Magistratura məRKƏZİ Əlyazması hüququnda


II FƏSİL. AZƏRBAYCANDA BİZNES İNFRASTRUKTURUNUN MÖVCUD



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   9   10   11   12   13   14   15   16   ...   43
Abbasov-Ramil

II FƏSİL. AZƏRBAYCANDA BİZNES İNFRASTRUKTURUNUN MÖVCUD 

VƏZİYYƏTİ VƏ SOSİAL İNKİŞAF MEYİLLƏRİ 

2.1. Biznesin maliyyə-kredit infrastrukturunun   

          mövcud vəziyyəti və inkişaf dinamikası 

 

Respublikamızda həyata keçirilən bir sıra islahatların nəticəsi olaraq iqtisadiyyat 



öz inkişaf yolunda müəyyən mərhələyə gəlib çatmışdır. Xarici iqtisadi əlaqələrin daha 

da  genişlənməsi  və  ölkə  iqtisadiyyatının  inkişafının  təmin  edilməsi  üçün  maliyyə 

bazarının  formalaşması  vacib  bir  məsələyə  çevrilmişdir.  Qeyd  etdiyimiz  kimi, 

respublikamızda  maliyyə  bazarının  formalaşması  ölkəmizdə  siyasi  sabitlik 

yarandıqdan sonrakı dövürə təsadüf edir. Artıq 1995-ci ildə ölkəmizdə maliyyə bazarı 

tam formalaşmışdır. 1998-ci ildə ölkəmizdə 79 kommersiya bankı, çoxlu sayda sığorta 

şirkətləri,  kredit  təşkilatları,  547  səhimdar  cəmiyyət  həmçinin  4  birja  fəaliyyət 

göstərirdi.  1998-ci  ildən  sonra  respublikamızda  maliyyə  alıcısı  olaraq  müəssisə  və 

təşkilatlar  dövləti  üstələməyə  başlamışdır.Buda  inkişafın  sürətlənməsini  göstərən 

əyani misal idi. 

Maliyyə  bazarının  əsas  tərkib  hissəsi  olan    Qiymətli  Kagizlar  üzrə  Dövlət 

Komitəsi  1998-ci  il  30  dekabr  tarixində  prezidentin  verdiyi  fərman  əsasında 

yaradılmışdır.  Azərbaycan  Respublikasında  banklar  Qiymətli  Kağızlar  Bazarının 

mühüm  bir  iştirakçısı  hesab  olunur.Banklar  əsas  fəaliyyət  olaraq  qiymətli  kağızlar 

buraxmaq, almaq, satmaq, qiymətli kağızlar üzərində əməliyyatlara vasitəçilik etmək 

eyni zamanda bazara qiymətli kağızlara investisiya qoymaq prosesini həyata keçirirlər. 

Onu da qeyd edək ki, banklar fond  əməliyyatlarını müəyyən olunmuş qaydalar 

əsasında həyata keçirirlər.Bu zaman aşağıdakı göstəricilər nəzərə alınmalıdır. 

-

 

Aparılan əməliyyatları həyata keçirən mütəxəssislər xüsusi sertifikat və lisenziya 



almış şəxslər olmalıdır. 

-

 



Banklar bir qayda olaraq Milli Depozit Mərkəzinin nümayəndələrinin iştirakı ilə 

depazitor fəaliyyət ilə məşqul ola bilərlər. 

-

 

Aparılan  fond  əməliyyatları  qanunvericilikdə  göstərilən  qaydalara  ziddiyətlilik 



təşkil etməməlidir. 


25 

Azərbaycan  Respublikasında  maliyyə  bazarı  subyektləri  sırasına  Bakı  Fond 

Birjasıda  aid  edilir.  Bakı  Fond  Birjası  2000-ci  ildə  qapalı  səhimdar  cəmiyyət 

formasında  yaradılmış  kommersiya  təşkilatıdır.Bakı  Fond  Birjasının  əsas  məqsədi 

Respublikada mütəşəkkil bir fond bazarının formalaşmasından ibarətdir və hal-hazırda 

tərkibinə 20 səhmdar daxildir. 

V.İ.Koesnikovun  fikrincə  “bazar  iqtisadiyyatı  maliyyə  bazarının  fəaliyyət  və 

inkişafını  özü  tələb  edir”.Məlumdur  ki,  maliyyə  bazarı  iqtisadiyyatın  inkişaf  və 

stimullaşdırılmasına  təkan  verən  ən  mühüm  amillərdən  biri  hesab  olunur.Maliyyə 

bazarı bir sıra funksiyaları yerinə yetirir ki, bu amil də onun iqtisadi rolunu daha aydın 

şəkildə təzahür etməyə imkan verir.Bu funksiyalara aşağıda qeyd edilən amilləri misal 

göstərmək olar. 

1. Bazar iştirakçıları tərəfindən təqdim olunan maliyyə alətlərinin hər hansı bir 

real satış və alış qiyməti məhz maliyyə bazarı vastəsi ilə müəyyən edilir.Bu funksiya 

maliyyə bazarının əsas funkisyalrından biri hesab olunur. 

2. Bazar vastəsi ilə iki tərəfin,yəni hər hansı bir maliyyə vəsaitlərinə ehtiyacı olan 

tərəf ilə, artiq pul vəsaitləri olan tərəfin bir birləri ilə əlaqələndirilməsini həyata keçirir. 

3.  Maliyyə  bazarı  vastəsi  ilə  investorlar  öz  sərmayələrini  yatırmaq  üçün  ən 

optimal variant seçmək hüququ əldə edirlər ki, bu istər ölkə daxilində istərsədə xarici 

ölkələrdə ola bilər.Bu amil investorlara daha çox gəlirli sahələrə yatırım etmə imkanını 

verir. 

4.  Məlum  olduğu  kimi  maliyyə  bazarının  əsas  funksiyalarından  biri  də  bazar 

iştirakçıları  tərəfindən  maliyyə  vəsaitlərinin  əldə  olunması  və  eyni  zamanda  da 

yerləşdirilməsində  bir  sıra  xərclərin  azaldılmasından  ibarətdir.  Bu  xərclərə  misal 

olaraq  informasiya  xərclərini,  əlavə  araşdırmanın  tələb  etdiyi  xərclərin  minumuma 

endirilməsini göstərə bilərik. 

Maliyyə bazarının inkişaf etməsinə səbəblərdən biri də müxtəlif təşkilati-hüquqi 

qarşılıqlı fəaliyyəti təşkil edir. Maliyyə bazarı mənbələrin aid olmasına görə iki qrupa 

bölünür: 

 



26 

-

 



Milli (Daxili) maliyyə bazarı 

-

 



Dünya maliyyə bazarı 

Milli  (Daxili)  maliyyə  bazarının  əsas  vəsaitləri  ölkənin  daxili  maliyyə 

vəsaitlərinə əsaslanan bir bazardır.Dünya maliyyə bazarı isə milli bazarların bir birləri 

ilə sıx əlaqəsinin məcmusudur.Yəni dünya maliyyə bazarı konkret vahid bazar deyil. 

Maliyyə bazarının tərkibinə: kapital bazarı, pul bazarı, sığorta bazarı, qiymətli kağızlar 

bazarı, lizinq bazarı və s. daxildir. 

Kapital  bazarı  uzunmüddətli  maliyyə  və  investisya  mənbələrinə  çıxış  imkanı 

verən  bazar  növüdür.  Kapital  bazarının  aşağıda  qeyd  edilən  3  əsas  iştirakçısı 

mövcuddur. 

-

 



Emitentlər 

-

 



Maliyyə vasitəçiliyi 

-

 



İnvestorlar 

Qeyd  edək  ki,  emmitentlər  özlərinin  həyata  keçiriləcək  olan  əməliyyatlarını     

maliyyələşdirmək  üçün  qiymətli  kağızlar  üzərində  bir  sıra  əməliyyatları  həyata 

keçirən, o cümlədən hazırlayıb, qeydə alıb və satan şəxslərdir. 

Maliyyə vasitəçiləri – investorlar və emmitentlərin görüşünü təşkil edən vasitəçi 

təşkilatlardır.İnvestorlar    bir    növ    emmitentlərin    təminatçısı    rolunu    oynayan 

şəxslərdir. Belə ki, emmitentlərin buraxmış olduğu qiymətli kağızlara yatırım edərək 

emmitentləri lazım olan kapitalla təmin edən şəxslərdir. 

Bildiyimiz  kimi  maliyyə  bazarının  pul  və  kapital  bazarına  bölgüsünün  əsasını 

maliyyə alətlərinin tədavül müddəti təşkil edir. Qabaqcıl iqtisadi inkişafa malik olan 

ölkələrin təcrübəsində  göstərilir ki,  maliyyə  alətlərinin  tədavül  müddəti  bir ildən  az 

olarsa bu pul bazarının aləti kimi qiymətləndirilməlidir.Kapital bazarının alətlərinə isə 

uzunmüddətli alətlər aid edilir ki, burada adətən 5 ildən artıq müddət nəzərdə tutulur. 

Pul bazarı alətləri adətən bir sıra biznes sahələrini və dövlət təşkilatlarını likvid 

vəsaitlə  təmin  edir.  Bu  bazardan  fərqli  olaraq  kapital  bazarı  investisiyalaşma  ilə 

əlaqədardır. Sözügedən pul bazarı alətlərinə aşağıda qeyd edilənlər aiddir. 

 



27 

-

 



Bank aspektləri, 

-

 



Bankların depozit sertifikatları, 

-

 



Xəzinə vekselləri 

Azərbaycanda pul bazarı alətlərinə: 

-

 

Mərkəzi Bankın notları 



-

 

Qisamüddətli dövlət isteqrazları 



-

 

REPO aid edilir. 



“REPO əməliyyatı” – Mərkəzi Bank tərəfindən Milli Bankdan qiymətli kağızların 

alınması  və  Milli  Bankın  müvəkkil  bankdan  isteqrazları  almaq,  Milli  Bankın  isə 

nəzərdə  tutulan  isteqrazları  əməliyyatda  iştirak  edən  müvəkkil  bankdan  geri  satın 

almaq öhdəliyini (REPO-nun bağlanmasını) rəsmləşdirilməsi prosesidir. 

“Əks REPO əməliyyatı” – Milli Bankın müvəkkil bankdan qiymətli kağızların alışı 

və  eyni  zamanda  müvəkkil  bank  tərəfindən  qiymətli  kağızların  alınması,  müvəkkil 

bankın  isə  qiymətli  kağızları  Milli  Bankdan  satın  almaq  öhdəliyini  rəsmiləşdirən 

maliyyə əməliyatıdır. Burada sözügedən müvəkkil bank Milli Bank ilə REPO sazişini 

bağlayan bankdır. 

REPO/əks  REPO-nun  bağlanma  qiymətlərini  hesablamaq  üçün  aşağıdakı 

düsturdan istifadə edilir. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə