Magistratura məRKƏZİ Əlyazması hüququnda


I. Istehlak malları istehsal edilən təşkilatlar (əmtəə istehsalçıları sistemi) II



Yüklə 0,5 Mb.
səhifə5/6
tarix14.09.2018
ölçüsü0,5 Mb.
#68432
1   2   3   4   5   6

I. Istehlak malları istehsal edilən təşkilatlar (əmtəə istehsalçıları sistemi)

II. Istehlak əmtəə və xidmətləri ilə ticarət

strukturları





Qida sənayesi


Tikiş sənayesi



Istehlak bazarına aid qurumlar:



Topdansatış müəssisələri; iri, orta və kiçik pərakəndə sahibkarlara aid olan qurumlar


Dəri məmulatları sənayəsi firmaları





Mədəni –məişət təyinatlı əmtəələrin istehsalı


Istehlak malları istehsalına aid digər firmalar



III.Ticarət-sənaye siyasətinin milli qurumlararası sistemi




kənd təsərrüfatı firmaları


Istehlak bazarı ilə bağlı innovasiya məzmunlu qurum


digər sahibkarlıq fəaliyyəti




Şəkil. 3.3. Istehlak bazarının perspektiv menecment sistemi
“İstehlak malları istehsal edən sahələr”in I blokunda əsasən istehlak bazarının mal istehsalçılarının subyektləri əks olunmuşdur. Bu, hər şeydən əvvəl, istehlak bazarı üçün bilavasitə mal istehsal edən müəssisə və firmalardır (iri, orta kiçik): yeyinti sənayesi müəssisələri; toxuculuq və tikiş sənayesi müəssisələri; dəri, dəri məmulatları və ayaqqabı istehsalı üzrə müəssisələr; mədəni-məişət malları və təsərrüfat məişəti məhsulları istehsalı üzrə müəssisələr; istehlak malları (mebel) istehsal edilən digər sahələr; kənd təsərrüfatı müəssisələri; ev və fermer təsərrüfatları və s.

İstehlak bazarının təklif olunan təşkilati idarəetmə mexanizmi “Ticarət-sənaye siyasətinin Milli sahələrarası kompleksi (istehlak bazarının sosial-iqtisadi inkişafının dövlət proqramı)” adlanır. Buraya həm də istehlak bazarının innovasiya mərkəzi daxil olunur. Lakin istehlak bazarının təkilf edilən milli sahələrarası kompleksi bir qədər başqa funksiyaları yerinə yetirməlidir. Həmin sahələrarası kompleksin başlıca məqsədi istehlak bazarının bərabər hüquqlu iştirakçılarının maraqlarının təşkilati-iqtisadi birləşdirilməsi olmalıdır: İstehlak bazarının sahələrarası kompleksi qarşıya qoyulan məqsədlər əsasında aşağıdakı əsas funksiyaları yerinə yetirməlidir: əhalinin maddi və mənəvi təlabatının bütövlükdə müasir təsəvvürlərə və meyarlara uyğun olaraq formalaşması və maksimum ödənilməsi; istehlak bazarının, əmtəə istehsalçıları, satıcılar və istehlakçılar da daxil olmaqla,iştirakçılarının iqtisadi və sosial maraqlarının nizamlanması və optimallaşdırılması; həm daxili, həm də istehlak bazarında dövlət siyasətinin formalaşması və effektiv reallaşdırılması. Qeyd etmək lazımdır ki,istehlak bazarının bu cür təşkilati idarəetmə mexanizmi MDB ölkələrinin bir sıra alimləri tərəfindən təklif olunur. Bu dövlətlərin iqtisadi bazası məhz keçid iqtisadiyyatı şəraitində formalaşır və inkişaf edir. İstehlak bazarının milli sahələrarası kompleksinin əsas funksiyalarına aşağıdakıları aid etmək olar: daxili və xarici istehlak bazarında vahid siyasətin formalaşması və reallaşdırılması; əmtəə istehsalçılarının, satıcıların, ticarətin və xidmətlərin çeşid siyasətinin reallaşdırılmasının keyfiyyəti üzərində nəzarət; istehlak bazarının təhlilinə, müayinəsinə və proqnozlaşdırılmasına effektiv mütərəqqi-məqsədli yanaşmanın işlənib hazırlanması; istehlak mallarının istehsalçıdan istehlakçıya səmərəli yeridilməsi sisteminin işlənib hazırlanması; istehlak bazarının bütün mövcud subyektlərinin normativ-hüquqi və texniki materiallarla təmin olunması; həm əmtəə istehsalçıları, həm də istehlakçılar üçün investisiya-innovasiya siyasətinin işlənib hazırlanması və tətbiqi; müasir informasiya – kommunikasiya texnologiyalarının bütün istiqamətlər üzrə geniş istifadəsi[40].

Bizim fikrimizcə, istehlak bazarının sahələrarası kompleksinin formalaşması siyasəti bazar şaquli əlaqələr və şaquli inteqrasiya prinsipləri, eləcə də “struktur-davranış-səmərəlilik” əlaqələrinin birgə tədqiqatları əsasında qurulmalıdır.

Daha sonra “struktur-davranış-səmərəlilik” əlaqələrinin birgə tədqiqi bazasında sahələrarası kompleksin formalaşması mərhələsi gəlir. D.Hey və D.Morris çoxsaylı mənfəətlilik amillərinin şərhi əsasında aşağıdakı nəticələrə gəlirlər: sahəvi struktur mənfəəti müəyyən edən amillərdən biridir, lakin o, ən başlıca amil deyil. Potensial giriş üçün müxtəlif cür maneələr, inkişaf, şaxələnmə, coğrafi yerləşmə, strateji qruplaşmalar, risk, alıcıların cəmləşməsi və xarici ticarət- bütün bunlar da gəlirliyə təsir göstərirlər; bu amillərin bir hissəsi müxtəlif üsullarla təmərküzləşmə ilə, həm də mənfəətliliklə bağlı olduğuna görə “struktur-davranış-səmərələlilik” əlaqələrinin qiymətləndirilməsini mürəkkəbləşdirir; belə əlavə dəyişənlərin daxil edilməsi çox vaxt təmərküzləşmənin rolunu empirik olaraq daha az aşkar edir. Müəyyən edilmişdir ki, təmərküzləşmə yuxarıda sadalanan dəyişənlərin yalnız yarısında mənfəətliyin əhəmiyyətli müstəqil amili ola bilər. Yalnız alıcıların təmərküzləşməsinə diqqət yetirməklə görmək olar ki, keçmişdə sərf-nəzər olunmuş dəyərlərin daxil edilməsi təmərküzləşmənin ölçülmüş kəmiyyətini yüksəldir; nəhayət, yuxarıda verilən nəticələrə baxmayaraq, bu nəticələr əsasında sahəvi təmərküzləşmə mənfəətliliyin struktur amillərinin qiymətləndirilməsi zamanı nəzərə alınması zəruri olan bir, lakin yeganə olmayan dəyişən kimi qalmalıdır[42].

Zənnimcə, istehlak bazarının tənzimlənməsi mexanizmi üçün zəncirvari ardıcıllığı aşağıdakı kimi ifadə etmək məqsədəuyğundur.


3.2. Müasir şəraitdə istehlak əmtəə və xidmətləri bazarının inkişafının optimallaşdırılması yolları
Ticarət – sənaye siyasətinin milli sahələrarası kompleksi istehlak malların xarici ticarəti sahəsində inteqrasiya funksiyalarını da yerinə yetirməlidir. Bütün bunlar xarici iqtisadi fəaliyyətə təsir edən idarəetmə orqanlarının yaradaılmasının obyektiv zəruriliyinə səbəb olur. Bazar şəraitində bütövlükdə iqtisadiyyata dövlətin təsirinin xarakteri dəyişir: o, tənzimlənmə forması alır, daha doğrusu, bütövlükdə iqtisadiyyatın və onun əsas hissələrinin effektiv fəaliyyətini təmin edən şərait yaradır. Qərb ölkələrinin iqtisadçılarının tədqiqatlarında dünya bazarında milli mal və xidmətlərin rəqabətliliyinin yüksəldilməsində dövlətin rolunun gücləndirilməsi üzrə praktiki tövsiyələrin işlənib hazırlanmasına böyük önəm verilir. Bütövlükdə iqtisadi nəzəriyyədə dövlətin tənzimlənməsinin obyektiv zəruliliyi etiraf olunmuş və sənaye cəhətdən inkişaf etmiş və yeni sənaye ölkələrinin təsərrüfatçılıq təcrübəsi ilə təsdiq olunmuşdur. Dövlət tənzimlənməsi bütün dünyada geniş istifadə edilir. Bazar təsərrüaftı şəraitində o, milli iqtisadiyyatın maraqları baxımından xarici iqtisadi fəaliyyətin təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik, idarəedicilik və nəzarət xarakterli tədbirlər sistemini özündə ehtiva edir. Bundan irəli gələrək, ticarət-sənaye siyasətinin Milli sahələrarası kompleksi həm idxal, həm də ixrac əməliyyatları sahəsində istehlak mallarının xarici ticarətinin tənzimlənməsi ilə bağlı funksiyaları yerinə yetirməlidir [43].

Fikrimcə, əmtəə və xidmətlər bazarının bütün elementlərinin analizi iqtisadi-təşkilati Respublika qurumlararası strukturun formalaşdırılması zərurətini meydana çıxarır ki, bu da ölkədə istehlak bazarının dinamik və dayanıqlı inkişafının təmin olunmasına həyata zəmin yarada bilər. Əmtəə və xidmətlər bazarının təklif edilən müvafiq strukturu müxtəlif təşkilati statusda formalaşa bilər. Bu təşkilatın səlahiyyətlərinə əmtəə bazarlarına dair müvafiq elementlərin daxil olduğu təşklati qurumların sayını azaltmaq, dövlət və qeyri-dövlət sektorunda menecment siyasətinin differensasiya etmək, əmtəə bazarlarında idarəetmə kompleksinin işlənilməsi və tətbiq edilməsi, tənzimlənmə siyasəti, səlahiyyət və məsuliyyətin olaraq respublikanın iqtisadi-təşkilati siyasətinin Respublika Qurumlararası strukturunda yığılması faydalı ola bilər. Strukturun müxtəlif elementləri fərqli tipli səhmdar cəmiyyətləri kimi formalaşa bilər.

Qeyd etmək lazımdır ki, ticarət sahələri qurumlarında, xidmət, topdansatış və yeyinti müəssisələrində dinamik iqtisadi proses həyata keçirilir. Bütöv ticarət kompleksinin effektibliyi xeyli dərəcədə məhz bu müəssisələrin işinin effektivliyi ilə bağlıdır.

Ticarət strukturlarının iqtisadi göstəricilərinin müəyyən etmək üçün tədqiqatlar sistemi 2 formada təşkil oluna bilər:

1.Mikroiqtisadi təşkil:

- pərakəndə ticarətin, qida müəssisələrinin və əmtəə bazarında xidmətlərin analizi;

- pərakəndə ticarət müəssisələrində infrastruktur göstəricilərinin müəyyən edlməsi;

- pərakəndə ticarət istehlak bazarı müəssisələrində dinamik tələbatın öyrənilməsı;

-pərakəndə ticarət əmtəə bazarında ticarət sisteminin balans metodu ilə hesablanması.

1.Makroiqtisadi təşkil:

-əmtəə və xidmətlərin bazarlarında (ticarət sistemi üzrə) bazar əlaqələrinin ümumi göstəricilərinin təhlili;

-əmtəə və xidmətlərin müvafiq bazarlarda sosial-iqtisadi potensial resurslarının effektivliyinin təhlil olunması ;

-əmtəə və xidmətlərin müvafiq bazarlarda (ticarət sistemi üzrə) müxtəlif bazar əlaqələrinin təhlil olunması;

Ümumiyyətlə, belə bir fikir söyləmək mümkündür ki, iqtisadi sistemlərdə müəssisələrin rəqabət durumu orta vəziyyətli iqrisadi proseslərin formalaşmasına çox ciddi təsir edir. Bu səbəbdən makroiqtisadi səviyyədə rəqabət mühitinin stimullaşdırılması çox vacib hesab olunmalıdır. Habelə, qeyd etmək olar ki, həmçinin, mikroiqtisadi səviyyədə də bu amil önəmli rol oynamaqdadır.

Yuxarıda göstərilənlər rəqabət mühitinin müəyyənləşdirilməsinə böyük ehtiyac yaradır. Burada həmçinin mühüm məsələ məhsul göndərənə, onun tədarük etdiyi əmtəə və xidmətlərə olan münasibətdə sifarişçidə formalaşa bilən qeyri-müəyyənliyin azaldılmasıdır. Bu məqsədlə tez-tez aşağıdakı üsullardan istifadə edilir: pulsuz prezentasiyalar, müəyyən müddət üçün əmtə ə və xidmətlərdən pulsuz yaxud simvolik qiymətlər çərçivəsində istifadə edə bilmək imkanları, əmtəələrə zəmanətlərin müvafiq qaydalar çərçivəsində verilməsi, əmtəələrin çatdırılmasının təşkil olunması, xidmətlərinin təşkili üzrə müaqvilələr.

Cədvəl № 3.1

Ansoff metodu ilə istehlak bazarı subyektinin rəqabət statusunun müəyyən edilməsi və qiymətləndirilməsi [44]



Müəssisənin__adı__Kritik__Kiçik__(0,1-0,3)'>Müəssisənin__adı__Mövcud_strategiya_(S_f_)_(mal_dövriyyəsi)'>Müəssisənin

adı

Mövcud strategiya (Sf) (mal dövriyyəsi)

Optimal strategiya (So) (mal dövriyyəsi)

Faktiki potensial (Cf)

(mal dövriyyəsi)

Optimal potensial

(Co)

(mal dövriyyəsi)

KCF

1.Xaricdən investisiya qoyulan ticarət müəssisələri

235,2+25,9=

=261,1

261,1·1,15=

=300,2

235,2

235,2·1,15=

=270,1

0,758


2.Xaricdən investisiya qoyulan xidmət müəssisələri

87,9

113,1

87,9

87,0·1,3=

=113,1

0,604


3. Xaricdən investisiya qoyulan topdansatış ticarəti müəssisələri

328,4

443,3


328,4

328,4·1,35=

=443,3

0,549


4. Xaricdən qoyulan investisiya qoyulan qida

35,5

40,8

35,5

35,5·1,15=

=40,8

0,757


Yerli kiçik müəssisələri:

A) ticarət

317,6+33,6=

=351,2


351,2·1,15=

=403,9


317,6

317,6·1,15=

=365,2


0,788

B) Xidmətlər

67,4

87,6

67,4

67,4·1,3=

=87,6


0,592

V) Topdansatış

549,9

742,4

549,9

549,9·1,35=

=742,4


0,549

Q) İaşə

61,0

70,1

61,0

61,0·1,15=

=70,1


0,757

Mal göndərən müntəzəm olaraq yuxarıda göstərilən siyahıya müraciət etməli və hər bir sifarişçi ilə möhkəm qarşılıqlı əlaqə yaratmaq və riskləri azaltmaq məqsədi ilə istifadə edilən hər bir metod üçün xərclər və gəlirlər arasındakı nisbəti qiymətləndirməlidir.

Son illərin müasir iqtisadi ədəbiyyatinda istehlakçının vəziyyətini müəyyən etmək məqsədi ilə empirik marketinqdən istifadənin vacibliyi daima qeyd edilir.

Elliot metodu ilə risk səviyyəsinin müvafiq qaydada emprik şkalasının risk ehtimallarınına dair əldə olunmuş nəticələri ilə müqayisəsinə əsasən bildirmək olar ki, nisbətən az riskli zonaya (0,1 – 0,3) daxildirlər : xaricdən investisiyalaşan ticarət və qida sənayəsi müəssisələri (0,242 – 0, 243) və yerli ticarət və kiçik qida sənayəsi müəssisələri (0,212 – 0,243). Nisbətən daha orta və yüksək risk səviyyəsi qeyd olunan zonaya isə aid edilən firmalar xaricdən maliyyələşən xidmət və topdansatış firmaları (0,396 – 0,451) və yerli xidmət və topdansatış şirkətləridir (0,408 – 0,451).



Cədvəl № 5.2

Elliott metodu ilə ticarət subyektlərində riskin səviyyəsinin empirik

şkalasının müəyyən edilməsi [44]


Müəssisənin

adı

Kritik

Kiçik

(0,1-0,3)

Orta

(0,3-0,4)

Yüksək

(0,4-0,6)

Maksimal (0,65-0,76)

Risk nisbətinin ehtimalı (R)

A. Xaricdən investisiya qoyulan müəssisələr

1. Ticarət

1,00

0,242

-

-

-

0,242

2. Xidmətlər

1,00

-

0,396

-

-

0,396

3. Topdansatış

1,00

-

-

0,451

-

0,451

4. İaşə

1,00

0,243

-

-

-

0,243

B. Yerli müəssisələr

1. Ticarət

1,00

0,212

-

-

-

0,21

2. Xidmətlər

1,00

-

-

0,408

-

0,408

3. Topdansatış

1,00

-

-

0,451

-

0,451

4. İaşə

1,00

0,243

-

-

-

0,243

Qeyd: 0KCF≤0.4- zəif mövqe; 0,5 KCF≤0.07- orta mövqe; 0.8 KCF≤1.0-güclü mövqe



Əmtəə bazarı risk göstəricilərinin qiymətləndirilməsi dair variasiya əmsalının müəyyən olunması üzrə əldə edilən nəticələr isə yuxarıdakıları bir daha təsdiq etmiş olur(Cədvəl 5.3) və risk səviyyəsinin gah daha çox, gah da daha az olmasını nümayiş etdirir.


Cədvəl № 5.3

Ticarət subyektlərində riskin səviyyəsinin qiymətləndirilməsi üzrə variasiya əmsallarının müəyyən edilməsi [44]


Müəssisənin

adı

Risk hadisəsi (Ri)

Firmanın rəqabət statusu

Variasiya əmsalı (V)

10%-ə qədər riskin zəif tərəddüdü

10-35% - arasında riskin orta tərəddüdü

35% - dən yuxarı riskin yuxarı tərəddüdü

A. Xaricdən investisiya qoyulan müəssisələr

1. Ticarət

0,242

0,758

0,319

-

31,9

-

2. Xidmətlər

0,396

0,604

0,655

-

-

65,5

3. Topdansatış

0,451

0,549

0,821

-

-

82,1

4. Qida

0,243

0,757

0,322

-

32,2

-

B. Yerli müəssisələr

1. Ticarət

0,212

0,778

0,272

-

27,2

-

2. Xidmətlər

0,408

0,599

0,689

-

-

68,9

3. Topdansatış

0,451

0,549

0,821

-

-

82,1

4. Qida

0,243

0,757

0,322

-

32,2

-

Əldə olunmuş ğöstəricilər göstərir ki, xaricdən maliyyə resursları cəlb etmiş firmalarda mənfəətin proqnoz göstəriciləri yerli əmtəə bazarları firmalarında qeydə alındıqlarından bir qədər aşağıdır. Bu durumun formalaşmasını dünyada mövcud olan iqtisadi böhranla əlaqədar olaraq xarici şirkətlərin investisiyalarının azalması ilə izah etmək mümkündür.



Cədvəl № 5.4

İnnovasiya layihələrinin investisiya qiymətləndirilməsi göstəricilərinin hesablamaları (böhran şəraitində ticarət sahəsi subyektlərinin bazar dəyəri)[44]

Müəssisənin

adı

Şirkətin bazar dəyəri (∆Рок)

Qiymətləndirilən şirkətin cari ümumi gəliri (V)

Qiymət/ümumi gəlir nisbəti innovasiyaya qədər


P1

V

( ) a0


Qiymət/ümumi gəlir nisbəti innovasiyanın tətbiqindən sonra


P


V


( ) a1


A. Xaricdən investisiya qoyulan müəssisələr:

1. Ticarət

81,3

12,9

18,2

24,5

2. Xidmətlər

18,5

15,4

5,7

6,9

3. Topdansatış

35,0

70,1

4,7

5,2

4. Qida

10,3

9,4

3,8

4,9

B. Yerli müəssisələr

1. Ticarət

116,6

18,8

16,9

23,1

2. Xidmətlər

13,9

9,3

7,2

8,7

3. Topdansatış

38,6

96,6

5,7

6,1

4. Qida

13,7

12,6

4,8

5,9

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə