Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   2   3   4   5   6   7   8   9   ...   23

 

  Çıxarılan  neftlərin  nisbi  sıxlıqları  əsasən  0,82-0,90  arasında  dəyişir.  Amma 



elə  neftlər  də  vardır  ki,  onların  nisbi  sıxlığı  vahidə  yaxındır.  Belə  neftlərin 

tərkibində qatran-asfalt maddələrin miqdarı çox olur. Bununla yanaşı elə neftlər də 

vardır ki, onların nisbi sıxlığı 0,82-dən kiçikdir. Məsələn, Markov neftlərinin nisbi 

sıxlığı  0,720-dir.  Şübhəsiz  ki,  belə  neftlərin  tərkibində  qatran-asfalt  maddələrin 

miqdarı  cüzi,  parafin  sıra  karbohidrogenlərin  miqdarı  isə  daha  çoxdur.  Əksər 

hallarda  neftin  geoloji  yaşı  və  uyğun  olaraq  çıxarılma  dərinliyi  artdıqca  onun 

sıxlığı azalır.  

  Neft  və  neft  məhsullarının  sıxlığı  areometr,  Vestal-Mor  tərəzisi  və 

piknometr  vasitəsilə təyin olunur.  Aerometr  vasitəsilə sıxlığın  təyini  üçün az  vaxt 

sərf  olunur,  lakin  bu  üsul  dəqiq  deyil.  Bunlardan  piknometrik  üsul  daha  dəqiq 

olmaqla yanaşı, təyinat üçün az məhsul tələb olunur. 

Özlülük:  Özlülük  –  sıxlıq  kimi,  neft  sənayesində  və  kimmotologiyada 

istifadə olunan çox vacib bir kəmiyyətdir. Neftin nəql edilməsində, neft emalında, 

neft ehtiyyatlarının hesablanmasında və sairədə özlülükdən geniş istifadə olunur. 

Xarici  qüvvənin  təsiri  ilə  mayenin  iki  təbəqəsinin  bir-birinə  qarşı  hərəkətinə 

göstərilən müqavimətə daxili sürtünmə və ya özlülük deyilir. Özlülüyün dinamiki, 

kinematik və şərti özlülük növləri məlumdur. 



 Dinamiki  özlülük:  ─  səthi  1  sm

2

,  bir-birindən  1  sm  məsafədə  olan,  1  dina 



xarici qüvvə təsiri altında, 1 sm/san sürətlə hərəkət edən  maye təbəqələri arasında 

yaranan  müqavimətdir.  Dinamiki  özlülük,  mayenin  kapilyar  borudan  axma 

müddətini təyin etməklə, Puazeyi düsturuna əsasən tapılır: 

 

  



burada, P - kapilyardan maye axarkən yaranan təzyiq 

V - kapilyardan keçən mayenin həcmi 

τ - mayenin axma müddəti 

L - kapilyarın uzunluğu 

r - kapilyarın radiusudur. 



 

  Dinamiki  özlülüyün  ölçü  vahidi  kimi,  paskal  saniyə  (Pa·san),  təcrübədə  isə 



adətən mPa·san -dən istifadə olunur. 

  Dinamiki özlülükdən, kinematik və şərti özlülüyə nisbətən az istifadə edilir, 

çünki  dinamiki  özlülüyün  təyinində  maye  üzərində  daima  sabit  təzyiq  yaradan 

mənbə  tələb  olunur.  Bu  isə  təyinat  zamanı  əlavə  texniki  çətinliklər  yaradır.  Buna 

görə də təcrübədə adətən kinematik və şərti özlülüklərdən istifadə olunur. 

 Kinematik  özlülük  (ν):  -  mayenin  dinamiki  özlülüyünün  həmin 

temperaturdakı sıxlığına olan nisbətinə deyilir:  

 

 

  Kinematik özlülüyün ölçü vahidi kimi mm



2

/san – dən istifadə olunur. 

  Kinematik  özlülüyün  sadəliyinə  görə  dinamiki  özlülükdən  xeyli  fərqlənir. 

Belə  ki,  kinematik  özlülüyün  təyinində  adi  şüşə  kapilyar  viskozimetrdən  istifadə 

olunur.  Kapilyar  vislozimetrdə  mayenin  axma  müddətini  ölçməklə  neftin  (neft 

məhsullarının) kinematik özlülüyü təyin edilir: 

 ν

t

 = k·τ 



burada; ν

t

 - neft və ya neft məhsulunun kinematik özlülüyü, k - viskozimetrin 



kapilyar sabiti, τ- neft məhsulunun axma müddətidir. 

 Şərti  özlülük:  −  verilmiş  temperaturda  neft  məhsulunun  axma  müddətinin, 

saf suyun 20ºC - də axma müddətinə olan nisbətinə deyilir:  

   

 

  



 

Burada, E

-verilmiş temperaturda şərti özlülük,  



τ



 

t temperaturunda neft məhsulunun axma müddəti, 

saf suyun 20ºC-də axma müddətidir. 

  Şərti  özlülüyün  ölçü  vahidi  kimi  şərti  dərəcədən  (ŞÖº)  istifadə  olunur. 

Əsasən neft yanacaqlarının (mazut) şərti özlülüyü təyin edilir. 

 Molekul kütləsi:   Neft  və  neft  məhsulları  üçün əhəmiyyətli  göstəricilərdən 

biri də - molekul kütləsidir. Neft və neft məhsulları üçün orta molekul kütləsi təyin 

olunur.  Molekul  kütləsindən  texnoloji  və  istilik  hesabatlarında,  molekulyar 



10 

 

refraksiyanın,  neft  fraksiyalarının  struktur-qrup  tərkibinin  təyinində  və  sairədə 



istifadə olunur. 

  Neftlərin  molekul  kütlələri  çox  geniş  intervalda,  əsasən  220-300  arasında 

dəyişir.  Neft  fraksiyasının  qaynama  temperaturu  artdıqca,  onların  molekul  kütləsi 

də artır. Molekul  kütləsini təyin etmək  üçün krioskopik, ebulioskopik, osnometrik 

(az  hallarda)  və  kütlə-spektroskopiyası  üsullarından  istifadə  olunur.  Bunlarla 

yanaşı texniki hesablama üsulları da mövcuddur. 

Neft  və  neft  məhsullarının  təxmini  molekul  kütlələrini  hesablamaq  üçün  bir 

çox  asılılıqlar  təklif  olunmuşdur.  Bu  məqsədlə  daha  çox  Voinov  düsturundan 

istifadə olunur: 

 

burada, M - molekul kütləsi; a, b, c - sabitlər (hər sinif karbohidrogenlər üçün 



müxtəlif  olur); 

  -  neft  məhsulunun  orta  molekulyar  qaynama  temperaturudur, 

0

C. 


 Parafin fraksiyası üçün Voinov düsturu aşağıdakı kimidir: 

 

 



 Alışma,  alovlanma  və  öz-özünə  alovlanma:  Neft  və  neft  məhsullarının 

alışma,  alovlanma  və  öz-özünə  alovlanma  temperaturlarını  təyin  etməklə,  onun 

yanğına qarşı təhlükəsizliyi təmin edilir.  

Neft  və  neft  məhsulları  qızdırılarkən  onun  buxarları  hava  ilə  müxtəlif 

nisbətlərdə  qarışıq  əmələ  gətirir.  Lakin  əmələ  gələn  qarışığın  bütün  nisbətləri 

alışma  prosesinə  məruz  qalmır.  Buna  görə  də  alışma  törədən  qarışığın  aşağı  və 

yuxarı  sərhədləri  təyin  edilir.  Aşağı  sərhədə  qədər  havada  olan  üzvi  maddənin 

qatılığı  minimum  olur.  Bu  halda  sistemə  od  yaxınlaşdırdıqda  alışma  baş  vermir, 

çünki, karbohidrogenlərin  oksidləşməsi sistemin çox az  nöqtələrində  gedir. Lakin, 

neft  məhsulunun  havada  qatılığı  elə  bir,  həddə  çatır  ki,  bu  halda  oksidləşmə 

mərkəzləri  çoxalır  və  nəticədə  ani  olaraq  partlayışla  yanma  baş  verir.  Həmin 

nisbət,  alovun  yayılmasının  aşağı  sərhəddi  kimi  qəbul  olunur.  Yuxarı  sərhəddə 

qədər  hava  ilə  neft  karbohidrogenlərinin  bütün  nisbətlərində  sistemə  od 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə