Magistratura məRKƏZİ Əlyazması hüququnda


Dissertasiya  işinin  informasiya  bazasını



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   2   3   4   5   6   7   8   9   ...   23

 

Dissertasiya  işinin  informasiya  bazasını  statistik  göstəricilər,  səhiyyə 

xidməti  tərəfindən  verilmiş  göstəricilər,  Neft  Emalı  Zavodunun  (NEZ), 

"Azərneftyanacaq"  Neft  Emalı  Zavodunun  statistik  göstəriciləri,  müvafiq 

ədəbiyyatlar təşkil etmişdir. 

Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

 ─  Neftin  emalı  zamanı  ətraf  mühitin  çirklənməsindən  dəyən  iqtisadi  zərərin 

hesablanmasında yeni metodlardan istifadə edilmişdir; 

 ─ Tullantı qazların qaz və buxar şəkilli toksiki maddələrdən təmizlənməsində 

fiziki və hemosorbsiyalı absorbsiya üsulları tədqiq edilmişdir;  

─  Pirolyuzit  üsulu  ilə  tullantı  qazlarının  kükürd  4-oksiddən  ekoloji 

təmizlənməsi tədqiq edilmişdir; 

─  Atmosfer  çirklənməsinin  qarşısını  əsaslı  şəkildə  almaq  üçün  tullantı  suları 

alınmayan müəssisələrin yaradılmasının zəruriliyi əsaslandırılmışdır; 

 ─  Neftin  katalitik  krekinq  üsulu  ilə  emalı  zamanı  tsiklonların  lazımi 

səviyyədə  işləməməsi  səbəbindən  krekinq  tozlarının  tullantı  qazları  ilə  birlikdə 

atmosferə  atılmasının  qarşısını  almaq  üçün  elektrik  süzgəclərindən  keçirilməsi 

əsaslandırılmışdır. 

Tədqiqat işinin praktiki əhəmiyyəti: Respublikamızda ekoloji problemlərin 

həlli, onun ümumi nəzəri metodoloji əsaslarının və istiqamətlərinin öyrənilməsində 

yaranan  problemin  səbəbləri,  aradan  qaldırılması  yollarının  müəyyənləşdirilməsi, 

bu  istiqamətdə  konkret  tədbirlərin  işlənib  hazırlanması  və  həyata  keçirilməsi 

praktiki əhəmiyyət kəsb edir.  

İşin  quruluşu:  Giriş,  üç  fəsil,  on  yarımfəsildən,  nəticə  və  istifadə  olunmuş 

ədəbiyyat siyahısından ibarətdir. 



 

 


 

I FƏSİL. XAM NEFTİN KİMYƏVİ TƏRKİBİ, FİZİKİ XASSƏLƏRİNİ 



XARAKTERİZƏ EDƏN KƏMİYYƏTLƏR 

1.1. XAM NEFTİN KİMYƏVİ TƏRKİBİ VƏ FİZİKİ XASSƏLƏRİ 

 

Neft  çox  sayda  üzvi  maddələrdən  təşkil  olunmuş  mürəkkəb  quruluşlu  bir 

maddədir. Neftin tərkibinə daxil olan birləşmələri aşağıdakı qruplara bölmək olar: 

  Parafin-naften-aromatik karbohidrogenlər 

  Kükürdlü-oksigenli-azotlu birləşmələr 

  Qatran-asfalt birləşmələr 

  Mineral maddələr 

Göstərilən hər bir qrupun özü də çox sayda müxtəlif quruluşlu birləşmələrdən 

ibarətdir.  Buna  görə  də  nefti  fərdi  tərkib  hissələrinə  ayırmaq  mümkün  deyildir. 

Hazırda  yalnız  benzin  fraksiyasının  kimyəvi  tərkibi  tam,  kerosin  fraksiyasının 

tərkibi və miqdari təyin edilmişdir. 

  Neftin  xassələri  onun  emal  istiqamətini  müəyyən  edir  və  alınan  neft 

məhullarının  keyfiyyətinə  təsir  edir.  Deməli,  neftin  bəzi  xassələrini  öyrənməklə, 

onun emal  istiqamətini  müəyyən etmək olar. Ona görə də neftin səmərəli təsnifatı 

mühüm  məsələlərdən biri  hesab olunur.  Kimyəvi  və  fraksiya tərkiblərinə eləcə də 

fiziki-kimyəvi xassələrinə görə neftlərin təsnifatı aşağıdakı kimi aparılır. 

  Neft kiçik və yüksək molekullu karbohidrogenlər və heteratomlu birləşmələr 

qarışığından  ibarət  mürəkkəb bir sistemdir. Belə bir sistemin  öz tərkib  hissələrinə 

ayrılması, identifikasiyası və onların xassələrinin öyrənilməsi  mümkün deyil. Neft 

və  neft  məhsullarını  səciyyələndirmək  və  eləcə  də  texnoloji  hesablamalar  üçün 

texniki analiz nəticələri kifayət edir.  

  Neft  və  neft  məhsullarının  fiziki-kimyəvi  və  xüsusi  xassələrini öyrənməklə, 

onların  əmtəə  dəyərləri  müəyyən  edilir.  xam  nefti  xarakterizə  edən  bəzi  fiziki 

kəmiyyətlər aşağıdakılardır:  



Sıxlıq:  Xam  neftin  sıxlığını  təyin  etməklə,  onun  kimyəvi  tərkibi  haqqında 

təxmini  də  olsa  fikir  söyləmək  olar.  Sıxlıq  neft  və  neft  məhsulları  üçün  ən  vacib 

göstəricilərdən  biri  hesab  olunur.  Neft  məhsulları  üçün  bir  çox  təyinat  və 



 

hesablamalarda sıxlıqdan istifadə olunur. Eləcə də o, yanacaq və yağların istismar 



keyfiyyətini xarakterizə edən çox əhəmiyyətli göstəricidir. 

  Vahid  həcmdə  olan  maddə  kütləsinə  sıxlıq  deyilir.  Onun  ölçü  vahidi  BS 

sistemində kq/m

3

 qəbul edilib. 



  Tədqiqat  işlərində  nisbi  sıxlıqdan  istifadə  olunur.  Nisbi  sıxlıq  ─  müəyyən 

həcm  maddənin  20ºC  temperaturda  kütləsinin,  həmin  həcm  saf  suyun  4ºC 

temperaturdakı  kütləsində  olan 

nisbətidir.  0-50ºC 

intevalında 

istənilən 

temperaturda neft və neft  məhsullarının sıxlığını təyin edib, onun sıxlığını aşağıda 

göstərilən keçid düsturunun köməyi ilə ρ –yə keçirmək olar: 

   

 

 



burada, 

 - 20ºC-də nisbi sıxlıq; 

 – analizin aparıldığı temperaturda nisbi sıxlıq;  

γ -1ºC-ə düşən orta həcmi genişlənmə əmsalıdır. 

  Əgər  neft  və  neft  məhsulunun  tərkibində  sülb  parafin  və  aromatik 

karbohidrogenlərin  miqdarı  çoxdursa,  onda  göstərilən  keçid  düsturu  özünü 

doğrultmur.  

  Həcmi  genişlənmə  əmsalının  qiyməti  ədəbiyyatda  verilmiş  cədvəldən 

götürülür, yaxud da aşağıdakı düsturla hesablanır: 

   


 

  Neft  və  neft  məhsullarının  sıxlığının  hesablanmasında  Baş  ETNSİ  –  nin 

təklif etdiyi düsturdan istifadə etmək olar: 

   


 

 

  Bu düsturla hesablanmış sıxlıq başqa məlum düsturların köməyi ilə tapılmış 



sıxlıqlardan  daha  fərqlidir.  Təcrübi  nəticə  ilə  hesablanmış  qiymət  arasında  fərq 

0,5% -dən az olur. Şübhəsiz ki, təcrübi yolla tapılmış sıxlıq hesablanmış sıxlıqdan 

daha  dəqiqdir.  Buna  görə  də  hesablama  üsulundan  neft  və  neft  məhsullarının 

sıxlığını təxmini təyin etmək lazım gəldikdə istifadə olunur. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə