Magistratura məRKƏZİ Əlyazması hüququnda


 NEFTLƏ ÇİRKLƏNMİŞ ÇİRKAB SULARIN



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   ...   15   16   17   18   19   20   21   22   23

55 

 

3.2. NEFTLƏ ÇİRKLƏNMİŞ ÇİRKAB SULARIN 



TƏMİZLƏNMƏSİ VƏ YENİDƏN SİSTEMƏ QAYTARILMASI 

ŞƏRTLƏRİ 

 

Çirkab sularını neft məhsullarından təmizləmək üçün neft tutucularından 

(durultma), flotasiya və süzmə üsullarından istifadə edilir. Durultma üsulu ilə 

çirkab suların təmizlənməsi geniş yayılmış və ən effektli üsul hesab olunur. 

Neft məhsullarının xırda hissəcikləri səthi gərilmə qüvvəsinin təsirindən 

kürəvi  şəkildə  olur  və  bu  hissəciklərin  ölçüsü  200-300  mkm  olur.  Neft 

məhsullarının  sıxlığı  suyun  sıxlığından  kiçik  olduğu  üçün  neft  hissəcikləri 

həmişə  suyun  səthinə  doğru  hərəkət  edir.  durultma  zamanı  hissəciklərin 

hərəkət  etdirici  qüvvəsi  sıxlıqlar  fərqli  olur.  Neft  tutucuların  faydalı  işinə 

suyun  temperaturunun  böyük  təsiri  olur.  Suyun  temperaturu  artdıqca  onun 

özlülüyü  azalır,  bu  isə  öz  növbəsində  yağ  hissəciklərinin  ayrılmasını  xeyli 

sürətləndirir. Təcrübələrə əsasən demək olar ki, suyun temperaturu 30

0

 C-dən 


aşağı  olduqda  neft  məhsulları  tutucuda  çökür,  30-40

0

C-də  yağ  hissəcikləri 



asılı halda olur və yalnız 40

0

C-dən böyük temperaturlarda onlar suda üzürlər. 



Qeyd etmək lazımdır ki, durultma üsulu ən geniş yayılmış səmərəli üsul 

olmasına baxmayaraq bu üsulla neftli çirkab suların neftdən təmizlənməsi 30-

40% təşkil edir. 

Hazırda  neftli  suyun  nazik  təbəqələrə  ayrılması  ilə  təmizlənmə 

prosesinin aparılması üçün xüsusi neft tutucu qurğular işlədilir. Bu təmizləmə 

prosesinin düzgün getməsi üçün neftlə çirklənmiş suyun bütün kanallar boyu 

bərabər paylanmasını təmin etmək, suyun temperaturunun sabit saxlanılması 

şərti təmin olunmalıdır. Bu şərtlər daxilində tərkibində yalnız 200-800 mq/kq 

neft məhsullarını təmizləmək mümkün olur və halda suyun təmizlənməsi 93-

95% təşkil edir.  




56 

 

Qeyd  etmək  lazımdır  ki,  “durultma”  yolu  ilə  neft  məhsullarının  sudan 



ayrılması  çox  yavaş  gedir.  Neft  məhsullarının  çirkab  sulardan  ayrılmasını 

sürətləndirmək üçün flotasiya üsulundan geniş istifadə edilir. Flotasiya üsulu 

ilə  təmizləmə,  yağ  maddələrinin  suda  süni  yolla  əmələ  gələn  hava 

qabarcıqlarının  üzərinə  toplanaraq  suyun  səthinə  qalxması  prinsipinə 

əsaslanır.  

Flotasiya  qurğularında  qabarcıqların  yaranması  müxtəlif  üsullarla  alınır 

və  bu  prosesdə  başlıca  məsələlərdən  biri  su  ilə  havanın  böyük  ayrılma 

səthinin  yaradılmasıdır.  Bu  isə suda  olan hava qabarcıqlarının  artırılması  və 

dispersliyinin  çoxaldılması  ilə  mümkün  olur.  Kiçik  qabarcıqların  çox 

olmasını əldə etmək üçün mexaniki, elektroliz və hava ilə doydurulmuş neft 

məhsulları ilə çirklənmiş suyun aşağı təzyiq mühitinə verilməsi üsullarından 

istifadə edilir. Təcrübələrə əsasən demək olar ki, ən yaxşı təmizləmə aparmaq 

üçün  qabarcıqların  ölçüləri  15-30  mkm  olmalıdır.  Belə  ölçülü  qabarcıqların 

neft  ilə  üzmə  sürəti  orta  hesabla  0,0009  m/san  olur,  yəni  ölçüləri  1,5  mkm 

olan neft hissəciklərinin üzmə sürətindən 900 dəfə böyük olur. 

Onu da qeyd etmək lazımdır ki, flotasiya prosesi az səmərəli təmizləmə 

prosesi hesab olunur, çünki, suyun səthinə yığılan köpükləri xaric etmək üçün 

flotator qurğusunda “qaşıyıcı” mexanizmlərdən istifadə edilir. 

Neft  məhsulları  ilə  çirklənmiş  suların  son  mərhələdə  tam  təmizlənməsi 

üçün  xüsusi  süzucu  materiallarla  yüklənmiş  süzgəclərdən  istifadə 

olunmasıdır. Süzgəclərdə neft məhsullarının tutulması süzücü materiallardan 

süzülən zaman neft məhsullarının  onların  səthinə  yapışıb qalması prinsipinə 

əsaslanır. 

Neftli  suların  süzülmə  ilə  təmizlənməsi  mexanizmi  belədir.  Neft 

məhsulları  əvvəlcə  süzücü  materialın  səthinə  toplanır  və  sonra  kiçik 

məsamələrə  dolaraq  süzücü  materialı  tam  örtür.  Bu  zaman  süzülmə 

prosesinin  ilk  mərhələsi  üçün  süzücü  dənələrin  xarici  səthinin  quruluşunun 



57 

 

böyük əhəmiyyəti vardır. Süüzücü materialın səthi hidrofob şəklində olan yağ 



hissəciklərinin  yapışması  yaxşı  gedir,  hidrofil  şəklində  olanda  isə  pis  gedir, 

burada dənələrin səthində hidrat örtüyü olduğundan yağ məhsulları dənələrin 

səthinə yapışa bilmir. Onu da qeyd etmək lazımdır ki, hidrofil səthlərə malik 

olan  süzücü  materiallarda  da  neft  məhsulların  yapışması  gedə  bilir.  Bunun 

üçün hidrat təbəqəsi sıxışdırılmalıdır. Ona görə də hidrofil səthlərdə əvvəlcə 

neft  hissəciklərinin  yapışması  zəif  gedir  və  müəyyən  vaxtdan  sonra 

intensivləşir, başqa sözlə hidrofil səthlər hidrofob səthlər kimi işləmiş olur. 

Süzgəclərdə  tutulan  yağ  hissəcikləri  əvvəlcə  yuxarı  təbəqədəki  süzücü 

materialın  məsamələrinə  dolur.  Müəyyən  vaxtdan  sonra  həmin  təbəqə  yağ 

maddələri  ilə  dolur.  Nəticədə  süzücü  material  iş  qabiliyyətini  itirmiş  olur. 

Doyma prosesi davam edərsə onda süzücü material tutduğu yağ hissəciklərini 

saxlaya  bilmir  və  onlar  suyun  axma  istiqamətində  təbəqə  şəklində  kanalın 

divarı ilə axır. Müəyyən vaxtdan sonra su selindən ayrıaln yağın miqdarı ilə 

nazik  təbəqə  şəklində  axan  yağ  miqdarının  arasında  tarazlıq  yaranır  və 

nəticədə  təbəqənin  doyması  mümkün  olduqca  maksimal  qiymətə  qədər 

davam edir. 

Neftlə  çirklənmiş  suların  təmizlənməsində  kvars  qumu  və  antrasit 

dənələri  doldurulmuş  süzgəclərdən  daha  geniş  istifadə  edilir.  bəzən  isə 

sulfokömürdən də istifadə edilir. 

Süzgəclərin  regenerasiyası  təzyiqi  0,03  –  0,04  MPa  olan  su  buxarı  ilə 

aparılır.  Bu  zaman  yağ  hissəcikləri  əvvəlcə  qızır,  sonra  təzyiq  altında 

sıxışdırılıb  çıxarılır,  buxar  isə  kondensata  çevrilir.  Bu  halda  buxarın  sərfi 

(kondensat hesabı ilə) süzücü materialın 1-2 həcminə qarşı 1 həcm götürülür. 

Regenerasiya  müddəti  neft  məhsullarının  növündən  və  neftin  tutulma 

dərəcəsindən asılı olaraq 3 saata qədər davam edə bilər. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə