Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   ...   15   16   17   18   19   20   21   22   23

65 

 

Belə çatışmamazlığın aradan qaldırılması gərgin əmək və vaxt tələb edir. Ona 



görə  də,  ayrı-ayrı  sahələrdə  təbiətin  mühafizə  fəaliyyətinin  səmərələşdirilməsində 

zərərlərin təqribi iqtisadi qiymətləndirilməsi üç əsas metod üzrə hesablanır. İqtisadi 

və  ekoloji  zərərlər  qarşılıqlı  əlaqədardır.  Belə  ki,  iqtisadi  zərər  öz  növbəsində 

ekoloji zərəri  yaradır  və əksinə ekoloji  vəziyyətin pisləşməsi  iqtisadiyyatda  itkilər 

yaradır. 

Keçən  ildə  havaya  (ətraf  mühitə)  atılmış  zərərli  maddələrin  faktiki  miqdarı 

2TP-hava statistik hesabatına görə aparılmışdır.  

Havaya atılıb cəmi – 30591,0 t/il; o cümlədən bərk halda hissəciklər – 1130,0 

t/il;  qaza  oxşar  maddələr  –  29460,0  t/il;  vanadium  5-oksid  –  51122,58  t/il; 

karbohidrogenlər – 29,0 t/il; 

Atmosferə  atılmış  zərərli  tullantıların  miqdarı  2TP  statistik  hava  hesabına 

görə  aparılmışdır.  Havaya  24877,287  ton  zərərli  tullantılar;  o  cümlədən  573,029 

ton bərk halda hissəciklər; 21471,643 ton kükürd anhidridi; 168,454 ton vanadium 

5-oksid; 2624,161 ton – azot oksidləri; 0,048 ton benzopren atılmışdır. 

Hazırda  respublikamızda  ildə  ümumi  istehsal  gücü  təqribən  22  mln  ton  xam 

neft emal edən iki iri neft emalı müəssisəsi fəaliyyət göstərir. Onlardan biri əsasən 

açıq  rəngli  neft  məhsulları  və  yağ-bitum  istehsalı  üzrə  ixtisaslaşan  “Azərneftyağ” 

Neft  Emalı  Zavodu  (NEZ),  digəri  isə  şəffaf  neft  məhsulları  istehsalı  üzrə 

ixtisaslaşan “Azərneftyanacaq” Neft Emalı Zavodudur. Zavodların istehsal gücləri 

müvafiq  olaraq  14  və  8,2  mln  ton  neft  emalına  malikdir.  İstehsal  texnologiyasına 

görə  həmin  zavodlar  ən  çox  su  istifadə  edən  müəssisələr  kateqoriyasına  aiddir. 

Baxmayaraq  ki,  hər  iki  müəssisədən  alınan  istehsalat  sularının  təmizləyici 

qurğularından  BBAH  (Buraxıla  Bilən  Axıntı  Həddi)  normalarında  təmizlənərək, 

Xəzər  dənizinə  buraxılan  istehsalat  sularında  olan  zərərli  maddələr  istər-istəməz 

ətraf mühitə öz mənfi təsirini göstərir. 

1996-cı  ilə  nisbətən  2003-cü  ildə  atmosfer  hava  mühitinə  buraxılan  zərəli 

maddələrin  miqdarı  86  %,  yəni  28936  ton  miqdarında  aşağı  salınmışdır.  Həmin 

zərərli maddələrin təqribən 97 %-i neft karbohidrogenləri təşkil edir. 




66 

 

2000-ci ilin oktyabr ayında ekoloji cəhətdən təmiz yeni “Bituroks” (“Perner” 



Avstriya  )  qurğusunun  kompleks  şəklində  tam  istismara  buraxılması  ilə  əlaqədar 

olaraq nəinki Xətai rayonu ərazisinin hətta Bakı şəhərinin ərazisinin çox hissəsinin 

atmosfer  hava  mühitini  zəhərləyən  406  və  601  №-li  qurğularının  istismarı  tam 

dayandırılmışdır. 406 saylı qurğu tam demontaj olunmuşdur. 

Buna  görə  də  NEZ  tərəfindən  atmosfer  hava  mühitinə  buraxılan  zərərli 

maddələr ildə 400 ton azalmışdır. 

İqtisadi  zərəri  müəyyən  etmək  üçün  metod  seçilərkən  konkret  praqnozun 

imkan  və  tapşırıqları  əsas  götürülmüşdür.  İqtisadi  zərərin  ayrı-ayrı  ünsürləri  üzrə 

verilmiş  tapşırıqlar  kompleks  öyrənilən  zaman  birbaşa  hesab  metodundan  istifadə 

etmək lazımdır. Belə hesablamaları aparmaqla lokallaşmış zərərlər aşkar edilir. 

Qeyd etmək lazımdır ki, ayrılıqda lokal zərəri müəyyənləşdirmək üçün hər bir 

zərər  üçün  böyük  hesablama  işləri  tələb  olunur.  Məsələn.  əhalinin  sağlamlığının 

pisləşməsindən dəyən zərər (İ

Z

) müəyyən edildikdə onun üç tərkibinə baxılır: 



 Xəstəliyə görə işə çıxmamaq (və yaxud ailə üzvlərindən biri A

Ç

 nəticəsindən 



istehsal edilməmiş milli gəlir; 

 Müvəqqəti iş qabiliyyətini itirənlərə müavinətin ödənişi ( A

iş.qab

); 


 Xəstənin tibbi xidmətə sərf etdiyi məsrəf (A

t

); 



 

 

 

Sənaye  zərəri  müəyyən  ediləndə  hesablamalar  əsas  fondların  köhnəlmə 

dərəcəsinin  artmasından  dəyən  zərər  (Z

f

)  qiymətli  xammalın  atmosferə  atılan 



tullantılardan  dəyən  zərər  (Z

qx

);  yüksək  kadr  axınından  dəyən  zərər  (Z



i

)  üzrə 


aparılır. 

 

  



İqtisadi  zərərin  müəyyənləşdirilməsində  yuxarıda  göstərdiyimiz  metoddan 

istifadə  etmək  üçün  (Şəkil  12.)  verilmiş  sxem  üzrə  külli  miqdarda  informasiya 

toplamaq  və  onları  təhlil  edib  yekunlaşdırmaq  lazımdır.  Belə  məlumatların  əldə 

edilməsində çətinlik onların xüsusiyyətindən irəli gəlir.  




67 

 

Regiona  xarakterik  olan  məlumatları  orada  yerləşən  ayrı-ayrı  idarə  və 



müəssisələrdən  toplanmalıdır.  Lakin  hər  bir  idarə  bilavasitə  bu  işlə  ,  yəni 

məlumatları toplayan, sistemə salan və.s müvafiq orqan olmadığı üçün onları icmal 

şəklində  əldə  etmək  mümkün  olmur.  Bu  məlumatları  bütün  müəssisələrdən 

toplamaq mümkün olmur. 



 

 

 



Şəkil 12. Kompleks iqtisadi zərərin tərkibi 

 

Mühitin  çirklənməsinə  təsir  edən  amillərdən  hansının  daha  çox  təsir  etdiyini 



müəyyənləşdirmək  çox  çətin  olduğu  üçün  nəzarət  rayonunun  seçilməsi  xüsusi 

əhəmiyyət  tələb  edir.  Bəzi  məlumatlar  əldə  etmək  üçün  istər  istəməz 

qiymətləndirmədə subyektiv məlumatlarından istifadə etmək lazım gəlir. 

 Yığılmış məlumatlar o zaman ola bilər ki, mühitə təsir edən amillər mövcud 

dövrün  tələblərinə  uyğun  gəlsin.  Vaxt  dəyişdikdə  bu  amillər  və  onun  törətdiyi 

nəticələr də dəyişir. 

Digər  xüsusiyyətlər  də  mövcuddur.  Deməli,  ayrılıqda  lokal  zərəri 

müəyyənləşdirməklə  iqtisadi  zərər  o  vaxt  hesablana  bilər  ki,  əvvəla  hesablamanı 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə