Magistratura məRKƏZİ Əlyazması hüququnda


Qiymətli kağızlar bazarı, onun funksiya və vəzifələri



Yüklə 121,43 Kb.
səhifə5/17
tarix11.05.2022
ölçüsü121,43 Kb.
#86597
1   2   3   4   5   6   7   8   9   ...   17
Quliyeva-Leyla-El-in

Qiymətli kağızlar bazarı, onun funksiya və vəzifələri


Qiymətli kağızlar bazarının iqtisadi rolu onun onun funksiyalarında,həmçinin fəaliyyətinin məqsəd və vəzifələrində təzahür etməkdədir.

Qiymətli kağızlar bazarının zəruriliyini müəyyənləşdirən başlıca məqsədi maliyyə

resurslarını səfərbər etmək və onların yenidən bölgüsünü təmin etməkdən ibarətdir. Yəni,qiymətli kağızlar bazarı investorlardan müvəqqəti sərbəst pul vəsaitlərinin qiymətli kağız emitentləri istiqamətindəki hərəkətində vasitəçilik etməkdədir.Bu məqsədə nail olunması qiymətli kağızlar bazarının vəzifələrini müəyyən edir. Bunlara aşağıdakılar aid etmık olar:


    • qiymətli kağızların 2-ci bazarının inkişaf etdirilməsi.

    • dünya standartlarına cavab verə bilən bazar infrastrukturunun formalaşması.

    • investisiyaların edilməsi üçün müvəqqəti sərbəst maliyyə vəsaitlərinin səfərbər edilməsi.

    • idarə etmə sisteminin və bazar mexaniziminin təkmilləşdirilməsi.

    • mülkiyyət münasibətlərinin transformasiyası.

    • dövlət tənzimlənməsi əsasında fond kapitalı üzərində real nəzarətin təmin edilməsi.

    • qiymətqoymanın inkişaf etdirilməsi.

    • investisiya riskinin azaldılması.

Gördüyünüz kimi,göstərilən vəzifələrin yerinə yetirilməsi ilk növbədə investisiyaların yenidən bölüşdürülməsinə şərait yaratmaqdadır. Qiymətli kağızlar bazarının köməyilə yüksək gəlirliliyi təmin edən sahələrə kapital axını baş verməkdədir.Digər tərəfdən isə ,qiymətli kağızların əldə edilməsi imkanını təmin etməklə fond bazarı investisiya prosesinə kütləvi səciyyə verməkdədir. Qiymətli kağızların dövriyyəsinin peşəkar vasitəçilərin və fond birjalarının əlində cəmləşməsi isə investisiya prosesini surətləndirməkdədir. Qiymətli kağızlar bazarı ölkədəki ictimai –siyasi durumun dəyişməsini izləməklə və ona həssas olmaqla həm də maliyyə barometri rolunda çıxış etməkdədir.


İdarəetmədə demokratiyanın təmin olunmasına qiymətli kağızlar şərait yaratmaqdadır. Bu,özünü səhmdarların ümümi iclasında qərarlar səhm sahiblərinin “bir səhm – bir səs” qaydası əsasında səsvermə yolu ilə qəbul olunmasında göstərir.Fond əməliyyatları vasitəsilə kooperasiyalar və dövlət iqtisadiyyatda struktur dəyişiklikləri həyata keçirilməkdədir. Dövlət siyasəti qiymətli kağızlar bazarı vasitəsilə həyata keçirilir. 1990-cı illərdə bunun subutu kimi Şərqi Avropa ölkələrində və Rusiyada müəssisələrin özəlləşdirilməsini və səhmdar cəmiyyətlərə çevrilməsini göstərə bilərik.

Göstərilən vəzifələrin icrası qiymətli kağızlar bazarının konkret funksiyaları

yerinə yetirməsi ilə bağlıdırv ki, hər bir funksiyanın isə konkret məzmunu mövcuddur.Funksiyalara bunları aid edə bilərik.

Yenidənbölgü funksiyası pul vəsaitlərinin qiymətli kağızların tədavülü vasitəsilə əhali, müəssisələr və dövlət arasında , regionlar və sahələr arasında,yenidən bölgüsünü ifadə edir.Misal üçün , yerli idarəetmə orqanlarının, mərkəzi hökümətin büdcə kəsirinin bələdiyyə və dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi vasitəsilə maliyyələşdirilməsi zamanı əhalinin və müəssisələr in sərbəst maliyyə resurslarının dövlətin xeyrinə yenidən bölgüsü baş verir.Bu funksiya vasitəsilə iqtisadiyyatın iştirakçılarının bazardakı iştirakının nüfuzu və bununla bağlı olaraq bazardakı xususi çəkisi,ona təsir göstərmək imkanı vaxtaşırı olaraq dəyişikliyə uğramaqdadır.

Maliyyə risklərinin siğortalanması funksiyası. Bu funksiya fyüçers və opsionların,yəni törəmə qiymətli kağızların meydana gəlməsi nəticəsində mümkün olmaqdadır.Bu funksiya vasitəsilə kapitalın artırılması və qorunub saxlanılması təmin edilməkdədədir.

Tənzimlənmə funksiyası isə konkret fond əməliyyatları vasitəsilə cəmiyyətdə baş verən müxtəlif proseslərin tənzimlənməsi ilə bağlıdır.Misal üçün,qiymətli kağızlarla əməliyyatların keçirilməsi vasitəsilə tədavüldəki pul kütləsinin həcmi tənzimlənməkdədir .Bu,tənzimlənmə funksiyasının makroiqtisadi tərəfidir.Eyni zamanda,göstərilən funksiyanın mikroiqtisadi tərəfi də mövcutdur ki, fond bazarı


istirakçılar arasında münasibətlərin çözülməsi qaydalarını ,ticarət qaydalarını, yaradır, idarəetmə və nəzarət orqanlarını müəyyənləşdirir.

Uçot funksiyası.Bu funksiya bazarda tədavül edən bütün növ qiymətli kağızların, qiymətli kağızlar bazarı iştirakçılarının qeydiyyatında,reysterlərdə məcburi qeydiyyatında, həmçinin alqı-satqı,girov,trast,konvertasiya və s. yəni xususi siyahılarda müqavilələrlə rəsmləşdirilmiş fond əməliyyatlarının qeydiyyatında təzahür etməkdədir.

Uçot funksiyasından qiymətli kağızlar bazarının informasiya funksiyası irəli gəlməkdədir,yəni ki ,bazar ticarət subyektləri və obyektləri haqqında informasiyanı yaradır və iştirakçılara çatdırmağa çalışır.

Nəzarət funksiyası.Bu,bazar iştirakçıları tərəfindən qanunvericiliyə əməl olunmasını nəzarətin həyata keçirilməsini nəzərdə tutmaqdadır.

Tələblə təklifin tarazlaşdırılması. Bu fond bazarında qiymətli kağızlarla əməliyyatlar vasitəsilə tələblə təklifin arasında tarazlığın təmin olunması deməkdirki bununla da bazar qiymətlərinin formalaşması,onların dinamikası üçün şərait yaranmaqdadır.

Həvəsləndirmə funksiyası.Bu funksiyanın mahiyyəti fiziki və hüquqi səxsləri qiymətli kağızlar bazarının iştirakçısı olmağa sövq etməkdən ibarətdir.

Kommersiya funksiyası.Digər bazarlarda olduğu kimi, əməliyyatların keçirilməsindən mənfəətin əldə olunması və onun maksimumlaşdırılması üçün qiymətli kağızlar bazarı da şərait yaratmaqdadır.

Ilk 3 funksiyanı qiymətli kağızlar bazarının özünəməxsus funksiyalarına aid edə bilərik.Qalanlarını isə ümumbazar funksiyaları kimi səciyyələndirə bilərik.

Qiymətli kağızlar bazarının köməkçi funksiyaları da vardır.Bunlar qiymətli kağızların antiböhran idarəetməsində,özəlləşmədə, pul tədavülünün sabitləşdirilməsində,iqtisadiyyatın restrukturizasyasında, antiinfiliyasiya siyasətində tətbiqi ilə əlaqədardır ki,bu da,qiymətli kağızlar bazarının bazar tənzimlənməsinin çox mühüm aləti kimi böyük rol oynadığını göstərir.
Qiymətli kağızlar bazarı investisiya resurslarının yenidən bölgüsünə yardım edir və ,resursların ən perspektivli və gəlirli sahələrdə cəmləşməsini təmin edir və eyni zamanda vacib makroiqtisadi funksiyanı yerinə yetirir.Bununla da,yığımların investisiyalara keçməsinin mümkün ola bilən maliyyə kanallarından biri kimi çıxış etməkdədir.Eyni zamanda qiymətli kağızlar bazarı investorlara əmanətlərini artırmaq və qoruyub saxlamaq imkanı yaratmaqdadır.

Qiymətli kağızlar bazarı mühüm bir təşkilati-hüquqi sistemdir. Bu bazarın strukturu aşağıdakılardır:



    • Ticarətin predmeti: qiymətli kağızlar və onların törəmələri.

    • Tənzimləmə sistemi.

    • Professional iştirakçılar.

Qiymətli kağızlar bazarının tərkib hissələri müxtəlif cür qruplaşdırılaraq təsnifatlaşdırılmaqdadır. Bazarın tərkib hissəsinin əsasını bazarda aparılan ticarət üsulları təyin etməkdədir.Qiymətli kağızlar bazarı coğrafi əlamətlərinə görə regional, milli və beynəlxalq bazarlara bölə bilərik. Fond bazarını qiymətli kağızların növlərinə görə təsnifləşdirə bilərik: istiqraz bazarı, səhm bazarı, törəmə qiymətli kağızlar bazarı və s. Bu bazarın strukturunda əsasən 5 növ müxtəliflik fərqləndirilməkdədir:

İlkin və təkrar bazar. İlkin bazarda qiymətli kağızlar öz tələbləri və qəbul qaydaları ilə ilk dəfə satışa çıxarılır və realizə olunma prosesinin ilk mərhələsində ilk dəfə olaraq alıcılar tərəfindən alınmaqdadır. Burada mərkəzi hökumət, korporasiyalar və bələdiyyələr tərəfindən buraxılan qiymətli kağızların ilkin yerləşdirilməsi baş verməkdədir. Bazarda yeni buraxılan qiymətli kağızların bazar qiyməti müəyyən edilməkdədir ki, burada investisiya riski qiymətləndiriməsi,buraxılışın dövlət qeydiyyatı və buraxılışın nəticələrinin qeydiyyatı və onların saxlanılması baş verməkdədir. İlkin bazarın funksiyaları bunlardır:


    • qiymətli kağızların yerləşdirilməsi;

    • onların buraxılışının təşkili;




    • tələblə təklif arasında tarazlığın təmin olunması.

    • qiymətli kağızların uçotunun aparılması;

Təkrar bazarda isə əvvəllər buraxılmış olan qiymətli kağızlar dövriyyədə olmaqda və qiymətli kağızın təyin edilmiş bütün dövriyyə müddəti ərzində bu kağızlar alqı-satqı və ya digər köçürmə fomalarında öz sahibini dəyişməkdədir.Bu bazarın məqsədi ilkin yerləşdirilməsindən sonra qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatların keçirilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Təkrar bazarın funksıyası isə pərakəndə alqı-satqı səviyyəsində alıcı və satıcıların görüşdürülməsi və müəyyən qiymət səviyyəsində təklif və tələbin tarazlaşdırılmasından ibarət olmaqdadır.Təsərrüfat subyektlərinin inkişafı məqsədlərindən ötrü investisiyaların cəlb olunması və kapitalın ən səmərəli istehsal sahələrinin xeyirinə yenidən bölüşdürülməsi bu bazarın əsas vəzifəsid. 2-ci bazarın daxilində aşağıdakı 4 səviyyədə fərqləndirilir:



    • I səviyyə fond birjasıdır ki,burada birjada qiymətləndirilməyə buraxılmış və qeydiyyatdan keçmiş qiymətli kağızlarla ədqlər baş verməkdədir;

    • II səviyyə birjada qiymətli kağızlarla əməliyyatların keçirildiyi qeydiyyatdan keçməmiş birjadankənar bazardır;

    • III səviyyə yüksək rüsumlar təyin etmiş fond birjalarını ötərək və vasitəçilərin vasitəsilə qeydiyyatdan keçirilmiş qiymətli kağızların alqı- satqısı baş verən birjadankənar bazardır;

    • IV səviyyə komputerləşdirilmiş ticarətin vasitəçiləri birləşdirən komputer şəbəkələri vasitəsilə keçirildiyi bazardır. Belə bir sistemin köməkliyi ilə fond bazarının qeyri-sabitliyə düçar olması riski azalır və investor komisyon ödəmələrdə böyük qənaət əldə edir.

Qeyri-mütəşəkkil və mütəşəkkil bazar: Qiymətli kağızların mütəşəkkil bazarında qiymətli kağızlar bazar iştirakçıları arasında, onların zəmanəti ilə digər bazar iştirakçıları sərt qaydalar əsasında dövriyyə etməkdədir. Qeyri-mütəşəkkil bazarlarda
bazar iştirakçılarının vahid qəbul edilmiş qaydalara riayət etməsinə heç bir tələb qoyulmur.




Yüklə 121,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə