Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

MAGİSTRATURA MƏRKƏZİ 

 

Əlyazması hüququnda 

 

QULİYEVA XATİRƏ BƏXTİYAR qızı 

 



XAM NEFTİN EMALI ZAMANI YARANAN EKOLOJİ 

PROBLEMLƏR, ONLARIN HƏLLİ İSTİQAMƏTLƏRİ VƏ İQTİSADİ 

ZƏRƏRİN HESABLANMASI

” mövzusunda

 

 

 

MAGİSTR  DİSSERTASİYASI 

 

 



İstiqamətin şifri və adı    060404 İqtisadiyyat  

İxtisasın şifri və adı         Təbiətdən istifadənin iqtisadiyyatı və  

                                           proqnozlaşdırılması 

 

 



 Elmi rəhbər                                               Magistr proqramının rəhbəri  

 dos.NOVRUZOVA  F.M.                                   dos.NOVRUZOVA  F.M.                                   

 

Kafedra müdiri 

       dos. MEHDİYEVA V.Z 

 

 

BAKI – 2015 



 

M Ü N D Ə R İ C A T 



 

GİRİŞ 

I FƏSİL. XAM NEFTİN KİMYƏVİ TƏRKİBİ, FİZİKİ XASSƏLƏRİNİ  

XARAKTERİZƏ EDƏN KƏMİYYƏTLƏR 

1.1. Xam neftin kimyəvi tərkibi və fiziki xassələri 

1.2. Xam neftin karbahidrogenli hissəsi onun xüsusiyyətləri 

1.3. Xam neftin qeyri-karbohidrogenli və mineral hissələri, onların  

xüsusiyyətləri 

1.4. Xam neftin emala hazırlanması şərtləri 



II FƏSİL. XAM NEFTİN FİZİKİ VƏ KİMYƏVİ EMAL POSESLƏRİ, 

 ALINAN MƏHSULLAR, YARANAN EKOLOJİ PROBLEMLƏR  

2.1. Xam neftin fiziki emal texnologiyası, yaranan ekoloji problemlər 

2.2. Xam neftin kimyəvi emal texnologiyası, alınan məhsullar və yaranan 

 tullantı qazlarının tərkibi 

2.3. Xam neftin pirolizi prosesində alınan məhsulların fiziki xassələri 

III FƏSİL. XAM NEFTİN EMALI PROSESİNDƏ YARANAN 

 TULLANTILARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİRİNİN  

EKOLOJİ-İQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ 

3.1. Xam neftin emalı prosesində yaranan tullantı qazların (SO

2

, NO


2

, N


2

O)  


ətraf mühitə zərərli təsiri və tullantıların azaldılması üsulları 

3.2. Neftlə çirklənmiş çirkab suların təmizlənməsi və yenidən sistemə 

 qaytarılması şərtləri 

3.3. Xam neftin emalı prosesində yaranan tullantıların ətraf mühitə vurduğu  

iqtisadi zərərin hesablanması 

NƏTİCƏ   

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 



 

GİRİŞ 

 

Mövzunun 

aktuallığı: 

Azərbaycan 

Respublikasının 

sosial-iqtisadi 

inkişafında  neftin  müstəsna rolu  vardır. Uzun  illər  mütərəqqi texnoloji proseslərin 

olmaması  və  neft  sənayesinin  sürətlə  inkişafı  ətraf  mühitin  həddən  artıq 

çirklənməsinə səbəb olmuş, atmosferə atılan zəhərli qazların miqdarı artmış, neftlə 

çirklənmiş torpaq sahələri genişlənmişdir. Respublikamız müstəqillik qazandıqdan 

sonra  sənayenin  bütün  sahələrində  olduğu  kimi  neft  sənayesi  sahəsində  də  böyük 

dəyişiklər  olmuşdur.  Bu  gün  ölkənin  neft  emalı  müəssisələrinin  qarşısında  duran 

əsas  məsələ  son  iyirmi  ildə  qazanılmış  uğurları  möhkəmləndirmək,  iqtisadiyyatın 

və  əhalinin  neftə  və  onun  emalından  alınan  məhsullara  olan  təlabatını  təmin 

etməkdən ibarətdir. 

Məlum  olduğu  kimi,  Azərbaycan  neftinin  tərkibində  kükürdün  miqdarı 

çoxdur. Neftin emalı zamanı qurğulardan alınan tullantı qazlarının tərkibi hidrogen 

sulfidlə  və  kükürd  4-oksidlə  zəngin  olur.  Belə  qazların  atmosferə  atılması,  emal 

zamanı  yaranan  çirkab  suların  su  hövzələrinə  axıdılması  nəticəsində  ətraf  mühitə 

xeyli  zərər  dəyir.  Ətraf  mühitin  mühafizəsi  müasir  dövrün  ən  aktual 

problemlərindən  sayılır.  Odur  ki,  müxtəlif  texnoloji  qurğuları  olan,  yüksək 

məhsullar istehsal edən müasir neft emalı zavodlarının atmosfer və su hövzələrinin 

neft  məhsullarının  tullantıları  ilə  çirkləndirilməsinin  azaldılması  əsas  vəzifə  kimi 

qarşıda  durur  və  bu  məqsədlə  aparılan  tədqiqat  işləri  araşdırmalar  mövzusunun 

aktuallığını bir daha təsdiq edir.  

Problemin  öyrənilmə  vəziyyəti:  Məlum  olduğu  kimi  ətraf  mühitin 

mühafizəsi  problemi  Azərbaycanda  həmişə  diqqət  mərkəzində  olmuşdur.  Bu 

problemin  tədqiqi  ilə  ölkəmizin  görkəmli  alimlərindən  N.A.Verdizadə, 

M.H.İsgəndərov, B.C.Şıxəlizadə, A.C.Əhmədov, M.C.Atakişiyev, R.N.Nurəliyeva, 

A.S.Sadıqov, İ.B.Xəlilov, Ə.İ.Babayev və başqaları məşğul olmuşlar. 

Tədqiqat  mövzusunun  bəzi  problemləri  T.A.Akumova,  B.B.Xesnin, 

M.X.İşmiyarov,  A.P.Verevkin,  Y.M.Malışev,  V.İ.Karobkin,  L.V.Peredelskiy  və 

başqaları da araşdırmışlar. 




 

Mövcud  ədəbiyyatlarda  göstərilən  araşdırmaların  nəticələrini  azaltmadan 



aparılan bu tədqiqat işində ətraf mühitin sağlamlaşdırılması sahəsində tələb olunan 

işlərin  müəyyən  hissələri  yerinə  yetirilmiş,  eyni  zamanda  neftin  emalı  prosesində 

yaranan tullantıların ətraf mühitə vurduğu iqtisadi zərər hesablanmışdır. 

İşin  məqsədi  və  vəzifələri:  Magistr  işinin  başlıca  vəzifəsi  neftin  emalı 

prosesində  yaranan  tullantı  qazlarının  ətraf  mühitə  vurduğu  zərəri  azaltmaq 

məqsədi  ilə tədqiqat  işləri aparmaq, elmi  cəhətdən əsaslandırılmış təkliflər  işləyib 

hazırlamaqdır. 

Magistr  işində  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  aşağıdakı 

məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur:  

─  Azərbaycan  neftinin  tərkibini  onun  fiziki  və  kimyəvi  xassələrinin 

araşdırmaq; 

─  Xam  neftın  müxtəlif  metodlarla  emalı  zamanı  yaranan  tullantı  qazların  və 

işlənmiş çirkab sularının ətraf mühitə təsirini araşdırmaq; 

─ Neftin emalı zamanı yaranan tullantı qazların və çirkab suların ətraf mühitə 

təsirini azaltmaq məqsədi ilə təmizləmə qurğularının işlərinin təkmilləşdirilməsi; 

 ─ Neftin emalı prosesində yaranan tullantıların ətraf mühitə vurduğu iqtisadi 

zərərin hesablanması; 

Tədqiqat  obyekti  kimi  ətraf  mühitə  tullantı  qazları  atan  neft  emalı 

zavodlarının göstəricilərinə istinad edilmişdir. 



Tədqiqat işinin nəzəri-metodoloji əsasını mövzu ilə əlaqədar milli və xarici 

ölkələrin  ekoloq  alimlərinin  nəzəri-təcrübi  elmi  əsərləri,  ətraf  mühitin 

mühafizəsinə  aid  Respublika  Prezidentinin  fərmanı  və  sərəncamları,  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  qəbul  etdiyi  qanunlar  əsas  götürülmüşdür.  Onu  da 

qeyd  etmək  lazımdır  ki,  2013-cü  il  Prezident  İ.Əliyevin  sərəncamı  ilə 

Respublikada  Ətraf  mühitin  sağlamlaşdırılması  ili  elan  olunmuşdur.  Bu 

qanunlardan  irəli  gələn  və  digər  normativ-hüquqi  sənədlər  magistr  işinin  nəzəri-

metodoloji əsasını təşkil edir.  

Tədqiqat  işi  müvafiq  statistik,  iqtisadi-riyazi  modellərdən  və  üsullardan 

istifadə edilməklə təhlil metodu əsasında yerinə yetirilmişdir.  




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə