallaşdırması ilə əlaqədar vəsaitlərin hərəkətidir;

  • maliyyə fəaliyyəti – uzunmüddətli kreditlərin və borcların alınması, uzunmüddətli və qısamüddətli maliyyə qoyuluşları, daha əvvəl alınmış kreditlər üzrə borcun ödənilməsi, dividentlərin ödəməsidir.

Birbaşa metodla pul axınının hesablaması müəssisənin ödəmə qabiliyyətini qiymətləndirməyə, həmçinin pul vəsaitlərinin mədaxil və məxaricinə operativ nəzarəti həyata keçirməyə imkan verir.

Birbaşa təhlil metodu üçün cədvəl 2.3.1 və 2.3.2-də göstərilən formalardan istifadə etmək olar.


Cədvəl 2.3.1. Fəaliyyət növü üzrə pul vəsaitlərinin hərəkəti, min man.

Göstəricilər

Baza ili

Hesabat ili

Daxil olub

İstifadə olunub

Dövr ərzində dəyişmə (+, -)

Daxil olub

İstifadə olunub

Dövr ərzində dəyişmə (+, -)

1. Dövrün başlanğıcına pul vəsaitlərinin qalığı

 

 

 

 

 

 

2. Cari fəaliyyət üzrə pul vəsaitlərinin hərəkəti

 

 

 

 

 

 

3. İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti

 

 

 

 

 

 

4. Maliyyə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti

 

 

 

 

 

 

5. Pul vəsaitlərinin xalis yekun dəyişikliyi

 

 

 

 

 

 

6. Dövrün sonuna pul vəsaitlərinin qalığı

 

 

 

 

 

 

 Cədvəl 2.3.2 Pul vəsaitlərinin daxil olmasının və sərf olunmasının şaquli təhlili



Göstəricilər

Baza ili

Hesabat ili

Mütləq dəyər, min man.

Xüsusi çəki, %

Mütləq dəyər, min man.

Xüsusi çəki, %

1. Fəaliyyətin bütün növlərindən pul vəsaitlərinin daxil olmaları və mənbələri

 

 

 

 

1.1. Alıcılardan və sifarişçilərdən alınmış vəsaitləri

 

 

 

 

1.2. Digər gəlirlər

 

 

 

 

1.3. Əsas vəsaitlərin və digər qeyri-dövriyyə aktivlərinin obyektlərinin satışından əldə olunan gəlir

 

 

 

 

1.4. Alınmış faizlər

 

 

 

 

Pul vəsaitlərinin daxil olmaları — hamısı

 

 

 

 

2. Fəaliyyətin bütün növləri üzrə pul vəsaitlərindən istifadə

 

 

 

 

2.1. Əldə edilmiş malların, işlərin, xidmətlərin, xammalın və digər dövriyyə aktivlərinin ödənişinə

 

 

 

 

2.2. Əmək haqqına

 

 

 

 

2.3. Dividentlərin və faizlərin ödənişinə

 

 

 

 

2.4. Vergilər və yığımlar üzrə (görə) hesablamalara

 

 

 

 

2.5. Digər xərclərə

 

 

 

 

2.6. Borcların və kreditlərin (faizlərsiz) ödənilməsi

 

 

 

 

Vəsaitlər istifadə edilmişdir — hamısı

 

 

 

 

3. Pul vəsaitlərinin xalis dəyişikliyi

 

 

 

 

 

Bu cədvəllər öz aralarında onunla fərqlənir ki, birinci tədqiqatda fəaliyyətin (cari, investisiya və maliyyə) növləri üzrə həyata keçirilir, ikincidə isə bütovlükdə müəssisə üzrə mədaxail və məxaricin strukturunu tədqiq edirlər.



Pul vəsaitlərinin hərəkətinin təhlilinin dolayı metodu

Pul vasitələrinin hərəkətinin təhlilinin dolayı metodu, hesabat dövründə xalis pul axınını xarakterizə edən məlumatları hesablamağa və pul vəsaitlərinin alınmış gəlir və qalığın dəyişiklikləri arasında qarşılıqlı əlaqə qurmağa icazə verir. Bu metod xalis gəlirin ölçüsündə müəyyən düzəlişlər yolu ilə alınmış maliyyə nəticəsinin təkrar hesablanmasına əsaslandırılmışdır. Dolayı metoddan istifadə zamanı xatırlamaq lazımdır ki, investisiya və maliyyə fəaliyyəti üzrə xalis pul axınları yalnız birbaşa metodla hesablanır.

Alınmış maliyyə nəticəsinin xalis pul vasitələrinin cəmindən fərqini şərtləndirən səbəblər ilk növbədə onunla təyin edilir ki, maliyyə nəticəsi əlavə etmə prinsipinə uyğun olaraq formalaşdırılır, halbuki pul vəsaitlərinin dəyişikliyinin nəticəsi kassa metodu ilə təyin edilir.

Bundan başqa, gəlirin cəminə təsir edən gəlirlərin və xərclərin formalaşması pul vəsaitlərinin mədaxilinə və ya məxaricinə toxunmur. Məsələn, amortizasiyanın əlavə edilməsi gəlirin formalaşmasına təsir edir, lakin pul vəsaitlərinin məxaricini cəlb etmir. Hesabat dövründə debitor borcunun ödənilməsi maliyyə nəticəsinə təsir etmir, lakin pul vəsaitlərinin mədaxilini cəlb edir və s.

Dolayı metod zamanı bir sıra düzəlişlər həyata keçirilir, hansıları ki, bütovlükdə üç qrupda birləşdirmək olar.

1. Gəlirlərin və xərclərin əks edilməsi vaxtında bu əməliyyatlar üzrə pul vəsaitlərinin mədaxil və məxaric uçotunda uyğunsuzluqla bağlı düzəlişlər.

2. Xalis gəlirin göstəricisinin hesablamasına bilavasitə təsir göstərməyən, lakin pul vəsaitlərinin hərəkətinə səbəb olan təsərrüfat əməliyyatları ilə bağlı düzəlişlər.

3. Gəlirlərin hesablanmasına bilavasitə təsir göstərən, lakin pul vəsaitlərinin hərəkətlərinə səbəb olmayan əməliyyatlarla bağlı düzəlişlər



Cədvə2.3.3. Pul vəsaitlərinin hərəkətinin təhlili (dolayı metod)

Göstəricilər

Məbləğ, min man.

Cari fəaliyyət

 

Xalis mənfəət

 

Əlavə edilmiş amortizasiya

 

Əsas vəsaitlərin çıxmasından nəticə

 

Digər təşkilatlarda iştirakdan gəlirlər

 

İstehsal ehtiyatlarının (əldə edilmiş dəyərlər üzrə ƏDV-in üstünlüyü) dəyişikliyi

 

Natamam istehsalın həcminin dəyişikliyi

 

Gələcək dövrlərin xərclərinin dəyişikliyi

 

Hazır məhsulun həcminin dəyişikliyi

 

Debitor borcunun dəyişikliyi

 

Kreditor borcunun dəyişikliyi

 

Qısamüddətli qoyuluşlar

 

Gələcək dövrlərin gəlirlərinin dəyişiklikləri

 

Cari fəaliyyətdən yekun pul vəsaitləri

 

İnvestisiya fəaliyyəti

 

Daxil olmalar

 

Ödənişlər

 

İnvestisiya fəaliyyətindən yekun pul vəsaitləri

 

Maliyyə fəaliyyəti

 

İdxal

 

Kreditlər və borclar

 

İxrac

 

Kreditlərin qaytarılması

 

Maliyyə fəaliyyətindən yekun pul vəsaitləri

 

Pul vəsaitlərinin dəyişiklikləri

 

Dolayı metodla pul vəsaitlərinin axınının öyrənilməsi üçün ayrıca analitik hesabat hazırlamaq məqsədəuyğundur. Onun hazırlaması üçün ilk informasiya kimi xidmət edirlər: mühasibat balansı (forma№ 1); mənfəət və zərərlər haqqında hesabat (forma № 2); balansa əlavə (forma № 5); əsas kitab; jurnal-orderlər; mühasibatın arayışları və başqaları. Hesabat ili üçün dolayı metodla pul axınlarının hərəkətinin hesablamasının nümunəsi cədvəl 2.3.4-də təqdim edilmişdir.



 

Cədvəl 2.3.4. Pul vəsaitlərinin hərəkəti haqqında dolayı metodla tərtib olunmuş analitik hesabat

Göstəricilər

Məbləğ, min man.

1. Cari fəaliyyət üzrə pul vəsaitlərinin hərəkəti

Xalis mənfəət

2481

Amortizasiya ayırmaları

1702

Ehtiyatların azaldılması

375

Əldə edilmiş dəyərlər üzrə ƏDV-in azalması

214

Debitor borcunun artması

-2936

Təxirə salınmış vergi öhdəliklərinin artımı

-18

Kreditor borcunun azalması

-940

Təxirə salınmış vergi öhdəliklərinin artımı

461

Cari fəaliyyət üzrə pul vəsaitlərinin dəyişikliyi

941

2. İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti

İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin dəyişikliyi



3. Maliyyə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti

Maliyyə fəaliyyəti üzrə pul vəsaitlərinin dəyişikliyi



Pul vəsaitləri vəziyyətinin dəyişikliyi — hamısı

941

İlin başlanğıcına pul vəsaitləri

2783

Hesabat dövrünün sonuna pul vəsaitləri (941 + 2783)

3725

Dolayı metodla pul vəsaitlərinin hərəkəti haqqında hesabatın qurulması zamanı başlanğıc nöqtə maliyyə nəticələri haqqında hesabatda təqdim edilmiş xalis mənfəətdir (zərər). Sonra o məbləğlərin (xalis mənfəətdən əlavə edilən və ya çıxılan) düzəlişləri edilir ki, hansılar ki, pul vəsaitlərinin hərəkətiylə birbaşa bağlı deyillər. Hesablamanın tipindən asılı olaraq hesabatda hansı işarəni qoymaq lazım olduğunu müəyyən etməyə icazə verən sadə qayda mövcuddur (cədvəl 2.3.5)



Cədvəl 2.3.5. Hesablamanın tipindən asılı olaraq hesabatda işarənin yerləşdirilməsi qaydası

Hesabın tipi

Dövr ərzində dövriyyənin hesablanması

Dövr ərzində dövriyyənin aşağı düşməsi

Aktiv

-

+

Passiv

+

-

Dolayı metodla hazırlanmış hesabat hesabat dövründə şirkət tərəfindən əldə edilmiş xalis mənfəəti (zərəri) və həmin dövr ərzində pul vəsaitlərinin hərəkətinin nəticəsini nəyə görə ayırdığını göstərir.




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə