Magistratura məRKƏZİ” Əlyazması hüququnda Umarova Afən Çingiz qızı (Magistrantın A. S. A.) «Bank xidmətləri bazarında yeni məhsul və xidmətlərin tətbiqi»


FƏSİL 3. BANK XİDMƏTLƏRİ BAZARINDA YENİ MƏHSUL VƏ XİDMƏTLƏRİN TƏTBİQİ



Yüklə 0,53 Mb.
səhifə4/6
tarix06.02.2018
ölçüsü0,53 Mb.
#25992
1   2   3   4   5   6

FƏSİL 3. BANK XİDMƏTLƏRİ BAZARINDA YENİ MƏHSUL VƏ XİDMƏTLƏRİN TƏTBİQİ

3.1. Bank məhsullarının qiymətinin müəyyən edilməsi
Bankların mənfəətlə işləməsi üçün bank məhsulu və xidmətlərinin qiyməti düzgün seçilməklə yanaşı, elə etmək lazımdır ki, rəqib bankların həmin adda təklif etdikləri məhsul və xidmətələr çəkilən xərclərdən daha az xərcə başa gəlmiş olsun. Bazar münasibətləri şəraitinlə banklar rəqabətə davam gətirməklə barəbər həm də gəlir götürə bilsinlər.

Bankın gəlirlərinin artması və xərclərinin azalması istiqamətində həyata keçirilən tədbirlər, bank rəqabətində rəqiblərə qalib gəlmək şəraiti yaradır. Ölkəmizdə fəaliyyət göstərən kommersiya bankları bu işdə daha qabağa gediblər desək yanılmarıq. Belə ki, bu gün özəl sektorda ən yüksək əmək haqqı alanlar içərisində bank, sığorta, maliyyə qurumlar ilk sıralardadır. Biz heç də yüksək əmək haqqı alınmasına qarşı çıxmırıq, lakin bu həqiqətən sərf oolunmuş əməyə, onun başlıca olaraq keyfiyyət göstəricilərinə uyğun olmalıdır. Hər bir məhsulun qiymətinin formalaşmasına təsir edən amilləri ayrı-ayrılıqda dərindən təhlil etdikdə aydın olur ki, maya dəyəri, qiymət və gəlirin səviyyəsi bir-birinə mütənasib olmalıdır. Bir çox hallarda bu nisbətlər də gözlənilmir. Bankların müştərilərə təklif etdiyi qiymətlər həddən artıq şişirdilmiş olur ki, bu da sonradan bank müştəri münasibətlərində anlaşılmazlıqlara və problemlər yaranmasına gətirib çıxarır. Bank məhsulunun maya dəyəri üzərinə bir qədər əlavə edərək müştəriyə təklif etmək lazımdır ki, müştəri bu qiymətdən imtina etməsin. Əks halda, bank müştərini itirmiş olar ki, bu da bütövlükdə bankın müflisləşməsinə səbəb ola bilər.

Onu da nəzərə almaq lazımdır ki, bankın əldə etdiyi münfəətin az və ya çoxluğundan asılı olaraq onun bazarda rəqabətə davamlılığı müəyyənləşdirilir. Bank məhsul və xidmətlərinin qiyməti, onların maya dəyərinə görə müəyyənləşdirilir. Bank məhsullarının maya dəyəri dedikdə, istehsal və satış prosesində tələb olunan xərc elementləri başa düşülür ki, buraya da xammal və materiallar, əmək haqqı, amortizasiya ayırmaları, sosial ehtiyaclara ayırmalar və sair xərclər daxildir.

Xammal və material xərclərinə – bank binalarının saxlanması xərcləri, mətbəə, rabitə və mühafizə xərcləri, təsərrüfat xərcləri, enerji və nəqliyyat xərcləri və s. aid edilir. Digər xərclər və aidiyyatı olan xərc elementlərindən formalaşır.

Bank gəlirlərinin əsasını kredit əməliyyatlarından əldə edilən gəlirlər təşkil edir. Mütəxəssislər bank məhsul və xidmətlərinin qiymətini müəyyən edərkən aşağadkı amilləri nəzərə almağı məqsədəuyğun hesab edirlər: cəlb olunmuş resursların qiymətini, məcburi ehtiyatlar normasını, faiz xərclərinin maya dəyərinə aid edilməsini, vergi dərəcələrini, infilyasiya səviyyəsini, ümumi bank xərclərini və s. Əlbətdə bunlarla razılaşmaq mümkündür. Lakin bir çox hallarda banklar öz gəlirlərini artırmaq xatirinə qeyd olunan xərclərin üzərinə istədikləri əlavəni gəlməklə müştəriləri çıxılmaz duruma salırlar. Son nəticədə isə müştəri bankın şərtlərini yerinə yetirə bilmir və problemlər yaranır. Axı ağıllı bankir özünü sahibkarın yerində təsəvvür etsə bu dərəcədə yüksək faizlərin ödənilməsinin mümkün olmayacağını əvvəlcədən görə bilərlər.

Bəzi mütəxəssislər bank məhsul və xidmətlərinin qiymətinin formalaşmasında aşağıdakı xərc qruplarını da nəzərə almağı tövsiyə edirlər. Buraya kredit təşkilatlarının passiv əməliyyatları ilə əlaqədar xərcləri, buraya həm ölə daxili və ölkə xaricindən cəlb edilmiş resurslara çəkilmiş xərclər, müxtəlif fondlara ayırmalar və vergilər bankın səmərəli idarə olunması ilə əlaqədar xərclər, bankın nizamnamə fondunda iştirak edən səhmdarların vəsaitlərinə dividentlər və s. xərclər aiddir.

Yuxarıda sadalanan mütəxəssis rəylərini ümumiləşdirərək demək olar ki, bank məhsul və xidmətlərinin qiymətini müəyyənləşdirərkən əsas kimi – cəlb olunmuş vəsaitlərin dəyəri, bankların işləməyən aktivləri – buraya kassadakı pullar. Mərkəzi Bankda müxbir hesablarda olan məcburi ehtiyatlar və əsas vəsaitlər, həmçinin ümumi bank xərcləri, infilyasiya və risk səviyyəsi əsas rol oynamalıdır.

Bank məhsul və xidmətlərinin dəyərinin müəyyən edilməsində cəlb olunmuş vəsaitlərin dəyəri xüsusi rol oynayır. Bank resursları cəlb edərkən resurslara görə faiz ödəmələri, xüsusilə əmanətlərə görə yüksək faizlər bu xərclərin əsasını təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, depozitlr (əmanətlərə) görə müştərilərə yüksək faiz ödənilməsinə son qoyulmalıdır. Çünki bunun nəticəsi kimi banklar verdikləri kreditə görə də kifayət qədər yüksək faiz tələb edirlər. Belə çıxır ki, imkanlı adamlar öz kapitallaranı artırmaq üçün əmanət qoyumaqla daha da varlanırlar, ehtiyacı olan vətəndaşlar isə yüksək faizlə kredit almağa məcbur edilir. Buna son qoyulmalıdır. Onu da nəzərə almaq lazımdır ki, bankların əmanətlərə görə ödədikləri yüksək faizlər bir başa bank məhsul və xidmətlərinin qiymətlərinə daxil edilir və onu başalaşdırır. Bank məhsul və xidmətlərinin qiyməti hesablanarkən daxili qiymətlərin tətbiqini asanlaşdırmaq üçün məhsul və xidmətləri iki qrupa bölmək olar:

- sadə məhsul və xidmətlər – bu bir struktur bölmə tərəfindən istehsal olunduğu üçün məhsul və xidmətin qiymətinin hesablaşması prosesi bir o qədər də çətinlik törətmir;

- mürəkkəb məhsul və xidmətlər bir neçə struktur bölmə tərəfindən istehsal edildiyi üçün onların çəkdikləri xərclər nəzərə alınmaqla qiymətlər müəyyənləşdirilir.

Bankdaxili qiymətlərlə cəlb edilmiş və yerləşdirilmiş vəsaitlərin qiymətinin hesablanması müxtəlif olduğu üçün onların bank xidməti və məhsullarının qiymətinə təsiri də müxtəlif olur. Belə qiymətlər bankın kredit komitəsinin və ya daxili cavabdeh olan digər və təşkilatın təklifi ilə bank məhsul və xidmətlərinin qiymətlər normasına daxil olunaraq hesablanır və təsdiq olunur.

Kommersiya banklarının yeni xidmətləri içərisində öz müştərilərinə daşınmaz əmlak üzrə broker xidmətinin göstərilməsidir. Bu xidmətdə məqsəd, mənzil və kommersiya obyektlərinin satışı və sonradan onların maliyyələşdirilməsidir. Belə əməliyyatlar içərisində daha əlverişlisi daşınmaz əmlaka investisiya yatırımlarıdır. Lakin bu halda risk səviyyəsini də diqqət mərkəzində saxlamaq lazımdır.

Kommersiya banklarının yeni bank xidmətlərindən danışarkən fiziki və hüquqi şəxslərə maliyyə vəsaitlərindən səmərəli istifadə üçün məsoəhətlərin təşkil edilməsidir. Maliyyə xidmətləri sistemindən danışarkən çek və ödəmə kartlarının təhlükəsizliyi unudulmalıdır.

Yeni bank məhsulları və xidmətlərindən danışarkən fiziki və hüquqi şəxslərə göstərilən reklam fəaliyyətini qeyd etmək lazımdır. Son illərdə respublikada bu sahədə xeyli iş görülmüşdür. Bu ilk növbədə reklam şirkətlərinin sayının xeyli artmasında özünü göstərir. Reklam şirkətləri sayca artmaqla onların pul gəlirləri də xeyli artmışdır. Lakin reklam şirkətlərinin sayı və gəlirləri ümumi halda xeyli artmasına baxmayaraq bank xidmətləri üzrə reklam işləri qənaətbəxş hesab edilə bilməz. Onlar ümumi vəziyyətlə müqayisədə xeyli geridə qalırdı.

Məlum olduğu kimi bank məhsul və xidmətlərinin reklam edilməsi radio və telefiziya verilişlərindən çox asılıdır. Xaricən respublikada radio-telefiziya xidmətləri xeyli çoxalsa da bank məhsul və xidmətlərinin radio-telefiziya vasitəsilə reklam edilməsi zəif inkişaf etməkdədir. Bəlkə də, bütün bunlar bilərəkdən edilir və banklar haqqında adi məlumatlar belə heç yerdə verilmir.

Bank sektorunda yeni məhsul və xidmətlərin tətbiqində informasiya texnologiyaları əsasında banklarda elektron sənəd dövriyyəsini göstərmək olar.

Bu sahədə kommersiya bankları hələ çox iş görməlidir. Yeni bank məhsul və xidmətlərinin həyata keçirilməsini günün tələbləri səviyyəsinə gətirmək məqsədilə bankdaxili alqı-satqı münasibətlərinin qurulması və həyata keçiriləmsində transfert qiymətlər mexanizmindən istifadə edilməsi tövsiyə edilir.

Tansfert qiymətləndiriləmsində aşağıdakı üsullardan istifadə edilməsi məqsədəuyğun hesab edilir:

- bütün passivlərin orta dəyəri tapılır. Bu halda kənardan cəlb edilən resursların qiyməti ilə bankın öz vəsaitləri barəbərləşir və nəticədə idarəetmə qərarlarının veriləmsində çətinliklər olur;

- cəlb olunmuş vəsaitlərə görə ödənilən xərclərin əsasında minimum və lazımınca marja əlavə etməklə.

Daxili qiymətlər vasitəsi ilə hər bir gəlir mərkəzinin rentabellik göstəricisini hesablamaq mümkündür.

Kommersiya bankları geniş müştəri bazası yaratmaq üçün daha çox ərazilərdə xidmət göstərmək istəyir və bunun üçün filial şəbəkələrindən istifadə edirlər. Filiallar ilə baş idarə resursların müəyyən olunmuş qaydalara uyğun olaraq alqı-satqı aparırlar.

Bütün xərclərlə əlaqəli informasiyalar təhlil edilir, müddət, məbləğ, faizlərin ödənilmə şərtləri, bankın ümumilikdə xərcləri və s. nəzərə alınır.

Bank məhsul və xidmətlərinin qiyməti təyin edilməklə bankdaxili orta faiz dərəcəsi tapılır.

Qeyri-faiz xərclərinin müəyyən edilməsinə münasibətlər nəzərdən keçirək:

1. Kredit əməliyyatları həyata keçirən idarənin faiz xərclərinin müəyyən edilməsi. Bu xərclərin məbləğinin funksional bölmələr arasında bölüşdürülməsi bankın fəaliyyətinin müxtəlif istiqamətlərinin effektliliyinin qiymətləndirilməsinin yuxarıda izah edilən prinsipləri əsasında aparılır.

Faiz xərclərinin məbləği resursların həcmi və quruluşu, həmçinin resursların ayrı-ayrı növlərinin qiyməti əsasında müəyyən edilir. Bu xərclərin hesablanması qaydası aşağıdakı cədvəldə verilmişdir (cədvəl 5).

Cədvəl 5

Resurslara görə ödənişlərin məbləğinin bankdaxili bölgüsü

(2014-cü ilin yekunlarına əlavə)



İdarələr

Aktivlərdə xüsusi çəkisi

(%-lə)


Resurslara görə ödənişlər (min man.)

Passivlərdə xüsusi çəkisi (%-lə)

Resurslara

görə daxilolmalar (min man)



Resurslara görə bankdaxili ödənişlərin həcmi

(min man)



Beynəlxalq əməliyyatlar

70,47

7037,45

74,54

5245,72

1791,73

Ssuda

əməliyyatları



8,91

889,79

0

0

889,79

Dilinq

əməliyyatları



7,69

767,96

7,57

58,13

709,83

2. Kredit əməliyyatlarını həyata keçirən idarənin qeyri-faiz xərclərinin müəyyən edilməsi. Yuxarıda qeyd edildiyi kimi, bu xərclər bankın idarələri arasında birbaşa və dolayı bölüşdürülə bilər. Bank bölmələrinin avadanlıqların amortizasiyası, icarə haqqı və bu kimi birbaşa xərclərinin uçotu üçün hər bir idarə və hər bir birbaşa xərc növləri üzrə ayrıca şəxs hesablann açılmalıdır (cədvəl 6).
Cədvəl 6

Dolayı və bilvasitə konkret bölmənin xərclərinə aid edilməsi mümkün olmayan birbaşa xərclərin idarələr arasında bölüşdürülməsi

(2014-cü ilin yekunlarına əlavə)




İdarələr

İşçilərin

sayı


(nəfər)

İşçilərin

xüsusi çəkisi

(%-lə)


Xərclərin

məbləğinin

hesablanması

formulu


İdarələrin

xərclərinin

ümumi

məbləği


Hesablaşma-kassa xidməti idarəsi

36

25.7

3263.36x0.257

838,68

Beynəlxalq əməliyyatları idarəsi

20

14.3

3263,36x0,143

466,66

Təhlükəsizlik idarəsi

19

13.6

3263,36x0,136

443,82

Amortizasiya idarəsi

17

12,1

3263,36x0,121

394,86

Ssuda əməliyyatları idarəsi

12

8.6

3263,36x0,086

280,65

Marketinq idarəsi

8

5,7

3263,36x0,057

186,01

Təhlil idarəsi

8

5,7

3263,36x0,057

186,01

Qiymətli kağızlar idarəsi

8

5,7

3263,36x0,057

186,01

Depozit əməliyyatları idarəsi

5

3,6

3263,36x0,036

117,48

Dilinq əməliyyatları idarəsi

7




3263,36x0,050

163,17

Onda bankın idarələrinin faiz və qeyri-faiz xərcləri ümumi məbləği 7 saylı cədvəldə verilmiş məlumatlarla xarakterizə olunacaqdır.



Cədvəl 7

Bankın funksional bölmələrinin xərcləri

(funksional bölmələrinin xərclərinin xüsusi çəkisi, %-lə)

(2014-cü ilin yekunlarına əlavə)




İdarələr

Faiz

xərcləri


(min

man.)


Birbaşa

qeyri-faiz

xərcləri

(min man.)



Dolayı

qeyri-faiz

xərcləri

(min man.)



Cəmi

xərclər


(min

man.)


Funksional

bölmələrin

xərclərində xüsusi

çəkisi (%-lə)



Hesablaşma-kassa xidməti idarəsi

2593,59

13,34

838,68

3445,61

13,5

Beynəlxalq əməliyyatlar idarəsi

1791,73

2877,94

466,66

5136,33

20,2

Ssuda əməliyyatları idarəsi

889,79

4290,44

280,65

5460,88

21,5

Dilinq əməliyyatları idarəsi

709,96

6506,99

163,17

7380,12

29,0

Depozit əməliyyatları idarəsi

943,98

X

117,48

1061,46

4,2

Cəmi

9210,72

14178,52

2052,65

25441,89

100

Buna görə də yeni uçot sisteminə kifayət qədər uzun vaxt ərzində keçirilə bilər. İdarələrin birbaşa xərclərinin uçotunun ayrıca aparılmasına inanmamıza baxmayaraq hesablamalar aparılarkən yuxarıda göstərilən səbəblərdən idarələrin icarə, amortizasiya və s. ilə əlaqədar birbaşa məsrəflərinin və dolayı xərclərinin həcmi idarələr arasında onlann işçilərinin payına mütanasib olaraq bölüşdürüləcəkdir.

Ştab idarələrinin xərclərinin bankın funkusional bölmələri arasında bölüşdürülməsinin variantlarından biri bankın ümumi xərclərinin tərkibində funksional bölmələrin xərclərinin xüsusi çəkisi əsasında həyata keçirilməsidir. Bunu nəzərə almaqla ştab bölmələrin xərclərinin hər bir funksional bölmənin payına düşən hissəsi olur.

3.Kredit əməliyyatlarının maya dəyərinin müəyyən edilməsi. İdarələrin xərclərinin və onların verdikləri kreditlərin orta aylıq həcmini bilərək təhlil edilən ay ərzində verilən ssudanın maya dəyərini və qiymətini müəyyən etmək olar.



Aktivlərin "Bank daxilində bank" modelinə görə idarə edilməsi əsasında bankdaxili pul axınları yenidən bölüşdürülərkən kreditin qiymətinin və resurslara görə ödənişlərin müəyyən edilməsi.

"Bank daxilində bank" modeli çərçivəsində resursların cəlb edilməsinin hansı mənbəyinin aktiv əməliyyatlarının aparılması üçün baza olduğu müəyyən edilir. Ssuda əməliyyatları idarəsinin verdiyi kreditlərin resurs bazasına aşağıdakılar aiddir:

- bankın müştərilərinin hesablaşma və cari hesablarındakı pul qalığı, müəssisələrin depozitləri və fiziki şəxslərin əmanətləri (bu əmanətlərin orta aylıq həcminin 50%-i daxilində);

- 1 aydan artıq müddətə cəlb edilmiş banklararası kreditlər;

- qiymətli kağızlar buraxmaqla 1 aydan artıq müddətə cəlb edilmiş resurslar.

Cəlb edilmiş vəsaitlərin axanncı iki növü: a) verilmiş ssudanın həcmi ilə; b) bankın müştərilərinin hesablaşma və cari hesablarındakı məbləğin 50%-i, cəlb edilmiş depozitlərin və fiziki şəxslərin əmanətlərinin məbləği arasındakı fərqin yarısı həcmində kreditləşmənin mənbəyidir.

Ssuda əməliyyatları idarəsi bankın müştərilərinin hesablaşma və cari hesablarındakı vəsaitlərin, müəssisələrin depozitlərin və fiziki şəxslərin əmanətlərinin orta aylıq qalığı həcmində kreditləşmə limiti müəyyən edə bilər. Lakin, artıq qeyd edildiyi kimi, bu kateqoriya vəsaitlər kreditləşmənin yalnız 50%-nin mənbəyi ola bilər. Kredit limiti ilə hesablardakı, əmanətlərdəki və depozitlərdəki qalığın 50%-i arasındakı fərq isə banklararası kreditlərin cəlb edilməsi və borc qiymətli kağızların emissiyası hesabına ödənilir.

Bizim "Vəsaitlərin ümumi fondu" modelində qeyd edilən və kreditlərin verilməsi ilə məşğul olan digər idarələrin resursların cəlb edilməsi mənbələri vardır və bu vəsaitlər hesabına kreditlər qoyuluşunu təmin etməlidir. Dilinq və beynəlxalq əməliyyatlar idarələrində yerləşdirmənin həcmi cəlb edilmənin həcmindən çox olduğu halda onlar arasında yarana mənfi fərq yalnız passiv əməliyyatlar həyata keçirən idarələrin cəlb etdiyi resurslar hesabına ödənilir.

Ssuda əməliyyatları idarəsinin verdiyi kreditlərin qiymətinin müəyyən edilməsi.

Təhlil edilən ayda bankda resursların aşağıdakı cədvəldə verilmiş stukturu formalaşmışdır (cədvəl 8).


Cədvəl 8

Bankın resurslarının strukturu

(2014-cü ilin yekunlarına əlavə)



Resurslann növləri

Orta aylıq qalığın məbləği

(min man.)



Umumi həcmdə xüsusi çəkisi

(%-lə)


Bankın xüsusi vəsaitləri

51306

5,45

Cəlb edilmiş resursların növləri

Orta aylıq qalığın

məbləği

(min man.)


Umumi həcmdə

xüsusi çəkisi

(%-lə)


Müştərilərin hesablaşma və digər hesablarındakı vəsaitlər

87197

9,27

Müəssisələrin depozitləri

2173

0,23

Fiziki şəxslərin əmanətləri

854

0,09

Qiymətli kağızlar hesabına cəlb edilmiş resurslar

26792

2,85

Cəlb edilmiş banklararası kredit

71250

7,57

Valyuta hesabındakı vəsaitlər

701299

74,54

Kreditləşmə üçün cəlb edilmiş resurslann qiyməti aşağıdakı düsturla hesablanılır:



burada: Pk - resursların orta çəkili qiyməti (illik %);



Sk- aktivlərə qoyulmuş və gəlir gətirən borc alınmış və cəlb edilmiş

vəsaitlərin, yəni işləyən resursların xüsusi çəkisidir.

Gəlir gətirməyən aktivlərə məcburi ehtiyatlar, kassadakı və müxabirləşmə hesabındakı vəsaitin qalığı, digər debitorlar və s. aid edilir.

Bu düsturla ssuda əməliyyatları idarəsinin kreditləşmə məqsədi ilə istifadə etdiyi hər bir resurs növünün orta aylıq məbləği müəyyən edilir. Sonra bankın cəlb etdiyi hər bir resurs növünün xüsusi çəkisinə görə onun qiymətliliyi öyrənilir və ssuda əməliyyatları idarəsi üçün resursların orta aylıq maya dəyəri müəyyən edilir.

Artıq yuxarıda qeyd edildiyi kimi, müştərilərin bank hesablarındakı hüquqi və fiziki şəxslərin hesablarındakı orta aylıq qalığın 50%-i, banklararası kredit borc qiymətli kağızların ümumi məbləği bank kreditlərinin resurs bazasını təşkil edir. Bizim misalda kreditləşmənin aylıq limitinin məbləği və onun mənbələri 9 saylı cədvəldə verilmişdir.

Cədvəl 9

Kreditləşmənin aylıq limiti


Kreditləşmənin mənbələri

Məbləği (min man.)

Müştərilərin hesablaşma və digər hesablarındakı vəsaitlər

87197

Müəssisələrin depozitləri

2173

Fiziki şəxslərin əmanətləri

854

Cəmi

90224

Kreditləşmə limitinin yarısı cədvəldə verilmiş üç mənbə, qalan yarısı isə cəlb edilmiş banklararası kredit və qiymətli kağızlar vasitəsi ilə cəlb edilmiş vəsaitlər (22556 min man.) hesabına bərabər hissələrlə təmin edilir. Beləliklə, ssuda əməliyyatlan idarəsi onu resurslarla təmin edən bölmənin xərclərini ödəməlidir.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə