“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

42 

 

Azərbaycan iqtisadiyyatında iqtisadi artımı ləngidən  ən ciddi amillərdən biri 



də  təkrar  istehsal  dövrünün  deformasiyadır.  Bu,  özünü  daha  çox  fondların 

yenilənməsində  göstərir.  2005-20149-cu  illər  ərzində    sənaye  sahələri  üzrə  əsas 

fondların  yenilənməsi  orta  hesabla  4.8-dən  10.4-ə  yüksəlib.  Bu  dövr  ərzində  əsas 

fondların  yenilənməsi  mədənçıxarma  sənayesindəneft  və  qaz  hasilatında)  6.5, 

toxuculuq sənayesində  5.9, dəri və dəridən məmulatları istehsalında 17.5, rezin və 

plastmas  məmulatları  istehsalında  30.1,  maşın  və  avadanlıqlar  istehsalında    19.3  

olmuşdur.  Bu onu göstərir ki,  sənayenin əksər sahələrində texnogen risk həddinə 

çatmış  və  fiziki  cəhətdən  aşınmış  avadanlıqlardan  hələ  yaxın  gələcəkdə  istifadə 

ediləcəkdir. Təbii ki, belə avadanlıqlarla rəqabətqabiliyyətli məhsul istehsal etmək 

mümkün deyil.   

Azərbaycan  sənayesində  mövcud  vəziyyətin  səbəblərindən  biri  də    əsas 

istehsal  fondlarının  yenilənməsi  ilə  əlaqədar  qoyulan  investisiyaların  yetərli 

olmamağıdır.  2005-2014-ci  illərdə    sənaye  sahəsinə  yönəldilən  investisiyaların 

həcminin  1,9  dəfəyə  yaxın  artmasına  baxmayaraq,  onun  əsas  hissəsi,  yəni    64.7-

dən  çoxu  neft-qaz  sahəsinə  yönəldilmişdir.  Lakin  bu  məbləğ    də,  yuxarıda  qeyd 

edildiyi  kimi,  neft-qaz  hasilatındakı  avadanlıqların  yenilənməsinə  əhəmiyyətli  

təsir göstərə bilməmişdir.  

2014-cu ildə ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş daxili investisiya 

mənbələrinin  49.4-ni  müəssisə  və  təşkilatların  öz  vəsaitləri  təşkil  etmişdir.  Daxili 

investisiya  mənbələrində  büdcə  vəsaitlərinin  həcmi  əvvəlki  illə  müqayisədə  2.1 

dəfə  artaraq    35.0-ə  çatmışdır.  Əhalinin  şəxsi  vəsaitləri,  bank  kreditləri  və  

büdcədən kənar fondların vəsaitləri isə  birlikdə 15-dən bir qədər artıq olub.  

Qeyd  etmək  lazımdır  ki,  bütün  bu  problemlərin  ölkə  iqtisadiyyatı 

səviyyəsində  kompleks  həlli,  başqa  sözlə,  ölkə  iqtisadiyyatının  əhəmiyyətli  geniş 

təkrar  istehsalı  rejiminə  keçirilməsi  bir  sıra  vacib  institusional  dəyişikliklər 

aparmadan qeyri-mümkündür.  

Azərbaycanın  təbii  ehtiyatlarla  zənginliyi,  əlverişli  coğrafi  mövqedə 

yerləşməsi    yaxın  perspektivdə  iqtisadi  artımın  daha  da  sürətlənməsi  və  istehsalın 

artırılması  üçün  geniş  potensial  imkanlar  yaradır.  Sərbəst  istehsal  güclərinin  və  



43 

 

əlavə  işçi  qüvvəsinin    mövcudluğu,  həmçinin    orta  keyfiyyətli  idxal  mallarının 



yerli  istehsalla  əvəz  edilməsi  imkanlarının  olması  gələcəkdə  ölkə  iqtisadiyyatında 

əlavə artım potensialı yarada bilər. Belə ki,  Azərbaycanda sənaye müəssisələrinin 

80-i  öz  potensial  gücləri  ilə  işləmir  və  müəssisələrində  məşğul  olan  işçilərin  25-ə 

qədəri istehsal proseslərində tam məhsuldarlıqla fəaliyyət göstərmir. 

Bu  potensial  imkanlardan  və  ümumilikdə  iqtisadiyyatda  mövcud  olan  indiki 

vəziyyətdən  istifadə  edərək  iqtisadi  artımın  yuxarıda  göstərilən  problemlərini 

aradan  qaldırmaq  və  dayanıqlı  inkişafın  təmin  olunmasını  xeyli  dərəcədə 

reallaşdırmaq mümkündür.  

Cədvəl 2.4. 

Dünya ölkələrində iqtisadi artım templəri (-lə) 

  

1993 -


2002  2003  2004  2005  2006  2007  2008  2009  2010  2011  2016 

Dünya 


3.3 

3.6 


4.9 

4.6 


5.3 

5.4 


2.8 

-0.7 


5.1 

4.9 



İnkişaf etmiş 

ölkələr 


2.8 

1.9 


3.1 

2.7 


3.1 

2.8 


0.1 

-3.7 


3.1 

1.6 


2.7 

İnkişaf etməkdə 

olan ölkələr 

4.1 


6.2 

7.5 


7.3 

8.2 


8.9 

2.8 



7.3 

6.4 


6.7 

MDB ölkələri, 

Gürcüstan və 

Monqolustan 

-1.2 

7.7 


8.1 

6.7 


8.9 

8.9 


5.3 

-6.4 


4.6 

4.6 


4.2 

Azərbaycan 

-1.4 

10.5 


10.2 

26.4 


34.5 

25 


10.8 

9.3 


0.2 


2.3 

Rusiya 


-0.9 

7.3 


7.2 

6.4 


8.2 

8.5 


5.2 

-7.8 


4.3 


3.8 

Ermənistan 

4.4 

14 


10.5 

13.9 


13.2 

13.7 


6.9 

-14 


2.1 

4.6 


Gürcüstan 

... 

11.1 


5.9 

9.6 


9.4 

12.3 


2.4 

-3.8 


6.4 

5.5 


Qazaxıstan 

0.3 

9.3 


9.6 

9.7 


10.7 

8.9 


3.2 

1.2 


7.3 

6.5 


6.4 

Özbəkistan 

1.9 

4.2 


7.4 

7.5 



9.5 

8.1 



8.5 

7.1 




 

Dünya    ölkələrində    iqtisadi    inkişafın  əsas  məqsədi  həyat  səviyyəsinin 

keyfiyyətinin  yaxşılaşdırılmasıdır.  Bu,  yalnız  əhalinin  gəlirlərinin  artırılmasında 

deyil,  həmçinin  yüksək  təhsil  və  səhiyyə  imkanlarından  istifadədə,  normal 

qidalanmada,  yoxsulluğun  azaldılmasında,  ətraf  mühitin  qorunmasında,  şəxsi 

azadlıqların  genişləndirilməsində  və  mədəni  həyatın  təmin  edilməsində  öz  əksini 

tapmalıdır. 

Dünya  ölkələrinin  praktikasından  aydın  olur  ki,  iqtisadiyyatda  əmək 

məhsuldarlığının  və  səmərəliliyinin  artırılması,  enerji  effektivliyinin  təmin 

edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı üçün zəruri olan  şəraitin yaradılması, 

elmi-texniki  tərəqqiyə  nail  olmaq,  resurslara  qənaət  etmək  və  təsərrüfat 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə