“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
  1   2   3   4   5   6   7   8   9   ...   29


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSADİ UNİVERSİTETİ 

 

 

“MAGİSTRATURA MƏRKƏZİ” 

 

 

Əlyazması hüququnda 



 

 

Şirinov Taği Xanverdi oğlu 

 

MÖVZU: “iqtisadi artım və geniş təkrar istehsalın investisiya peoblemləri” 

Mövzusunda  

 

MAGISTR DISSERTASIYASI  

 

Istiqamətin şifri və adı:  

 

 

 

060404 “İqtisadiyyat” 

Ixtisaslaşmanın adı:  

 

 

 

 

“İqtsadi nəzəriyyə” 

 

Elmi rəhbər:  

 

 

 

 

 

prof. Babayev Ə.P. 

 

Magistr proqramnın rəhbəri:  

 

 

prof. Babayev Ə.P.  

 

Kafedra müdiri:   

 

 

 

 

prof. Babayev Ə.P. 

 

 



 

 

Bakı 2015 


 

MÜNDƏRİCAT 



GİRİŞ  

3-8 


I FƏSİL 

İQTİSADİ ARTİM, TƏKRAR İSTEHSAL VƏ İNVESTİSİYANIN 

NƏZƏRİ METODOLOJİ ƏSASLARI VƏ MƏNBƏLƏRİ 

9-32 


1.1.  İqtisadi artım modellərini müəyyən edən nəzəriyyələr və metodoloji 

yanaşmalar 

9-16 

1.2.  İqtisadi  artımın  amillərinin  əsas  meyarları  və  milli  iqtisadiyyatın 



inkişafında onların rolu 

16-25 


1.3.  Investisiyanın məzmunu və iqtisadi inkişafda onun rolu 

 

25-32 



II FƏSİL  

 

AZƏRBAYCANDA  IQTISADI  ARTIM  ƏSAS  MƏRHƏLƏLƏRİ 



VƏ 

İNVESTİSİYA 

FƏALİYYƏTİNİN 

MÖVCUD 


VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 

33-53 


2.1.  Azərbaycanda  iqtisadi  artımın  əsas  mərhələləri  və  iqtisadi  artımın 

Azərbaycan modeli 

33-48 

2.2.  Azərbaycanda  investisiya  fəaliyyətinin  və  təkrar  istehsalın  



mövcud vəziyyətinin təhlili 

 

48-53 



III FƏSİL  

 

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ İQTİSADİ ARTIM VƏ GENİŞ 



TƏKRAR  İSTEHSALIN  İNVESTİSIYA  PROBLEMLƏRİNİN 

HƏLLİ YOLLARI

 

54-78 


3.1.   Qloballaşma  şəraitində  iqtisadi  artımın  və  geniş  təkrar  istehsalin 

vəzifələri  və  iqtisadi  sabitliyinin  təmin  olunmasının  əsas 

istiqamətləri 

54-68 


3.2.  Azərbaycanda investisiya qoyuluşlarının prioritetləri 

 

69-78 



NƏTİCƏ VƏ TƏKLİFLƏR 

79-83 


ƏDƏBİYYAT 

84-89 


 

 


 

GİRİŞ 



Mövzunun  aktuallığı.  XX  əsrin  sonu  və  XXI  əsrin  əvvəllərində  dünya 

iqtisadiyyatının  inkişafı  və  təsərrüfat  həyatının  beynəlmiləlləşməsinin  ən  mühüm 

nəticəsi  qloballaşma  hesab  olunur.  İqtisadiyyat  elmində  qloballaşmanın  müsbət  və 

mənfi tərəfləri ilə bağlı müxtəlif baxışlar mövcuddur. İstənilən halda, qloballaşmanın 

ən  mühüm  üstünlüyü  onda  təzahür  edir  ki,  bu  prosesin  nəticəsində  dövlətlər, 

təşkilatlar  və  insanlar  arasında  informasiya  mübadiləsi  sürətlənir  və  genişlənir. 

Qloballaşma  prosesi  insanlara  müxtəlif  ölkələrdəki  siyasi,  iqtisadi,  hüquqi  və  sosial 

fərqlilikləri müqayisə etməyə və daha yaxşılarını öz cəmiyyətlərində və həyatlarında 

tətbiq  etməyə  şərait  yaradır.  Adətən,  belə  fərqlər,  totalitar  dövlət  iqtisadiyyatından 

bazar  prinsiplərinə  əsaslanan  sərbəst  iqtisadi  sistemə  keçid  üçün  islahatlar  keçirən 

ölkələrdə özünü daha kəskin şəkildə büruzə verir. Məhz buna görə də, son 20-25 ildə 

iqtisadiyyat elmində sosializmin yaratdığı problemlər, özəl  mülkiyyətin təşəkkülü və 

inkişafı,  həmçinin,  iqtisadi  artım,  onun  mənbələri  və  əsas  amilləri  kimi  məsələlər 

geniş müzakirə obyektinə çevrilmişdir.  

Dünya ölkələrində iqtisadi artımın və geniş təkrar istehsalın təmin olunmasında 

innvestisiya amillərdən də istifadə edilməsi sabit və dönməz xarakter almaqdadır. Bu 

baxımdan,  iqtisadi  artım  və  geniş  təkrar  istehsalın  innvestisiya  amillərilə  əlaqəsi  və 

innvestisiya siyasətinə əsaslanan inkişaf modelləri prinsiplərinin nəzərdən keçirilməsi 

zərurəti  meydana  çıxıb.  Bu  da  öz  növbəsində,  iqtisadi  artımın  və  geniş  təkrar 

istehsalın, iqtisadi inkişafın  innvestisiya millərinin sistemli tədqiqini tələb edir.  

Beləliklə, innvestisiyanın müxtəlif formalarının genişlənməsi yolu ilə dayanıqlı 

iqtisadi inkişafın  əldə edilməsi dünyanın əksər ölkələrində iqtisadi siyasətin prioritet 

istiqamətlərinə  çevrilir.  Son  illərdə  dünya  bazarında  neftin  və  digər  enerji 

daşıyıcılarının  qiymətinin  kəskin  artmasına,  böhranlara  və  təbii  fəlakətlərə 

baxmayaraq, dünya iqtisadiyyatında iqtisadi artımın baş verməsində ölkələrarası  mal 

və xidmət ticarətinin intensivləşməsi mühüm rol oynayıb. 

Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycanın  dünya  iqtisadiyyatına 

inteqrasiyası,  onun  müasir  dünyada,  ikitərəfli  və  regional  əməkdaşlıqda  yeri, 

beynəlxalq  təşkilatlarla  əlaqələri  və  s.  mühüm  müzakirə  obyektinə  çevrilməkdədir. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə