Magistratura məRKƏZİ” Əlyazması hüququnda Umarova Afən Çingiz qızı (Magistrantın A. S. A.) «Bank xidmətləri bazarında yeni məhsul və xidmətlərin tətbiqi»



Yüklə 0,53 Mb.
səhifə2/6
tarix06.02.2018
ölçüsü0,53 Mb.
#25992
1   2   3   4   5   6

Elektron bankinq dedikdə-texnika və texnologiyanın ən son yeniliklərinin ənənəvi bankçılıq sisteminə tətbiqi nəticəsində proses və əməliyyatların elektronlaşması, ənənəvi bankinqin kompüter, internet, bankomatlar vasitəsilə əvəz olunması başa düşülür. E-bankinq istifadəçilərə onlayn şəkildə hesablan ödəmək, borc götürmək, hesab balansını yoxlamaq, pul köçürmələri aparmağa imkan verir. E-bankinqin bank sisteminə və banklararası onlayn rəqabətə böyük təsiri var. Bank texnologiyalarının dəyişməsi ilə gündən-günə daha çox istifadəçi e-bankinq xidmətlərinə qoşulur. E-bankinq ənənəvi bank əməliyyatlarının xarakterini dəyişmişdir.[9]1 Texnologiya, rəqabət, həyat tərzində olan dəyişikliklərin bankların hazırkı fəaliyyətinə böyük təsiri var.

Rəqabətli bazar şəraitə tab gətirmək üçün banklar mövcud texnoloji yenilikləri daima izləməli və öz fəaliyyət sahələrinə tətbiq etməlidirlər. Ənənəvi qaydada istifadəçi bank əməliyyatlarını aparmaq üçün bankın ofisinə, filialına gəlməli idi. E-bankinq sayəsində isə istifadəçi vaxta və pula qənaət edir, belə ki bütün bank əməliyyatlarını istənilən yerdə istənilən vaxt apara bilər. E-bankinq banklar və müştərilər arasındakı qarşılıqlı əlaqənin xarakterini dəyişmişdir - əməliyyatların virtual olaraq aparılması nəticəsində müştərilər bankın işçiləri ilə üzləşmirlər. Ona görə də banklar istifadəçilərinin etibarını qazanmaq məqsədilə yüksək səviyyəli e-xidmət təklif etməlidirlər. İstifadəçi bankın elektron xidmətlərindən istifadə etmək üçün fərdi kompüterə malik olmalı və internetə çıxışı olmalıdrr. Fərdi kompüter istifadəçi üçün bankinq əməliyyatlarını yerinə yetirən virtual bankir rolunu oynayır. Məlum olduğu kimi onlayn şəkildə istifadəçinin əldə edə biləcəyi e-bankinq xidmətlərinə hesab haqda məiumatın əldə edilməsi, bir hesabdan başqasına pul köçürmək, qəbzlərin ödənilməsi, qiymətli kağızların alınması və satılması daxildir. Mövcud tələbata uyğun olaraq bu xidmətlər daima inkişaf edir, yeniləşir. E-bankinq xidmətlərinin inkişafı ilə istifadəçilər hesablarından daha rahat istifadə edir, hesab haqda ixtiyari məlumatı alır. Banklar web texnologiyalara böyük məbləğdə pul investisiya edir və bu investisiyaların faydalı olacağını gözləyirlər.

E-xidmətin səviyyəsinə bu 5 element təsir edir: İstifadənin asanlığı, web saytın dizaynı, müştərinin tələbinə görə uyğunlaşdırma, cavabdehlik və təminat vermə. Təminat vermə təhlükəsizlik və məxfılik məsələlərini əhatə edir. Müştərinin etibarının qazanılmasında bunlar çox önəmlidilər.

Ümumilikdə konkret olaraq eletron bankinq xidmətlərinə home - bankinq xidmətləri, distansiyalı bank xidmətləri modeli, bankomatlarla xidmət, plastik kartlarla əməliyyatlar aid edilir.

XX əsrin 80-ci illərinin əvvəlləri müştərilərə göstərilən bank xidmətlərinin yeni istiqamətinin inkişafının başlanğıcı hesab edilir. Bu, kompüter sisteminin formalaşması ilə bank əməliyyatlarının bilavasitə müştərilərin evlərinə və ya ofislərinə çatdırılması idi. Təqdim edilən bank xidmətlərinin spektri müştərilərə göstərilən ənənəvi bank xidmətlərinin siyahısını genişləndirdi. O, adi hesablaşma əməliyyatları ilə yanaşı, məlumat xidmətlərini də əks etdirir.

Banklar ayrı-ayrı istehlakçılara, kiçik biznes sahibkarlarına gündəlik fəaliyyətlərini evdən və ya olduqları yerdən telefon və ya modem bağlantısı vasitəsilə yerinə yetirmək imkanı verir. Home-bankinq, on-line bankinq və ya PS bankinq adlanan bu xidmət müştərilərə bir sıra əməmliyyatları yerinə yetirmək inkanı verir: hesablararsı pul köçürmələri, ödənişlər etmək, balansın yoxlanması, qiymətli kağızların alqı-satqısı və s.

Home-bankinq xidməti 1980-cı illərin əvvəllərindən inkişaf etməyə başladı və maliyyə mərkəzləri üçün daha cəlbedici xidmət kimi çıxış etməyə başladı. 1990-cı illərdən isə maliyyə mərkəzləri home-bankinq xidmətlərini müştərilərə internet vasitəsilə bank haqqmda məlumatlar verməklə daha da genişləndirdiklər.

Home -bankinq (ev -bank sistemi) xidmətinin inkişafının üç mərhələsi vardır:



  • birinci mərhələ - PS bankinq

  • ikinci mərhələ - İnternet -bankinq

- üçüncü mərhələ - telefon -bankinq
1.3. Yeni bank məhsulları və xidmətləri
Kommersiya banklarının yeni bank məhsulları və xidmətləri anlayışına elektron hesablaşma əməliyyaiları, plastik kartlardan istifadə, bankomatlardan geniş istifadə edilməsi, əhalinin ticarət müəssisələri və kommunal xidmətlərə görə hesablaşmalarında istifadə olunur. Müştərilərin müxtəlif xarakterli əməliyyatlarda istifadə etdikləri yeni hesablaşma formaları plastik kartlarla həyata keçirilən əməliyyatlardır. Bunların köməyilə müxtəlif əməliyyatlar elektron sistemin istifadəsinə əsaslanaraq həm xidmətin xarakterindən, onun texniki imkanlarından, eləcə də təşkili qaydalarından asılı olaraq həyata keçirilir.

Plastik kartların başlıca xüsusiyyətlərindən biri onlarda çoxsaylı məlumatların toplanması müxtəlif proqramm təminatının olması və müxtəlif məqsədlərə xidsət etmələrinə görə fərqləndirilir. Bu kartların bir qismi iş yerinə buraxılışı, müxtəlif proqramlı kompyuterlərə girişi, telefon danışıqları və digər kommunal xidmətlərinin ödənişi və digər məqsədlərə istifadə olunur. Pul tədavülü sferasında plastik kartlar nağdsız hesablaşmaların həyata keçirilməsinə xidməti başa düşülür. Onların vasitəsilə əmək haqqı, pensiya, təqaüd, müavinət və digər ödəmələr həyata keçirilir. Beynəlxalq hesablaşmalarda da plastik kartlardan geniş istifadə olunur. Onların köməyilə dövlətlər və müxtəlif ölkələrin rezidentləri olan hüquqi – fiziki şəxslər arasında pul tələb və öhdəlikləri üzrə ödəmələr həyata keçirilir. Buraya əmtəə idxal-ixracı üzrə hesablaşmalar, xidmətlər, qeyri-əmtəə əməliyyatları üzrə hesablaşmalar, müxtəlif mədəni və sosial proqramlar, maliyyə əməliyyatlarının və borcun xidməti üzrə hesablaşmalar və sair aid edilrir.

Dünyanın 200-dən çox ölkəsində plastik kartlardan geniş istifadə olunmaqdadır. Onların köməyilə necə deyərlər bank sistemlərdə «texnoloji inqilab» baş vermişdir.

Plastik kartlar bir çox halların elektron bank sisteminin vacib elementi hesab olunur. Onlar inkişaf etmiş ölkələrdə pul tədavülünün əsasını təşkil etməklə, tədricən çek və çek kitabçalarının çıxışdırılmasına şərait yaratmışlar.

Beynəlxalq hesablaşmalardakı spesifik xüsusiyyətlər, daxili hesablaşmalardan fərqli olaraq iştirakçı dövlətlərin qanunvericiliyinə əsaslanmalıdır. Burada Qərb Dünyasında yaradılmış İSO təşkilatının (İnternational Standarts Orqanisation) fəaliyyəti qeyd olunmalıdır. Bu təşkilatın üzvləri iri emitent plaktik kartlardan hesab edilən VİSA, Master Card, American Ekpress və s. geniş istifadə edirlər.

Plaktik kartlar həm şəxsi, həm də korporativ ola bilər. Kommersiya bankları şəxsi plastik kartları öz imkanlı müştərilərinə verə bilər. Bunun ilkin şərti bankda şəxsi hesabı olmalı, müştərilərin «kredit tarixçəsi» ətraflı təhlil olunmalı, bəzi hallarda isə «sığorta depoziti»nin banka köçürülməsidir.

Korporativ plastik kartlar hüquqi şəxslərə, onların nümayəndələrinə (təşkilatın təminatı müqabilində) onların ödəmə qabiliyyətli olması şərti ilə verilə bilər. Belə kartlar təşkilatın təqdimatı ilə onun şəxsi nümayəndəsinə də verilə bilər.

Plastik kartlar funksional əlamətlərinə görə maqnitli və çox profili elektron kartlar kimi tərtib olunur.



Maqnitli kartlara – kredit kartları, ödəmə kartları, icraedilən kartlar, təminatlı çek kartları, ödəmə qabiliyyəti fiksə edilmiş telefon kartları və s. aid edilir.

Çox profilli elektron kartlara mikroprosessorlu yaddaş kartları, intellektual kartlar, super intellektual kartlar, eləcə də lazer kartları aid edilir.

Ödəmə qabiliyyəti fiksə edilmiş plastik kartlar ən sadə plastik kart hesab olunur. Onların üzərində adətən onları hazırlayanların adı, firma nişanı və kodu əks olunur. Bu məlumatlar kartın ön tərəfindən, arxa tərəfdə kart sahibinin imzası əks olunur.

Maqnitli kartlar görünüşü etibarı ilə ona bənzəsə də, arxa tərəfdə maqnit sahəsi əks olunmuşdur ki, burada da 100-dən çox məlumat simvolu göstərilir. Maqnit sahəsindəki informasiya kartın ön tərəfindəki məlumatlara uyğun gəlməlidir. Kart sahibinin adı, hesab nömrəsi, istifadə müddətinin sonu kartda göstərilir.

Maqnitli kartlar təxminən 50 il bundan əvvəl səyahətə çıxan biznesmenlər üçün nəzərdə tutulmuşdur. Keçən əsrin 90-cı illərində Qərb dünyasında tədavüldə 2 milyarddan çox belə plastik kartlar olmuşdur.

Mikroprosessorlu kartlar keçən əsrin 80-cı illərindən istifadə edilməyə başlamışdır. 90-cı illərin ortalarında dünyada 250 milyon elektron plastik kartlar mövcud olmuşdur ki, 2000-ci ilə onların sayı 1 milyardı keçmişdir. Bu kartlar daha çox Fransada yayılmışdır.

Müştərilərə görə plastik kartların cəlbediciliyi aşağıdakılardan ibarətdir:

- nağd pulun üzərində gəzdirmək riskindən azad olmaq, hesablaşmanı yerində, ləngimədən icra etmək;

- valyuta mübadiləsindən azad olmaq, bank müştərinin əvəzinə bu əməliyyatı həyata keçirməklə, mübadilə kursuna görə qiymət fərqindən azad olmaq;

- büdcənin planlaşdırılması və ciddi nəzarətin həyata keçirilməsi;

- kart itirilərkən banka müraciət etməklə, onunla hər hansı əməliyyatın aparılmasına son qoymaq;

- bank hesabına yatırılan vəsaitə (depozitə) görə müvafiq faiz əldə etmək;

- maliyyə sferasında müasir texnologiyanın üstünlüklərindən istifadə etmək.

Müştərilərin plastik kartlardan istifadəyə görə bəzi çatışmamazlıqları da vardır, bunlardan:

- kartın yaratdığı üstünlüklərə görə haqq ödənilməlidir;

- plastik kartların tətbiqi srefasının (mağaza, ölkə) məhdudluğu və s.

Plastik kartlardan istifadə ticarət təşkilatlarına da bəzi üstünlüklər verir, bunlardan:

- imkanlı müştəriləri cəlb etməklə mal dövriyyəsini sürətləndirmək;

- pul mübadiləsinə və satışdan əldə edilən vəsaitin inkassasiyasına ehtiyac olmur;

- pulun mühafizəsinə ehtiyac olmur;

- əlində plastik kart olan müştəri alış-verişə daha meyilli olur, nəinki nağd pul sahibi;

- mağazanın reytinqi artmaqla, daha prestiş hesab edilir və s.

Bunlarla belə plastik kartlardan istifadə edilərkən ticarət obyektləri bəzi xərclərə məruz qalır, bunlardan:

- müvafiq avadanlıqların alınması və onların daim işçi vəziyyətində saxlanılması xərcləri;

- plastik kartların daim saz vəziyyətdə saxlanılması ilə əlaqədar xərclər və s.

Kommersiya bankları plastik kartlarla işləməkdə daha çox maraqlıdırlar. Bunun səbəbi müştərilərin bank hesablarına müvafiq məbləğdə vəsait yatırılmalarının vacibliyi və bu vəsaitlərin mütləq qaydada sığortalanması. Eyni zamanda kommersiya bankları plastik kartlarla əməliyyat zamanı müvafiq komission haqqı alır. Bundan başqa müştəri plastik kartı alarkən də haqq ödəyir.

Plastik kartlardan istifadə edilməsi bankların potensial imkanlarını artırmaqla, onların innovasiya prosesinin aktiv iştirakçısına çevrir. Bu üstündüklərlə yanaşı kommersiya banklar plastik kartların dövriyyəyə buraxılışı, müvafiq bankamat və digər texniki avadanlıqların hazırlanmasına və onlara xidmətin təşkilində xeyli vəsait xərcləməli olurlar.

Müasir dünyada 200-dən çox ölkə bank xidmətlərini kart sistemi ilə həyata keçirməyə üstünlük verirlər. Bunun tətbiqi səviyyəsində nağdsız hesablaşmaların xüsusi çəkisi alqı-satqı və xidmət sahələrində qabaqcıl ölkələrdə 90%-dən yuxarıdır.

Müştərilərin səyahətlərə gedişi, iri ticarət şəbəkələrində iri məbləğdə nağd pula gəlməsi çoxlarını təəccübləndirir. Odur ki, xarici ölkələrdə bankların kredit kartlarından istifadə təcrübələrinin öyrənilməsi və respublikamızda geniş yayılmasına böyük ehtiyac vardır.

Bankın kredit kartını almaq üçün müştəri üçün bankda ssuda hesabı açılaraq (digər hesablar nəzərə alnmır) müvafiq məbləğ həmin hesaba oturulur. Emitent bank həmin hesabdakı məbləğin müqabilində müştəriyə kredit kartını təqdim edir. Kredit kartından yaşı 18 və yuxarı olan şəxslər istifadə edə bilər. Bu şərtlə ki, onların adına bankda hesab açılaraq, vəsait köçürülmüş olsun. Banklar kredit kartını verməzdən əvvəl müştəri üçün xüsusi anket forması doldurur ki, burada müştəri haqqında, onun maliyyə vəziyyəti, əvvəlki kredit kartları üzrə bankla münasibətləri öz əksini tapmış olur. Əgər müştərinin maliyyə vəziyyəti stabildirsə və bankın tələblərinə cavab verirsə o zaman müştəri üçün kredit limiti müəyyənləşdirilir. Məsələn, bu Böyük Britaniyada ayda 300-dən 1000 funt sterlinqə barəbar ola bilər.1

Kredit kartında müştərinin ödəmə qabiliyyətli olması, onun adı, bank hesab nömrəsi, bank şöbəsinin şifri, bankın adı, elektron sistemi simvolu, kartdan istifadə müddəti, kartın arxasında maqnit sahəsi və müştərini imzası əks olunur.

Bankların kredit kartları vasitəsilə əmtəələrin alışı, xidmətlərin ödənişi, nabd pulun əldə edilməsi və digər əməliyyatlar yerinə yetirilir. Kredit kartlarından istifadənin müştəri üçün bir üstünlüyü də, xaricə səyahət zamanı bərbəxt hadisələrdən pulsuz sığortalanmaq imkanının yaradılmasıdır.

Hesablaşmaların beynəlxalq unifikasiyası beynəlxalq hesablaşmaların ümumi qaydalarının müəyyən olunduğu beynəlxalq sənədlərin hazırlanması və imzalanması ilə həyata keçirilir. Məsələn, Veksel barədə Cenevrə konvensiyası, beynəlzalq sadə və köçürülən veksellər barədə Birləşmiş Millətlər Təşkilatının konvensiyası və s. həmçinin Beynəlxalq Ticarət Palatasının beynəlxalq hesablaşmalar praktikasına unifikasiya edilmiş qaydalar və işgüzar adətlər, inkasso üzrə vahid qaydaları və s. göstərmək olar.

Beynəlxalq hesablaşmalar adətən sənədli xarakter daşımaqla, əmtəənin göndərildiyini, onun qiymətləndirilməsi və sığortalanmasını, təsdiq edən sənəd təqdim edilməklə həyata keçirilir.

Xarici ticarət hesablaşmalarında bank ödənişlərinin əsasən aşağıdakı formalarından istifadə olunur:

Avans ödənişləri, inkasso ödənişləri, açıq hesabla borclanma üzrə, reklam üzrə tənzimləmə və digər əməliyyatlar. Burada elektron ödəniş formalarından da istifadə oluna bilir. Məlumdur ki, elektron ödəniş formasında kağız pul daşıyıcılarının olması vacib deyildir. Əməliyyatlar elektron siqnallarının ötürülməsi vasitəsilə mümkündür. Burada yeganə tələb bütün bank şöbələrinin bir sistemə qoyulması və müvafiq avadanlıqlarla, eləcə də mütəxəssislərlə təmin olunmasından gedir.

Elektron hesablaşmaların tətbiqi, plastik kartlardan istifadə bankomatların köməyilə əhalinin ticarət təşkilatları və digər xidmət sahələri ilə hesablaşmalarının həyata keçirilməsinə xidmət edir. Belə hesablaşmalar üzrə xidmət həm evdə, həm də iş yerlərində göstərilə bilər. Plastik kartların başlıca xüsusiyyətlərindən biri də, onlarda müəyyən miqdarda informasiya materailları toplanmaqla, müxtəlif proqramların icrasında istifadə imkanlarının olmasıdır.

Belə kartların köməyilə iş yerlərinə giriş kompyuter proqramlarından istifadə, müxtəlif kommunal xidmətlərinin ödənişi, əmək haqqı, pensiya və müavinətlər üzrə xidmət və s. həyata keçirilə bilər. Pul tədavülü prosesində plastik kartlar nağdsız hesablaşmaların həyata keçirilməsinə xidmət edir. Elektron pul hesablaşmaları sisteminin əsasını inkişaf etmiş ölkələrdə yaradılmış İSO (İnternational Standarts Orqanisation) sistemi təşkil edir ki, bunun da əsasında müvafiq standartlara uyğun hesab nömrəsi, maqnit sahəsi, xidmət formaları və s. işlənib müştərilərin xidmətinə verilir. İSO üzvləri kimi VİSA, Master Card, Amerikan Express və digər plastik kartlar geniş yayılmışdır.

Bu gün dünyanın 200-dən çox ölkəsində dövriyyədə plastik, kartlardan istifadə edilməkdədir. Plastik katrlar şəxsi və korporativ ola bilər. Banklar şəxsi kartları özlərinin ödəməqabiliyyətli müştərilərinə, korporativ kartlar isə ödəməqabiliyyətli hüquqi şəxslərə verilə bilər.

Şəxsi plastik kartların bəzi üstünlükləri vardır, bunlarda aşağıdakıları göstərmək olar:

- nağd pula ödəmə riskini azaltmaqla, ödənişin ani aparılması;

- valyuta mübadiləsinə ehtiyac olmur, bunu bank həyata keçirməklə, müştərinin kurs fərqində xeyrinə olur;

- ailə büdcəsinin planlaşdırılması və qənaətlə istifadəsinə nəzarət;

- kart itirilərkən banka xəbər verməklə ani olaraq həmin kartla hesablaşmanın dayandırılması imkanı və s.

Plastik kartlardan istifadənin, mənfi halları dedikdə ilk növbədə müştərinin bu kartları alarkən çəkdiyi xərc nəzərə alınır. Eyni zamanda bəzi ticarət və xidmət müəssisələrində kartlardan istifadə mümkün olmaya bilər.

Bununla belə bu xidmətlərin bank tərəfindən müştərilərə göstərilməsində banklar da maraqlıdır. Belə ki, belə xidmətlərə görə bank apardığı əməliyyatlar üzrə komisyon haqq alır, eləcə də plastik kartları müştəriyə satır. Bundan başqa belə xidmətə görə dövriyyədən nağd pulların çıxarılması baş verməklə, bankların innofasiya prosesində iştirakı xeyli genişlənir.

FƏSİL 2. BANK MƏHSUL VƏ XİDMƏTLƏRİ BAZARININ PRİNSİPLƏRİ
2.1. Cəlb olunmuş vəsaitlərin dəyərləndirilməsi
Bankların mənfəətlə işləməsi üçün bank sistemində məhsul və xidmətlərin istehsalını elə təşkil etmək lazımdır ki, onun maya dəyərinə çəkilən xərclər, rəqib bankların eyni adda məhsul və xidmətlərə çəkdiyi xərclərdən az olsun.

Bazar iqtisadiyyatı şəraitində banklar rəqabətə davam gətirməklə yanaşı, mənfəət əldə edilməsini də qarşısına əsas məqsəd kimi qoyurlar. Bankın gəlirlərinin artması və xərclərinin azalması istiqamətində görülmüş işlər məhz mənfəətin artmasına, bankın rəqiblərə nisbətən daha yaxşı iqtisadi göstəricilərə malik olmasına şərait yaratmalıdır. Mütəxəssislərin rəyinə görə bank məhsul və xidmətlərinə qiymət müəyyənləşdirilərkən aşağıda göstərilən parametrləri nəzərə almaq lazımdır.




Mümkün qiymətlər

Həddindən artıq yüksək qiymətlər

Tələbin bu qiymətdə formalaşdırılması mümkün deyil

Xidmət-lərin unikal tərəfi

Rəqib-lərin qiyməti

Xidmətin maya

dəyəri


Bu qiymətə mənfəət əldə etmək mümkün deyil

Həddindən artıq aşağı qiymətlər

Minimum qiymət məhsulun maya dəyəridir, maksimum qiymət isə, rəqibin məhsul və xidmətlərə nisbətən unikal üstünlüklərə malik olmasıdır. O da məlumdur ki, bankların gəlirlərinin əsas hissəsini kreditlərdən gələn gəlirlər təşkil edir. Deməli bank məhsul və xidmətlərinin qiyməti müəyyənləşdirilərkən bunlar nəzərə alınmalıdır. Başqa sözlə mütəxəssislər bank məhsul və xidmətlərinin qiymətinə təsir edən əsas amillər kimi aşağıdakıları göstərirlər:

- cəlb olunmuş resursların qiyməti;

- məcburi ehtiyatlar norması;

- faiz xərclərinin maya dəyərinə aid edilməsi;

- qüvvədə olan vergi qanunvericiliyi;

- ümumi bank xərcləri;

- inflyasiya;

- bankın riski.

Bir sıra mütəxəssislər isə yuxarıdakılardan fərqli olaraq kreditlərin faiz dərəcəsinin formalaşması prosesində aşağıdakı amillərə üstünlük verirlər:

- resursların cəlb olunması xərcləri;

- işləməyən aktivlər;

- ümumi bank xərcləri;

- inflyasiya;

- risk.

Vergi sahəsindəki mütəxəssislər müzakirəyə ehtiyacı olan məsələlərdən biri kimi vergi dərəcələrinin həddinə diqqət verməyi məsləhət bilirlər.



Qeyd olunanlarla yanaşı bank resursları içərisində cəlb olunmuş vəsaitlərin rolu və yeri daha fərqlidir. Bankların resurslar üçün ödədikləri faiz xərcləri təbii olaraq birbaşa xərclərə aid olunmaqla bank məhsul və xidmətlərinin maya dəyərinə daxil edilir.

Bank daxili kreditləşmə və bütünlükdə daxili tranzaksiyalar üçün daxili qiymətlərin tətbiqi vasitəsilə bank məhsul və xidmətlərinin istehsalı və satışı prosesində iştirakçıları kontragentlərə bölmək tələbatı yaranır. Kontragentlərə aşağıdakılar aid edilir:

- idarə heyəti;

- kredit strukturu;

- bankın valyuta strukturu;

- yerli və regional filiallar;

- müştərilərə kassa-hesablaşma xidmətləri;

- qiymətli kağızlarla əməliyyatlar;

- fond-emissiya əməliyyatları;

- hesablaşma-klirinq əməliyyatları;

- kart hesabları strukturu və s.

Kontragentləri müəyyən etdikdən sonra məhsul və xidmətləri nəzərdən keçirmək zərurəti yaranır. Bank məhsullarının hesablanmasına daxili qiymətlərin tətbiqini asanlaşlırmaq üçün onları iki qrupa bölmək olar:

1. Sadə məhsul və xidmətlər – bir struktur bölməsi tərəfindən istehsal olunduğundan məhsulun və xidmətin göstərilməsinin hesablanması prosesi çətinlik törətmir.

2. Mürəkkəb məhsul və xidmətlərin göstərilməsində bir neçə struktur bölməsi iştirak etdiyindən bütün bölmələr arasında münasibət qurulmalıdır. Bu struktur arasında münasibət bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq təşkil edilməlidir. Əks təqdirdə daxili qiymətlərin tətbiqi nəticə verməyəcəkdir. Əgər bankın hər hansı bir strukturu tərəfindən mürəkkəb məhsul və ya xidmət istehsal edilirsə, struktur bölmələr arasında münasibətlərin qurulması olduqca vacibdir. Bankların əsas funksiyalarından biri vəsaitlərin cəlb edilərək yerləşdirilməsidir. Bu resurslar müxtəlif mənbələrə aid olduğundan banka daxil olan və banka ödənilən bütün pul kütləsini aşağıdakı qruplara bölmək olar:

I – Birbaşa daxil olmalar – passivlərin cəlb edilməsində birbaşa daxil olan vəsaitlərə nizamnamə fondu, depozitlərin qəbulu, hesablaşma və cari hesablara daxil olmalar, banka məxsus səhmlərin, veksellərin, depozit və əmanət sertifikatlarının, istiqrazların satışından və s. daxil olan vəsaitləri aid edilir.

II – Əksinə geri ödənənlər – birbaşa cəlb edilmiş passivlərdən geri qaytarılmalar, ödənilməli faizlər, dividendlər, istiqrazların ödənişi, əmanət və depozit sertifikatların ödənişi, veksellərin uçotu, cari və hesablaşma hesablarından ödənişlər və s. aiddir.[12]1

Bank daxili alqı-satqı münasibətlərinin qurulması və həyata keçirilməsi üçün transfert qiymətlər mexanizmindən istifadə edilir. Transfert qiymətləndirilməsində aşağıdakı metodlardan istfiadə olunur:

- bütün passivlərin orta dəyərini tapmaqla. Bu halda kənardan cəlb edilən resursların qiyməti ilə bankın öz vəsaitləri bərabərləşir və nəticədə bu və ya digər mənbənin səmərəliliyini, marjaya nəzarəti çətinləşdirməklə, idarəetmə qərarlarının verilməsində çətinlik törədir.

- cəlb edilmiş resurslara görə ödənilən xərclər əsasında minimum və lazımınca marja əlavə etməklə;

- alternativ mənbə prinsipi və ya maliyyə resurslarının banklararası bazarda dəyər prinsipi. Yerləşdirmək üçün resurs olmadıqda qiymət alternativ variantın faiz dərəcəsinə bərabərləşir. Bu qaydanın üstünlüyü ondadır ki, aktiv əməliyyatlar aparan struktur bölmənin yerləşdirmək üçün cəlb etdikləri daxili resurslar, kənardan cəlb olunmuş resursların qiymətinə bərabər olur. Əvvəlcə daxili resurslar yerləşdirilir, sonra isə lazım olarsa kənardan cəlb olunur.

Bank daxili transfert qiymətəmələgəlmə spred və maliyyə modulları əsasında hesablanır. Daxili qiymətlər vasitəsilə hər bir gəlir mərkəzinin rentabellik göstəricisini hesablamaq üçün spred modulu anlayışından istifadə edilir. Spred modulu bankın aktiv və passiv əməliyyatlarına çəkilən xərclərin xarici təsirindən asılı olaraq daxili qiymətlərin köməkliyi ilə marjanın və riskin tənzimlənməsinin qiymətləndirilməsi üsuludur. Spred (faiz marjası) – bankın aktiv əməliyyatlara çəkdiyi xərclə eyni adlı əməliyyata görə passiv üzrə çəkilən xərclərdir. Aktivlərin məhsuldarlığına görə spred – aktivlərdə xidmətlərə görə orta faiz dərəcəsi ilə filial tərəfindən baş ofisdən alınmış resursların orta səviyyəsidir. Cəlb edilmiş vəsaitlərə görə spred-filialların baş ofisdən aldığı resursların orta səviyyəsi və bankın passivlərində orta faiz dərəcəsidir.

Bankdaxili əməliyyatların üçün spred – baş ofis tərəfindən satılan resursların orta faiz dərəcəsi ilə bankın passivində göstərdiyi xidmətlərə görə orta faiz dərəcəsidir. Bankdaxili dövriyyələr üzrə topdansatış vahidi – filialın baş ofisə satdığı resurslardan alınan faizlərdir. Bankdaxili dövriyyələr üzrə pərakəndə vahidi – kreditlər üzrə bank daxili dövriyyə və bank daxili dövriyyədə spredin əmələ gəlməsidir. Kreditlərin öz vəsaitinə nisbətdə brutto-xüsusi kapitalın istifadəsi nəticəsində alınan gəlirin iqtisadi səmərəliliyi.

Kreditləşmə əməliyyatlarına bankdaxili qiymətlərin tətbiqi nəticəsində yerləşdirilmiş vəsaitlərə alınan faizlə, həmin resurslara görə ödənilən faiz arasındakı fərq müəyyən olunur və bu faiz fərqini (spred) müəyyən edir:

daxili qiymətlər baxımından bankdaxili kreditləşmə faiz fərqi (P)=satılmış resurslardan gələn faiz məbləği (Pp) – alınmış resurslara görə ödənilmiş faiz xərci (Пp)

P = Pp - Пp burada

P – kreditləşəmədə faiz fərqi;

Pp - yerləşdirilmiş resurslara görə faiz məbləği

Пp - cəlb edilmiş resursların faiz məbləğidir.

Bütün cəlb edilmiş resursların müəyəyn müddətə ora faiz dərəcəsini tapmaq üçün resurslar və ödəniləcək faizlər cəmlənir. Cəmi faiz xərclərini cəlb edilmiş resursların ümumi məbləğinə bölməklə, orta faiz məbləği tapılır və bankın aktivləri ilə passivləri arasında faiz fərqi elə səviyyədə olmalıdır ki, bank xərclərini ödəməklə əlavə mənfəət də götürə bilsin.

Bankların əldə etdikləri marjanın dərəcəsi həmçinin bankın likvidliyinə də öz təsirini göstərir. Yəni, likvidliklə faiz gəlirləri həmişə bir-birini tamamlamaqla bankların müştəri bazasını genişləndirməyə xidmət edir. Banklar geniş müştəri bazası yaratmaq daha çox ərazilərdə xidmət göstərmək üçün filial şəbəkələrindən istfiadə edirlər. Filial və baş idarə resurslardan müəyyən olunmuş qaydalara uyğun olaraq alqı-satqı əməliyyatlarını yerinə yetirirlər.

Bütün xərclərlə əlaqəli informasiyalar təhlil edilməklə müddət, məbləğ, faizlərin ödənilmə şərtləri, bankların ümumilikdə çəkdiyi xərclər və s. ətraflı öyrənilməlidir. Əldə edilən informasiyalar hər bir məhsul və xidmət üzrə qruplaşdırılmaqla, gəlirdən xərclər çıxılmaqla resursların nə dərəcədə səmərəli yerləşdirilməsi müəyəynləşdirilir. Resurslara veriləcək faizlər elə səviyyədə olmalıdır ki, onu cəlb edən qurum üçün marja yaratmış olsun. Resursların alqı-satqısı daxili qaydalara əsasən daxili qiymətlərlə aparıldığı üçün girovdan istfiadə edilmir.

Bankın aktivləri ilə passivləri arasındakı münasibətləri və bu münasibətlərin bir-birini necə tamamladığını bir kommersiya bankının materiallarını nəzərdən keçirməklə aydın görmək olar (cədvəl 1).


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə