Magistratura məRKƏZİ Əlyazması hüququnda


Beynəlxalq qiymətli kağızlar bazarının problemləri və onların aradan qaldırılması yolları



Yüklə 121,43 Kb.
səhifə8/17
tarix11.05.2022
ölçüsü121,43 Kb.
#86597
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Quliyeva-Leyla-El-in

Beynəlxalq qiymətli kağızlar bazarının problemləri və onların aradan qaldırılması yolları


2008-ci ildə dünyada baş verən maliyyə böhranı iqtisadiyyatın bütün sahələrinə təsir etdiyi kimi fond birjalarınada təsir etdi. Böhranın təsiri bir çox fond birjalarının birləşməsinə, bəzilərinin isə bağlanmasına səbəb oldu. Buna misal olaraq aşağıdakıları göstərmək olar.

2008- ci ildə London Fond Birjası (LSE) Toronto birjasının, habelə Kanada ərazisində bir sıra ticarət məkanlarının sahibi TMX Group ilə birləşdiyini elan etmişdir.Yeni şirkətin aksiyalarının 55 faizi Britaniyanın, qalan 45 faizi isə Kanadanın payına düşəcəkdir. Bu sövdələşmə hər iki dövlətin antiinhisar orqanları tərəfindən bəyənilərsə, birləşmiş birja mədənçıxarma müəssisələrinin səhmlərini yerləşdirmək üçün ən iri ticarət meydanı, aksiyaları birjada hərraca qoyulan şirkətlərin sayına görə isə (6700) lider olacaqdır. İlkin hesablamalara görə, yeni birjanın dəyəri 6-8,8 milyard dollar civarındadır.

Dünya Maliyyə Böhranı Yunanıstana xüsusilə təsir etdi. Ölkə demək olar ki, defolt vəziyyətinə düşmüşdü. Bir neçə aylıq fasilədən sonra işə başlayan Yunanıstan fond bazarında azalma müşahidə edilmişdir. Yunanıstanın ASE fond indeksinin 23% düşdüyü bir zamanda, ölkənin Milli Bankının səhmlərinin qiymətində də 30% azama müşahıdə olunub.Yunanıstan iqtisadiyyatının qeyri-stabil vəziyyəti birja bazarına da xüsusilə öz təsirini göstərmişdir. Xüsusi rejimdə işləməyə başlayan fond birjalasında əcnəbilər üçün həç bir qadağa tətbiq olunmasada, yerli oyunçular məbləği yalnız nəğd şəkildə ödəməlidirlər. İndeksin aşağı düşməsi ölkəyə daha çox pis təsir etmişdir.

Dünyanı bürüyən 2008-ci il böhranından Çin kənarda qalsa da, gözləmədiyi

ağır çətinliklərlə 2015-ci ilin yayında, maliyyə sisteminə dağıdıcı təsir göstərən bir vəziyyətlə üzləşməli oldu. Fond birjalarında iyulun 7-də uçqun baş verdi. İyun ayında Çində bazar artıq titrəməyə başlamışdı. Bu burulğanlığı əvvəllər də müəyyən dərəcədə yaşamışdı. Ancaq həmin gün Şençjen və Şanxay birjalarında qiymətli kağızlarının ticarətini 173 şirkət dayandırdı. Fond birjalarının kəskin uçqununa görə ÇXR həmin şirkətlər öz səhmlərinə qiymət qoyulmasını kəsdilər. Son 20 ildə səhmlərin qiymətlərinin ən iri miqyasda düşməsi baş verdi.
Bu bazarının uçqunu bütün dünyada birjadakı qiymətlərin 6-8 % aşağı düşməsinə də səbəb olmuşdu. Dou-Cons indeksi ABŞ-da 3,6 % və ya 589 punkt aşağı düşmüşdü. Asiya birjaları görünməmiş həyəcanlı vəziyyət yaşamağa başlamışdı. Ölkə iqtisadiyyatı 3 trilyon ABŞ dolları, investorlar isə 2015-ci ildə öz səhmlərinin üçdə birini itirdi. Bu fond birjalarının ən güclü şəkildə aşağı düşməsi idi. Özünün arxasınca Çinin uçub aşağı enən indeksi bütün qonşu Asiya ölkələrini də çəkib aparmışdı. Hökumət ciddi tədbirlər görməyə başladı. Fond bazarında stabillik yaratmaq ,bu vəziyyəti yüngülləşdirmək üçün 140 milyard ABŞ dolları məbləğində pul xərcləmişdi. Buna baxmayaraq bu, Çinin gələcəyi barədə həyəcanı bütünlüklə aradan qaldıra bilməzdi. Ölkədə investisiyalar və artım tempi daha sürətlə azaldı.

2008-ci il dünya böhranı bizim ölkəmizdəndə yan keçməmişdi. Amma fond birjalarına çoxda böyük təsir etməmişdi. Səbəbi isə, respublikamızda fond birjalarının kifayət qədər inkişaf etməməsi idi. Buna baxmayaraq iqtisadiyyatın digər sahələrinə ciddi təsir göstərmişdi. Xüsusilə də neft sektoruna böyük təsir göstərmişdi.



Ümumiyyətlə, 2008-ci il dünya maliyyə böhranı fond birjalarına ciddi təsir göstərdi və ciddi çətinliklər yaratdı və bir çox fond birja indekslərinin aşağı düşməsinə səbəb oldu. Bununla bir çox ölkələr da gəlirlərinin çox hissəsini itirdilər.

Qiymətli kağızlar bazarını, əsasən, dörd sahəyə bölə bilərik:

  1. Dövlət qiymətli kağızlar bazarı: Mərkəzi Bankın notları və Dövlət istiqrazları. Fond Birjası formalaşdıqdan sonra Mərkəzi Bank tərəfindən emissiya olunan notlar və Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazları bazarın təklifinə və tələbinə uyğun olaraq həyata keçirilməkdədir. Mərkəzi Bank açıq bazar əməliyyatları çərçivəsinə pul kütləsinin tənzimlənməsi məqsədləri üçün, Maliyyə Nazirliyi isə istiqrazların yerləşdirməsi ilə cəlb etdiyi vəsaiti dövlət büdcəsinin kəsir hissəsinin bağlanmasında istifadə etməkdədir.

  2. Veksellər və borc öhdəlikləri bazarı: Bunlar qeyri-emissiyon qiymətli kağızlar olduğu üçün fond bazarından kənarda alınıb satılmaqdadır. Buna baxmayaraq bu bazarın likvid bazarı mövcüd deyil və hələlik kifayət qədər formalaşmamışdır.




  1. Dövlət opsionları və özəlləşdirmə payları: Özəlləşdirmədə istifadə olunmaq üçün tədavülə buraxılmış bu qiymətli kağızların istismar müddəti başa çatsa da, qeyri- mütəşəkkil bazarda alınıb-satılması davam etməkdədir.

  2. Korporativ qiymətli kağızlar bazarı: korporativ istiqrazlar və səhmlər:

Bu növ qiymətli kağızlar emissiyon qiymətli kağızlar olaraq həm birjadan kənar, həm də fond birjasında alqı-satqılarla əməliyyat aparılır.Hal-hazırda qiymətli kağızlar bazarında korporativ istiqrazların investoru və emitenti qismində maliyyə sektorunun institutları istirak edir və olduqca likvid və dərin bazarın formalaşmasına nail olunmamışdır. Səhm bazarı isə özəlləşdirmə zamanı özəllədirilməsinin bazası və dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə cevirilməsi əsasında formalaşmışdır. Hal-hazırda bu tip müəssisələrin korporativ idarəetmə anlayışı, şəffaflıq prinsipləri və maliyyə hesablılığı kapital bazarı tələblərinə cavab vermədiyinə görə bu qiymətli kağızların likvid və dərin bazarının formalaşmasına imkan verməmışdir.

Respublikada investisiya qiymətli kağızlarla əməliyyat mexanizmi qiymətli kagızlar bazarının peşəkar içtirakçısı kimi fəaliyyət göstərən «Texnika Kapital» Menecmentin rəsmi saytında investisiya qiymətli kağızlarla alqı-satqı əməliyyət sxemi aşağıdakı kimi müəyyənləşdirmək olar.

İnvestisiya Qiymətli


satıcı
Kağızlarla Alqı-Satqı Əməliyyatı sxemi


BFB

Depozitar

Broker Diler

alıcı
tapşırıq


Yüklə 121,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə