“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

37 

 

fərqlənir.  Əgər  ÜDM-in  artımı  bu  sürətlə  davam  edərsə,    12-15  ildən  sonra 



Azərbaycanda  əhalinin  hər  nəfərinə  düşən  ÜDM-in  həcmi  orta  dünya  göstəricinin 

indiki səviyyəsinə çatacaq. 

ÜDM  istehsalının  xərc  elementləri  üzrə  təhlili  isə  belə  bir  qənaətə  gəlməyə 

imkan  verir  ki,  hazırda  Azərbaycanda  iqtisadi  artımın  əsas  problemi  onun 

yaradılmasında  iştirak  edən  amillərin  birtərəfli  olmasıdır.  2005-ci  ilə  qədər  iqtisadi 

artıma  əsas  fondlara  qoyulan  kapital  qoyuluşları  stimul  vermişdisə,  2005-ci  ildən 

sonrakı  artım  əsasən  xarici  amillər  hesabına  olmuşdur.  Belə  ki,  cari  qiymətlərdə 

ÜDM  artımının  98,6-i  əmtəə  və  xidmətlərin  xalis  ixracının  payına  düşür.  Maraqlı 

məqamlardan  biri  odur  ki,  əhalinin  gəlirlərinin  əvvəlki  illə  müqayisədə  1.3  dəfə 

artmasına  baxmayaraq,  ev  təsərrüfatlarının  istehlak  xərcləri  cari  qiymətlərlə  cəmi 

0,05  yüksəlib.  Əgər  istehlak  qiymətləri  indeksi  artımını  da  nəzərə  alsaq,  onda,  real 

ifadədə istehlak xərcləri əvvəlki ilə nisbətən 8,3 azalıb. Dövlət büdcəsinin xərclərinin 

isə  42.51  artması  müqabilində,  dövlət  və  ictimai  təşkilatların  istehlak  xərclərinin 

artımı cəmi 4.68 təşkil edib. (Cədvəl 2.2.)  

Cədvəl 2.2.

  

 İqtisadi artımın xərc elementləri üzrə tərkibi ( cari qiymətlərlə, mln manat) 



 

Əməliyyatlar və 

balanslaşdırıcı 

maddələrin kodu və adı 

2000 

2005 

2006 

2007 

2008 

2009 

2010 

2011 

2012 

2013 

Ev təsərrüfatlarının 

faktiki son istehlak 

xərcləri 

3 473,4  5 931,6  7 686,9 10 656,4 14 796,6  16 789,7  18 490,2  21 370,7  23 897,4  26 719,4 

Kollektiv xidmətlər 

göstərən dövlət  

idarələrinın faktiki son 

istehlak xərcləri  

280,4 


648,1 

869,4  1 556,1  2 033,2 

2 392,4 

2 845,9 


3 309,0 

3 472,8 


3 643,6 

Əsas fondların ümumi 

yığımı 

1 091,6  5 172,9  5 567,8  6 069,0  7 457,0 



6 700,0 

7 714,5  10 508,9  12 292,8  15 007,4 

Maddi dövriyyə 

vəsaitlərinin dəyişməsi 

(+,-) 

-116,2 


28,3 

29,7 


35,6 

46,1 


46,0 

-45,5 


47,0 

-75,8 


-79,1 

Mal və xidmətlər üzrə 

xalis ixrac 

84,6 


1 257,3  5 201,3 11 235,3 16 981,8  10 156,2  14 278,2  16 846,4  15 156,5  12 890,7 

mal və xidmətlər üzrə 

ixrac 

1 895,3  7 881,8 12 467,019 321,7 26 400,7  18 383,1  23 060,5  29 388,3  29 000,3  28 169,3 



mal və xidmətlər üzrə                                                                                                        

idxal (-) 

1 810,7  6 624,5  7 265,7  8 086,4  9 418,9 

8 226,9 


8 782,3  12 541,9  13 843,8  15 278,6 

Statistik fərq 

-95,7 

-515,7  -608,9  -1 191,9 -1 177,5 



-482,8 

-818,3 


0,0 

0,0 


0,0 

İstifadə olunmuş 

ümumi daxili məhsul 

4 813,8 13 038,219 355,129 552,4 41 314,7  36 084,3  43 283,3  52 082,0  54 743,7  58 182,0 


38 

 

Ümumiyyətlə, 2005-2014-cü illərdə iqtisadi artımın əsas səbəbi ixracın fiziki 



həcm indeksinin artması, neftin dünya bazar qiymətlərinin qalxması və  hökumətin 

həyata keçirdiyi infrastruktur layihələridir. 2005-ci ildə Azərbaycanda ixrac olunan 

malların  məbləği əvvəlki  illə  müqayisədə  3.9  mlrd. dollar artaraq 7.6  mlrd. dollar 

təşkil  edib.  Malların  ixrac  üzrə  ümumi  artımının  59-i  qiymət  faktoru  ilə,  41  -i  isə 

fiziki həcm faktoru ilə əlaqədardır. Neftin orta qiymətinin qalxması hesabına 2312 

mln.  dollar əlavə gəlir əldə edilib. Bu,  ÜDM-in dollar ifadəsində artımının 59.69-

ni təşkil edir. İxracın fiziki həcm indeksinin qalxması hesabına isə 1594 mln. dollar 

əlavə gəlir əldə olunub. Bu isə ÜDM-in dollar ifadəsində artımının 41.15-ni təşkil 

edir. 

Ötən  illər  ərzində  investisiyalara  ayrılmış  dövlət  vəsaitləri  əhəmiyyətli 



dərəcədə artmışdır. 2004-cü ildən kapital xərcləri nominal ifadədə 14 dəfə artaraq, 

2007-ci  ildə  qeyri-neft  ÜDM-in  25.7  faizini  təşkil  etmişdir.  2005-2007-ci  illərdə 

hökumət  inzibatçılıq,  sosial  xidmətlər,  enerji,  nəqliyyat  və  kommunikasiya 

sahələrinə vacib investisiyalar yatırmışdır.  

Qeyd edək ki,  yuxarıda göstərilən  müsbət  iqtisadi  göstəricilərin əsas səbəbi - 

1995-ci  ildən  başlayaraq  iqtisadi  inkişafın  Azərbaycan  modelinin  tətbiq 

edilməsidir.  Bu  model  milli  xüsusiyyətləri  və  maraqları  qorumaqla,  təsərrüfat 

sisteminin bazar mexanizminə keçidin dünya təcrübəsini əsas götürür, tarixi şərait, 

real  sosial-iqtisadi  və  siyasi  vəziyyət,  həmçinin  adət-ənənələr  əsasında  hüquqi-

demokratik dövlət qurulmasını ön plana çəkir. 

Davamlı  və  dinamik  inkişaf  məntiqinə  əsaslanan  bu  modelin  strateji 

istiqamətlərini aşağıdakı kimi səciyyələndirmək olar:  

1. sərbəst 

bazar 


münasibətlərinə 

əsaslanan 

milli 

iqtisadiyyatın 



formalaşdırılması;  

2. ölkədə  mövcud  olan  təbii-iqtisadi,  texniki-istehsal  və  elmi-texniki 

potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 

3. milli  iqtisadiyyatın  dünya  təsərrüfat  sisteminə  səmərəli  şəkildə 

inteqrasiyasının təmin olunması.  

4. əhalinin həyat şəraitini yaxşılaşdırmağı əsas götürən sosial yönümlülük; 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə