“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

28 

 

yaradan  investisiya  kimi,  portifel  investisiyasını  isə  qiymətli  kağızların  alınması 



formasında investisiya kimi qəbul edirlər [37].  

Hazırda  Azərbaycan  Dövlət  Statistika  Komitəsi də  xarici  investisiya qoyuluşla-

rını  birbaşa  və  portifel  investisiyalarına  bölərkən  bu  yanaşmadan  istifadə  edir. 

Fikrimizcə, bu düzgün yanaşma deyildir. Belə ki, birbaşa investisiya yaradılan və ya 

investorun  iştirak  etdiyi  müəssisədə  onun  idarə  edilməsinə  təsir  etmək  imkanı  verir, 

portifel  investisiya  isə  belə  təsirə  imkan  vermir.  Bu  investorun  müəssisənin 

nizamnamə kapitalındakı (səhmdar cəmiyyətlərdə adi səhmlərin ümumi sayında) payı 

ilə  müəyyən  olunur.  Investorun  nizamnamə  kapitalındakı  payının  müxtəlif 

vəziyyətlərdə  müəssisə  üzərində  nəzərət  səviyyəsinə  müxtəlif  şəkildə  təsir 

göstərməsinə  baxmayaraq,  müasir  dövürdə  əksər  ölkələrdə  birbaşa  investisiya  ilə 

portifel  investisiyanın  sərhədi  10  faiz  səviyyəsində  müəyyən  edilmişdir.  Yəni 

müəssisənin  nizamnamə  kapitalının  10  faizindən  çoxuna  sahib  olmaqla  nəticələnən 

investisiya  qoyuluşları  birbaşa  investisiyaya,  10  faizdən  aşağı  paya  sahib  olmaqla 

nəticələnən isə portifel investisiyasına aid edilir. Investisiya qoyuluşlarının birbaşa və 

portifel  investisiyalara  bölünməsinin  dövlət  tənzimlənməsi  baxımından  praktiki 

əhəmiyyəti  vardır.  Belə  ki,  bu  bölgüdən  ölkədə  antiinhisar  tənzimlənməsində 

səmərəli istifadə oluna bilər.    

Ölkə iqtisadiyyatında investisiya fəallığına təsir edən amillərlə əlaqədar iqtisadi 

ədəbiyyatda müxtəlif baxışlar mövcuddur.  

Klassik  nəzəriyyəyə  görə  ölkə  iqtisadiyyatında  investisiyanın  həcmi  faiz 

dərəcəsindən  asılıdır  və  bu  invesitisiya  xərclərinin  mənbəyi  yığımdır  (qənaətdir). 

Qənaət  və  investisiya  qarşılıqlı  əlaqəli  kateqoriyalardır.  Belə  ki,  qənaət  potensial 

investisiya,  investisiya  isə  reallaşdırılmış  qənaətdir.  Klassik  iqtisadçılar  hesab 

edirdilər ki, insanlar əldə etdiyi gəlirlərin bir hissəsini istehlak etməyib qənaət edirsə, 

onda  bu  vəsaitləri  likvid  formada  saxlamır  və  ondan  gəlir  götürməyə  çalışırlar.  Bu 

zaman    əgər  faiz  dərəcəsi  artırsa,  onda  qənaətin  də  həcmi  artır,  əks  halda  isə  azalır. 

Ölkədə  investisiya  qoyuluşlarının  həcmi  mənfəət  norması  və  faiz  dərəcəsinin 

nisbətində  formalaşır.  Əgər  mənfəət  norması  faiz  dərəcəsindən  yüksəkdirsə,  onda 

qənaət  edilmiş  vəsaitlərin  borc  kimi  cəlb  olunmasına  tələb  yaranır,  əks  halda  isə 



29 

 

sahibkar  bu  vəsaitləri  təsərrüfat  dövriyyəsinə  cəlb  etmir.  Bu  baxımdan,  klassik 



iqtisadçılar  ölkədə  investisiyanın  və  qənaətin  həcminin  faiz  dərəcəsindən  asılı 

olduğunu göstərirdilər.  

Klassik  iqtisadçılardan  D.Rikardo  qeyd  edirdi  ki,  ölkənin  məcmu  məhsulu 

həmişə istehlak olunur …. Qənaət onu ifadə edir ki, məcmu məhsulun əhmiyyətli his-

səsi dəyərin təkrar istehsalı ilə məşğul olanlar tərəfindən istehlak olunur. Göründüyü 

kimi,  klassik  iqtisadçılar  ölkədə  qənaətin  investisiyaya  bərabərləşdiyini  qəbul 

edirdilər. 

Keynis  nəzəriyyəsinə  görə  investisiya  xərcləri  məcmu  xərclərin  tərkib  hissəsi 

olmaqla  iqtisadi  inkişafın  əsas  amillərindən  biridir.  Klassik  iqtisadçılardan  fərqli 

olaraq keynisçilər qənaəti ümumi milli gəlirdən, investisiyanı isə faiz dərəcəsindən və 

mənfəət normasından asılı hesab edirdilər. Investisiya xərclərinin artımı multiplikativ 

səmərə  yaradır ki,  bunun  nəticəsində  də ölkədə bu artımdan çox əlavə tələb  yaranır. 

Bu təsir aşağıdakı düsturla müəyyən edilir: 

I

Δ



m

+

c



1

1

=



Y

Δ

 



Burada, Y– gəlirlərin (ümumi milli gəlirin) artımıdır. 

I – investisiya xərclərinin artımıdır. 

c – istehlaka son hədd meyillik əmsalıdır. 

m – idxala son hədd meyllilik əmsalıdır. 

Ölkədə həyata keçirilən investisiya avtonom investisiya qoyuluşlarına və törəmə 

investisiya  qoyuluşlarına  bölünür.  Avtonom  investisiya  milli  gəlirin  dəyişməsindən 

asılı  olmayan  səbəblərə  görə,  yəni  dövlət  investisiya  qoyuluşları,  ixtiralar,  zövqlərin 

dəyişməsi  və  s.  ilə  əlaqədar  həyata  keçirilir.  Törəmə  investisiya  qoyuluşları  isə 

gəlirlərin  səviyyəsinin  dəyişməsi  ilə  əlaqədardır.  Elmi-texniki  tərəqqinin  və  istehsal 

amilərin qiymətinin müəyyən səviyyəsində müəyyən həcmdə məhsulun istehsalı üçün 

zəruri  olan  investisiya  qoyuluşularının  həmin  məhsulun  həcminə  olan  nisbətinin 

sahibkarlar  tərəfindən  normal  hesab  edilən  səviyyəsi  mövcud  olur.  Məsələn,  ölkədə 

mövcud  texniki  səviyyədə  və  istehsal  amillərini  qiymətinə  müvafiq  olaraq  ildə  100 

mln.  ton  çörək  istehsalı  üçün  nə  qədər  investisiya  qoyuluşunun  zəruri  olduğunu 




30 

 

müəyyən etmək mümkündür. Bu baxımdan, ölkədə tələbin artımını təmin etmək üçün 



firmalar  özlərinin  istehsal  gücünü  artırmaq  məqsədilə  məhsul  istehsalı  həcminin 

investisiya  qoyuluşlarına  olan  normal  nisbəti  ilə,  yəni  akseleratorla  müəyyən  olunan 

investisiya  qoyuluşları  həyata  keçirəcəklər.  Digər  tərəfdən,  firmalar  investisiya 

qoyuluşu  haqqında  qərarı  bazar  konyukturu  haqqında  məlumatlar  əsasında  qəbul 

edirlər.  Belə  ki,  əgər  bazarda  tələb  artırsa  və  müəssisənin  istehsal  gücü  bu  tələbi 

ödəmək  səviyyəsində  deyilsə,  onda  əlavə  investisiya  qoyuluşu  həyata  keçirilə  bilər. 

Lakin sahibkar  investisiya qoyuluşunu  həmişə  tələb artdıqda deyil,  yalnız  bu tələbin 

sabitliyinə  inam  yarandıqda  həyata  keçirir.  Buna  görə  də,  investisiya  qoyuluşunun 

həcmini aşağıdakı düsturla ifadə etmək olar. 

I

t



 = v (Y

t-1


 – Y

t-2


Burada, v – akseleratordur. 

Akseleratorun  mahiyyəti  ondan  ibarətdir  ki,  investisiyanın  artımı  əlavə  istehlak 

tələbi  yaradır.  Istehlak  şeylərinə  yaranan  bu  tələb  isə,  öz  növbəsində,  istehsal 

vasitələrinə  tələb  yaradır.  Əlavə  investisiyalar  akselerator  mexanizmi  vasitəsilə  yeni 

investisiyaların həyata keçirilməsinə səbəb olur. 

Müasir  dövürdə  neoklassik  nəzəriyyədə  iqtisadi  artımın  Solou  modelinə  üs-

tünlük  verilir.  Bu  modelə  görə  rəqabətli  bazar  şəraitində  əmtəə  kapital  və  əmək 

amillərinin  iştirakı  ilə  istehsal  edilir.  Model  rəqabətli  şəraiti  nəzərə  aldığından 

potensial  buraxılışın  artmının  təhlilinə  həsr  olunur.  Qeyd  etmək  lazımdır  ki, 

neoklassik  nəzəriyyəsinə  görə  istehsal  amillərinin  son  hədd  məhsullarının  onların 

qiymətlərinə  olan  nisbətləri  bir-birinə  bərabərdir.  Yəni,  əməyin  məhsulunun  əmək 

haqqına  nisbəti  mənfəətin  kapitala  nisbətinə  bərabər  olur.  Əgər  bu  bərabərsizlik 

pozulursa, nisbətən ucuz başa gələn amildən istifadə həcmi, yəni bu amilə olan tələb 

artır  və  son  nəticədə  bu  nisbətlər  yenidən  bərabərləşirlər.  Solou  modelinə  görə, 

kapital  yığımının  artması  ölkədə  əmək  məhsuldarlığının  yüksəlməsinə  və  son 

nəticədə  əhalinin  həyat  səviyyəsinin  yüksəlməsinə  gətirib  çıxarır.  Lakin  əməyin 

fondlasilahlılığının son həddi mövcuddur ki, bu həddən sonra, kapital yığımı iqtisadi 

artıma əhəmiyyətli təsir göstərmir. Bu həddi dəyişən amil isə elmi-texniki tərəqqidir. 

Elmi-texniki tərəqqinin nəticəsində əməyin məhsuldarılığının artımı təmin edilir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə