Magistratura məRKƏZİ Əlyazması hüququnda


Şəkil 3. Birdəfəlik buxarlanma qurğusunun sxemi



Yüklə 0,59 Mb.

səhifə10/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

30 

 

 



 

Şəkil 3. Birdəfəlik buxarlanma qurğusunun sxemi 

1-xammal  nasosu;  2-  kondensator;  3-kerosin  istilik  dəyişdiricisi;  4-  solyar 

istilikdəyişdiricisi;  5-  dehidrator;  6-  mazut  istilik  dəyişdiricisi;  7-  soba;  8- 

rektifikasiya kolonu; 9- əlavə buxarlandırma kolonu; 10- soyuducu; 11- suayrıcı. 

   


Qabaqcadan  qızdırılıb  sudan  və  mexaniki  qarışıqlardan  təmizlənmiş  neft 

xammal nasosu ilə borulu sobaya vurulur.   Birdəfəlik  buxarlanma  qurğularında 

neftin bütün fraksiyaları birlikdə buxarlanır. Buna görə də yüngül benzin fraksiyası 

qalan  nisbətən  ağır  fraksiyaların  bir  qədər  alçaq  temperaturda  buxarlanmasına 

imkan  verir.  Nəticədə  neftin  son  qızma  tenperaturu  xeyli  aşağı  düşür  və  sobadan 

300−320ºC  temperaturda  maye-buxar  qarışığı  şəklində  çıxan  neft,  rektifikasiya 

kolonuna  daxil  olur.  Burada  birdəfəlik  buxarlanma  və  fraksiyalanma  nəticəsində 

neftdən  bir  neçə  məhsul,  yəni  qaz,  benzin,  reaktiv  və  dizel  yanacaqları  və  mazut 

alınır. 

  Rektifikasiya  kolonunun  yuxarısından  ayrılan  benzin  buxarları  –

soyuducudan  keçərək  kondensləşir  və  30-40ºC-dək  soyudulmuş  halda  qarışdırıcı 

kondensatora  (suayırıcıya)  daxil  olur.  Burada  sudan  təmizlənmiş  benzinin  əsas 

hissəsi  müvafiq  toplayıcılara,  bir  hissəsi  isə  suvarma  kimi  kolonun  yuxarısına 

vurulur. 




31 

 

  Neftin tərkibində həll olmuş halda qalan qazlar benzin fraksiyası ilə birlikdə 



suayrıcıya  vurulur.  Buradan  aparatın  yuxarısından  çıxan  qazlar  ətraf  mühitə 

atılmayaraq xüsusi tutumlara yığılır və yanacaq kimi sobalarda yandırılır.  

  Rektifikasiya  kolonunun  yan  hissəsindən  çıxan  maye  axımlar  (reaktiv  və 

dizel  yanacaqları)  əlavə  buxarlandırıcı  kolonlara  verilir  və  orada  su  buxarının 

köməyi  ilə  bir  daha  rektifikasiya  olunur.  Əlavə  buxarlandırıcı  kolonlardan  çıxan 

məhsullar  və  distillə  prosesinin  qalığı  olan  mazut,  istilik  dəyişdirici  aparat  və 

soyuduculardan keçərək müvafiq qəbuledicilərə toplanır. 

  Rektifikasiya  kolonunun  yuxarısında  temperaturu  aşağı  salmaq  üçün  onun 

aşağısına  qızmış  su  buxarı  vurulur.  Bu  isə  həm  karbohidrogenlərin  parsial 

təzyiqinin  azalmasına  səbəb  olur,  həm  də  mazutda  qalan  açıq  rəngli  məhsulların 

buxarlanmasına  kömək  edir.  Birdəfəlik  buxarlanma  qurğusunun  müsbət  cəhəti 

sxemin  sadəliyi  və  yığcamlılığıdır.  Bundan  başqa,  belə  qurğularda  xeyli  az 

yanacaq işlədilir.  

Bu  qurğularla  yüngül  neftləri  distillə  etdikdə,  istilikdəyişdiricilərdə, 

çökdürücüdə  və  sobanın  borularında  təzyiq  yüksəlir.  Bu  isə  daha  möhkəm 

aparatlardan  istifadə  etməyi  tələb  edir.  Qurğuda  təzyiqin  artması  xammal 

nasosunun daha yüksək işləməsinə səbəb olur. 

Birdəfəlik  buxarlanma  qurğuları  kükürdlü  və  sulu  neftlərin  emalı  üçün 

əlverişli  deyildir;  çünki  belə  birləşmələr  rektifikasiya  kolonuna,  kondensator-

soyuduculara və digər aparatlara koroziyaedici təsir göstərir. Bu isə onların qüsurlu 

cəhətlərindəndir.  Eyni  zamanda  emal  prosesindən  ayrılan  kükürd  qazlarının 

müəyyən  hissəsi  ətraf  mühitə  atılaraq  atmosferi  çirkləndirir.  Neftin  tərkibindən 

asılı olaraq ətraf  mühitə atılan  kükürd qazlarının  miqdarı da  müxtəlif olur.  Bu  isə 

ətraf  mühitin  ekologiyasına  mənfi  təsir  göstərməklə  bitkilərin  inkişafının 

zəiflənməsinə və yarpaqsızlaşmasına səbəb olur. Benzin fraksiya ilə zəngin, yüngül 

və  sulu  neftlərin  distilləsi  üçün  daha  əlverişli  ikidəfəlik  buxarlanma  qurğusundan 

istifadə  edilir.  İkidəfəlik  buxarlanma  qurğusunun  yanacaq  və  metal  sərfi  çox, 

sxemi  mürəkkəbdir.  Bu  isə  həmin  qurğuların  qüsurlu  cəhəti  hesab  olunur, 

baxmayaraq ekoloji problemlərin qarşısı nisbətən alınır.  



32 

 

2.2. XAM NEFTİN KİMYƏVİ EMAL TEXNOLOGİYASI, 



ALINAN MƏHSULLAR VƏ YARANAN TULLANTI QAZLARININ 

TƏRKİBİ 

 

Neftin  fiziki  emalı  zamanı  alınan  benzinin  nə  keyfiyyəti,  nə  də  miqdarı 



sənayenin  indiki  inkişafını  təmin  etmir.  Ona  görə  də  nefti  və  neft  məhsullarını 

kimyəvi  yolla  emal  etməklə  həm  yeni  neft  məhsulları  alınır,  həm  də  alınan 

benzinin  oktan  ədədi  yüksəlir.  Digər  tərəfdən  benzinin  çıxımı  kimyəvi  emal 

üsulunda 50−78  %-ə çatır.  Kimyəvi emalın digər  üstün cəhətlərindən biri də odur 

ki,  bu  prosesdə  benzinlə  yanaşı  qaz  halında  olan  karbohidrogenlərdə  alınır  ki, 

onlarda  üzvi  sintez  sənayesi  üçün  xammal  hesab  edilir.  Neftin  kimyəvi  emalı 

əsasən yüksək temperaturda aparıldığı üçün onun distillə məhsulları (liqroin, mazut 

fraksiyaları) parçalanaraq daha kiçik molekullara çevrilir. Ona görə neftin kimyəvi 

emal üsulu krekinq adlanır. Krekinq üsulu 3 qrupa bölünür: 

1.  Termiki krekinq; 

2.  Termiki-katalitik krekinq; 

3.  Aşağı temperaturlu katalitik krekinq; 

Termiki  krekinq  katalizatorsuz  və  yüksək  temperaturda  aparılan  krekinq 

prosesidir.  Bu  proses  700−900ºC-də  aparıldıqda  piroliz  adlanır.  Termiki  krekinq 

məhsullarının  tərkibində  doymamış  birləşmələr  çox  olur  və  benzin  fraksiyasını 

təşkil  edən  karbohidrogenlər  az  şaxəli  olur.  Ona  görə  də  belə  birləşmələrin  həm 

oktan  ədədi  yüksək  olmur,  həm  də  saxlanan  benzində  ikiqat  rabitəli  birləşmələr 

polimerləşir. Bu da mühərrik karbüratorlarının müntəzəm iş rejimini pozur. 

  Katalitik  krekinq  450−500ºC-də  katalizator  tətbiq  etməklə  aparılan 

prosesdir.  Bu  üsulla  alınan  neft  məhsulları  doymamış  birləşmələrdən  azad  olur. 

Karbohidrogenlərin izomerləşməsi hesabına yüksək oktan ədədli benzin alınır. 

  Aşağı temperaturlu krekinq prosesi isə yalnız katalizator iştirakında aparılır. 

  Krekinqin  başqa  bir  növü  riforminq  adlanır.  Riforminq  prosesində  məqsəd, 

yuxarı  oktan  ədədinə  malik  olan  benzinlər  almaqdır.  Bu  prosesdə  həmçinin  üzvi 

sintezdə istifadə olunan doymuş karbohidrogenlər və aromatik karbohidrogenlər də 



: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə