17
sonra bir metil qrupu saxlayan poliizopren quruluşlu alifatik politerpenləri aid
etmək olar. İzoprenoid karbohidrogenlərdən pristan və fitan ilk dəfə olaraq İran və
Şərqi Texas neftlərində tapılmışdır. Neftin tərkibində olan izoprenoid
karbohidrogenlərinin əmələ gəlməsi bitkilərin tərkibində fitolun (spirt) olması ilə
izah olunur.
Neftin tərkibində izoprenoid karbohidrogenlərinin miqdarı 3-4% (neftə görə)
və bəzən də daha çox olur. C
14
– C
20
nümayəndələrinin hər birinin miqdarı 0,2-
0,5% təşkil edir.
Son vaxtlar neftin tərkibində psevdo və qeyri müntəzəm quruluşlu
izoprenonların olması da aşkar edilmişdir. Psevdo müntəzəm və qeyri-müntəzəm
izoprenoidlərin parafin zəncirinin parçalanması nəticəsində əmələ gəlməsi imkanı
göstərilmişdir.
Sülb parafin karbohidrogenləri: Normal şəraitdə C
16
və daha yüksək
parafinlər sülb (bərk) halda olurlar. Sülb parafinlərin bütün neftlərin tərkibində
miqdarı daha çoxdur (7-12%). Neftin tərkibində olan sülb parafinlər fiziki, kimyəvi
xassələrinə və kristal quruluşlarına görə iki qrupa bölünür: parafinlər və serezinlər.
Ərimə temperaturu parafinlərlə eyni olan serezinlərin özlülüyü, şüasındırma
əmsalı, molekul və xüsusi kütlələri yüksək olur. Sülb parafinlərin ərimə
temperaturu 50-60ºC, qaynama temperaturu 550ºC olduğu halda, serezinlərin
ərimə temperaturu 65-88ºC, qaynama temperaturu isə 600ºC-dən yüksək olur.
Parafinlərin molekul kütləsi 300-dən 450-yə, serezinlərin isə 500-dən 750-dək
olur. Neft parafinləri tərkibcə daha çox müxtəlif molekul kütləli parafinlərdən
ibarət qarışıqdır. Serezin molekullarının əsas komponentləri isə normal və daha
çox izoquruluşlu yan zəncir saxlayan naften karbohidrogenləridir. Serezin
molekullarının tərkibinə daxil olan, uzun alkil zəncirində aromatik həlqə saxlayan
birləşmələrin miqdarı isə az olur. Onların nisbəti, tədqiq olunan neftin təbiətindən
asılıdır.
Serezinlərin kimyəvi tərkibi hələ də tam öyrənilməmişdir. Bundan başqa,
onların
tərkibində
şaxəli
parafinlər
və
cuzi
miqdarda
alkilaromatik
karbohidrogenlər də olur.
18
Naften sırası karbohidrogenlər: XIX əsrin 70-ci illərində Morkovnikov və
Oqloblin
Bakı
neftlərinin
tərkibində
tsiklik
quruluşlu
C
n
H
2n
sırası
karbohidrogenlərinin olmasını göstərmişlər. Onlar tsiklopentan, tsikloheksan,
metiltsiklopentantan və başqa birləşmələri aşkar etmişlər. Bu birləşmələr
polimetilen karbohidrogenlər və ya tsikloparafinlər, müasir nomeklatura ilə
tsiklanlar, Markovnikov tərəfindən isə naftenlər adlandırılmışdır.
Neftdə təbii üzvi birləşmələr sırasında tsiklonlar xüsusi yer tutur, onların
miqdarı 25%-dən 75%-ə qədər dəyişir. Neftin distilləsindən alınan bütün
fraksiyalarda naftenlərin nümayəndələri iştirak edir.
Naften karbohidrogenlərin tərkibi alkanlara nisbətən daha stabildir və onlar
ilkin ana məhsulun genetik xüsusiyyətlərini özündə saxlayır.
Neftin
aromatik
karbohidrogenləri:
Müxtəlif
neflərdə aromatik
karbohidrogenlərin miqdarı 15%-dən 50%-ə qədər dəyişir. Keçmiş SSRİ
neftlərinin (400-ə qədər) tərkibində olan aromatik birləşmələrin miqdarı təyin
edilmişdir. Onların orta miqdarı müxtəlif parafinli neftlərdə belədir:
- Az parafinlilərdə − 37,4%
- Orta parafinlilərdə − 30,6%
- Yüksək parafinlilərdə − 20,8%
Tərkibində bərk karbohidrogenlərin miqdarı 1%-dən az olan neftlər − az
parafinli; 1−7% -ə qədər olan neftlər – orta parafinli; 7%-dən çox olan neftlər isə
yüksək parafinli neftlərə aiddir.
Neftin başqa sinif karbohidrogenlərindən fərqli olaraq aromatiklər daha yaxşı
öyrənilmişdir. Çünki, onların reaksiyagirmə, polyar həlledicilərdə həll olma,
selektiv adsorbsiya olunma qabiliyyətləri və ərimə temperaturuları (parafin və
naftenlərlə müqayisədə) daha yüksəkdir.
Azərbaycanın qaz-kondensat mədənlərindən alınmış benzin fraksiyalarının
karbohidrogen tərkibinin 13,4−18,4 % -ni C
6
– C
9
aromatik karbohidrogenləri
təşkil edir. Sərbəst aromatik karbohidrogenlərə gəldikdə isə demək olar ki, C
7
və
C
8
-in miqdarı C
6
və C
9
aromatiklərindən daha çoxdur.
19
1.3. XAM NEFTİN QEYRİ-KARBOHİDROGENLİ VƏ MİNERAL
HİSSƏLƏRİ, ONLARIN XÜSUSİYYƏTLƏRİ
Neftin kükürdlü birləşmələri: Kükürd neftlərdə müxtəlif birləşmələr
şəklində olur. Öz tərkib və xassələrinə görə fərqləndiyinə baxmayaraq, bunlar
kəskin pis iylərinə görə bir-birinə oxşayır.
Müxtəlif neftlərdə kükürdlü birləşmələrin miqdarı müxtəlifdir. Ən az
kükürdlü neft parafinli Ozeksuat neftidir (0,1 kütlə faizi). Bakı və Qrozni
neftlərində, adətən, kükürdlü birləşmələrin miqdarı 0,6% -dən artıq olmur. Bəzi
rayonlarda çıxarılan neftlər kükürdlü birləşmələrlə zəngindir. Armen neftində
onların miqdarı 3,2 % , Üçqızıl neftində 5,2 %-dir.
Neft fraksiyasının qaynama temperaturu yüksəldikdə tərkibində kükürdlü
birləşmələrin miqdarı da artır. Neftlərdə kükürdlü birləşmələrə hidrogen-sulfid,
merkantanlar, sulfidlər, disulfidlər, həlqəvi sulfidlər, tiofen və tiofan birləşmələri
şəklində təsadüf edilir.
Kükürdlü birləşmələri üç qrupa bölmək olar:
- Birinci qrupa sərbəst kükürd, hidrogen-sulfid və merkaptanlar;
- İkinci qrupa soyuqda neytral xassəli və termiki davamsız sulfid və
disulfidlər;
- Üçüncü qrupa termiki sabit həlqəvi kükürdlü birləşmələr –tiofen və tiofanlar
daxildir.
Hidrogen-sulfid və merkantanlar turş xassəli olduğuna üçün güclü karroziya
şəraiti yaradır. Sulfid və disulfidlər adi temperaturda deyil, yalnız qızdırıldıqda
130-160ºC-də parçalanaraq hidrogen-sulfid və merkantanlara çevrilir ki, bu da
karroziyaya səbəb olur.
Kükürdlü birləşmələr həm də antidetanatorların fəallığını azaldır, krekinq
benzinlərinin qatran əmələ gətirmə qabiliyyətini artırır və onlara zərərli bioloji təsir
göstərir.
Sərbəst kükürd ən güclü karroziyaedici maddədir, havanın oksigeni isə
hidrogen-sulfidin oksidləşməsi nəticəsində əmələ gəlir və aparatların daxili