Magistratura məRKƏZİ Əlyazması hüququnda


 XAM NEFTİN EMALA HAZIRLANMASI ŞƏRTLƏRİ



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

23 

 

1.4. XAM NEFTİN EMALA HAZIRLANMASI ŞƏRTLƏRİ 



 

  Çıxarılma  dərinliyindən,  yerindən  asılı  olmayaraq  yer  səthində  çıxarılan 

istənilən neftin bir tonunda 50-100 m

3

 qaz, 200-300 kq su, 10-15 kq mineral duzlar 



və  mexaniki  qarışıqlar  olur.  Mədənlərdə  neftdən  suyu  ayırmaq  üçün  müxtəlif 

sistemlərdən  istifadə  olunur.  Yeni  neft  mədənlərində  təzyiq  altında  işləyən 

sistemlər tətbiq olunur. Bu sistemdə quyudan çıxan xam neft fərdi ölçü qurğusuna 

verilir. Burada qaz maye məhsullardan ayrılır və alınmış məhsulların miqdarı təyin 

olunur.  Ayrılmış  qaz  yenidən  neft  və  su  ilə  qarışdırılaraq,  qazın  neftdən  təkrar 

ayrılması üçün nasos stansiyasındakı seperatora verilir. Seperatorlarda ayrılan qaz, 

qaz emalı zavodlarında, qismən qazsızlaşdırılmış  neft  isə  neftin emala  hazırlanma 

qurğusuna  nəql  edilir.  Neftin  emala  hazırlanma  qurğusuna,  qazın  neftdən 

ayrılmasının  ikinci  və  üçüncü  seperasiyası,  eləcə  də  neftin  sudan  və  duzlardan 

təmizlənməsi  aparılır.  Burada  ayrılmış  qaz  emala,  su  isə  təmizləndikdən  sonra 

yenidən  neft  laylarına  verilir.  Təmizlənmiş  neft  isə  xüsusi  çənlərə  verilərək  onun 

miqdarı  və  keyfiyyəti  təyin  olunur.  Əgər  neft  keyfiyyətcə  standarta  uyğun 

gəlmirsə, onda yenidən təkrar emala qaytarılır. 

  Neftin bir neçə pilləli seperasiyasından sonra belə onun tərkibində müəyyən 

miqdar  həll  olmuş  şəkildə  C

1

  –  C



4

  qaz  karbohidrogenləri  qalır.  Həmin  qazlar, 

həmçinin  yüngül  fraksiyalar  neft  saxlandığı  və  bir  çəndən  başqa  çənə  verildiyi 

müddətlərdə  neftdən  ayrıla  bilər,  bu  isə  öz  növbəsində  itkiyə,  təbiətin 

çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olar. Buna görə də mədənlərin 

çoxunda neft rektifikasiya edilərək stabilləşdirilir. Stabilləşdirilmiş neftlərdə C

1

–C

4



 

qaz  karbohidrogenlərinin  miqdarı  1  %-ə  qədər,  stabilləşdirilməmiş  neftlərdə  isə 

həmin qazların miqdarı 2−3 % olur.   Su  neftin  tərkibində  sərbəst  həll  olmuş  və 

emulsiya şəklində olur. Sərbəst su əvvəldə qeyd olunduğu kimi, neft mədənlərində 

çökdürücülərdə ayrılır. Həll olmuş və dispers şəkildə olan su isə neftdən öz-özünə 

ayrılmır.  Həll  olmuş  suyun  miqdarı  neftin  kimyəvi  tərkibindən  və  temperaturdan 

asılıdır.  Aromatik  əsaslı  neftlərin  tərkibində  həll  olmuş  suyun  miqdarı  daha  çox 

olur.  Çünki,  aromatik  karbohidrogenlər  başqa  sinif  karbohidrogenlərə  nisbətən 




24 

 

daha  çox  hiqroskopikdir.  Lakin  temperaturun  artması  ilə  suyun  hər  üç  sinif 



karbohidrogenlərində  həll  olması  artır.  Temperaturun  azalması  ilə  neftdə  həll 

olmuş  su  ola  bilər  ki,  dispers  (kiçik  hissəciklər)  şəklində  ayrılaraq  neft-su 

emulsiyasını  əmələ  gətirər.  Həmin  emulsiyalar  adətən  çox  davamlı  olur  və  uzun 

müddət, hətta bir neçə ay dağılmır. Neft-su emulsiyalarının davamlılığına bir neçə 

amillərin, o cümlədən neftin tərkibində olan bəzi maddələrin (emulqatorların) təsiri 

vardır.  Neftin  tərkibində  olan  bir  çox  birləşmələr  səthi-aktiv  maddələr  sinfinə 

(naften turşuları və onların duzları, qatranlı birləşmələr) daxildir.  

  Neft  emulsiyalarının  əmələ  gəlməsində  və  stabilləşməsində  səthi-aktiv 

maddələrlə  yanaşı  neftdə  kolloid  hissəciklər  şəklində,  həll  olmayan  çox  dispers 

bərk maddələrin də yüksək dərəcədə təsiri vardır. Belə maddələrə sülb parafinlərin 

mikrokristallarını,  asfaltenləri,  dəmir-sulfid  və  başqa  mexaniki  qarışıqları  misal 

göstərmək  olar.  Göstərilən  maddələr  neft  fazasında  paylanmış  kiçik  su  damlaları 

üzərində möhkəm mexaniki pərdə əmələ gətirir ki, bu da suyun ayrılmasına imkan 

vermir. 


  Neft-su  emulsiyasının  davamlılığına  neftin  fraksiya  tərkibinin,  suyun 

tərkibində  olan  duzların  qatılığının  da  təsiri  vardır.  Neftin  tərkibində  açıq  rəngli 

fraksiyaların  miqdarı  nə  qədər  çox  olarsa,  neft-su  emulsiyasının  davamlılığı  bir  o 

qədər  az  olar.  Bu,  həmin  fraksiya  ilə  suyun  xüsusi  kütləsi  arasında  fərqin  çox 

olması  ilə  izah  olunur.  Özlülüyü  yüksək  olan  neftlərdə  əmələ  gələn  neft-su 

emulsiyaları  isə çox davamlı olur. Çünki,  yüksək  özlülüyə  malik olan sistemlərdə 

su  hissəciklərinin  bir-biri  ilə  görüşərək  iri  su  damlaları  əmələ  gətirmə  imkanı 

azalır.  Xam  əmtəə  neftindən  fərqli  olaraq,  neft  məhsullarının  tərkibində  istər  həll 

olmuş və istərsə də emulsiya şəklində olan suyun miqdarı çox az olur. Neft və neft 

məhsullarının tərkibində suyun miqdarı dövlət standartından (0,3 %) artıq olduqda, 

neft  emalı  qurğularında  yaranmış  təzyiq  hesabına  partlayış,  metal  səthlərinin 

korroziyası, boru və aparatların daxili səthlərində ərpin əmələ gəlməsi və nəticədə 

istilik keçirmənin pisləşməsi və.s kimi xoşagəlməz hallar baş verə bilər. Ona görə 

də  neft  və  neft  məhsullarında  olan  su,  emaldan  əvvəl  vəsfi  və  miqdarı  təyin 

edilməlidir. 



25 

 

II FƏSİL. XAM NEFTİN FİZİKİ VƏ KİMYƏVİ EMAL 



POSESLƏRİ, ALINAN MƏHSULLAR, YARANAN EKOLOJİ 

PROBLEMLƏR 

2.1. XAM NEFTİN FİZİKİ EMAL TEXNOLOGİYASI, YARANAN 

EKOLOJİ PROBLEMLƏR 

 

Neft  eləcədə  maye  neft  məhsullarının  emalı  üçün  müxtəlif  fiziki  və  kimyəvi 



metodlar  tətbiq  olunur.  Neft  və  neft  məhsullarının  fiziki  emalı  onların  qaynama 

temperaturu,  həll  olma,  kristallaşma,  eləcə  də  digər  fiziki  xassələrinə  görə 

ayrılmalarına əsaslanır. 

  Kimyəvi  emal  zamanı  isə  neft  və  neft  məhsullarının  tərkibinə  daxil  olan 

birləşmələr  temperatur,  təzyiq,  katalizatorun  təsiri  ilə  dərin  çevrilmələrə  məruz 

qalırlar və yeni neft məhsulları alınır. 

Neftin  destilləsindən  alınan  benzinin  çıxımını  və  oktan  ədədini  yüksəltmək 

üçün  neft  emalında  yeni  metodlar  axtarılmağa  başlanıldı.  Bu  istiqamətdə  ilk 

addımları 1891-ci ildə rus alimləri V.Q. Suxov və S. Porrilov atdı. Onlar tərəfindən 

neftin termiki emalının ilk potenti alınmışdır. Eləcə də rus alimləri N.D.Zelinski və 

N.İ.Şuykin  tərəfindən  aromatik  karbohidrogenlər  alınmışdır.  Hal-hazırda  sənaye 

miqyasında aromatik proseslər nəticəsində benzol, toloul və kisilol alınır. 

Neft  çox  mürəkkəb  quruluşa  malik  təbii  sərvətdir  və  şəkil  1-də  neftin  emal 

sxemi və alınan məhsullar göstərilmişdir. 

 

 

 



 

 

 



 

 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə