Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 121,43 Kb.
səhifə9/17
tarix11.05.2022
ölçüsü121,43 Kb.
#86597
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Quliyeva-Leyla-El-in

tapşırıq


Bu sxem fond birjası vasitəsi ilə investisiya qiymətli kağızlarının alqı-satqı əməliyyatlarının aparılmasını göstərməkdədir. İnvestor qismində çıxış edən müştərinin əməliyyatın aparılması üçün qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlə bağlanmış təqdim etdiyi tapşırıq və müqavilə əsasında qiymətli kağızlar bazarı iştirakçıları arasında qiymətli kağızlar üzərində olan hüquqlar dəyişdirilməsi təmin edilir və onlayn rejimdə əməliyyat dərhal həyata keçirilir. Son zamanlarda qanunvericilikdə aparılan dəyişikliklər peşəkar iştirakçılar arasında elektron dövriyyəyə keçilməsi və kağız dövriyyəsinin azaldılması əməliyyatların dərhal həyata keçirilməsinə imkan yaratmaqdadır.



İnvestisiya qiymətli kağızlarının mövcud problemləri bunlardır:

  • Emitent problemi:

Kütləvi üsulla bazarda yerləşdirilmiş olan investisiya qiymətli kağızları digər emitentlərin və səhmdar cəmiyyətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunması vacib məsələlərdən biridir. Qeyd olunan emitentlərin qanunvericiliyin tələblərinə uyğun maliyyə uçot sisteminin formalaşdırılmaması, korporativ idarəetmə standartlarını yetərli səviyyədə tətbiq etməmələri, investorları qane edəcək ardıcıllıqda və səviyyədə məlumatların açıqlanmaması məsələləri kapital bazarının tələblərinə uyğun emitentlərin formalaşmasının əsas problemləri kimi qeyd edə bilərik.



  • Şəffaflıq problemi:

İnvestisiyaların pul bazarına görə daha uzun müddətli olması kapital bazarlarında, yatırımçının investisiyasını şırkətin gələcək strategiyasını və performansını nəzərə alaraq həyata keçirməsi emitentlər haqqında daha dəqiq məlumat əldə etmələrini şərtləndirir .



  • Maarifləndirmə problemi:

Bu bazarların işləməsi üçün kifayət qədər maliyyə alətinin və investorun olması, tələbin təklifi dəstəkləməsi şərtdir.Hal-hazırda ölkə maliyyə bazarlarında bazarın imkanlarından iqtisadi subyektlərin az istifadə etməsi,kifayət qədər az investorun və


yatırımçının olması, bazar haqqında məlumatların yetərsiz olduğunun göstəricisidir ki bu da aradan qaldırılmalıdır.

  • İnvestor institutlarının formalaşmaması:

Bazarın əsas strukturlarında olan investisiya fondları, investisiya bankları, pensiya fondları və s. kimi strukturların formalaşmaması bazarda əməliyyat dərinliyin, həcminin və likvidliyin yüksəlməsinə mənfi təsir göstərir.



  • İnvestorların hüquqlarının qorunması problemi:

Buna görə dövlət və ya qismən dövlət, ictimai təşkilatlar kimi investorların qoruma sistemi formalaşdırması vacibdir.



  • Məlumatların açıqlığı prinsipinin reallaşması:

Bu, emitent-kompaniyaların qəbul olunmuş reytinq qiymətləndirməsinin tətbiq olunması,qiymətli kağız emitentlərinin fəaliyyəti haqqında nəşrlərin genişləndirilməsi, qiymətli kağızlar bazarını qiymətləndirmək üçün qəbul olunmuş ümumi göstəricilər sisteminin yaradılması ,ixtisaslaşmış nəşrlərin şəbəkəsinin inkişaf etdirilməsidir.



  • Bazarın kiçik həcmli və qeyri-likvid olması:

Bu bazarın əsas fuksiyalarından biri likvid bazarının olması, yəni investor sahib olduğu aktivləri daha sürətli şəkildə nağda və başqa aktivlərə cevirə bilməsidir. Dərin və likvid bazarın formalaşmaması, fonunda diğər bazarlara yönəlməsinə və riskin yüksəlməsi investorların qiymətli kağızlar bazarından uzaqlaşmalarına səbəb ola bilər.



  • Qiymətli kağızlar bazarının inkişafı üzrə dövlət proqramı

İlham Əliyev “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Proqramın əsas məqsədi beynəlxalq standartlara uyğun, müasir, risklərin etibarlı idarə edilməsini təmin edən, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və yüksək fayda ilə fəaliyyət göstərən


qiymətli kağızlar bazarının formalaşdırılmasıdır. Həmçinin, qiymətli kağızlar bazarı ilə bağlı maarifləndirmə və məlumatlandırma işlərinin aparılmasıdır .

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yeriə yetirilməsi nəzərdə tutulur:

  • qiymətli kağızlar bazarının qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi, tənzimlənməsi mexanizmlərinin öndə gedən beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;

  • əhalinin və iqtisadi subyektlərin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün risklərin etibarlı idarə olunduğu və investisiyaların qorunduğu müvafiq şəraitin yaradılması;

  • iqtisadi layihələrin maliyyələşdirilməsində qiymətli kağızlar bazarının köməyi ilə cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi, ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması;

  • ölkənin qiymətli kağızlar bazarının yavaş-yavaş beynəlxalq kapital bazarlarına inteqrasiya olunması üçün münasib şəraitin formalaşdırılması.

Qiymətli kağızlar bazarının səmərəli fəaliyyət göstərməsi üçün mövcud kapital bazarı alətlərindən istifadənin genişləndirilməsi, fond bazarında ticarətin artırılması və bunun üçün əlverişli mühitin yaradılması, həmçinin:

  • müasir kapital bazarının formalaşması, ilk növbədə dövlət istiqrazlarının dərin və likvid bazarının təmin edilməsi;

  • yeni maliyyə alətlərinin buraxılışının həvəsləndirilməsi;

  • qiymətli kağızlar bazarında ticarətin genişləndirilməsi üçün dövlət xətti ilə sərmayələrin qoyulmasında fond birjasında kotirovka olunan şirkətlərə üstünlük verilməsi və qiymətli kağızlar bazarlarından maliyyələşməyə hazır olan bir sıra dövlət obyektlərinin qiymətli kağızlarının fond birjasında təklif edilməsi;

  • Orta və kiçik sahibkarlığın kapital bazarlarından maliyyələşməsi imkanlarının artırılması üçün Bakı Fond Birjasında alternativ ticarət platforması yaradılması.

Qeyd etmək lazımdır ki, BFB-nin 1-ci və 2-ci səviyyəli listinqinə daxil ola bilməyən müəssisələrin qeyri-katirovka vərəqinə daxil edilirək kapital bazarına çıxışının təmin edilməsi bu işin həyata keçirilməsini dəstəkləməkdədir.

Xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli emitentlərinin qiymətli kağızların xarici kapital bazarlarında təklif edilə bilməsindən ötrü müvafiq hüquqi bazanin yaradılması hal-hazırda yerli broker şirkətlərinin xarici peşəkar istirakçıların Azərbaycan maliyyə bazarına maraq göstərməsi fonunda və xarici fond bazarlarında əməliyyat aparması prosesin sürətlənəcəyindən xəbər verməkdədir.

Bunu nəzərə alaraq, cümlədən qiymətli kağızlardan əldə edilən investisiya gəlirlərinə, qiymətli kağızların alqı-satqısından əldə olunan gəlirlərə vergi güzəştlərinin tətbiq olunması, qiymətli kağızlar bazarında vergiyə cəlb olunma şərtlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi gündəlikdə olacaqdır.

Bununla yanaşı investisiya fondlarının fəaliyyətini və şirkətlərin fond birjasının listinqinə çıxmasını təşviq edən əlverişli fiskal şəraitin yaradılması da nəzərdə tutulur. Maliyyə sektorunun illik mənfəətinin kapitala yönəldilməsi zamanı 2009-2011-ci illərdə səhmdarların mənbə vergisindən və mənfəət vergisindən azad edilməsi bazarda aktivliyin artmasına gətirib çıxarmışdır.


    1. Yüklə 121,43 Kb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə