Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

33 

 

alınır.  Krekinq  prosesi  mürəkkəb  prosesdir.  Buna  baxmayaraq  bu  prosesin  də 



müəyyən qanunauyğunluqları vardır.  

Termiki krekinq prosesi katalizator iştirakı ilə aparıldıqda ona termokatalitik, 

yaxud  katalitik  krekinq  prosesi  deyilir.  Proses  aromatik  karbohidrogenlərin 

alınması ilə getdikdə riforminq adlanır. 

Ümumiyyətlə,  krekinq  mürəkkəb  prosesdir.  Bu  zaman  izomerləşmə, 

polimerləşmə,  parçalanma  və.s  reaksiyalar  baş  verir.  Yüksək  temperaturlarda 

böyük  molekul  çəkili  neft  karbohidrogenlərindən  daha  kiçik  molekul  çəkili 

birləşmlər əmələ gəlir. 

Mazutun termiki krekinqinin texnoloji sxemi şəkil 4-də verilmişdir. 

Şəkil 4. Termiki krekinqin texnoloji sxemi 

1-Nasos; 2- rektifikasiya kolonu; 3, 4- borulu sobalar; 5- reduksiya ventili; 6- 

buxarlandırıcı; 7- kondensator; 8- seperator 

 

Nasos  (1)  vasitəsilə  mazut  rektifikasiya  kolonunun  aşağısından  verilir.  Bu 



zaman  onun  içərisindən  borbotaj  (quruldamaq)  metodu  ilə  krekinq  zamanı  alınan 

isti buxar mazutun içərisindən keçən zaman kondensləşərək ağır karbohidrogenlər 

yüngül  fraksiyadan  ayrılır.  Ağır  fraksiya  rektifikasiya  kolonunun  (2)  aşağısından 

keçərək  birinci  borulu  sobaya  (3),  yüngül  fraksiya  isə  kolonun  ortasından  çıxaraq 

ikinci borulu sobaya (4) daxil olur. 



34 

 

  Birinci  borulu  sobada  (3)  temperatur  470−480ºC,  ikinci  borulu  sobada  (4) 



500-510ºC,  hər  iki sobada  təzyiq  isə  60−70 atmosfer olur.  Hər  iki sobadan alınan 

krekinq  məhsulları  ventildən  (5)  keçərək  buxarlandırıcıya  (6)  daxil  olur.  Burada 

krekinq qalığı buxardan ayrılaraq buxarlandırıcının aşağısından xaric edilir. 

  Krekinq  məhsullarının  buxarları  buxarlandırıcıdan  (6)  çıxaraq  rektifikasiya 

kolonuna  (2)  göndərilir.  Benzin  fraksiyasının  buxarları  və  krekinq  qazları 

kondensatordan  keçərək  seperatora  daxil  olur  və  burada  onların  ayrılması  həyata 

keçirilir. Mazutun termiki krekinqi zamanı aşağıdakı məhsullar əmələ gəlir; 

-  Krekinq benzin 30-35% 

-  Krekinq qazları 15-20% 

-  Krekinq qalıq 50-55% 

Proses  zamanı  alınan  krekinq  benzinin  oktan  ədədi  isə  70  ətrafında  olur. 

Krekinq qazının tərkibini etan, etilen, propan, butan və s. təşkil edir. Bu qazlar üzvi 

sintez  üçün qiymətli  xammal  hesab edilir. Krekinq qalığı  isə qazan  yanacağı kimi 

istifadə olunur.  

  Bütün  termiki  krekinq  proseslərində  xam  neft  emal  etdikdə  qaz  və  maye 

məhsulları,  dərin  termiki  krekinq  proseslərində  isə  əlavə  olaraq  bərk  qalıq  (koks) 

da  alınır.  Bu  zaman  yaranan  ekoloji  problemlər  və  onların  həlli  istiqamətləri 

haqqında III fəsildə geniş məlumat veriləcək. 

  Krekinq  qurğularında  alınan  qazların  tərkibi  əsasən  prosesin  rejimindən 

karbohidrogenlərinin  tərkibinə  müəyyən  təsir  göstərir.  Buna  misal  olaraq  etanın 

pirolizi prosesini  göstərmək olar.  Etanın pirolizindən alınan qazların tərkibi etilen 

ilə zəngin olur, yəni burada əsasən etanın dehidrogenləşmə reaksiyası gedir. 

  Krekinq  prosesi  yüksək  temperaturda  və  az  vaxtda  aparıldıqda  maksimum 

miqdarda olefin karbohidrogenləri (etilen, propilen) alınır. 



 Katalitik  krekinq  neft  emalında  ən  geniş  yayılmış  üsuldur.  Bu  proses  üçün 

xammal  kimi  neftin  birinci  emal  məhsulları,  məsələn;  qazoyl  (solyar  yağları) 

götürülür. Katalitik krekinq adətən 490−540ºC-də və atmosfer təzyiqində aparılır. 

  Bu  prosesdə  katalizator  kimi  əsasən  alüminium-oksid  götürülür.  Ona  digər 

bərk  və  məsaməli  əlavələr  də  qarışdırılır.  Katalitik  krekinq  prosesindən  alınan 



35 

 

benzinin  çıxımı  70-75  %,  oktan  ədədi  isə  90-92  %  olur.  Bu  prosesdə  alınan 



karbohidrogen qazlarının çıxımı götürülən xammalın 12-15%-ni təşkil edir. 

  Göründüyü  kimi,  katalitik  krekinq  üsulu  ilə  alınan  benzinin  çıxımı  və 

keyfiyyəti  yüksək  olur  və  onunla  yanaşı  çoxlu  miqdarda  qaz  halında 

karbohidrogenlər də alınır. 

 Katalitik  krekinq  prosesində  olefinlər,  naften  karbohidrogenləri,  uzun  yan 

zəncirli  aromatik  karbohidrogenlər  az  davamlı  olduqları  üçün  onlar  ilk  növbədə 

krekinqə  uğrayırlar.  Aromatik  karbohidrogenlərin  krekinqi  yan  zəncirdən  başlanır 

və aromatik halqa parçalanmır. 

  Katalitik  krekinq  üsulunun  ən  böyük  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki, 

proses  zamanı  koks  katalizatorun  üzərinə  yataraq  onun  aktivliyini  korlayır,  yəni 

onu zəhərləyir. Katalizatorun aktivliyini korlayan maddələr katalitik zəhər adlanır. 

Katalizatorun  aktivliyini  bərpa  etmək  üçün  koksu  onun  səthindən  təmizləmək 

lazımdır. Bu proses katalizatorun regenerasiyası adlanır. 

  Benzinin  keyfiyyətinin  yaxşılaşdırılması  və  assortimentinin  (çeşidinin) 

genişləndirilməsi  katalitik  proseslərin  işlənib  hazırlanmasını  sürətləndirdi.  Neft 

emalı sənayesində birbaşa distillədən sonra ikinci yeri katalitik krekinq tutur. 

  Sənayedə  katalitik  krekinq  zamanı  əsasən  üç  tip  katalizatordan  istifadə 

olunur;  

-  Aktivləşdirilmiş təbii alümasilikatlar  

-  Sintetik amorf alümosilikatlar  

-  Sintetik kristallik alümosilikatlar 

Sənayedə  sintetik  katalizatorlar  təbii  katalizatorları  demək  olar  ki,sıxışdırıb 

çıxarmışdır.  Təbii  katalizatorlardan  istifadə  etdikdə  benzinin  çıxımı  20-30  %, 

sintetikdən istifadə etdikdə isə 34-36 % təşkil edir.  

Katalitik  krekinqdə  katalizatordan  istifadə  olunması  termiki  krekinqlə 

müqayisədə benzinin oktan ədədinin  və çıxımının  yüksəlməsinə səbəb olur. Digər 

mühüm  cəhət  prosesin  sürətlə  getməsi,  alınan  məhsulların  qiymətli  olması  və 

prosesin bütün həcmində temperaturun stabil olmasıdır. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə